Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4872/2020 27.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Rüstəmova Zərqələm Yasin qızının katibliyi, İddiaçı etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 27, mənzil 144 ünvanında yerləşən mənzilə Cavabdeh həmin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı etibarnamə üzrə nümayəndəsi X2 izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 27, mənzil 144 ünvanında yerləşən kooperativ mənzil xüsusi mülkiyyət hüququ ilə İddiaçı məxsusdur. Həmin mənzili 1990-cı ildə Bakı şəhər Sovetinin Kooperativ Mənzil İdarəsindən növbəli ardıcıllıqla almışdır. Cavabdeh İddiaçı oğludur və o, həmin ünvanda yerləşən mənzildə dünyaya gəlib. xx.xx.1990-cı il təvəllüdlü Cavabdeh 5 ildir ki, həmin ünvanda yaşamır. Üç il əvvəl Türkiyənin, X5 şəhərində Zeynəb adlı yerli vətəndaşla rəsmi nigahla ailə qurub, Ezel adlı övladı var və 18 ay bundan əvvəl Türkiyyə Cümhuriyyətinin vətəndaşlığını qəbul edib. 3 ildən artıq Nevşehr ilçəsinin Ürgüp şəhərində ipoteka yolu və iddiaçının maliyyə dəstəyi ilə aldığı üç otaqlı mənzildə yaşayıb. Qeyri-ciddi ailədaxili münaqişə və anlaşılmazlıq üzündən iddiaçı ilə aralarında inciklik yaranıb, telefon zənglərinə cavab vermir. İpoteka yolu ilə aldığı mənzili sataraq izini itirmək üçün Ankaraya, qayınatasının yanına yerləşib. Onunla rabitə əlaqəsinə malik olmadığından dəqiq ünvanını bilinmir və bu məsələ valideyn kimi iddiaçını narahat edir. İddiaçə fərdi qaydada və Baki İnzibati Məhkəməsinin sorğusu ilə Miqrasiya Xidməti idarəsinə müraciət etmişdir. Oğlu Türkiyə vətəndaşlığını alsa da bu barədə Azərbaycanın oradakı Səfirliyinə və ya Konsulluğuna bildiriş etmədiyindən qeydiyyat yeri haqqında məlumat ala bilməmişdir. Sonuncu dəfə 2 il 5 ay bundan əvvəl ailəsi ilə birgə Bakıya qonaq gəlmişdir. Geri qayıdarkən özünə aid bütün sənədləri aparmışdır; bu səbəbdən ona aid hər hansı bir sənəd təqdim edə bilməmişdir. Cavabdehin qeydiyyatı iddiaçıya məxsus mənzildə olması formal xarakter daşıyır. Beş il ərzində yalnız bir dəfə 10 gün müddətinə Bakıda qonaq olmuş, lakin adı keçən mənzilə qeydiyyatdan çıxmağa imkan tapa bilməmişdir. Cavabdehin iddiaçıya məxsus mənzildə qeydiyyatda qaldığından mülkiyyətçi kimi hüquqlarını pozur. İddiaçı onun əvəzinə komunal xərclərdə əlavə ödənişlər etməli olur, bu isə ailə büdcəsinə təsir edir. Cavabdehin mənzildə qeydiyyatda qalması həmin mənzillə iddiaçının hüququnu (satmaq, bağışlamaq, dəyişmək və s.) məhdudlaşdırır. Belə ki, onun şıltaqlıqları səbəbindən bu əməliyyatları aparmaq üçün ondan razılığın alınması iddiaçı üçün əlavə problem yaradır. Bu hal həmin şəxsin uçota alınması, onun başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vətəndaş kimi vəzifələrini icra etməsini asanlaşdırır. İddiaçı cavabdehin Respublikada yaşamadığı halda və həmin mənzildən hələ də qeydiyyatda çıxarılmadığından 2018-ci ildə Azərbaycan Respublikasında Prezident, 2019-cu ildə Bələdiyyə, 2020-ci ildə Milli Məclisə keçirilən seçkilərlə əlaqədar oğlunun adın X4 Bildiriş gəlmişdir. Deyilən vaxtlarda cavabdeh Respublikada olmadığından və xarici ölkə vətəndaşı olduğundan təbiidir ki, seçici kimi bu seçkilərdə iştirak edə bilməz. İddiaçı hər dəfə onun adına gələn bülletenləri X6 təhvil vermişdir. xx.xx.2020-ci il tarixində Qarabağ cəbhəsində mənfur erməni qonşuları hərbi əməliyyatların şiddətlənməsi ilə əlaqədar Azərbaycan Respublikasında qismən hərbi səfərbərlik elan edilmişdir. Milli Ordunun sıralarından leytenant rütbəsilə tərxis olunaraq ehtiyata buraxılan oğlu Fərhadın adına mübahisəli ünvana Suraxanı rayon Hərbi Komissarlığına gəlməsi barədə bildiriş gəlib. Görünür Hərbi Komissarlıqda Fərhadın Türkiyədə yaşadığına dair məlumat yoxdur, iddiaçı isə bunu hər hansı rəsmi sənədlə təsdiq edə bilmir. Qeyd olunanlara əsasən iddianın təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehə məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barəsində məhkəməyə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakılara əsasən iddia təmin edilməməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Dövlət Miqrasiya xidməti vətəndaşlıq məsələləri Baş İdarəsi tərəfindən verilmiş xx.xx.2020-ci il tarixli məktubun surətindən müəyyən olunur ki, xx.xx.1990-cı ildə Bakı şəhərində anadan olmuş Cavabdeh digər dövlətin vətəndaşlığını əldə etməsinə dair Dövlət Miqrasiya Xidmətinə məlumat daxil olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyat İdarəsi tərəfindən verilmiş 009066 seriyalı xx.xx.1996-cı il tarixli qeydiyyat vəsiqəsinin surətindən müəyyən edilir ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 27, 144 saylı mənzili xx.xx.1996-cı il tarixdən tam mülkiyyət hüququ üzrə İddiaçınun adına 76 nömrəli reyestr kitabının 11818 nömrəli vərəqində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Mülki Prosessual Məcəllənin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar—iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 217.2-ci maddəsinə əsasən, qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. Azərbaycan Respublikasının MPM-nın 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 27-ci maddəsinə əsasən fiziki şəxsin adətən yaşadığı yer onun yaşayış yeri sayılır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən, Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Həmin Qanunun 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri – tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri və digər bu kimi yaşayış yerləri başa düşülür. Bundan başqa Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ-cü bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Həmin maddənin İV bəndinə əsasən heç kəs məhkəmə qərarı olmadan mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz”. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının iştirakçısı və onu ratifikasiya etmiş dövlət kimi 2002-ci ilin aprel ayının 15-dən Konvensiya və onun Protokollarının təfsiri və tətbiqi məsələləri üzrə İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin yurisdiksiyasının məcburiliyini tanıyır. Azərbaycan Respublikası Konvensiyanı ratifikasiya etdiyi dövrdən sonra yurisdiksiyası altında olan insanların Konvensiyada nəzərdə tutulan hüquqlarını təmin etməlidir. İnsan və vətəndaş hüquqlarının və azadlıqlarının pozulması ilə bağlı məhkəmələr Konvensiya müddəalarını rəhbər tutmalı və bu zaman İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin təcrübəsinə istinad etməlidirlər. Avropa Məhkəməsinin “Marks Belçikaya qarşı” işində şərh verilərək göstərilmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarı ilə mülkiyyət hüququna təminat verir”. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkəti edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan suiistifadə olmasın. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx xxxx 2001-ci il tarixli Qərarında qeyd edilir ki, 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1-ci və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. Tərəflər arasında hüquq münasibətinin yarandığı zaman, yəni 2005-ci il tarixdə qüvvədə olan Azərbaycan Respublikası Mülki Məcəllənin 228.5-ci maddəsinə əsasən yaşayış evi mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.2-ci maddəsinə əsasən, yaşayış binasının tərkib hissəsindən istifadə hüququnun əmələ gəlməsi, həyata keçirilməsi şərtləri və xitamı mülkiyyətçi ilə bağlanan, notariat qaydasında təsdiqlənən yazılı razılaşma ilə müəyyənləşdirilir. Yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi haqqında razılaşma olmadıqda bu hüquqa mülkiyyətçinin məhkəmə qaydasında tələbinə əsasən bazar qiyməti ilə müvafiq kompensasiya verməsi yolu ilə xitam verilə bilər. Həmin Məcəllənin 228.5.-ci maddəsinə əsasən Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin onunla birgə yaşayan ailə üzvləri (əri, arvadı, valideynləri, uşaqları) yaşayış sahəsindən onunla bərabər istifadə etmək hüququna malikdirlər. Yaşayış binasının tərkib hissəsinin mülkiyyətçisinin ailə üzvləri öz yetkinlik yaşına çatmayan uşaqlarını həmin yaşayış binasına köçürmək ixtiyarına malikdirlər. Digər ailə üzvlərinin (ərin, arvadın) köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış binasının tərkib hissəsindən istifadə hüququ mülkiyyətçi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Yaşayış binasının tərkib hissəsindən mülkiyyətçinin ailə üzvlərinin istifadə etmək hüququ bu məcəllənin qüvvəyə mindiyi gündən yaranır. Təbii ki, mülkiyyətçi yaşadığı dövrdə ona məxsus olan əmlak üzərində sərəncam vermək hüququna malikdir. Bununla belə, mülkiyyətçi övladları, habelə digər yaxın ailə üzvləri qarşısında müəyyən qədər cavabdehlik daşıyır. Ailə münasibətləri bir ailə üzvünün düşünülməmiş, digər ailə üzvlərinin mənafelərini nəzərə almadan verilən qərarından qorunmuş olur. Hər bir kəs yaşadığı dövrdə əmlak əldə edə, ondan istifadə edə və onun barəsində istədiyi kimi sərəncam verə bilər. Təqdim olunmuş sübutlarla təsdiq olunur ki, Cavabdeh oğlu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 27, 144 saylı mənzilinə qeydiyyata alınmaqla, həmin mənzildə yaşamışdır. Məhkəmə belə qənaətə gəlir ki, Cavabdeh iddiaçı ilə birgə yaşamaqla, həmin zaman qüvvədə olan qanunvericiliyinin tələblərinə müvafiq olaraq ailə üzvü kimi Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 27, 144 saylı mənzilindən onunla bərabər istifadə etmək hüququnu əldə etmişdir. İddiaçı tərəf isə cavabdehin hal-hazırda Türkiyə Respublikasında yaşamasını, daimi əsaslarla yaşamaq üçün ora köçməsini əsas gətirsə də, bununla bağlı olaraq lazımi qaydada təsdiq olunmuş sübutunu təqdim etməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 27, 144 saylı mənzilindən yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi barədə iddiası təmin oluna bilməz. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-in 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddiaçı Cavabdeh qarşı Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “D” yaşayış sahəsi, ev 27, 144 saylı mənzilindən yaşayış sahəsindən istifadə hüququnun itirilmiş hesab edilməsi tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-4872/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4872/2020
27.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver