Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-489/2020 16.09.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon məhkəməsinin hakimi Qasımov Anar Adil oğlunun sədrliyi, Maqsudov İsa Sabir oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın naturada bölünməsi” tələbi barədə iddia ərizəsiüzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “daşınmaz əmlakın naturada bölünməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh ilə paylı mülkiyyətində olan Bakı şəhəri Zığ qəsəbəsi, İdris Süleymanov küçəsində yerləşən ümumi sahəsi 360 kv.m olan evin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək bildirdi ki, Cavabdeh onun doğma əmisi oğludur. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsində yerləşən 41 saylı ev vərəsəlik qaydasında ata-babadan onlara miras qalmışdır. Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş xx.xx.2019-cu il tarixli, ******* nömrəli çıxarışa əsasən Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsində yerləşən, ümumi sahəsi 360 kv.m olan 41 saylı ev 1/2 hissəsi özünün, digər ½ hissəsi isə Cavabdeh mülkiyyətindədir. Məhkəmədən Cavabdeh ilə paylı mülkiyyətində olan Bakı şəhəri Zığ qəsəbəsi, İdris Süleymanov küçəsində yerləşən ümumi sahəsi 360 kv.m olan evin naturada bölünməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə Cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilən əsaslara görə iddia əsaslıdır. Belə ki, iş materiallarına əlavə edilmiş RX seriyalı ******* saylı xx.xx.2019-cu il tarixli daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi, 41 saylı evin ½ hissəsi İddiaçı, ½ hissəsi isəCavabdeh adına daşınmaz əmlakın dövlət reyestrində 439 nömrəli reyestr kitabının 41126 nömrəli vərəqində qeydiyyata alınmışdır. Bakı şəhər Suraxanı rayon məhkəməsinin xx.xx.2020-ci il tarixli 2(010)-489/2020 saylı qərardadı ilə iş üzrə məhkəmə tikinti-texniki ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə tapşırılmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2020-ci il tarixli 2553 №-li rəyi ilə müəyyən olunmuşdur ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsi, 41 saylı ünvanda yerləşən yaşayış evləri hər biri yaşayış otaqları və yardımçı tikililəri ilə təmin olunmuş və həmin yaşayış yaşayış evlərinə ayrı-ayrılıqda giriş-çıxış yollarının yolları olmaqla yaşayış evlərinin faktik olaraq bir-birindən təcrid mənzillər şəkildə istifadə olunmaqla faktiki olaraq bölünmüşlər. Mənzilin bölgü sxemi rəyə əlavə edilmiş və həmin sxemdən görünür ki, sahəsi 89,1 m2 hündürlüyü 2.10 m olan tikili, sahəsi 16,3 m2 hündürlüyü 2.10 m olan tikili, sahəsi 18,5 m2 hündürlüyü 2.10 m olan tikili, sahəsi 16,7 m2 hündürlüyü 3 m olan tikili, sahəsi 32.3 m2 hündürlüyü 3 m olan tikili, sahəsi 8 m2 hündürlüyü 3 m olan tikili, sahəsi 28.2 m2 hündürlüyü 3 m olan tikili, sahəsi 2.8 m2 hündürlüyü 2,10 m olan tikili, sahəsi 2 m2 hündürlüyü 2,10 m olan tikili, sahəsi 4.6 m2 hündürlüyü 2,10 m olan tikili, sahəsi 15.6 m2 hündürlüyü 2,10 m olan tikili, sahəsi 8.3 m2 hündürlüyü 2,10 m olan tikili, cəmi 242,4 m2 İddiaçı istifadəsində , sahəsi 25.9 m2 hündürlüyü 2,10 m olan tikili, sahəsi 11.6 m2 hündürlüyü 2,10 m olan tikili, sahəsi 9.7 m2 hündürlüyü 2,10 m olan tikili, sahəsi 15 m2 hündürlüyü 2,10 m olan tikili, sahəsi 25 m2 hündürlüyü 2,10 m olan tikili, sahəsi 36.9 m2 hündürlüyü 3 m olan tikili, sahəsi 17.7 m2 hündürlüyü 3 m olan tikili, sahəsi 12.2 m2 hündürlüyü 3 m olan tikililər cavabdeh İddiaçı istifadəsindədir. Tərəflərin paylarına münasib təcrid mənzillər şəklində iki hissəyə natura qaydasında ölünməsi İnşaat Norma və Qaydaları 2.08.01.89-un 1.1, 2.2, 2.4, 2.7, 2.9 bəndlərinin tələblərinə uyğun olaraq texniki cəhətdən mümkündür. Tədqiq olunan fərdi yaşayış evi faktiki olaraq bölünmüş vəziyyətdə olduğundan bölgü zamanı əlavə işlər tələb olunmur. Məhkəmə baxışı zamanı cavabdeh İddiaçı tərəfindən verilmiş ərizəsindən görünür ki, o, ½ payda xüsusi mülkiyyət hüquq unda olan Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsində yerləşən 41 saylı evin bölünməsinə etirazı yoxdur və iş üzrə verilmiş ekspert rəyi ilə razıdır. Beləliklə, məhkəmə iclasında araşdırılan sübutlarla müəyyən olunur ki, Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsində yerləşən 41 saylı ev 1/2 hissədə Süleymanov Elsevər Əlikömək oğlunun, ½ hissədə İddiaçı adına xüsusi mülkiyyət kimi qeydiyyatdan keçmişdir. Mülkiyyətçilər evdən istifadə qaydası ilə bağlı razılığa gələ bilmədiyi üçün evin bölgüsü barədə məhkəməyə müraciət etmişlər. İş üzrə aparılan ekspertiza tədqiqatı ilə mübahisəli evin mülkiyyətçilər arasında naturada bölgüsünün texniki cəhətdən mümkün hesab edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ hissəsinə əsasənhər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152.5 maddəsinə əsasən mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Həmin Məcəllənin 214.2 maddəsinə əsasən paylı mülkiyyətin bütün mülkiyyətçilərinin razılaşması ilə, ümumi mülkiyyətin yaradılmasına və artırılmasına onlardan hər birinin qoyduğu mayadan asılı olaraq, onların paylarının müəyyənləşdirilməsi və dəyişdirilməsi qaydası təyin edilə bilər. Həmin Məcəllənin 215.1 maddəsinə əsasən paylı mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə onun bütün mülkiyyətçilərinin razılaşması əsasında, razılaşma əldə edilmədikdə isə məhkəmənin müəyyənləşdirdiyi qaydada həyata keçirilir. Həmin Məcəllənin 215.2 maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi ümumi əşyanın öz payına uyğun hissəsinin onun sahibliyinə və istifadəsinə verilməsi hüququna malikdir, bu mümkün olmadıqda isə onun payına düşən əşyaya sahiblik və ondan istifadə edən digər mülkiyyətçilərdən müvafiq əvəz ödəməyi tələb edə bilər. Həmin Məcəllənin 215.3 maddəsinə əsasən paylı ümumi mülkiyyətin mülkiyyətçiləri ümumi mülkiyyətdə olan əşyaya sahiblik və ondan istifadə qaydası haqqında razılığa gələ bilərlər. Lakin onlar mülkiyyətçilərdən hər birinə mənsub olan əşyanın dəyərini və işlənməyə yararlığını saxlamaq üçün ondan istifadə üzrə hərəkətlərin yerinə yetirilməsini tələb etmək, belə hərəkətlər yerinə yetirilmədikdə isə onların yerinə yetirilməsi barədə məhkəmənin qərar çıxarmasını tələb etmək səlahiyyəti; əşyaya dəymək qorxusu olan və ya dəyə biləcək zərərin qarşısını almaq üçün dərhal görülməli olan tədbirləri bütün şərikli sahiblər hesabına müstəqil həyata keçirmək səlahiyyətləri ləğv edə və ya məhdudlaşdıra bilməzlər: Həmin Məcəllənin 215.4 maddəsi hər bir mülkiyyətçinin qalan mülkiyyətçilərin hüquqları ilə bir araya sığan dərəcədə əşyaya sahiblik, ondan istifadə və ona dair sərəncam vermək ixtiyarına malik olmasını təsbit edir. Həmin Məcəllənin 220.1 maddəsinə əsasən paylı mülkiyyətdə olan əşya mülkiyyətçiləri arasındakı razılaşmaya əsasən onlar arasında bölünə bilər. 220.2 maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçisi öz payının ayrılmasını tələb edə bilər. Həmin Məcəllənin 220.3 maddəsinə əsasən paylı mülkiyyətin mülkiyyətçiləri ümumi əşyanın bölünməsi və ya ondan payın ayrılması üsulu və şərtləri haqqında razılığa gələ bilmədikdə paylı mülkiyyətin mülkiyyətçisi öz payının naturada ayrılmasını məhkəmə qaydasında tələb edə bilər. Əgər payın naturada ayrılmasına yol vermirsə və ya bu, ümumi mülkiyyətdə olan əşyaya tənasübsüz zərər vurmadan mümkün deyildirsə, ayrılan mülkiyyətçi öz payının dəyərinin paylı mülkiyyətin digər mülkiyyətçiləri tərəfindən ona ödənilməsi hüququna malikdir. Məhkəmə, iş üzrə toplanmış sübutlara və ekspertiza rəyinə hüquqi qiymət verib həmin rəydə qeyd edilən qaydada bölgünün aparılmasının tərəflərin mənafeyinə və paylarına uyğun olması, bu zaman tərəflərin sərəncamına düşən yaşayış hissələrin paylarına müvafiq olması, tərəflərin mülkiyyət hüquqlarının pozulmadığı barədə nəticəyə gəlir. Beləliklə, məhkəmə işdə olan sənədlərə hüquqi qiymət verib iddia tələbi təmin edilməlidir. İş materiallarından görünür ki, mülki iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının dəyəri 100 (yüz) manat təşkil etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxsə aid edilir. Eyni zamanda, məhkəmə tikinti-texniki ekspertizasının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944SVVİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu: 142319, büdcə səviyyəsinin kodu:3 hesabına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia təmin edilsin. Bakı şəhəri, Suraxanı rayonu, Zığ qəsəbəsi, İdris Süleymanov küçəsində yerləşən 41 saylı evin paylı mülkiyyətçiləri İddiaçı və Cavabdeh arasında faktiki aparılmış bölgü əsassında aşağıdakı qaydada naturada bölünsün. Yaşayış evinin sahəsi 89,1 m2 hündürlüyü 2.10 m olan tikili, sahəsi 16,3 m2 hündürlüyü 2.10 m olan tikili, sahəsi 18,5 m2 hündürlüyü 2.10 m olan tikili, sahəsi 16,7 m2 hündürlüyü 3 m olan tikili, sahəsi 32.3 m2 hündürlüyü 3 m olan tikili, sahəsi 8 m2 hündürlüyü 3 m olan tikili, sahəsi 28.2 m2 hündürlüyü 3 m olan tikili, sahəsi 2.8 m2 hündürlüyü 2,10 m olan tikili, sahəsi 2 m2 hündürlüyü 2,10 m olan tikili, sahəsi 4.6 m2 hündürlüyü 2,10 m olan tikili, sahəsi 15.6 m2 hündürlüyü 2,10 m olan tikili, sahəsi 8.3 m2 hündürlüyü 2,10 m olan tikili, cəmi 242,4 m2 İddiaçı istifadəsində, sahəsi 25.9 m2 hündürlüyü 2,10 m olan tikili, sahəsi 11.6 m2 hündürlüyü 2,10 m olan tikili, sahəsi 9.7 m2 hündürlüyü 2,10 m olan tikili, sahəsi 15 m2 hündürlüyü 2,10 m olan tikili, sahəsi 25 m2 hündürlüyü 2,10 m olan tikili, sahəsi 36.9 m2 hündürlüyü 3 m olan tikili, sahəsi 17.7 m2 hündürlüyü 3 m olan tikili, sahəsi 12.2 m2 hündürlüyü 3 m olan tikililər cavabdeh İddiaçı istifadəsinə qalmaqla tərəflər arasında naturada bölünsün. Keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM, VÖEN **********, AZ34CTRE********************, Dövlət Xəzinədarlığı Agentliyi, KOD 210005 VÖEN ********** Müxbir hesab AZ 41 NABZ013601**********3944SVVİFT BİK CTREAZ 22, büdcə təsnifatının kodu : 142319, büdcə səviyyəsinin kodu:3 hesabına ödənilsin. Qətnamə şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir və qətnamədən rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhər Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən: Anar Qasımov
Məhkəmə qərarları › İş №2(010)-489/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-489/2020
16.09.2020 · Mənzil mübahisələri - Mənzil münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver