Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-506/2025 05.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi ilə, İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Cavabdehnə qarşı “müqavilə öhdəliklərinə əməl olunması və pul” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddia tələbi.
1. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutu Cavabdeh- Məhdud Məsuliyyətli Cəmiyyətinə qarşı iddia ərizəsi ilə müraciət edərək AR ETN Torpaqşünaslıq və Aqrokimya İnstitutu 31 oktyabr 2023-cü il tarixli 12 saylı müqaviləyə əsasən Cavabdeh- Məhdud Məsuliyyətli Cəmiyyətinin müqavilə öhdəliklərinə əməl etməsini və 43226,80 manat məbləğində pulun geri qaytarılmasını xahiş etmişdir.
2. Daha sonra iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun direktoru Əlövsət Quliyev məhkəməyə ərizə təqdim edərək Cavabdeh MMC-dən heç bir şikayətinin olmadığını, iş üzrə icraata xitam verilməsini xahiş etmişdir.
Tətbiq edilən hüquq
3. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi 52.1. İddiaçı iddiadan imtina edə bilər. İddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. 52.2. Cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5. İddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 262.4. İşin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 261.0.4. iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa hakim iş üzrə icraata xitam verir.
Məhkəmənin mövqeyi
4. Məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Cavabdehnə qarşı “müqavilə öhdəliklərinə əməl olunması və pul” tələbinə dair iddiaçının iddiadan imtinası qanuna zidd deyil, hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozmur.
Məhkəmənin gəldiyi nəticə
5. Beləliklə, məhkəmə hesab edir ki, iddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Cavabdehnə qarşı “müqavilə öhdəliklərinə əməl olunması və pul” tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsinin iddiadan imtinası qəbul olunmalı və mülki iş üzrə icraata xitam verilməlidir. Qeyd olunanları və Azərbaycan Respublikasının MPM-nin 261, 263-264, 267-268-ci maddələrini rəhbər tutaraq məhkəmə
Q Ə R A R A A L D İ:
İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Cavabdehnə qarşı “müqavilə öhdəliklərinə əməl olunması və pul” tələbinə dair mülki iş üzrə iddiaçının nümayəndəsinin xx.xx.2024-cü il tarixli verdiyi iddiadan imtinası qəbul olunsun. İddiaçı Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Torpaqşünaslıq və Aqrokimya İnstitutunun Cavabdehnə qarşı “müqavilə öhdəliklərinə əməl olunması və pul” tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim Leyla Talıbova