Məhkəmə qərarları › İş №2(010)-501/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-501/2021

02.03.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-501/2021 02.03.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, Hakim köməkçisi Məmmədli Əbülfəz Namiq oğlunun katibliyi, ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi “miras əmlakıın qəbul olunması faktının təsdiq olunması”na dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi “miras əmlakıın qəbul olunması faktının təsdiq olunması”na dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, X3 qanun üzrə vərəsəsi kimi, onun ölümündən sonra miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4069, M.Fətəliyev küçəsi 98, giriş 5, mərtəbə 8, mənzil 88 ünvanında yerləşən daşınmaz əmlaka vərəsəliyin iddiaçı Ərizəçi tərəfindən qəbul edilməsi faktının təsdiq edilməsi, iddiaçının Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4069, M.Fətəliyev küçəsi 98, giriş 5, mərtəbə 8, mənzil 88 ünvanında yerləşən mənzilə mülkiyyət hüququnun yaranmasının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan Ərizəçi vəkili və nümayəndəsi Vəkil dəqiqləşmə barədə ərizə təqdim edərək, X3 qanun üzrə vərəsəsi kimi, onun ölümündən sonra miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4069, M.Fətəliyev küçəsi 98, giriş 5, mərtəbə 8, mənzil 88 ünvanında yerləşən daşınmaz əmlaka vərəsəliyin iddiaçı Ərizəçi tərəfindən qəbul edilməsi faktının təsdiq edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxs 4 saylı Bakı Maraqlı şəxsndə notariat ofisi məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkməyə məlumat verməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsasən işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxmışdır. Ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, Ərizəçi X6 ilə xx.xx.1996-cı ildə rəsmi nikaha daxil olmuş, birgə nikahdan 2 övladları olmuşdur. Əri xx.xx.2017-ci il tarixində rəhmətə getmişdir. Belə ki, o və övladları Məcəllənin 1159.1.1-ci maddəsinə görə X3 qanun üzrə birinci növbədə vərəsələri hesab olunurlar. Ərizəçi əri X2 miras qalmış, onun öldüyü məqamadək əmlakına daxil olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4069, M.Fətəliyev küçəsi 98, giriş 5, mərtəbə 8, mənzil 88 ünvanında yerləşən daşınmaz əmlaka onun öldüyü xx.xx.2017-ci il tarixindən bəri faktiki sahibliyi həyata keçirir, ərinin sağlığında olduğu kimi əri öldükdən sonra, indiyədək davamlı şəkildə həmin evdə yaşamış, mənzildə xırda həcmli tikinti-bərpa, yeniləmə işləri ilə məşğul olmuş, yəni evlə bağlı bütün təsərrüfat fəaliyyətini özüm aparmış, mənzilə aid bütün kommunal xərcləri ödəmişdir. Bununla da, faktiki olaraq həmin evə münasibətdə vərəsəliyi qəbul etdiyinə dair faktiki şəkildə iradə ifadəsini bildirmişdir. Buna görə də qeyd olunanların nəzə alınaraq, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə ərizə təmin edilməlidir. İş materiallarında olan xx.xx.1996-cı il tarixdə verilmiş Vİİ-ЖГ seriyalı 271809 №-li nikahın bağlanması haqqında şəhadətnamənin surətindən görünür ki, X6 ilə Ərizəçi arasında bağlanmış nikah 1996-cı ilin sentyabr ayının 2-ci günündə 8 nömrə ilə qeyd olunmuşdur. xx.xx.2009-cu il tarixdə Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyəti tərəfindən verilmiş orderin surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4069, M.Fətəliyev küçəsi 98, giriş 5, mərtəbə 8, mənzil 88 ünvanında yerləşən daşınmaz əmlak Bakı şəhəri Sabunçu rayon İcra Hakimiyyətinin xx.xx.2009-cu il tarixli Sərəncamı əsasında 1993-cü ildən növbədə dayanması ilə əlaqədar X4 verilmişdir. 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2017-ci il tarixdə verilmiş AZ-İ seriyalı 870544 №-li ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X6 xx.xx.2017-ci il tarixdə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2017-ci ilin aprel ayının 14-cü günündə 821 № ilə qeyd edilmişdir. 4 saylı Bakı Maraqlı şəxs Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2020-ci il tarixdə verilmiş arayışdan görünür ki, Azərbaycan Respublikasının vətəndaşı xx.xx.1964-cü il tarixdə Azərbaycan Respublikası, Tovuz rayonu, Xatınlı kəndində anadan olmuş Ərizəçi barədə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin “Vətəndaşlıq Vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasiya sistemində həmin şəxsə dair 04.03..2020-ci ilədək yoxlama aparılmış və aşağıdakı məlumatlar aşkar edilmişdir. 1. Ər: X6 (xx.xx.1964ölüb), 2. Uşaq: X7 (xx.xx.1996), 3. Uşaq: X8 (xx.xx.1999). 4 saylı Bakı Maraqlı şəxsndə notariat ofisi tərəfindən xx.xx.2020-ci il tarixdə Ərizəçi ünvanlanmış 396 nömrəli məktubdan görünür ki, xx.xx.2017-ci il tarixdə vəfat etmiş əri X2 miras qalmış əmlaka dair vərəsəlik hüququnuzu rəsmiləşdirmək üçün müraciətə və ona əlavə edilmiş digər sənədlərə baxılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1134-cü, 1243-cü və 1322-ci maddələrinə əsasən vərəsəlik şəhadətnaməsi mirasın açıldığı gündən altı ay keçdikdən sonra vərəsələr mirası açıldığı yer üzrə notariat ofisinə mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddətdə mirasın qəbul edilməsi barədə ərizə versinlər,o cümlədən mirasa sahiblik və ya əmlakı idarə etməyə faktiki başlamaqla mirası qəbul etdiklərini şəksiz nümayiş etdirmiş olsunlar. Həmin məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Göstərilənlərə əsasən, mirasın qəbulunun qanunla müəyyən olunmuş müddəti ötürdüldüyünə görə, ötürülmüş müddətin bərpası ilə bağlı məhkəməyə müraciət etmək tövsiyyə olunmuşdur. Göründüyü kimi ərizəçi üzürlü səbəbdən vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən eilmiş müddətdə notariat kontoruna müraciət edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Həmin Məcəllənin 307.2.9-cu maddəsinə əsasən məhkəmə mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizəçinin əri X1 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4069, M.Fətəliyev küçəsi 98, giriş 5, mərtəbə 8, mənzil 88 ünvanında yerləşən daşınmaz əmlakı miras kimi qəbul etməsi hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. X1 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, məhəllə 4069, M.Fətəliyev küçəsi 98, giriş 5, mərtəbə 8, mənzil 88 ünvanında yerləşən daşınmaz əmlakın Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Təranə Mahmudova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar