Azərbaycan Respublikası adından QİYABİ QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5007/2021 27.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hаkim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas kаtibliyi, İddiaçılar İddiaçı1 və İddiaçı2 iştirakları ilə, İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh qarşı “evdən istifadə hüququna xitam verilməsi” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçılar İddiaçı1 və İddiaçı2 cavabdeh X2 qarşı “evdən istifadə hüququna xitam verilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən cavabdeh X1 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququnun itirilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, onlar ünvan 1 ünvanında yerləşən evin mülkiyyətçiləridir. Hazırda ev tam olaraq onların mülkiyyətindədir. Cavabdeh X4 mülkiyyət hüququ ilə onlara məxsus olan mənzildən istifadə hüququnun itirilməsini könüllü olaraq həyata keçirmir. Elə bu səbəbdən də onlar cavabdehin evdən istifadə hüququnun itirilməsi ilə bağlı məhkəməyə müraciət etmək qərarına gəlmişlər. Cavabdeh X1 onların evinə istifadə hüququnun olması əmlak üzərində hüquqlarının həyata keçirilməsində maneçilik yaradır. Onların evindən istifadə etməyən şəxsin bu evdə istifadə hüquqlarının qalması əlavə problemlərə gətirib çıxarır. Həmçinin, müvafiq kommunal xidmətlərin toplanması evə istifadə hüquqları olan şəxslərin sayına görə müəyyənləşdirilir ki, bu da hər ay ailə büdcəsindən əlavə xərclərə səbəb olur. Yəni ki, mənzildə yaşamayan, lakin siyahıda istifadəçi kimi gedən cavabdehin günahı ucbatından müvafiq maddi ziyana düşürlər. Hazırda cavabdehin harada yaşaması da onlara məlum deyil. Məhkəməyə müraciət etməkdə əsas məqsədləri ondan ibarətdir ki, cavabdeh X1 ünvan 1 ünvanında yerləşən evdən istifadə hüququnun itirilməsinə dair qətnamə qəbul edilsin. Məhkəmə iclasında İddiaçı1 iddianı müdafiə edərək əlavə etdi ki, cavabdeh X4 ilə 1998-ci ildə ailə qurmuş, birgə nikahlarından bir qızları doğulmuşdur. Lakin ailəli olduqları cavabdehin hərəkətlərinə görə aralarında tez-tez münaqişələr baş vermişdir. Belə ki, o, heç vaxt işləməmiş, ailəsinə baxmamış, heç kimlə yola getməmişdir. Onun bu hərəkətlərinə görə öz anası da evi tərk edib qızının yanına getmişdir. Bir müddət sonra cavabdeh Rusiyaya getmiş, orada ailə qurub yaşamağa başlamışdır. Onunla arasında olan nikah pozulduqdan sonra uşağın saxlanılması üçün cavabdehdən aliment tutulması qət edilsə də cavabdeh həmin aimenti də ödəməkdən yayınır. Cavabdeh evi könüllü şəkildə tərk edib Rusiyaya köçmüşdür. Belə bir vəziyyətdə ev üzərində istifadə hüququnun qalması onun və digər iddiaçının hüquqlarını pozur. Belə ki, onlar bu evi satmaq istəyir. Çünki, ev təmirsizdir, hətta eyvanın vəziyyəti təhlükəlidir. Onların isə bu evi təmir etdirməyə maddi imkanları yoxdur. Bu səbəbdən evi satıb heç olmasa bir otaqlı ev almaq istəyirlər. Cavabdeh heç bir aliment ödəmədiyindən bu evin satılması uşağın saxlanılması üçün də zəruridir. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə almaqla iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında digər İddiaçı2 iddianı müdafiə edərək bildirdi ki, cavabdeh X4 onun qardaşıdır. Digər İddiaçı1 isə həm qardaşının yoldaşı, həm də bibisi qızıdır. O, könüllü şəkildə evdən çıxaraq Rusiyaya getmiş, orada ailə quraraq yaşamağa başlamışdır. Onun bu ev üzərində heç bir istifadə hüququ qalmamışdır. Odur ki, məhkəmədən qeyd etdiklərini nəzərə almaqla iddianın təmin edilməsini xahiş etdi. Eyni zamanda, iddiaçılar İddiaçı1 və İddiaçı2 məhkəməyə ərizə verərək işə qiyabi icraat qaydasında baxılmasını xahiş etdi. Məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Belə ki, cavabdeh X2 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə qiyabi icraat qaydasında baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 238.1-ci maddəsinə əsasən iclasın vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə iclasına gəlmədikdə və gəlməməsinin səbəbləri barədə məlumat vermədikdə, iddiaçı buna etiraz etmədikdə, işə qiyabi icraat qaydasında baxıla bilər. Həmin Məcəllənin 238.4-cü maddəsinə əsasən işə qiyabi baxılmasına iddiaçının razılığı yazılı formada olmalıdır. Məhkəmə iddiaçıların izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən MA seriyalı, ******* nömrəli Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evi İddiaçı1 və İddiaçı2 xüsusi mülkiyyətindədir. DİN-in MAPS Şöbəsi tərəfindən verilmiş arayışdan görünür ki, X4 ünvan 3 ünvanında qeydiyyatdadır. Məhkəmə tərəfindən iş materiallarının araşdırılması və izahatların dinlənilməsi nəticəsində müəyyən edilmişdir ki, İddiaçı1 və cavabdeh X4 arasında 1998-ci ildə nikah bağlanmış, onlar həmin vaxtdan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində yaşamağa başlamışlar. Lakin bir müddət sonra, tərəflərin ailə münasibətləri pozulmuş, cavabdeh evi könüllü tərk edərək çıxıb getmiş, bir daha geri qayıtmamışdır. Hazırda həmin mənzilin xüsusi mülkiyyətçiləri olan iddiaçılar cavabdehin mənzildən istifadə hüququna xitam verilməsini tələb edirlər. Beləliklə, tərəflər arasında mübahisəli hüquq münasibətləri (cavabdehin evdən istifadə hüququ) 2000-ci ildən əvvəl yaranmışdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 217.2-ci maddəsinə əsasən qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 2000-ci il sentyabrın 1-dən sonra yaşayış evindən (mənzildən) istifadə edilməsi ilə əlaqədar yaranan hüquq münasibətləri ilə bağlı mübahisələr Mülki Məcəllənin 228.1 və 228.2-ci maddələrinin qaydalarına uyğun, bu tarixədək yaranmış hüquq münasibətləri ilə bağlı mübahisələr isə Mənzil Məcəlləsinin 123-cü maddəsinin qaydalarına uyğun həll edilməlidir. (“Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228-ci maddəsinin və Mənzil Məcəlləsinin 123-cü maddəsinin birinci hissəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 27 iyul 2001-ci il tarixli Qərarı). Belə olan halda məhkəmə hesab edir ki, mülki mübahisənin həlli üçün tərəflər arasında hüquq münasibəti yaranan vaxt qüvvədə olan yəni, 1 oktyabr 2009-cu il tarixədək qüvvədə olmuş Mənzil Məcəlləsi tətbiq edilməlidir. Belə ki, Həmin Məcəllənin: 53-cü maddəsinə əsasən icarədar ilə birlikdə yaşayan ailə üzvləri onunla bərabər yaşayış sahəsini icarə müqaviləsindən irəli gələn bütün hüquqlara malikdirlər və bütün vəzifələri yerinə yetirməlidirlər. Həddi-büluğa çatmış ailə üzvləri göstərilən müqavilədən irəli gələn öhdəliklər üzrə icarədar ilə müştərək əmlak məsuliyyəti daşıyırlar. İcarədarın ailə üzvləri icarədarın arvadı (əri), onların uşaqları və valideynləri hesab olunur. İcarədar ilə birlikdə yaşayıb onunla ümumi təsərrüfat aparan digər şəxslər də icarədarın ailə üzvləri hesab edilə bilərlər. Bu maddənin üçüncü hissəsində göstərilən vətəndaşlar icarədarın ailə üzvləri sırasından çıxıb onun yaşayış sahəsində yaşamaqda davam etdikdə, icarədarın və onun ailə üzvlərinin eyni hüquq və vəzifələrinə onlar da malik olurlar. 60-cı maddəsinin İ hissəsinə əsasən icarədar və ya onun ailə üzvləri müvəqqəti başqa yerə getdikdə onların yaşayış sahəsi altı ay saxlanır. 87-ci maddəsinə əsasən yaşayış sahəsinin icarədarı ailə üzvlərinin razılığı ilə istənilən vaxt icarə müqaviləsini pozmaq ixtiyarına malikdir. İcarədar və onun ailə üzvləri daimi yaşamaq üçün başqa yaşayış məntəqəsinə getdikdə və ya həmin yaşayış məntəqəsində digər yaşayış sahəsinə köçdükdə yaşayış sahəsini icarə müqaviləsi onların getdiyi və ya köçdüyü gündən pozulmuş hesab edilir. Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsinin İ hissəsi məhkəmələr tərəfindən tətbiq edilərkən nəzərə alınmalıdır ki, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 87-ci maddəsində və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarında göstərilən əsaslar müəyyən edilmədikdə, icarədar və ya onun ailə üzvlərinin müvəqqəti, o cümlədən altı ay və daha uzun müddətə başqa yerə getməsi həmin şəxsləri yaşayış sahəsinə olan hüquqlarından məhrum etmir. (“Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 60-cı maddəsi haqqında”Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 12 mart 1999-cu il tarixli qərarı) Beləliklə, tərəflər arasında mübahisəli hüquq münasibətlərinin yarandığı vaxt qüvvədə olmuş Mənzil Məcəlləsi yaşayış sahəsindən müvəqqəti başqa yerə gedənin yaşayış sahəsinin cəmi altı ay saxlanıldığını müəyyən etmiş, daimi yaşamaq üçün başqa yaşayış sahəsinə köçməyi isə icarə müqaviləsinin pozulması, beləliklə yaşayış sahəsinin itirilməsinin əsası kimi qiymətləndirmişdir. Burada həlledici məqam həmin Məcəllənin 87-ci maddəsində göstərilmiş “daimi yaşamaq üçün getmək” şərtinin müəyyən edilməsidir. Hazırkı işdən görünür ki, cavabdeh X4 arvadı ilə ailə münasibətləri pozulduqdan sonra, evi könüllü şəkildə tərk etmiş, iddiaçıların dediyinə görə başqa ölkədə yaşamağa başlamış, təkrar ailə qurmuş, hazırkı tarixədək geri qayıtmamışdır. Bu səbədən məhkəmə hesab edir ki, Mənzil Məcəlləsinin 87-ci maddəsində müəyyən edilmiş “daimi yaşamaq üçün getmək” şərti hazıkı işdə müəyyən edildiyindən iddiaçı X4 yaşayış sahəsini itirmişdir. Odur ki, iddia əsaslıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. 241.4-cü maddəsinə əsasən iddiaçının tələbi əsaslı olduqda, məhkəmə onun iddiasını qiyabi qətnamə ilə təmin edir. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia əsaslı olduğundan təmin edilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiа təmin edilsin. Cavabdeh Məmmədli (Məmmədov) Elnur Məmməd oğlunun ünvan 4 ünvanında yerləşən evdən istifadə hüququna xitam verilsin. Qətnamə cavabdeh Məmmədli (Məmmədov) Elnur Məmməd oğlunun ünvan 4 ünvanında yerləşən evdən qeydiyyatdan çıxarılması üçün əsasdır. Cavabdeh qiyabi qətnaməni aldıqdan sonra 10 (on) gün müddətində qiyabi qətnamənin ləğvi üçün Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ərizə verə bilər. Qiyabi qətnamədən tərəflər, bu qətnamənin ləğvi üçün ərizə verilməsi və ona baxılması müddəti bitdikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-5007/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qiyabi qətnamə — İş №2(010)-5007/2021
27.09.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver