Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5/2022 31.05.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının vəkili Vəkil Cavabdeh iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh və X7 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı ərizə ilə məhkəməyə müraciət edərək, Cavabdeh ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yerləşən yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və əşyaları ilə birlikdə bu yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, Rusiya Federasiyası, Leninqrad vilayəti, Priozersk şəhəri, Qoqol küçəsi ev 7, mənzil 30 ünvanında yaşayaraq burada işləyir. ünvan 1 ünvanında yerləşən 3 otaqlı, ümumi sahəsi 71.5 kv.metr, yaşayış sahəsi 37,04 kv.metr olan mənzil 13.07.1994-cü il tarixindən onun xüsusi mülkiyyətindədir. (DƏDRX-nin 13.04.2018-ci il tarixli arayışının əsli əlavə edilir.) Cavabdeh onun vəfat edən bacısının - X3 oğludur. Zəngilan rayonu erməni işğalçıları tərəfindən işğalından sonra onun valideynləri Bakı şəhərinə gəldilər və onlar əvvəlcə yataqxanada məskunlaşdılar. Onlarla birgə həm də bacısı Raisa və onun ailəsi də gəldilər. 1994-cü ildə o, ünvan 2 ünvanında yerləşən mənzili əldə etmişdir. 1997-ci ildə o, bacısı Raisanın oğlu Cavabdeh ona məxsus adı çəkilən mənzildə müvəqqəti yaşamağa icazə vermişdir. Anası və atası Sank-Peterburq şəhərinə gedərək orada yaşayan bacısı Tamaranın yanına yaşamağa getmişlər. Atası xəstə idi və qaçqın kimi ona orada ssuda verdilər. Bu pula atası ünvan 3 ünvanında yerləşən bu mənzilinin qonşuluğunda 1-ci mərtəbədə bir mənzil aldı. Bundan sonra atası vəfat etdi və o, anasını öz yanına götürdü. Bacısı Raisanın əri İslam sonra bu mənzili satdı. O, anası və nənəsı kirayədə ev tutub yaşadılar. Sonra Azərbaycan Respublikası Qaçqınların və X12 Üzrə Dövlət Komitəsi onlara ünvan 4 ünvanında 6 sot torpaq sahəsi və üzərində bir otaqlı, kiçik mətbəxi olan ev tikib verdi. O da orada əlavə bir otaq tikdi. 2005-ci ildə bacısı Raisa xərçəng xəstəliyinə tutuldu, o və anası onu müalicə üçün Sank- Peterburq şəhərinə aparmağa məcbur oldular. Onun xəstəliyinin müalicəsi üçün heç kim pul vermək istəmirdi. Ona görə də o, məcbur olub mülkiyyətində olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 1, mənzil 23 ünvanında yerləşən 3 otaqlı mənzili “Azərnəqliyyatbanka”- ipoteka qoyub kredit götürdü, onun müalicəsinə xərclədi. Eyni zamanda orada işləyərək bankın da kreditini göndərərək ödəyirdi. Bacısı Raisa vəfat edəndən sonra Səbuhinin qardaşı Rüfət və arvadı onun anasını dövlət tərəfindən ona verilən ünvan 4 ünvanında yerləşən həmin evdən qovmuşlar. Bu barədə ona qonşular zəng etdilər, və o Bakıya gəlmiş, lakin onu da bu evə buraxmamışlar. Hazırda onun xüsusi mülkiyyətində olan Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 1, mənzil 23 ünvanında bacısı Raisanın oğlu Cavabdeh və onun ailə üzvləri, dövlət tərəfindən anasına verilən ünvan 4 ünvanında yerləşən evdə isə bacısı Raisanın digər oğlu Rüfət Həsənov yaşayır. Cavabdeh onun ailə üzvlərinin sırasına aid deyildir, o, bacısı oğludur, mülkiyyətçi kimi onunla onun arasında yaşayış sahəsindən istifadə qaydalarını tənzimləyən razılaşma bağlanmamışdır. Ona müvəqqəti olaraq burada yaşamağa icazə verilmiş, razılaşma qismində həm mülki (məsələn, əmlak kirayəsi müqaviləsi və ya əvəzsiz istifadə haqqında müqavilə), həm də ailə qanunvericiliyi (nikah müqaviləsi və ya alimentin ödənilməsinə dair razılıq) ilə nəzərdə tutulan bu və ya digər müqavilə, yaxud razılıq, habelə qüvvədə olan qanunvericiliyə zidd olmayan digər razılıq növü bağlanmamışdır. Eyni zamanda ona yaşayış yeri üzrə qeydiyyata düşmək üçün də hər hansı razılıq verilməmiş və bu mənzilə qeydiyyata alınmamışdır. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında DƏDRX-nin 1 saylı Bakı Ərazi İdarəsinin 26 aprel 2018-ci il tarixli məktubundan görünür ki, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 1, mənzil 23 ünvanında yerləşən yaşayış sahəsi 04.06.2005-ci il tarixindən “Azərnəqliyyatbank”-ın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Aydınlıq üçün bildirir ki, 1989-cu ildə yaradılmış bu bank, 04 mart 2010-cu il tarixindən Expressbank adlanır. Beləliklə, cavabdeh və onun ailə üzvlərinin qanunsuz və özbaşına olaraq zəbt etdikləri onun xüsusi mülkiyyətində olan bu mənzildən könüllü çıxmadığı səbəbindən, o, Expressbanka olan borcunu bağlaya bilmir, belə ki, əgər cavabdehlər bu mənzili boşaltdıqları halda, o, mənzili hər hansı bir alıcıya təqdim edib beh götürə bilər, sonra bu behi banka verib borcu bağlayaraq mənzili yüklülükdən azad edə bilər, həm də digər borclarını da qarşılaya bilər. Cavabdehlərin belə özbaşına və qanunsuz hərəkətləri mülkiyyət hüququnu pozur, əmlakım üzərində sahiblik etmək, onun barəsində sərəncam vermək imkanından onu məhrum edir. İddiaçı iddia ərizəsinə əlavə ilə müraciət edərək, onun xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi (keçmiş İnşaatçılar küçəsi) ev 1, mənzil 23 ünvanına cavabdehlər Cavabdeh və X6, 2005-ci ildə doğulmuş oğlu X8, 2009-cu ildə doğulmuş oğlu X9 yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və onların əşyaları ilə birlikdə bu yaşayış sahəsindən çıxarılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5800/2018 saylı, 11 dekabr 2018ci il tarixli qərardadı ilə Cavabdeh yazılı vəsatəti təqdim edilmiş, Suraxanı Rayon Məhkəməsinin icraatında olan 2(010)-7747/2018 saylı iş üzrə yekun məhkəmə aktı çıxarılanadək hazırki iş üzrə icraatın dayandırılması müəyyən edilmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-23/2021 saylı, 28 dekabr 2021-ci il tarixli qərardadı ilə hazırki iş üzrə icraatın dayandırılmasına səbəb olan hallar aradan qalxdığından iş üzrə icraat təzələnmiş və məhkəmə iclası 13 yanvar 2022-ci il tarixə, saat 10.40-a təyin edilmişdir. Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək, hazırki işlə bağlı AR Konstitusiya Məhkəməsində prosesin davam etdiyini bildirmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qərardadı ilə İddiaçı cavabdehlər Cavabdeh və X7 qarşı yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi və yaşayış sahəsindən çıxarılma tələbinə dair mülki iş üzrə icraatı Konstitusiya Məhkəməsində mülki işə baxılıb yekun vurulanadək dayandırılması müəyyən edilmişdir. İddiaçının vəkili Vəkil şikayətlə məhkəməyə müraciət edərək, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qərardadının hüquqi əsaslar olmadan qəbul edildiyini bildirərək, qeyd olunan qərardadın ləğv edilməsini, əks təqdirdə isə mülki işin şikayətlə birlikdə baxılması üçün Bakı Apellyasiya Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5/2022 saylı, 22 aprel 2022-ci il tarixli qərardadı ilə şikayət təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-5/2022 saylı, 17 yanvar 2022-ci il tarixli qərardadı ləğv edilərək iş üzrə məhkəmənin baxış iclası 13.05.2022-ci il tairxə, saat 10.20-ə təyin edilmişdir. Məhkəmənin 31.05.2022-ci il tarixli iclasında iddiaçının vəkili Vəkil iddia ərizəsində qeyd olunanlara uyğun izahat verərək iddia tələbinin təmin edilməsini xahiş etdi. Məhkəmənin 31.05.2022-ci il tarixli iclasında Cavabdeh iddia tələbi ilə razı olmadığını, qeyd olunan mübahisə mənzilin 1994-cü ildə atası – X10 şəxsi vəsaiti hesabnına alındığını və həmin vaxt mənzili öz adlarına qeydiyyata ala bilmədikləri üçün İddiaçı adına qeydiyyata aldıqlarını bildirmişdir. Cavabdeh X7 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdarlıq edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş və bunun səbəblərini bildirməmişdir. Məhkəmə AR MPM-nin 185.5-ci maddəsinin tələbini rəhbər tutaraq işə cavabdehin iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə iddiaçı və cavabdeh tərəfi dinləyib, mülki işin materiallarını tədqiq edib, təqdim edilmiş sübutları araşdırıb, hesab edir ki, iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan: - AR DƏDRX tərəfindən 13.04.2018-ci il tarixdə verilmiş arayışdan görünür ki, 13.07.1994-cü il tarixli qeydiyyat vəsiqəsinə müvafiq olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, ev 1 ünvanında yerləşən 3 otaqlı, 23 nömrəli mənzil mülkiyyət hüququ əsasında X4 məxsusdur. - 26.09.2018-ci il tarixli arayışdan görünür ki, Cavabdeh 1994-cü ildən etibarən məcburi köçkün kimi öz ailə üzvləri ilə birlikdə Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi (keçmiş İnşaatçılar küçəsi), ev 1, mənzil 23 ünvanında məskunlaşmışdır. ünvan 5 oktyabr 2012-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı X1 cavabdehlər Cavabdeh və X5 qarşı ünvan 6 ünvana köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsinə dair iddia tələbi təmin edilməmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-3206/2013 saylı, 15 iyul 2013-cü il tarixli qətnaməsi ilə iddiaçı X1 nümayəndəsi X13 tərəfindən verilmiş apellyasiyia şikayəti qismən təmin edilmiş, həmin iş üzrə ünvan 5 oktyabr 2012-ci il tarixli qətnaməsi ləğv edilmiş, iddiaçı X1 cavabdehlər Cavabdeh və X5 qarşı mənzilə köçürülmə və mənzildən istifadə qaydasının müəyyən edilməsinə dair iddia tələbi təmin edilməmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 20.05.2021-ci il tarixli qərarından görünür ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-929/2019 saylı, 22 may 2019-cu il tarixli qətnaməsi ilə iddia təmin edilmiş, ünvan 7 ünvanında yerləşən iddiaçının (Həsənov İslam Sayiş oğlunun) şəxsi vəsaiti hesabına alınan mənzilin, yəni onun vəsaiti hesabına tam şəkildə ödənilmiş 450.000 (dörd yüz əlli min) manat məbləğin bu günə olan AR manatına indeksasiya edilərək dəyərinin cavabdeh İddiaçı alınaraq müştərək qaydada Həsənov İslam Sayiş oğluna və Cavabdeh ödənilməsi qət edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12313/2019 saylı, 14.11.2019-cu il tarixli qətnaməsi ilə cavabdeh İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-929/2019 saylı, 22 may 2019-cu il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının 17.06.2020-ci il tarixli, 2(102)-1999/2020 saylı qərarı ilə, cavabdeh İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin 2(103)-12313/2019 saylı, 14.11.2019-cu il tarixli qətnaməsi ləğv edilərək işin yeni apellyasiya baxışına göndərilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6968/2020 saylı, 19.10.2020-ci il tarixli qətnaməsi ilə apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-929/2019 saylı, 22 may 2019-cu il tarixli qətnaməsi ləğv edilərək iddiaçılar Həsənov İslam Sayiş oğlu və Cavabdeh İddiaçı qarşı pul tələbinə dair iddiasının təmin edilməməsi qət edilmişdir. AR Ali Məhkəməsinin Mülki Kollegiyasının hazırki yuxarıda qeyd olunan qərarı ilə iddiaçı Həsənov İslam Sayiş oğlunun kassasiya şikayəti təmin edilməmiş və Bakı Apellyasiya Məhkəməsinin 2(103)-6968/2020 saylı, 19.10.2020-ci il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılmışdır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan hallarından məlum olur ki, 13.07.1994-cü il tarixli qeydiyyat vəsiqəsinə müvafiq olaraq Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi, (indiki Rüfət Abdullayev küçəsi) ev 1 ünvanında yerləşən 3 otaqlı, 23 nömrəli mənzil mülkiyyət hüququ əsasında X4 məxsusdur. Cavabdehlər 1994-cü ildən etibarən məcburi köçkün kimi öz ailə üzvləri ilə birlikdə qeyd olunan mənzildə məskunlaşmışlar. Hazırkı iddia tələbində iddiaçı cavabdehə həmin mənzildə müvəqqəti məskunlaşmaq üçün icazə verdiyini və hazırda cavabdehlərin onun qeyd olunan mənzilə münasibətdə mülkiyyət hüquqularını həyata keçirməyə maneələr törətdiyindən həmin mənzildən cavabdehlərin istifadə hüququna xitam verilməsini və onların mənzildən çıxarılmasını tələb edir. Cavabdehin isə etirazı ondan ibarətdir ki, qeyd olunan mənzil onun atasının şəxsi vəsaiti hesabına alındığına və 1994-cü ildən etibarən həmin mənzildə yaşadıqlarına görə iddia tələbi əsaslı ola bilməz. Məhkəmə iddia tələbinə qiymət verərkən mübahisəli mənzilə iddiaçı və cavabdeh tərəflərin hansı hüquqlarının olmasının müəyyənləşdirilməsini zəruri hesab edir. Yuxarıda qeyd edildiyi kimi mübahisəli mənzil 1994-cü ildən iddiaçıya mülkiyyət hüququ ilə məxsusdur. Cavabdeh tərəf bu halı mübahisələndirsə də, məhkəmə hesab edir ki, etiraz əsassızdır. Mülki Məcəllənin 140-cı maddəsinə görə reyestrin məzmununun qeyri-dəqiqliyi sübuta yetirilməyincə, həmin məzmunun həqiqiliyi və tamamlığı prezumpsiyası qüvvədədir. Əqd əsasında özgəninkiləşdirənin adına qeydiyyata alınmış hər hansı bir hüququ əldə edən şəxsin xeyrinə reyestrdəki qeyd, bu qeydə dair etirazın reyestrə daxil edildiyi və ya əldə edən şəxsin qeydin qeyri-dəqiq olmasını bildiyi hallar istisna olmaqla, həqiqi hesab edilir. Bu xüsusda qeyd edilməlidir ki, əvvəlki məhkəmə aktları ilə Həsənov İslam Sayiş oğlu və Cavabdeh İddiaçı qarşı ünvan 7 ünvanında yerləşən iddiaçının (Həsənov İslam Sayiş oğlunun) şəxsi vəsaiti hesabına alınan mənzilin, yəni onun vəsaiti hesabına tam şəkildə ödənilmiş 450.000 (dörd yüz əlli min) manat məbləğin bu günə olan AR manatına indeksasiya edilərək dəyərinin cavabdeh İddiaçı alınaraq müştərək qaydada Həsənov İslam Sayiş oğluna və Cavabdeh ödənilməsi tələbinə dair iddiaları təmin edilməmişdir. Göründüyü kimi, cavabdeh tərəf hazırda bildirdiyi etirazını daha əvvəl iddia tələbi şəklində E.C.Alıquliyevaya qarşı irəli sürmüş, mübahisəli mənzilə görə pulun onlar tərəfindən ödənildiyini bildirməklə, həmin pul məbləğini E.C.Alıquliyevadan geri tələb etmiş, lakin iddia tələbi yuxarı instansiya məhkəmələri tərəfindən əsassız hesab edilmişdir. Mübahisəli mənzilə cavabdehlərin sahiblik və istifadə (məhdud əşya) hüquqlarının olub-olmamasına gəlincə, məhkəmə qeyd edir ki, işdən göründüyü kimi cavabdehlər iddiaçıya məxsus mənzildə 1994-cü ildən məskunlaşmışlar. Elə həmin ildə də, mənzil iddiaçının adına mülkiyyət hüququ ilə qeydə alınmışdır. Məhkəmə hesab edir ki, iddiaçı və cavabdeh tərəfin mübahisəli mənzillə bağlı münasibətləri 1994-cü ildə yarandığından, cavabdehlərin həmin mənzilə məhdud əşya hüquqlarının olub-olmaması məsələsinə də həmin dövr qüvvədə olan qanunvericilik baxımından hüquqi qiymət verilməlidir. Mülki Məcəllənin 7.1-ci maddəsinə görə Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsində nəzərdə tutulanlar istisna olmaqla, mülki qanunvericilik müddəalarının geriyə qüvvəsi yoxdur və onlar qüvvəyə mindikdən sonra əmələ gəlmiş münasibətlərə tətbiq edilir. Qüvvədən düşmüş Mənzil Məcəlləsinin 123-cü maddəsinə görə yaşayış evi mülkiyyətçisinin özünə məxsus olan evə köçürdüyü ailə üzvləri onların köçməsi zamanı başqa qeyd-şərt göstərilməmişsə, evdə yaşayış sahəsindən onunla bərabər istifadə etmək ixtiyarına malikdirlər. Bu Məcəllənin 53-cü maddəsində göstərilən şəxslər mülkiyyətçinin ;ailə üzvləri sayılırlar. Ailə üzvləri mülkiyyətçi tərəfindən onlara verilən yaşayış sahəsinə öz həddi-büluğa çatmamış uşaqlarını köçürmək ixtiyarına malikdirlər; digər ailə üzvlərinin köçürülməsinə yalnız mülkiyyətçinin razılığı ilə yol verilir. Həmin şəxslərin yaşayış sahəsindən istifadə hüququ yaşayış evinin mülkiyyətçisi ilə ailə münasibətlərinə xitam verildiyi halda da saxlanılır. Həmin Məcəllənin 53-cü maddəsində qeyd edilmişdir ki, icarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Cavabdeh iddiaçı X2 bacısı oğludur, digər cavabdeh X11 isə Cavabdeh həyat yoldaşıdır və iddiaçı ilə yaxın qohumluğu müəyyən edilmir. Göründüyü kimi, cavabdehlərin mübahisəli mənzilə istifadə hüququ həmin dövrdə qüvvədə olan qanunvericiliyə əsasən yaranmamışdır. Çünki, onlar iddiaçıya münasibətdə istifadə hüququnun yaranması üçün müəyyən edilmiş qohumlar kateqoriyasına aid deyillər. Məhkəmə hesab edir ki, cavabdehlərin iddiaçıya məxsus mənzildə qalmalarını şərtləndirən hüquqi əsaslar yoxdur. Ona görə də, onlar iddiaçıya məxsus mənzili yetkinlik yaşına çatmayan uşaqları - 2005-ci ildə doğulmuş X14 və 2009-cu ildə doğulmuş X15 və əşyaları ilə birgə tərk etməlidirlər. Məhkəmə hesab edir ki, iddia tələbi Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi (keçmiş İnşaatçılar küçəsi) ev 1, mənzil 23 ünvanına cavabdehlər Cavabdeh və X6, 2005-ci ildə doğulmuş oğlu X8, 2009-cu ildə doğulmuş oğlu X9 istifadə hüququna xitam verilməsi hissəsində əsassızdır. Çünki, artıq qeyd edildiyi kimi cavabdehlərin mübahisəli mənzilə istifadə hüquqları yaranmamışdır. Belə olan halda, olmayan hüquqa xitam verilə bilməz. Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Azərbaycan Respublikası MM-nin 152-ci maddəsinə əsasən mülkiyyət hüququsubyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Mülkiyyətçi qanunvericiliklə və ya başqa şəkildə, o cümlədən müqavilə məhdudiyyətləri ilə müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Azərbaycan Respublikasının tərəfdar çıxdığı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinə əsasən də, “hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.” Mülkiyyət hüququ Azərbaycan Respublikasında nəinki mülkiyyətçinin hüquqi təsbit olunmuş geniş səlahiyyətləridir (ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək), həm də qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan mülkiyyətçinin dövlət tərəfindən təminat altına alınmış həmin əmlak üzərində üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin qeyd edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh və X11 ailə üzvləri olan X14 və X15 olmaqla, onlara məxsus əşyaları ilə birlikdə iddiaçı Alı̇ qulı̇ yeva Elmı̇ ra Cəmı̇ l qızına məxsus Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Rüfət Abdullayev küçəsi (keçmiş İnşaatçılar küçəsi) ev 1, mənzil 23 ünvanından çıxarılsınlar. İddia qalan hisədə təmin edilməsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-5/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5/2022
31.05.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi - Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver