Məhkəmə qərarları › İş №2(010)-4875/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4875/2020

03.12.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4875/2020 03.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Qasımov Anar Adil oğlunun sədrliyi, X2 oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin binasında açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 qarşı mənzildən istifadə hüququnun itirilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsində yerləşən 3a saylı evin 32 saylı mənzilin yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi və qeydiyyatdan çıxarlımalarını xahiş etmişdir. Məhkəmədə İddiaçı iddianı müdafiə etdi və göstərdi ki, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsində yerləşən 3a saylı evin 32 saylı mənzilini mülkiyyətçi Cavabdeh1 xx.xx.2017-ci ildə alqı-satqı müqaviləsi əsasında almışdır. O, cavabdehlərin həmin mənzildən qeydiyyatdan çıxdıqlarını bilmiş, lakin sonradan müəyyən olmuşdur ki, onlar hələ də qeydiyyatdan çıxmamışlar. Halbuki, tərəflər arasında olan alqı-satqı müqaviləsinin 13-cü bəndinə əsasən cavabdeh 6 ay ərzində mənzildən qeydiyyatdan çıxmasını öhdəsinə götürmüşdür. Hazırda cavabdehlərin yaşadığı yer ona məlum deyildir. Cavabdehlərin mübahisəli evdə qeydiyyatda qalmaları onun mülkiyyət hüquqlarını pozur. Ona görə də məhkəməyə müraciət etmək qərarına gəlmişdir. Bunlara görə cavabdehlərin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsində yerləşən 3a saylı evin 32 saylı mənzilin yaşayış sahəsindən istifadə hüquqlarının itirilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 məlum olan axırıncı yaşayış yerinə məhkəmə iclasının yeri və vaxtı barəsində qanunla nəzərdə tutulmuş qaydada məhkəmə bildirişi göndərilsə də, onların məlum olan axırıncı yaşayış yeri üzrə müvafiq İcra Hakimiyyəti orqanı –Mənzil Kommunal Təsərrüfatı Birliyinin 104 saylı Mənzil Kommunal İstismar Sahəsinin məhkəmə bildirişini aldığını təsdiq edən qeyd yazılmış bildirişini aldıqdan sonra məhkəmə Mülki Prosessual Məcəlləsinin 147-ci maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə işdə iştirak edən şəxslərin izahatlarını dinləyib, sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Belə ki, iş materillarından görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsində yerləşən 3a saylı evin 32 saylı mənzili tam mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsində yerləşən 3a saylı evin 32 saylı mənzilində daimi qeydiyyatdadırlar. İş materiallarında olan 2 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat kontorunun xüsusi notariusu X1 tərəfindən təsdiq olunmuş xx.xx.2017-ci il tarixli alqı-satqı müqaviləsinin surətindən görünür ki, Cavabdeh1 mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsində yerləşən 3a saylı evin 32 saylı mənzilini İddiaçı satmışdır. Həmin Müqavilənin 8-ci bəndinə əsasən satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad mənzil verməyi, müqavilənin 13-ci bəndinə əsasən xx.xx.2017-ci il tarixinə kimi satdığı evdən qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Beləliklə məhkəmə iclasında müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsində yerləşən 3a saylı evin 32 saylı mənzilinə dair alqı-satqı müqaviləsinin bağlanması və bu müqavilənin notariat kontorunda təsdiq edilməsi, habelə həmin müqavilənin daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması ilə mübahisəli ev üzərində İddiaçı mülkiyyət hüququ əmələ gəlmişdir. Mənzildə qeydiyyatda olan cavabdehlər mənzildə faktiki olaraq yaşamırlar. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 385-ci maddəsinə görə, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkətlər etməli, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Sadalanan xüsusatlara və qanunvericilik aktlarına əsasən məhkəmə hesab edir ki, mülki qanunvericiliyin yuxarıda şərh olunmuş normaları baxımından mənzilin iddiaçının mülkiyyətində olması, cavabdehlərin isə mənzildə qeydiyyatda olmalarına baxmayaraq alqı-satqı müqaviləsindən sonra oradan köçüb getmələri və həmin mənzildə yaşamaması sübuta yetirilir. İşin bu hallarını nəzərə alaraq məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzildə qeydiyyatda qalmaları onun mənzil üzərində mülkiyyət hüquqlarını pozduğundan, eyni zamanda cavabdeh iddia tələbini etriaf etməsinin nəzərə alaraq iddia tələbi təmin edilməli və cavabdehlərin Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsində yerləşən 3a saylı evin 32 saylı mənzilinin yaşayış sahəsindən istifadə hüquqlarına xitam verilməlidir. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququna xitam verilmiş şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh1 və Cavabdeh2 Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsində yerləşən 3a saylı evin 32 saylı mənzilin yaşayış sahəsindən istifadə hüquqları itirilsin. "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi cavabdehlərin Bakı şəhəri, Suraxanı qayonu, Hövsan qəsəbəsi, E.Məmmədov küçəsində yerləşən 3a saylı evin 32 saylı mənzildən qeydiyyatdan çıxarılmaları üçün əsasdır. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar