Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-4968/2021 10.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X13 qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddiaçı Cavabdeh qarşı “mənzilin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh və ona məxsus əşyaların ünvan 1-dən çıxardılaraq, mənzilin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Məhkəmə iclasında İddiaçı iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, ünvan 1 ünvanı 2008-ci il tarixdən onun xüsusi mülkiyyətindədir və ona bu barədə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi Yanında Daşınmaz Əmlakın Dövlət Reyestrindən 27.06.2008-ci il tarixli, ******* saylı çıxarış verilmişdir. X1 Cavabdeh ilə nikah bağlayaraq ailə qurmuş və 14.04.2010-cu il tarixdən onun xususi mülkiyyətində olan ünvan 1-də yaşamışlar. Münasibətləri pisləşdiyinə görə cavabdeh Suraxanı Rayon Məhkəməsinə nikahın pozulması tələbinə dair iddia ərizəsi ilə müraciət etmiş və Suraxanı Rayon Məhkəməsinin 25.02.2021-ci il tarixli, 2(010)-498/2021 saylı qətnaməsi ilə nikahları pozulmuşdur. X1 ilə nikahlarının pozulmasına baxmayaraq Cavabdeh hələ də ona məxsus ünvan 1 ünvanda yaşayır. Cavabdehə mənzilin boşaltması barədə dəfələrlə müraciət etməyinə baxmayaraq mənzildən getmək istəmir. O, hal-hazırda öz mənzilindən məhrum edilmişdir və mənzildə yaşaya bilmir. Cavabdeh ona öz mənzilindən sərbəst şəkildə istifadə etməyə imkan vermir. Hazırda o, digər oğlunun yanında qanunsuz tikilidə yaşayır, mübahisəli mənzildə ancaq Ülviyyə və uşağı yaşayır. Oğlu Rafael də hətta evdən çıxıb getmişdir. Cavabdeh onun mənzilinə gəlin gələn zaman notariusda heç bir sənəd imzalanmayıb. Buna görə də qeyd olunanlarının nəzərə alınaraq, iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə proses iştirakçısının izahatını dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən verilmiş MH seriyalı ******* nömrəli “Çıxarış”ın notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrində 27.06.2008-ci il tarixdə 751 nömrəli reyestr kitabının 70265 nömrəli vərəqində qeydiyyata alınmışdır. ASAN 4 tərəfindən 09.07.2021-ci il tarixdə verilmiş yaşayış yeri üzrə qeydiyyat haqqında ******* №-li arayışdan görünür ki, İddiaçı X4, X7 və X8 ilə birlikdə ünvan 1 ünvanında qeydiyyatdadır. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-498/2021 nömrəli iş üzrə qəbul etdiyi 25.02.2021-ci il tarixli qətnaməsi ilə iddiaçı Cavabdeh X3 qarşı “nikahın pozulması, uşaqların ananın yanında saxlanılması və aliment” tələbinə dair iddiasının qismən təmin edilməsi, iddiaçı Cavabdeh ilə cavabdeh X7 arasında 14.04.2010-cü il tarixdə Suraxanı rayon Qeydiyyat şöbəsində bağlanmış 326 nömrəli nikahın pozulması, tərəflərin birgə nikahından doğulmuş 25.01.2010-cu il təvəllüdlü X5 iddiaçı - anası Cavabdeh yanında saxlanılması, cavabdeh X2 21.10.2020-ci il tarixdən hesablanmaqla 25.01.2010-cu il təvəllüdlü X5 yetkinlik yaşına çatanadək saxlanılması üçün hər ay 175 (bir yüz yetmiş beş) manat sabit pul məbləğində alimentin tutularaq iddiaçı Cavabdeh ödənilməsi, cavabdeh X2 30 manat məbləğində dövlət rüsumunun tutularaq dövlət büdcəsinə ödənilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir. 20.08.2021-ci il tarixli mədaxil qəbzindən görünür ki, iddiaçı X7 tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 20 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Məhkəmə hesab edir ki, hazırkı mübahisənin düzgün həlli üçün cavabdehin mübahisəli mənzildən istifadə hüququnun yaranıb-yaranmadığını müəyyən etmək zəruridir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228.5-ci və Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 08 oktyabr 2013-cü il tarixli Qərarında deyilir ki, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdən sonra onun keçmiş ailə üzvünün həmin sahədən istifadə hüququ ilə bağlı məsələlərə baxılarkən 2009cu il oktyabrın 1-dək yaranmış münasibətlərə Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci maddəsinin, həmin tarixdən sonra yaranan münasibətlərə isə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.4-cü maddəsinin müddəaları tətbiq edilməlidir. Yuxarıda göstərilənlərə əsasən, Məhkəmə hesab edir ki, iddiaçının oğlu ilə cavabdeh 2010-cu ildə nikaha girərək mübahisəli mənzilə köçdüyündən, onun mübahisəli mənzildən istifadə etməsi ilə bağlı münasibətlər həmin dövrdə yarandığından, hazırkı mübahisəyə Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu maddəsi tətbiq edilməlidir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30.1-ci maddəsinə əsasən, yaşayış sahəsi mülkiyyətçisinin ailə üzvlərinə həmin mülkiyyətçi ilə ona məxsus olan yaşayış sahəsində birlikdə yaşayan mülkiyyətçinin arvadı (əri), habelə onun uşaqları və valideynləri aid edilir. Digər qohumlar, mülkiyyətçinin himayəsində olan əmək qabiliyyəti olmayanlar mülkiyyətçi tərəfindən ailə üzvləri kimi yaşayış sahəsinə köçürüldükdə, onun ailə üzvləri hesab edilə bilərlər. Cavabdeh iddiaçının birinci dərəcəli ailə üzvü olmasa da, onun qohumu kimi mübahisəli mənzilə köçüb və buna görə də, mübahisə yaranan dövrədək, yəni, mülkiyyətçinin buna razılığı olduğu dövrədək həmin mənzildən istifadə hüququna malik olub. Həmin Məcəllənin 30.4-cü maddəsində isə qeyd edilir ki, Əgər yaşayış sahəsinin mülkiyyətçisi ilə keçmiş ailə üzvü arasında başqa razılaşma yoxdursa, yaşayış sahəsinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildikdə, keçmiş ailə üzvünün həmin yaşayış sahəsindən istifadə hüququ saxlanmır. Məhkəmə qərarı ilə cavabdehlə iddiaçının oğlu X7 arasındakı nikah pozulduğundan, onlar arasındakı ailə münasibətlərinə xitam verilmiş və buna görə də, cavabdehin həmin mənzildən istifadə hüququ aradan qalxmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə əsasən, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası Mülki Məcəllənin 17.1-ci maddəsinə əsasən, bütün dövlət hakimiyyəti orqanları, yerli özünüidarə orqanları, siyasi partiyalar, ictimai birliklər, həmkarlar ittifaqı təşkilatları, fiziki və hüquqi şəxslər mülki hüquqlara hörmət bəsləməyə və onların müdafiəsinə kömək göstərməyə borcludurlar. Həmin Məcəllənin 152-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Cavabdehin mübahisəli mənzildən istifadə hüququ qalmadığından, iddiaçının tələbi ilə həmin mənzili boşaltmalıdır. Buna görə də, iddia tələbi əsaslıdır və təmin olunmalıdır. İddia təmin edildiyi üçün Cavabdeh 10 manat dövlət rüsumu alınıb İddiaçı verilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə qət etdi: İddia təmin edilsin. Cavabdeh özünə məxsus əşyaları ilə birlikdə ünvan 1 ünvanından çıxardılaraq, həmin mənzil İddiaçı təhvil verilsin. Cavabdeh 10 (on) manat dövlət rüsumu alınıb İddiaçı verilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-4968/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-4968/2021
10.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver