Məhkəmə qərarları › İş №2(010)-4987/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4987/2023

05.12.2023 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4987/2023 05.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı və İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “əşyaların çıxardılması və evin boşaldılması” tələbinə dair ilk, iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak” qarşılıqlı iddia tələbinə dair mülki işə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh qarşı “əşyaların çıxardılması və evin boşaldılması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh məxsus olan bir ədəd taxt çarpayı, bir ədəd “şifoner”, bir ədəd çilçıraq, bir ədəd soyuducu, bir ədəd paltaryuyan maşın və bir dəst yorğan, döşək və balışın onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Səttar Bəhlulzadə küçəsi, döngə 7, ev 1 (yeni qaydalarla: AZ 1043, ünvan 1 ünvanında yerləşən evdən çıxarılması və evin boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən özünə məxsus olan siyahısı göstərilmiş məişət əşyalarının cavabdeh İddiaçı alınaraq ona verilməsi, əks halda əşyaların dəyərinin ödənilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında həm ilk, həm də qarşılıqlı iddiaçı məhkəməyə ərizə ilə müraciət edərək, mübahisə predmeti olan əşyaların Cavabdeh qaytarıldığını bildirmiş, hər iki iddia ərizəsinin qaytarılmasını xahiş etmişlər. Məhkəmə, tərəfləri dinləyib, təqdim edilmiş ərizələri iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, həm ilk, həm də qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi. Maddə 170. İşin məhkəmə baxışına hazırlanması zamanı iş üzrə icraatın dayandırılması, xitam verilməsi və ərizənin qaytarılması. 170.1. Bu Məcəllənin 254, 255, 261.0.1—261.0.3 və 261.0.6—261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. 170.3. Bu Məcəllənin 170.1-ci və 170.2-ci maddələrində göstərilən qaydada qəbul edilmiş qərardaddan şikayət verilə bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur (“Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2011-ci il tarixli, 3№-li qərarı). Son olaraq, məhkəmə onu da qeyd edir ki, iddia ərizəsi geri qaytarıldığından bu iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən ödənilmiş dövlət rüsumu da dövlət büdcəsindən rüsumu ödəyən ilk iddiaçıya qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 114.1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda qeyd edilənlərə əsasən və MPM-in 170, 263-269-cu maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D I: İddiaçı Cavabdeh qarşı “əşyaların çıxardılması və evin boşaldılması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (tarix: xx.xx.2023, qəbz №: **********) dövlət büdcəsindən İddiaçı qaytarılsın. İddiaçı Cavabdeh İddiaçı qarşı “əmlak” tələbinə dair qarşılıqlı iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar