Məhkəmə qərarları › İş №2(010)-4874/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4874/2025

29.08.2025 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4874/2025 29.08.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Talıbova Leyla Oruc qızı İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi-Ərazi Bölmələrini İdarəetmə X2 şəxs Bakı Baş X* Hüquqi Şəxs 43 nömrəli şəhər Poliklinikasına qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğvi və işə bərpa” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə aşağıdakı qərarı qəbul etdi. İddia tələbi *. İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi-Ərazi Bölmələrini İdarəetmə X2 şəxs Bakı Baş X* Hüquqi Şəxs 43 nömrəli şəhər Poliklinikasına qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Tətbiq edilən hüquq

2. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 3*. Aidiyyətin dəyişdirilməsinə yol verilməməsi 3*.*. Aidiyyət qaydalarının pozulmasına yol verilmir. Maddə 35. İddianın cavabdehin olduğu yerə görə verilməsi 35.2. Hüquqi şəxsə iddia hüquqi şəxsin ünvanının olduğu yerə görə verilir. Hüquqi şəxsin törəmə müəssisəsinin fəaliyyətindən əmələ gələn iddialar müəssisənin ünvanının olduğu yerə görə verilir. Maddə *5*. İddia ərizəsinin mümkünlüyü *5*.*. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Maddə *52. İddia ərizəsinin qaytarılması *52.*. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: *52.*.3. əgər iş ərazi və ya məhkəmə aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə. *52.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. *52.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər. *52.4. İddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur.

Məhkəmənin mövqeyi

3. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.

4. Belə ki, cavabdehə məxsus olan VÖEN-dən və iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrini İdarəetmə X2 Şəxs Bakı Baş X* Hüquqi Şəxs 43 Nömrəli Şəhər Poliklinikası tərəfindən verilmiş əmrin surətindən müəyyən olunur ki, cavabdehin hüquqi ünvanı AZ**38, Bakı şəhəri, Yasamal Rayonu, M.Müşfiq, ev * M ünvanıdır. Odur ki, iddiaçı tərəfindən hazırkı iddia ərizəsinin Suraxanı Rayon Məhkəməsinə verilməsi üçün heç bir əsas yoxdur.

Məhkəmənin gəldiyi nəticə

5. Beləliklə, məhkəmə hesab edir ki, İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi-Ərazi Bölmələrini İdarəetmə X2 şəxs Bakı Baş X* Hüquqi Şəxs 43 nömrəli şəhər Poliklinikasına qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.

6. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *49-*52-ci və 263-264-cü maddələrini rəhbər tutaraq məhkəmə

qərara aldı :

İddiaçı cavabdeh Azərbaycan Respublikası Tibbi-Ərazi Bölmələrini İdarəetmə X2 şəxs Bakı Baş X* Hüquqi Şəxs 43 nömrəli şəhər Poliklinikasına qarşı “əmək müqaviləsinə xitam verilməsi haqqında əmrin ləğvi və işə bərpa” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, göstərilən nöqsan aradan qaldırıldıqdan sonra iddiaçı təkrarən ümumi qaydada aidiyyət qaydalarına riayət etməklə iddia ərizəsi ilə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar