Məhkəmə qərarları › İş №2(010)-4990/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-4990/2023

22.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-4990/2023 22.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Atayeva Nərgiz Etibar qızının katibliyi, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh*, Cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri * saylı ərazi idarəsi olmaqla çıxarışın ləğv edilməsi, hərracdan satılaraq borc tələbinə yönəldilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin binasında hazırlıq iclasında baxaraq, M ü ə y y ə n e t d i: İddiaçı X* iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, AR Əmlak Məsələləri Dövlət Komitəsi Daşınmaz Əmlakın Dövlət Reyestri tərəfindən verilmiş, dövlət reyestrində 0060**00 4505-0530*-083003 reyestr nömrəsi, **220***03 qeydiyyat nömrəsi ilə *8.0*.2022-ci il tarixdə qeydə alınmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “V” y/s, ev *3M ünvanda yerləşən, ümumi sahəsi 446 kv.m olan, 2 mərtəbəli qeyri yaşayış sahəsinə dair Cavabdeh2 adına olan hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın etibarsız hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hazırlıq iclasında iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi Nümayəndə məhkəməyə yazılı ərizə təqdim edərək, iddia ərizəsinin və ona əlavə olunmuş sənədlərin geri qaytarılmasını xahiş etdi. Cavabdeh2 etibarnamə üzrə nümayəndəsi və vəkili Vəkil ərizəyə etirazının olmadığını bildirdi. Azərbaycan Respublikası MPM-nin *70.*-ci maddəsinin tələbinə görə məhkəmə baxışına hazırlıq mərhələsində iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın *70, 263-264 və 267- 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin cavabdehlər Cavabdeh*, Cavabdeh2 qarşı müstəqil tələb irəli sürməyən üçüncü şəxs Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı şəhəri * saylı Ərazi İdarəsi olmaqla çıxarışın ləğv edilməsi, hərracdan satılaraq borc tələbinə yönəldilməsi tələbinə dair iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılsın. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, onun surəti rəsmi qaydada təqdim edildiyi gündən *0 (on) gün müddətində onu qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar