Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5041/2023 06.12.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi maraqlı şəxs Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun qızlıq soyadı ilə (Paşayeva Hicran İmran qızının) xx.xx.*972-ci idə Ermənistan SSR, Sisyan rayonunun Qızılcıq kəndində atasının X6, anasının X*0 olması göstərilməklə doğumunun qeydə alınması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.*972-ci ildə Ermənistan SSR, Sisyan rayonunun Qızılcıq kəndində anadan olmudur. *988-ci ildə doğumu orada qeydə alınmış, 27 may *995-ci ildə X7 ilə nikaha daxil olmuş, nikaha daxil olduqdan sonra ərinin soyadını götürmüş və hazırda soyadı ərinin soyadına görə Rüstəmovadır. X* və X*0 (qızlıq soyadı Süleymanova) olmuşlar, onlar *967-ci ildə Ermənistanın Sisyan rayonunda Şəkinski kənd sovetində nikaha daxil olmuşlar, nikahları *969-cu ildə qeydə alınmışdır.*988-ci ildə valideynləri ilə birlikdə Ermənistandan Azərbaycana köçüb gəldikdə bütün sənədləri özü ilə gətirmiş, lakin 2022-ci ildə özünə məxsus olan doğum haqqında şəhadətnaməni itirmişdir. Hal-hazırda onun valideynləri vəfat etmiş və vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün onun doğum haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Odur ki, doğum haqqında şəhadətnamənin yenidən almaq üçün Suraxanı rayon Qeydiyyat Şöbəsinə müraciət etsə də, müraciəti təmin edilməmiş, imtina məktubu verilmişdir. Doğum haqqında şəhadətnamənin alınması ona valideynləri ilə, bacı və qardaşları ilə qohumluq əlaqələrini təsdiq etmək, həqiqətən də doğulduğu yeri və vaxtı təsdiq edilməsi üçün vacibdir. Belə ki, məhz doğum haqqında şəhadətnamədə onun valideynlərinin – atası və anası haqqında məlumatlar (adları, soyadları, ata adları) tam göstərilmiş, başqa sənədlərdə, o cümlədən şəxsiyyət vəsiqəsində belə məlumatlar öz əksini tapmır. Doğum haqqında şəhadətnaməsinin başqa yol ilə əldə edilməsi mümkün olmadığından məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Bundan başqa şəxsiyyət vəsiqəsində ata adı İmran göstərilmişdir, nikah haqqında şəhadətnaməsində də qızlıq soyadı Paşayeva göstərilmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid* öz ifadəsində göstərmişdir ki, Ərizəçi onun böyük bacısıdır. Onlar Ermənistan SSR, Sisyan rayonunun Qızılcıq kəndində dünyaya gəliblər. Onlar ailədə 8 bacı olublar. Hal-hazırda bacısı öz doğum haqqında şəhadətnaməsini itirmiş və bu səbəbdən də vərəsəlik hüququ haqqında şəhadətnaməni ala bilmirlər. Məhkəmə iclasında şahid qismində dindirilən Şahid2 öz ifadəsində göstərmişdir ki, Ərizəçi onun böyük bacısıdır. Onlar Ermənistan SSR, Sisyan rayonunun Qızılcıq kəndində dünyaya gəliblər. Hazırda onların valideynləri vəfat etmişlər, ailədə 8 bacı olublar. Bacısı Ərizəçi doğum haqqında şəhadətnaməsini itirmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin edilməlidir. Belə ki, iş materiallarına əlavə edilmiş 09.*2.*969-cu il tarixdə verilmiş nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6 ilə X3 arasında *967-ci ildə nikah bağlanmış və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında 20 nömrə ilə qeyd edilmişdir. İş materiallarına əlavə edilmiş *3.03.*979-cü il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X** 04.03.*979-cu il tarixdə anadan olmuşdur. X2, anası X4r. İş materiallarına əlavə edilmiş 09.*2.*968-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X8 xx.xx.*968-ci il tarixdə anadan olmuşdur. X2, anası X4r. İş materiallarına əlavə edilmiş **.02.*982-ci il tarixli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 xx.xx.*982-ci il tarixdə anadan olmuşdur. X2, anası X4r. İş materiallarına əlavə edilmiş 27.05.*995-ci il tarixli nikahın bağlanması haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X7 ilə Paşayeva Hicran İmran qızı arasında 27.05.*995-ci il tarixində nikah bağlanmış və bu barədə akt qeydləri kitabında 399 nömrə ilə qeyd edilmiş, arvada Rüstəmova soyadı, ərə Rüstəmov soyadı verilmişdir. İş materiallarına əlavə edilmiş6 saylı Bakı “Asan xidmət” mərkəzində Qeydiyyat Şöbəsi tərəfindən verilmiş *7.*0.2023-cü il tarixli məktubda Ərizəçi bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 52 saylı 0*.03.200*-ci il tarixli ’’Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”-ın *3-cü bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti akt qeydlərinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən icra edilir. Həmin Müddəaların *4-cü bəndinə əsasən, itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Belə ki, sənədlərin yoxlanılması zamanı doğum haqqında şəhadətnamədə qaralama aşkar olunduğundan ərizənin icrası mümkün deyildir. Göstərilənlərlə əlaqədar məhkəməyə müraciət etməyi tövsiyyə olunur. İş materiallarında olan 6 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X*0 xx.xx.2023-cü ildə ölmüşdür. İş materiallarında olan 2 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında şəhadətnamənin təsdiq edilmiş surətindən görünür ki, X6*2.05.202*-ci ildə ölmüşdür. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *4.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.*-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcələsinin 89.*-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 2*7.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.*-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.*.7.-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 307.2.3-cü və 307.2.**-ci maddəsinə əsasən məhkəmə doğumun qeyd edilmə faktının, qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. MPM-nin tələbinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.*972-ci il ildə Ermənistan SSR, Sisyan rayonu Qızılcıq kəndində anadan olmuşdur. Məlum hadisələrlə bağlı olaraq o, Ermənistan Respublikasından Azərbaycan Respublikasına gəlmişdir. Hal-hazırda onun valideynləri vəfat etmiş və vərəsəlik hüququ haqqında şəhadətnamənin alınması üçün onun doğum haqqında şəhadətnaməsinin alınması zərurəti yaranmışdır. Hazırda Ərizəçi doğum haqqında şəhadətnaməsi mövcud deyildir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi ərizəsi təmin edilməli, xx.xx.*972-ci il tarixdə anadan olmuş Ərizəçi doğumunun qeydə alınması faktı müəyyən edilməli və xx.xx.*972-ci il təvəllüdlü Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında akt qeydində-doğulduğu yer “Ermənistan SSR Sisian rayonu”, doğum tarixi xx.xx.*972-ci il, adı “Hicran”, ata adı “İmran”, soyadı “Paşayeva” valideynləri haqqında qeyddə atası qrafasında “X6”, anası qrafasında “X*0” kimi qeyd edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. xx.xx.*972-ci il tarixdə anadan olmuş Ərizəçi doğumunun qeydə alınması faktı müəyyən edilsin. xx.xx.*972-ci il təvəllüdlü Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında akt qeydində-doğulduğu yer “Ermənistan SSR Sisian rayonu”, doğum tarixi xx.xx.*972-ci il, adı “Hicran”, ata adı “İmran”, soyadı “Paşayeva” valideynləri haqqında qeyddə atası qrafasında “X6”, anası qrafasında “X*0” kimi qeyd edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi doğum haqqında akt qeydinin bərpa olunması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-5041/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5041/2023
06.12.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver