Məhkəmə qərarları › İş №2(010)-5066/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5066/2021

10.11.2021 · Mənzil mübahisələri - Mənzildən çıxarılma
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5066/2021 10.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X14 iclas katibliyi, İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2, İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh, onun nümayəndəsi və vəkili Vəkil1 iştirakları ilə, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk, qarşılıqı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi” qarşılıqlı iddia tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanından öz əmlakları ilə birlikdə çıxarılması barədə qətnamə qət edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki: “ünvan 1 xüsusi mülkiyyət hüququ ilə mənə məxsusdur. Mən həmin mənzili 17 mart 2021-ci ildə Cavabdeh alqı-satqı müqaviləsi ilə almışam. Alqı-satqı müqaviləsinin 11-ci bəndinə görə cavabdeh daşınmaz əmlakı yardımçı vasitələri ilə birlikdə 17.08.2021-ci il tarixinədək mənim faktiki sahibliyimə verməyi öhdəsinə götürmüşdür. Müqavilədə qeyd olunan müddət tamam olsa da cavabdeh öz öhdəliyini icra etməmişdir. Dəfələrlə cavabdehə müraciət edərək mənzildən çıxmağı və mənzili mənə təhvil verməyi tələb etsəm də heç bir nəticəsi olmamışdır. Ona görə də hazırkı iddia ilə məhkəməyə müraciət edirəm. Hesab edirəm ki, cavabdeh öz əmlakları ilə birlikdə mənə məxsus mənzildən çıxarılmalıdır”. Daha sonra, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi” tələbinə dair qarşılıqlı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ilk iddianın rədd edilməsi, qarşılıqlı iddia üzrə Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla, aldatma yolu ilə onu müqavilə bağlamağa məcbur edərək alqı-satqı müqaviləsinin şərtləri ilə tanış olmağa imkan verməyən, ilkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı onu aldadaraq imza etdirdiyi 17 mart 2021-ci il tarixli, AN-İ ******* saylı daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və həmin qanunsuz və əsassız alqı-satqı müqaviləsi əsasında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən verilmiş 07.04.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışın və texniki pasportun ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 156-cı maddəsinə əsasən qarşılıqlı iddia ərizəsi icraata qəbul edilmişdir. Qarşılıqlı iddiaçı qarşılıqlı iddia ərizəsini onunla əsaslandırmışdır ki: “İlkin iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilə məni əmlak alqı-satqısı ilə məşğul olan şəxslər - X10 (şəxsiyyət vəsiqəsi AA1779423) və X15 (şəxsiyyət vəsiqəsi AA 0596465) tanış etdilər. Cavabdeh mənə nə lazım olduğundan məlumatlı idi. Ümumi tanışlıqdan sonra mənə pul vəsaiti lazım olduğu üçün cavabdehi narahat etməyimi ona bildirdim. Cavabdeh İddiaçı pulu minimum 8% əlavə ödənişlə verəcəyini mənə bildirdi. Cavabdeh İddiaçıla 8% əlavə ödəməklə 45000 (qırx beş min) manat pul vəsaitini borca götürməyimə razılaşdıq. İlk əvvəl mülkiyyətimdə olan ünvan 2 ünvanındakı mənzilin girov kimi qoyulmasını razılaşdıq. Bu hadisələrdə bizimlə birlikdə X18, əmlak alqı-satqısında işləyənlər X10 və X15 iştirak etdilər. İddiaçı özünü o qədər səmimi, mehriban və təvazökar aparırdı ki, mənim ona inamım hədsiz idi. Mənə pul vəsaiti çox vacib idi, cavabdeh İddiaçı pul vermək vaxtı gəldikdə bildirdi ki, mən pulu girova deyil, evi mənim adıma alqı-satqı edərsinizsə, verərəm, verdiyim pulu faizləri ilə birlikdə mənə qaytardıqdan sonra mənzilinizi yenidən öz adınıza qaytarmaq şərtilə razıyam. Mən borclu olduğum şəxsə həmin gün pul verəcəyimə söz verdiyim üçün məcbur olub razılaşdım və cavabdehin nəzakətinə görə onun mənə qarşı dələduzluq edəcəyinə inanmırdın. Nəhayət ki, cavabdehin söylədiyi kimi razılaşdıq ki, notariusa gedirik, notariusda mənzili 45000 (qırx beş min) manata cavabdehin adına alqı-satqı edirik və alqı-satqıdan sonra razılaşdığımız 45000 (qırx beş min) manatı cavabdeh mənə verir, aldığım pulu 8% əlavə ödəməsi ilə cavabdehə qaytardıqdan sonra cavabdeh mənzili yenidən mənim adıma sənədləşirir. Cavabdeh alqı-satqı üçün bizi Bakı şəhəri, Yasamal rayonunda yerləşən notariusa apardı, notariusun rəhbərliyi ilə nə isə sözləri uyğun gəlmədi. Cavabdeh mənə bildirdi ki, bunlar heç biri bizimlə razılaşmayacaq, yaxşısı budur Sumqayıtdakı notariusa gedək, orada mənə yaxın adamlar işləyirlər. Cavabdeh İddiaçı əvvəlcədən düşünülmüş kimi bizi Sumqayıt şəhərində yerləşən 3 saylı notariat ofisinə gətirdi, bizi danışıqlarda iştirak etməyə imkan vermədi, işçilərlə elə bil ki, əvvəlcədən danışmışdı, sənədləri verərək qeydə aldırdı və sənədləri yanımıza gətirərək təcili imza etməyimi bildirdi. Sumqayıt şəhəri, 3 saylı notariat ofisində bizə heç təlimat vermədilər, cavabdeh özü sənədləri mənə tələmtələsik imza etdirdikdən sonra bildirdi ki, gedək yaxında mənim mağazam var, orada pulunuzu sayıb təhvil alın. Biz maşınlara oturub cavabdeh İddiaçı məxsus mağazaya gəldik, mağazada cavabdeh 3 (üç) nəfər şahidin yanında-X11, X6, X5 iştirakı ilə 45000 (qırx beş min) manat vəsaiti sayıb hadisənin iştirakçısı və şahid mənə yaxın olan Qənbərov Zaminə verərək bildirdi ki, 45000 (qırx beş min) manatımı tam qaytaranadək hər ay 45000 manatın 8%-ni - 3600 (üç min altı yüz) manat pul vəsaiti verməlisiniz, razılaşdıq, sağollaşıb ayrıldıq. İlk aylıq faizi ona qaytarmaq istədikdə bildirdi ki, mən bankla danışmışam, evi ipoteka ilə Sizə satım. Gözləyin işlər hazır olsun, mən Sizə xəbər edərəm. Həmin tarixdən cavabdeh məni və kürəkənimi dolamağa başladı, kürəkənim Qənbərov Zaminə bildirdi ki, bank üçün 7500 manat pul gətirin, biz 7500 manatı düzəltdikdə, dedi ki, 12500 manat gətirin. 12500 manatı əldə edənədək metronun Gənclik stansiyasının yaxınlığında kürəkənim Zaminlə görüşdə bildirdi ki, heç nə lazım deyil, artıq mənzil mənimdir, mən mənzili sizdən 70000 (yetmiş min) manata almışam. Bizdə də alqısatqı aktı yoxdur ki, görək cavabdeh nə danışır. Axı, bizim cavabdeh İddiaçıla razılaşmamız və ondan şahidlərin yanında aldığımız pulun miqdarı 45000 (qırx beş min) manat olmuşdu. Beləliklə, cavabdeh İddiaçı bizə mənzili boşaldıb təhvil verməyimizi tələb etdi, həmin vaxt mən onun dələduzluqla mənzilimi adına keçirdiyini düşündüm və düşündüm ki, necə ola bilər mənim 100000 (bir yüz min) manatlıq mənzilimə bu dələduz 45000 (qırx beş min) manat verməklə məni aldada... Onu da bildirirəm ki, İddiaçı bu cür dələduzluq üsulunu özünə peşə seçib. 2-3 gün ərzində mənə məlum oldu ki, mən cavabdeh İddiaçı üçün ilk aldadılmış adam deyiləm. İddiaçı Sumqayıt şəhər 3 saylı notariat ofisi işçilərinin vasitəsilə Sumqayıt şəhər sakini X1 mənzilini də bu üsulla əlindən alaraq bir ailəni mənzilsiz qoymuşdur. Sumqayıt şəhərində yaşayan əmlak alqı-satqısı ilə məşğul olan X12 məxsus mənzili də bu üsulla əlindən almaq istərkən xeyli yalvar-yaxar və xahiş-minnətə görə ondan əlavə 12000 (on iki min) manat alaraq mənzilini özünə qaytarmışdır. Bu siyahının davamı var... Bu cür dələduz, tüfeyli insanlar müxtəlif sifətlərə düşərək əvvəl qarşısındakı insanın etibarını qazanaraq. sonra öz çirkin dələduzluq əməllərini həyata keçirir. Mənim cavabdehlə mənzil alqı-satqı fikrim heç zaman olmayıb. Sadəcə olaraq, şahidlərin yanında cavabdeh İddiaçıla razılaşdıq ki, mənzilim girovdadır, razılaşdıq ki, mənzili girovdan azad etmək üçün borclu olduğum pul vəsaitini ödəməliyəm. Fikirləşirdim ki, qadınam, məni aldatmaz, mənə lazım olan 45000 (qırx beş min) manat pul vəsaitini İddiaçı 8% əlavə ödənişlə alıb, sonra mənzili sataraq Elxana olan borcumu ödəyim. Cavabdeh İddiaçı onun yanında mənim borclu olduğum tərəfə borclu olduğum pulu sabah qaytaracağıma verdiyim sözü eşitdi və İddiaçı pul verəcəyi vaxt məni məcbur etdi ki, əgər mənzili mənim adıma alqı-satqı etməsən mən sənə pul verməyəcəm. Mən isə məcbur olub onun təklifinə razılıq verdim. Qeyd edilənlərə əsaslanaraq bildirirəm ki, cavabdeh İddiaçı yüksək faizə pul verərək faizlər hesabına əsassız və qanunsuz olaraq külli miqdarda pul qazanmaqla məşğuldur. Cavabdeh İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin müvafiq idarələrinə faizlərdən qazandığı gəlirə görə vergi ödəyirmi? Cavabdeh İddiaçı vətəndaşlara dələduzluq etməklə qazandığı əmlaklardan və faizlərə görə götürdüyü gəlirdən dövlət vergilərini ödəməməklə dövlət orqanlarını da aldadır. Beləliklə, qeyd edilənlərə əsaslanaraq cavabdeh İddiaçıla bağladığımız alqı-satqı müqaviləsi müəyyənləşdirdiyimiz şərtləri pozmaqla bağlanmış olduğu üçün əqd bağlandığı andan etibarsızdır, etibarsızlığı ilə bağlı hüquqi nəticələrə səbəb olmur. Həmin alqı-satqı aktı mənim hüquqlarımın və qanuni mənafelərimin əhəmiyyətli dərəcədə pozulması ilə nəticələnmişdir. Alqı-satqı prosesində iştirakım olmayıb, notarius tərəfindən heç bir təlimat verilməyib və heç bir sənədə imza etdirilməyib, mənə cavabdehin tələsik “Bura imza edin, gedək pulu mağazadan götür” deyərək imza etdirdiyi sənəd olub. Ona görə də həmin alqısatqı müqaviləsi əsasında cavabdeh tərəfindən alınmış 2021-ci il qeydiyyat tarixli, ********** qeydiyyat nömrəli Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş Çıxarış və mənzilə dair Texniki Pasport verildiyi gündən etibarsız olduğu üçün Hörmətli Məhkəmə tərəfindən ləğv edilməlidir”. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, o, ilk iddia üzrə cavabdehə məxsus mənzili 70000 manat müqabilində satın almış, bu barədə aralarında notariat qaydasında təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanmışdır. Ümumən o, el alq-satqısı ilə məşğuldur. Bu mənzili də həmin məqsədlə almışdır. Sumqayıt şəhərində yaşadığına görə müqaviləni Sumqayıtda yerləşən notariat ofislərinin birində bağlamışdır. Müqavilə üzrə 70000 manat məbləğində pulu bank vasitəsilə tərəfə ödəmişdir. Bu zaman onun əlində 40000 manat və 18000 ABŞ dolları pul olmuş, alqı-satqı üçün notariusa müraciət etmiş, orada ona bildirilmişdir ki, dollarla alqı-satqı mümkün deyil. O da dollarla olan pulunu manata çevirmək üçün bu işlə məşğul olan Rövşən adlı dostuna müraciət etmişdir. Dolları manata çevirmək üçün banka yox, dostuna ona görə müraciət etmişdir ki, heç bir bank bu məbləğdə dolları manata çevirmir. Belə ki, bir nəfər üçün şəxsiyyət vəsiqəsi ilə yalnız 5000 ABŞ dolları məbləğində pulun manata çevrilməsinə bank tərəfindən icazə verilir. Bundan artıq pulun manata çevrilməsi mümkün olmadığından o, dostuna müraciət etməli olmuşdur. Həmçinin, dostu dolları manata nisbətən daha aşağı məbləğə dəyişmişdir. Cavabdehin kürəkəni Zaminlə olan telefon danışığını əks etdirən səs yazılarında “Dostumun atası bankdan 10000 manat götürüb mənə verəcək” cümləsi çıxarılıb. Zamin ona demişdir ki, mənzilin satılması ilə bağlı aralarında söz-söhbət olduğundan qayınanası evi geri almaq istəyir. O da Zaminə demişdir ki, mənzilə görə ödədiyi 70000 manat qaytarılarsa, o da mənzili qaytarar. Həmin səs yazılarında da Zamin bildirir ki, pulu düzəldə bilmir. Yəni, cavabdehlə aralarında faizlə pulun verilməsi ilə bağlı heç bir münasibət olmamışdır. Qanunla müəyyən edilmiş qaydada cavabdehdən mənzili almış, pulunu ödəmiş, çıxarış almışdır. Buna baxmayaraq, cavabdeh ona məxsus mənzildən çıxmayaraq mülkiyyət hüququnu pozur. Odur ki, məhkəmədən ilk iddianın təmin, qarşılıqlı iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdehin nümayəndəsi (vəkili) Vəkil2 ilk iddianı müdafiə edib, qarşılıqlı iddianı qəbul etməyərək bildirdi ki, tərəflər arasında qanuna uyğun olaraq alğı-satqı müqaviləsi bağlanmışdır. Əgər belə deyildirsə, nəyə görə qarşı tərəf əvvəlcədən alğı-satqı müqaviləsinin etibarsız hesab edilməsinə dair məhkəmədə iddia qaldırmamışdır? Yalnız İddiaçı məhkəmədə iddia qaldırdıqdan sonra tərəf məhkəməyə qarşılıqlı iddia ərizəsi ilə müraciət etmişdir. Nəzərə alınmalıdır ki, notariusun hesabına pul köçürülübsə, bu pulu Raya xanımdan başqa heç kim qəbul edə bilməzdi. Üstəlik, Raya xanım Polis Şöbəsinə müraciətində tamam başqa cür izahat vermişdir. Qarşılıqlı iddia ərizində göstərilənlər isə həmin izahatdan fərqlidir. Həmçinin, nə tərəfin özü, nə də şahidlər Elxanın nə qədər pul verdiyini dəqiq deyə bilməmişlər. Salman adlı şəxsin ifadəsi isə ümumiyyətlə, qəbul edilməzdir. Çünki 500 manatın ona kimin tərəfindən verildiyini dəqiq göstərə bilməmişdir. Rauf adlı şəxs isə İddiaçıla münasibətlərinin pis olduğunu etiraf etdiyindən ona münasibəti qərəzli hesab olunmalıdır. İddiaçı şahidləri isə alğı-satqı müqaviləsinin həqiqətən bağlandığını təsdiq etmişlər. Son olaraq, məhkəməyə təqdim edilmiş səs yazısı tərəflərin şəxsi telefon danışığıdır və sübut kimi qəbul edilə bilməz. Ona görə də ilk iddianın təmin, qarşılıqlı iddianın isə rədd edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ilk iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, 2021-ci ilin əvvəllərində həm səhhətində yaranan problemlərə görə, həm də "xxxx" QSC-də ipoteka ilə yüklü olan mənzilini yüklülükdən çıxartmaq üçün ona pul lazım olmuşdur. O, bu məqsədlə kürəkəni Zaminlə birlikdə Salman adlı tanışlarının vasitəsilə İddiaçıla tanış olmuşdur. İddiaçı mənzilə baxdıqdan sonra onlara 45000 manat məbləğində pulu 8%-lə verə biləcəyini demişdir. Lakin Elxan pulu onlara vermək üçün evi girov kimi alqı-satqı ilə öz adına keçirməyi, borcu geri qaytaracaqları halda evi qaytarmağı onlara təklif etmişdir. Bu pul ona təcili lazım olduğundan və həmin vaxt maddi vəziyyəti çox ağır olduğundan bununla razılaşmışdır. Aralarında əldə edilmiş razılığa əsasən İddiaçı onlara verəcəyi 45000 manat məbləğində pul hesabına mənzilin bank yüklülüyündən azad edilməsi üçün 14400.11 manat məbləğində ödəniş etmiş, 650 manatı dövlət rüsumuna hesablamışdır. Bu pulun 1000 manatını özünə götürmüş, 1000 manatını vasitəçilərə vermiş (vasitəçilərə verilən pul sonradan qaytarılmışdır), qalan 27000 manat məbləğində pulu kürəkəninə vermişdir. O da İddiaçıla birlikdə onun dediyi notariat ofisinə gedərək (əvvəl getdikləri notariat ofisi ilə Elxanın sözü düz gəlməmişdir) onun göstərdiyi sənədlərə qol çəkmişdir. Bu sənədlərə qol çəkən vaxt İddiaçıla aralarındakı razılığa uyğun olaraq mənzili girov qoyduğunu, ondan alınan borcu faizi ilə birlikdə qaytaracaqları halda mənzilin ona geri qaytarılacağını hesab etmişdir. Ümumiyyətlə, həm borcun alınması, həm də mənzilin alqı-satqısı proseslərində kürəkəni Zamin iştirak etmiş, o, sadəcə olaraq, ona verilən sənədlərə imza etmiş və bu zaman Elxana inanaraq hesab etmişdir ki, Elxanın onlara verdiyi borc və onun faizini qaytarana qədər mənzil onun adında qalacaq. Lakin ilk ayın faizini ödəmək istədikdə Elxan sənədləşdirmə işlərinin hələ başa çatmadığını deyərək pulu qəbul etməmiş, daha sonra bayram günləri və s. araya girmiş, bir neçə ay sonra kürəkəni Zamin Elxanla əlaqə saxlayıb aldıqları pulun faizini vermək istədiklərini dedikdə Elxan ondan 12500 manat pul istəmişdir. Zamin ona yalnız 5000 manat pul verə biləcəklərini, qalan borcun isə ev ipotekaya qoyulduqdan sonra qaytarılacağın bildirmişdir. Bu zaman Elxan təkliflə razılaşmamış, 5000 manatın üzərinə 7500 manat qoyularaq, ümumilikdə 12500 manat məbləğində faiz veriləcəyi halda aralarında razılıq əldə olunacağını bildirmişdir. Kürəkəni Zamin bu təkliflə razılaşmamışdır. Bundan sonra Elxan onlara təklif etmişdir ki, evi satıb onun pulunu versinlər, qalıq pulu da ilkin ödəniş edib yeni ev götürsünlər. Zamin evin satılmasının mümkün olmadığını dedikdən sonra isə Elxan ev üçün 70000 manat ödədiyini, evi rəsmi olaraq satın aldığını iddia edib hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, onların arasında real alqı-satqı olmamış, Elxanın onlara verdiyi borc və onun faizi qaytarılana qədər ev Elxanın adına girov kimi keçirilmişdir. Məhkəməyə təqdim edilmiş səs yazısında Elxan özü də bunu qəbul edir. Ümumiyyətlə, bütün bu proseslər Elxanın təşkilatçılığı ilə onun yaşadığı Sumqayıt şəhərində olan notariat ofisində baş tutmuş, o, ümumiyyətlə nəyə imza etdiyindən məlumatsız olmuşdur. Lakin dəqiq bildiyi odur ki, Elxan mənzili almaq üçün onlara 70000 manat pul verməmiş, ümumiyyətlə heç vaxt nə onun bu mənzili satmaq, nə də Elxanın mənzil almaq niyyəti olmamışdır. Müqavilədə göstərilən 70000 manat pulu əldə etmək üçün əvvəlcə 40000 manat məbləğində pulu bank hesabına köçürüb, sonra həmin pulu çəkib 30000 manat pulu yenidən köçürmüşdür. Bu səbəbdən aralarında olan müqavilə etibarsız hesab edilməlidir. Müqavilə etibarsız hesab edilərsə, Elxanın onlara borc verdiyi pulu qaytarmağa etiraz etmir. Lakin bunun üçün mənzilin alqı-satqısı etibarsız hesab edilməlidir. Odur ki, məhkəmədən ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçının nümayəndəsi (vəkili) Vəkil1 ilk iddianı qəbul etməyib, qarşılıqlı iddianı müdafiə edərək bildirdi ki, tərəflər arasında alqı-satqı müqaviləsinin bağlanılması proseslərində Raya xanımın kürəkəni Zamin iştirak etmişdir. Yəni pulların alınıb-verilməsində Raya xanım özü birbaşa iştirak etməmişdir. Mübahisəli mənzil üzrə faktiki alqı-satqı müqaviləsinin bağlanmadığı həm də onunla təsdiq olunur ki, artıq həmin müqavilənin bağlanmasından beş aydan artıq vaxt keçdikdən sonra ilk iddiaçı məhkəməyə müraciət etmiş, Raya xanım həmin mənzildə maneəsiz yaşamışdır. Hansı ki, adətən belə hallarda 10-15 gün müddətində mənzil alıcıya təhvil verilr. Məhz bu hal sübut edir ki, tərəflər arasında alqısatqı müqaviləsi bağlanmamışdır. Odur ki, məhkəmədən ilk iddianın rədd edilməsini, qarşılıqlı iddianın isə təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş iş üzrə üçüncü şəxs qismində cəlb edilmiş Sumqayıt şəhər 3 saylı Notariat ofisinin notariusu əvvəlki məhkəmə iclasında iştirak edə bilməmələri ilə bağlı məhkəməyə ərizə ilə müraciət edərək işə iştirakları olmadan baxılmasını xahiş etmiş, hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, ilk iddia təmin edilməməli, qarşılıqlı iddia isə qismən təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən Çıxarışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil İddiaçı xüsusi mülkiyyətindədir və onun mənzil üzərində mülkiyyət hüquqları 07.04.2021-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır. Cavabdeh (Satıcı) və İddiaçı (Alıcı) arasında bağlanmış 17.03.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 66.15 m2 olan mənzil Satıcı tərəfindən Alıcıya satılmışdır. Müqavilədə qeyd edilmişdir ki: “3. Real vaxt rejimində daşınmaz əmlakın dövlət reyestrindən əldə edilmiş 17.03.2021-ci il tarixli, ********** olan arayışa əsasən müqavilə bağlanan anda ünvan 2 ünvanında yerləşən mənzil yüklüdür. a. Bu müqavilənin 3-cü bəndində qeyd edilən arayışa əsasən mənzil müqavilə bağlananadək "xxxx" QSC-nin Mərdəkan filialının xeyrinə ipoteka ilə yüklü edilmiş və "xxxx" QSC-nin 17.03.2021-ci il tarixli, 7626 qeydiyyat nömrəli məktubuna əsasən girovda qalmaqla digər şəxsin adına özgəninkiləşdirilməsinə etiraz edilmir. 4. Satıcı daşınmaz əmlakı 70000 manat 00 qəpik (yetmiş min manat sıfır qəpik) qiymətinə satdı, Alıcı isə həmin qiymətə aldı. – Alıcı İddiaçı Satıcı Cavabdeh satdığı (66.15 m2) ondan 70000 manat 00 qəpik (yetmiş min manat sıfır qəpik) qiymətinə aldı. a. Alıcı mənzilin bu müqavilənin 4-cü bəndində nəzərdə tutulan 70000 manat 00 qəpik (yetmiş min manat sıfır qəpik) manatın 40000 manat 00 qəpik (qırx min manat sıfır qəpik) manatını "xxxx" ASC 3 saylı Şöbəsi vasitəsi ilə Satıcıya tam ödədi, Satıcı isə həmin məbləği almaq üçün notariusdan bank çekini qəbul etdi. Məbləğin qalan 30000 (otuz min) manatını isə Satıcıya 17.03.2021-ci ildə "xxxx" ASC 3 saylı Şöbəsi vasitəsi ilə Satıcıya ödəməyi öhdəsinə götürür. Məbləğin 14400.11 (on dörd min dörd yüz manat on bir qəpik) manatı isə "xxxx" ASC 3 saylı Şöbəsi vasitəsi ilə "xxxx" QSC-nin Mərdəkan filialına köçürmə yolu ilə ödəyir. 4b. Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 220.8-ci maddəsinə əsasən təqdim edilmiş daşınmaz əmlaklara görə Satıcı Cavabdeh 650.70 manat, ümumilikdə cəmi 650.70 manat miqdarda sadələşdirilmiş vergi tutulmuşdur”. "xxxx" QSC-nin Baş ofisi tərəfindən verilmiş 19.03.2021-ci il tarixli “kreditin tam şəkildə geri ödənilməsi” başlıqlı qəbzdən görünür ki, müştəri Cavabdeh adından 14400.11 manat məbləğində əsas borc ödənilmişdir. "xxxx" QSC-nin Babək filialı tərəfindən verilmiş 19.03.2021-ci il tarixli “məxaric qəbzi” başlıqlı qəbzdən görünür ki, müştəri Cavabdeh hesabından 95.18 manat məbləğində pul məxaric edilmişdir. "xxxx" QSC-nin Babək filialı tərəfindən verilmiş 19.03.2021-ci il tarixli “mədaxil orderi” başlıqlı qəbzdən görünür ki, müştəri Cavabdeh adından “girovdan azad olma” təyinatı ilə 42 manat məbləğində ödəniş edilmişdir. Bir ədəd fləş-kartdan görünür ki, İddiaçı və X18 (Cavabdeh kürəkəni) arasında 05 dəqiqə, 22 saniyəlik telefon danışığı qeydə alınmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X15 ifadəsində bildirmişdir ki, o, Cavabdeh və onun kürəkəni Zamini hazırkı mübahisə üzrə olan işlə bağlı tanımışdır. Belə ki, tanışı Salman adlı şəxs təxminən 7-8 ay bundan əvvəl ona zəng edərək bildirmişdir ki, bir nəfərə faizlə 45 min manat pul lazımdır. Əlavə etmişdir ki, həmin adamın evi var və ona evi girov qoyub pul götürmək lazımdır. Bundan sonra həmin evə baxmaq üçün Bakıya gəlmişlər. Bakıda Zamin adlı şəxs onlara dörd otaqlı yataqxana göstərmiş və bildirmişdir ki, buranı girov qoymaq istəyir. O isə bildirmişdir ki, yataqxanaya görə heç kim bu qədər pul verməz. Sonra Zamin demişdir ki, ev də var. Bundan sonra o, Salman və İddiaçıla birlikdə Günəşlidə yerləşən 3 otaqlı mənzilə baxmışlar. İddiaçı mənzilə baxdıqdan sonra 45 min manat pulu verməyə razı olmuşdur. Həmin vaxt məlum olmuşdur ki, mübahisəli mənzil bankda girovdadır. İddiaçı banka pul ödəyib mübahisəli evi girovdan çıxarmışdır. Pulun qalanını qarşı tərəfə o şərtlə verəcəyini bildirmişdir ki, həmin mənzilə dair onunla alğı-satqı müqaviləsi bağlansın. Bundan sonra Yasamalda yerləşən notariusa getmişlər. Elxanın əlində ödəməyə pul tam olmadığı üçün orada alğı-satqı alınmamışdır. Buna görə də Sumqayıtda yerləşən notariusa getmişlər. Yadında qalana görə ödənişlərin edildiyi bank ”Muğanbank” olmuşdur. Lakin Elxanda mənzili almaq üçün o qədər pul olmadığından birinci dəfə əlində olan pulu banka “otuzdurmuş”, sonra o pulu çıxarıb yenidən banka “otuzdurmuşdur”. Bütün bu proseslər zamanı Elxan tərəfindən cəmi 43 min manat pul xərclənmişdir. Elxana məxsus “Nur” mağazasında 43 min manatdan bütün xərclər çıxıldıqdan sonra yerdə qalan pul Zaminə verilmişdir. Həmin puldan vasitəçi olduqları üçün 500 manat ona, 500 manat da Salmana verilmişdir. Lakin vəziyyətin pis olduğunu gördükdən sonra o, (Rauf) bu pulu geri qaytarmışdır. Elxan isə gördüyü işlərə görə verdiyi borc puldan 1000 manat özünə götürmüşdür. O, bu məbləğləri dəqiq bilir. Çünki şahid olmuşdur. Həmin vaxt İddiaçı pulu Zaminə mağazanın kreslo olan sol tərəfində vermişdir. Bu zaman mağazanın satıcısı Əfsanə xanım da orada olmuş və onlara pul veriləndə o da görmüşdür. 2-3 ay sonra Elxan ona zəng edib demişdir ki, Raya xanımın kürəkəni Zamin onu Bakıya çağırır. Zamin ona bildirib ki, həmin 45 min manat pulu qaytarmaq istəyir, lakin o, Zaminə demişdir ki, üç ayın fazini də gətirməlidir, hansı ki, 12000 manat edir. Lakin “10000 manat gətirsə ”söhbətin başı bağlanar””. Həmin gün o, Zaminlə görüşmüş, Zamin bildirmişdir ki, faizə görə 5000 manat ödəyə bilər, lakin artıq pula gücü çatmır, ev qayınanasınındır. Eşitmişdir ki, Elxan evi qaytarmaq üçün 70000 manat pul istəyib. Ümumən, onun Elxanla münasibətləri son zamanlar korlanmışdır. Tək bu hadisəyə görə yox, Elxan onun mənzilini də 27000 manata girov götürüb 37000 manat ödədikdən sonra geri qaytarmışdır. Bundan başqa, bu yaxınlarda Ceyhun adlı bir tanışının başına da eyni işləri açdıqdan sonra onunla münasibətləri korlanmışdır. O, Elxana bir neçə dəfə borc məsələləri ilə bağlı vasitəçilik etmiş, həmin işdə də vasitəçi olmuşdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş X10 ifadəsində bildirmişdir ki, Cavabdeh tanışı Zaminin qaynanasıdır. Elxanla da iki ildir ki, tanışdır. Elxanın faizlə borc pul verdiyini ona Rauf demişdir. Bu səbəbdən Zamin ona zəng edib ona 45000 manat borc pul lazım olduğunu deyəndə o, Raufun vasitəsilə Elxana pul üçün müraciət etmişdir. O, əvvəllər də Elxana başqa şəxslərə faizlə borc pul verilməsi üçün müraciət etmiş, Elxan da vermişdir. Bu dəfə də Elxan faizlə borc verməyə razı olmuşdur. Bundan sonra Elxan Zaminin qayınanasının bankda girovda olan mübahisəli mənzilini onun kredit borcunu ödəməklə girovdan çıxarmışdır. Həmin proseslərdə özü də (Salman) iştirak etmişdır. Belə ki, banklara ödənişlər edilən vaxt Elxan ödəyəcəyi pullar olan çantanı ona saxlamaq üçün vermişdir. Zamin həmin evi girov qoyaraq Elxandan borc pul götürmək istəmişdir. Mübahisəli ev bankdan girovdan çıxdıqdan sonra Elxanla Raya xanım arasında notariusda alğı-satqı müqaviləsi bağlanmışdır. Bundan sonra Elxana məxsus Sumqayıt şəhərində yerləşən “Nur” mağazasında Elxan pulları Zaminə və Raya xanıma vermişdir. Bildiyi qədərilə ümumən, 43000 manat pul verilmişdir. Həmin vaxt o, bu proseslərdə vasitəçi kimi iştirak etmiş, ona görə də ona 500 manat pul vermişdir. Bir müddət sonra Elxan ona zəng vurmuşdur ki, Zamingil faizi vermir. O da Zaminə zəng etmiş, Zamin bildirmişdir ki, 6000 manat pulu var və bu pulu 7000 manat edib verə bilər. O, bunu Elxana bildirdikdə o, imtina etmiş və demişdir ki, bu işə görə ziyana düşmüş, lombarda qızıl qoyub ora da faiz ödəmişdir. Yadında qalan odur ki, təxminən 12000 manat pul istədiyini demiş və bildirmişdir ki, bu pulu ödəsinlər, məsələnin “başını bağlayaq”. O, bunu Zaminə bildirəndə Zamin bu qədər pulunun olmadığını bildirmişdir. Bütün bu olanlardan sonra mübahisə məhkəmə müstəvisinə çıxmışdır. O, təsdiq edir ki, Elxan Zaminə mağazada pul vermiş, bu zaman Raya xanım qapıda dayanmışdır. Bütün xərclər çıxılandan sonra cəmi 43000 manat pul hesablanmışdır. Belə ki, 45000 manatdan 500 manatı ona, 500 manatı Raufa verilmiş, 1000 manat isə Elxan özünə götürmüşdür. Həmin vaxt verilən pulun tam 43000 manat olduğunu dəqiq deyə bilməsə də pul verildiyinə şahid olmuşdur. "xxxx" QSC-yə olan borc pulu ödəməyə Elxanla getmiş, bu zaman pullar çantada olmuş, Elxan çantanı saxlamağa ona vermişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X16 ifadəsində bildirmişdir ki, İddiaçı tanıyır. Belə ki, Elxanın Sumqayıt şəhərində yerləşən “Nur” adlı mağazasında iki ildən çoxdur ki, satıcı işləyir. O, İddiaçı ev aldığının şahidi olmuşdur. Belə ki, Elxan ev almaq üçün mağazadan 40000 manat və 18000 ABŞ dolları məbləğində pul götürmüşdür. Həmin pullar onda olmuş, Elxan pulları ondan götürəndə bildirmişdir ki, ev alqı-satqısı müqaviləsi bağlamaq üçün notariusa gedir. Məhkəmə iclasında iştirak edən Zamin adlı şəxsi isə heç vaxt nə mağazada, nə də digər yerdə görməmişdır. Hansı ki, mağaza bir otaqdan - satış zalından ibarətdir. Əgər orada Zaminə pul verilsə idi, o, bunu görərdi. Əmindir ki, əgər Zamin adlı şəxs mağazaya hətta bir dəfə də olsun gəlsə idi, onu xatırlayardı. Elxanın götürdüyü 40000 manat və 18000 ABŞ dolları məbləğində pul mağazanın pulu olduğuna görə məbləğləri dəqiq bilir. Şahid Raufu mağazanın müştərisi kimi tanımışdır. Belə ki, o, mağazadan televizor və qaz sobası almış, lakin pulunu ödəməmişdir. Digər şahid Salman adlı şəxsi isə tanımır. O, Elxanın nə Zaminə, nə də Salmana pul verdiyinin şahidi olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X17 ifadəsində bildirmişdir ki, İddiaçı onun dostudur. O, Elxanın işlədiyi mağazaya telefon almağa gedəndə Elxan ona bildirmişdir ki, ev almaq istəyir. Həmin vaxt o, Raya adlı xanımla telefonla danışmış, sonra onunla birlikdə notariusa getmiş, notariusun həyətində gözləmişdir. Elxan evi almaq üçün ümumilikdə 70000 manat pul ödəmişdir. Həmin vaxt Elxanda 40000 manat və 18000 ABŞ dolları pul olmuşdur. Elxan özündə olan 18000 ABŞ dollarını manata çevirmək üçün dostları Rövşən adlı şəxsə müraciət etmişdir. Bundan sonra, Rövşən pulu mübadilə edib Elxana 30600 manat pul vermişdir. Alqı-satqı baş tutduqdan sonra onlar Elxanla “Zəngəzur” restoranına evi “yumağa” getmişlər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh və İddiaçı arasında 17.03.2021-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş daşınmaz əmlakın alqı-satqı müqaviləsi bağlanılmış, bu müqaviləyə əsasən ünvan 2 ünvanında yerləşən mənzil Cavabdeh tərəfindən İddiaçı satılmış, müqaviləyə əsasən, mənzilin satış qiyməti 70000 manat məbləğində müəyyən edilmişdir. Eyni zamanda, müqavilədə qeyd edilmişdir ki, Alıcı İddiaçı mənzilə görə ödəyəcəyi 70000 manatın 40000 manatını "xxxx" ASC vasitəsi ilə Satıcı Cavabdeh tam ödəmiş, Satıcı isə həmin məbləği almaq üçün notariusdan bank çekini qəbul etmişdir. Məbləğin qalan 30000 manatının isə həmin gün "xxxx" ASC vasitəsi ilə Alıcı İddiaçı tərəfindən Satıcı Cavabdeh ödənilməsi müəyyən edilmişdir. Müqavilə ilə eyni zamanda, müəyyən edilmişdir ki, bu məbləğin 14400.11 manatı "xxxx" ASC vasitəsi ilə "xxxx" QSC-nin Mərdəkan filialına köçürmə yolu ilə ödənilir. Bu müqavilə əsasında həmin mənzil 07.04.2021-ci il tarixdə İddiaçı adına mülkiyyət hüququnu təsdiq edən Çıxarış verilməklə dövlət qeydiyyatına alınmışdır. Hazırda ilk İddiaçı Cavabdeh həmin mənzildən çıxarılmasını tələb edir. Qarşılıqlı iddiaçı Cavabdeh isə İddiaçı faizə borc pul götürdüyünü, bu pulun qaytarılmasını təminat altına almaq üçün mənzilin müqavilə əsasında İddiaçı adına keçirilməsinə razılıq verdiyini, bu zaman məqsədinin mənzilini satmaq yox, girov qoymaq olduğunu bildirmiş, əlavə etmişdir ki, müqavilədə göstərildiyindən fərqli olaraq, ona mənzilə görə heç vaxt 70000 manat məbləğində pul verilməmiş, cəmi 45000 manat borc pul verilməsi nəzərdə tutulmuşdur ki, bu pulun da 1000 manatını Elxan özünə götürmüş, 14400.11 manatı ilə krediti ödəyərək mənzili ipoteka yüklülüyündən azad etmiş, digər xərclər çıxıldıqdan sonra qalan 27000 manat pulu da faizi ilə qaytarmaq şərtilə kürəkəni Zaminə vermişdir. O, Elxanın onlara borc verdiyi pul məbləğini qaytarmağa etiraz etmədiyini bildirmiş, aralarında bağlanılmış alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi və bu müqavilə əsasında verilmiş çıxarış, eləcə də texniki pasportun ləğv edilməsini xahiş etmişdir. Göründüyü kimi, ilk İddiaçı qarşılıqlı iddiaçı Cavabdeh ilə aralarında bağlanılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsi və bu müqavilə əsasında əldə etdiyi Çıxarışa əsasən xüsusi mülkiyyətində olan mənzildən mənzilin əvvəlki mülkiyyətçisi olmuş qarşılıqlı iddiaçının çıxarılmasını tələb edir. Qarşılıqlı iddiaçı isə həm müqavilənin etibarsız hesab edilməsini, həm də onun əsasında əldə edilmiş mülkiyyət hüququnu təsdiq edən sənədin ləğv edilməsini tələb edir. Belə olan halda həm ilk, həm də qarşılıqlı iddia üzrə mübahisənin həll edilə bilməsi üçün tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin etibarlılığı araşdırılmalıdır. Qarşılıqlı iddiaçı müqavilənin etibarlılığını iki əsas arqumentlə mübahisələndirmişdir. Bunlardan ilki odur ki, İddiaçıla aralarında alqı-satqı müqaviləsi bağlansa da əsl niyyətləri girov müqaviləsinin bağlanılması olmuş, daha dəqiqi, İddiaçı ona verdiyi borc pulun faizi ilə birlikdə geri qaytarılmasını təminat altına almaq üçün ona bu müqaviləni bağlamağı təklif etmiş, o da maddi vəziyyəti ağır olduğundan buna razılıq vermişdir. Digəri isə odur ki, alqısatqı müqaviləsində mənzilin 70000 (yetmiş min) manata satıldığı və həmin pulun İddiaçı tərəfindən müqavilədə göstərilmiş qaydada ödənildiyi göstərilsə də əslində bu məbləğdə pul İddiaçı tərəfindən nə borc kimi, nə də mənzil alqı-satqısı məqsədilə heç vaxt ona ödənilməmiş, İddiaçı borc kimi ona verdiyi pulun bir hissəsini iki dəfə banka köçürmək yolu ilə ödənilmiş məbləğin 70000 manat kimi görünməsinə nail olmuşdur. Göründüyü kimi, tərəflər arasında bağlanılmış müqavilədə həm satıcı kimi qarşılıqlı iddiaçının iradə ifadəsi mübahisələndirilir, həm də müqavilənin bu müqavilədə göstərilən hüquqi nəticələrə səbəb olmadığı – müqavilədə nəzərdə tutulan pul məbləğinin satıcıya ödənilmədiyi iddia edilir. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, tərəflər arasında alqı-satqı müqaviləsi bağlanarkən tərəflərin niyyətləri mənzilin alqı-satqısını həyata keçirmək yox, ilk iddiaçının qarşılıqlı iddiaçıya verdiyi borcun və faizinin geri qaytarılmasını təminat altına almaq üçün mənzili girov qoymaq olmuşdur. Yəni, bağlanılmış alqı-satqı müqaviləsi girov müqaviləsini pərdələmək məqsədi ilə bağlanılmış yalan əqddir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 340.2-c maddəsinə əsasən yalan əqd başqa əqdi pərdələmək məqsədi ilə bağlanan əqddir. Yalan əqd əhəmiyyətsizdir. Yalan əqdə onun mahiyyəti nəzərə alınmaqla, tərəflərin həmin əqdi bağlayarkən əslində nəzərdə tutduqları əqdə aid olan qaydalar tətbiq edilir. Lakin diqqətdən qaçırmaq olmaz ki, qarşılıqlı iddiaçı Cavabdeh bu əqdi bağlamağa “məcbur” olmuşdur. Çünki bu mənzil onun "xxxx" QSC qarşısında olan kredit öhdəliklərinin icrasını təmin etmək məqsədilə "xxxx" QSC-nin xeyrinə ipoteka ilə yüklü olduğundan o, hər an ödəyə bilmədiyi kredit borcu üzrə tutmanın ipoteka predmetinə yönəldilməsi, bununla da yaşadığı mənzildən məhrum olma ehtimalı ilə üz-üzə olmuşdur. Onun Bank qarşısında lazımınca icra edilməmiş yüksək məbləğdə kredit öhdəliyi olduğundan başqa bank və ya kredit təşkilatlarından bu qədər yüksək məbləğdə kredit alaraq mənzilini yüklülükdən azad etməsi imkanı olmamışdır. Belə olan vəziyyətdə onun öz mənzilindən məhrum olmamaq üçün Banka olan kredit borcunu hər nə yolla olursa olsun – başqa şəxsdən faizlə borc almaq yolu ilə belə olsa - ödəməkdən başqa yolu qalmamışdır. Bu cür ağır maddi vəziyyətlə üz-üzə qalan Cavabdeh ona borc verilməsi üçün İddiaçı müraciət etmiş, İddiaçı isə bu borcu ancaq faizlə, özü də mənzilin xeyrinə girov qoyulması şərtilə verə biləcəyini bildirmişdir. Üstəlik, İddiaçı Cavabdeh ağır maddi vəziyyətindən istifadə edərək, verdiyi borcun faizi ilə birlikdə qaytarılmasını “daha əminliklə” təminat altına almaq məqsədilə girov müqaviləsi yox, alqı-satqı müqaviləsi bağlamağı tərəfə təklif etmiş, Cavabdeh da yuxarıda əsaslandırılmış ağır maddi vəziyyətinin fonunda özü üçün son dərəcə əlverişsiz şərtlərlə bu müqaviləni bağlamağa razı olmuşdur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 339.1-ci maddəsinə əsasən hakimiyyətdən sui-istifadə, bir tərəfin nümayəndəsinin digər tərəflə pis niyyətlə razılığa gəlməsi nəticəsində bağlanmış, yaxud bu Məcəllənin 49.4-cü maddəsində müəyyən edilmiş hallara səbəb olan əqd, habelə şəxsin ağır vəziyyətə düşməsi və digər tərəfin bundan istifadə etməsi nəticəsində həmin şəxsin özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) zərərçəkən tərəfindən mübahisələndirilə bilər. Bu hissədə məhkəmə qeyd edir ki, hər nə qədər qarşılıqlı iddiaçı Cavabdeh öz şikayəti əsasında aparılmış təhqiqat araşdırması gedişində təhqiqatçıya verdiyi izahatında müqaviləni bağlayarkən girov müqaviləsi bağladığını zənn etdiyini, sonradan müqavilənin alqı-satqı müqaviləsi olduğunu başa düşdüyünü qeyd etsə də məhkəmə tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin nə aldatma, nə də vacib əhəmiyyətli yanılmanın təsiri altına bağlanılmış olduğu nəticəsinə gəlir. Çünki qarşılıqlı iddia ərizəsindən və qarşılıqlı iddiaçının məhkəmə iclasında verdiyi izahatdan görünür ki, qarşılıqlı iddiaçı aralarında bağlanan müqavilənin alqı-satqı müqaviləsi olduğunu və başqa əqdi pərdələmək məqsədilə bağlandığını əvvəlcədən bilmiş, sadəcə olaraq, ağır maddi vəziyyəti səbəbindən həmin müqaviləni bağlamağa razılıq vermişdir. Qarşılıqlı iddiaçının hazırkı tarixədək həmin alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi üçün məhkəməyə iddia ərizəsi ilə müraciət etməməsinin səbəbi də elə bu olmuşdur. Yəni, qarşılıqlı iddiaçı Cavabdeh əvvəlcədən bilmişdir ki, ilk İddiaçı ilə arasında bağlanan müqavilə girov yox, alqı-satqı müqaviləsidir. Lakin o, İddiaçı ilə aralarında olan razılığa əsasən onun bu mənzili ondan alınan borcun faizi ilə birlikdə qaytarılmasını təminat altına almaq üçün öz adına keçirmək istədiyini zənn etmiş, dolayısı ilə İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət edənədək onun aralarında bağlanılmış bu müqaviləyə istinad edib mənzilin əsl mülkiyyətçisini – yəni, onu mənzildən çıxarmaq niyyətində olduğunu bilməmişdir. Yəni, ilk iddiaçının vəkilinin izahatında mübahisələndirdiyindən fərqli olaraq, qarşılıqlı iddiaçı Cavabdeh ilk İddiaçı bu iddia ərizəsi ilə məhkəməyə müraciət edənədək aralarında bağlanılmış müqaviləni mübahisələndirməməsinin səbəbi Cavabdeh bu müqavilənin “etibarlılığını” tanıması yox, əksinə, onun bu müqavilənin “etibarlı” olduğunu bilməməsi olmuşdur. Yalnız İddiaçı hazırkı iddia ilə məhkəməyə müraciət etdikdən sonra qarşılıqlı iddiaçı Cavabdeh ilk İddiaçı özünü bu mənzilin “mülkiyyətçisi” hesab etdiyini bilmişdir. Məhkəmə hər iki tərəfin müqavilə bağlayarkən göstərdikləri iradə ifadələrinin motivinin, yəni həqiqi hüquqi niyyətlərinin, eləcə də iradə ifadələrinin məzmunun dəqiqliklə araşdırılmasını iş üçün son dərəcə əhəmiyyətli hesab edir. Belə ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumu məhz bu tipli (tərəflər arasında alqı-satqı müqaviləsi bağlandığı, lakin əsl niyyətlərinin girov müqaviləsi bağlamaq olduğu) mübahisə üzrə olan Qərarında izah etmişdir ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. (“X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17.09.2021-ci il tarixli Qərar) Vurğulanmalıdır ki, Konstitusiya Məhkəməsinin Plenumu qeyd edilən hüquqi mövqeyini mülki qanunvericiliyin müvafiq normalarına əsaslanmaqla formalaşdırmışdır. Belə ki, Mülki Məcəllənin 324.5-ci maddəsinə əsasən, iradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Həmin Məcəllənin 404-cü maddəsi müqavilə şərtlərinin təfsiri zamanı məhkəmənin təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasının deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasının, bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsinin nəzərə alınmalı olduğunu müəyyən etmişdir. Müqaviləni öhdəlik hüquq münasibətlərinin digər yaranma əsaslarından fərqləndirən başlıca xüsusiyyət onun məhz tərəflərin qarşılıqlı iradə ifadəsinin nəticəsi olmasıdır. Bu səbəbdən də müqavilənin etibarlılıq şərtlərindən biri tərəflərin qarşılıqlı iradə ifadəsinin və hüquqi niyyətlərinin vahidliyi və həqiqiliyi ilə bağlıdır. Müqavilənin etibarlılığı üçün zəruri olan bu tələb isə müqavilə münasibətlərinin tənzimlənməsində əsas rola malik müqavilə azadlığı prinsipindən irəli gəlir. (Konstitusiya Məhkəməsi Plenumunun “T.Qasımovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 10 yanvar 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 01.12.2020-ci il tarixli Qərarı) Hazırkı işə baxan məhkəmə Konstitusiya Məhkəməsi Plenumunun hüquqi mövqeyinə uyğun olaraq, ilk İddiaçı və qarşılıqlı iddiaçı Cavabdeh daşınmaz əmlakın alqısatqı müqaviləsi bağlayarkən iradə ifadələrinin həqiqi məzmununu və hüquqi niyyətlərini araşdırmışdır. Bu araşdırma nəticəsində müəyyən edilmişdir ki, tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlansa da tərəflərin əsl niyyəti girov müqaviləsi bağlamaq olmuş, üstəlik, İddiaçı bu müqavilənin bağlanılmasına Cavabdeh ağır maddi vəziyyətindən istifadə etməklə nail olmuşdur. Məhkəmə bu cür nəticəyə gələrkən iş üzrə tədqiq edilmiş konkret sübutları, müqaviləyə qədərki və sonrakı danışıqları, hərəkətləri, müqavilə üzrə edilən-edilməyən hərəkətləri, bir sözlə, tərəflər arasındakı bütün münasibətləri nəzərə almışdır. Belə ki, məhkəməyə ilk İddiaçı və Cavabdeh kürəkəni X18 arasında olan telefon danışığını əks etdirən səs yazısının olduğu fləş-kart təqdim edilmişdir. İlk növbədə, qeyd edilməlidir ki, bu səs yazısındakı şəxslərin kimliyi tərəflərin heç biri tərəfindən mübahisələndirilməmiş, hər iki tərəf telefon danışığındakı şəxslərin İddiaçı və Zamin Qənbərov olduğunu qəbul etmişdir. Məhkəmə bu səs yazısının sübut kimi qəbul edilənliyi məsələsinə münasibət bildirməyi zəruri hesab edir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsində müəyyən edilir ki, şəxsi yazışma və şəxsi teleqraf məlumatları yalnız onların ünvanlandığı şəxslərin razılığı ilə açıq məhkəmə iclasında açıqlana bilər. Göstərilən qaydalar şəxsi xarakterli məlumat daşıyan səs və video yazıların tədqiqində də tətbiq olunur (maddə 10.10). Qanunla icazə verilən hallardan başqa, gizli yolla əldə edilmiş səs və ya video yazılardan sübut kimi istifadə oluna bilməz (maddə 95.2). Məhkəmə hesab edir ki, qanunvericiliyin güddüyü məqsədlər və baxılan işin halları baxımından məhkəməyə təqdim edilmiş səs yazısı qanunsuz və ya gizli yolla əldə edilmiş sübut kimi qiymətləndirilməməlidir. İlk növbədə, nəzərə alınmalıdır ki, prosessual qanunvericiliyin qanunu pozmaqla əldə edilmiş səs yazılarının sübut kimi qəbul edilməsini qadağan edən normaları hər kəsin şəxsi toxunulmazlıq hüququnun, şəxsi və ailə həyatının qorunması təminatlarından biri kimi çıxış edir və Konstutusiyanın 32-ci maddəsindən irəli gəlir. Belə ki, Konstitusiyanın şəxsi toxunulmazlıq hüququna təminat verən 32-ci maddəsinə əsasən hər kəsin şəxsi toxunulmazlıq hüququ vardır. Hər kəsin şəxsi və ailə həyatının sirrini saxlamaq hüququ vardır. Qanunla nəzərdə tutulan hallardan başqa şəxsi və ailə həyatına müdaxilə etmək qadağandır. Hər kəsin şəxsi və ailə həyatına qanunsuz müdaxilədən müdafiə hüququ vardır. Öz razılığı olmadan kimsənin şəxsi həyatı haqqında məlumatın toplanılmasına, saxlanılmasına, istifadəsinə və yayılmasına yol verilmir. Qanunla müəyyən edilmiş hallar istisna olmaqla, heç kəs onun xəbəri olmadan və ya etirazına baxmadan izlənilə bilməz, video və foto çəkilişinə, səs yazısına və digər bu cür hərəkətlərə məruz qoyula bilməz. Nəzərə alınmaldır ki, adı çəkilən maddənin İİİ hissəsində nəzərdə tutulan məhdudiyyət hər kəsin şəxsi təhlükəsizlik hüququnun qanuni əsaslar olmadan əsassız məhdudlaşdırılmasına, şəxsi və ailə həyatı sirrinə dövlət tərəfindən və digər şəxslərdən tərəfindən qanunsuz müdaxilələrə qarşı yönəlmişdir. Bu cür yanaşma “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Konvensiyada ortaya qoyulmuşdur. Belə ki, Konvensiyanın 8-ci maddəsinə əsasən, hər kəs öz şəxsi və ailə həyatına, mənzilinə və yazışma sirrinə hörmət hüququna malikdir. Milli təhlükəsizlik və ictimai asayiş, ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətlərin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Bu baxımdan şəxsi toxunulmazlıq hüququna qanunsuz müdaxilə nəticəsində əldə olunmamış, şəxsi və ailə həyatı sirrini özündə əks etdirməyən heç bir səs yazısı özüözlüyündə Konstitusiyanın 32-ci maddəsinin mənası baxımından şəxsi toxunulmazlıq hüququna qanunsuz müdaxilə kimi qiymətləndirilə bilməz. Baxılan işdə məhkəməyə təqdim edilmiş səs yazısında da tərəflərin pul münasibətlərindən kənar şəxsi və ailə həyatı sirrinə dair hər hansı məlumatlar əks edilməmişdir. Həmçinin, milli qanunvericilikdə də şəxsi və ailə həyatına qanunsuz müdaxilə etmədən və bu məqsədlə hərəkət etmədən iki nəfər arasında aparılmış söhbətin onlardan birinin xəbəri və ya razılığı olmadan qeydə alınmasını birbaşa qadağan edən norma mövcud deyildir. Başqa sözlə, belə bir yazı yalnız o halda qanunsuz hesab edilə, o cümlədən, məhkəmə baxışında sübut kimi yolverilməz sayıla bilər ki, şəxsi toxunulmazlıq hüququna qanunusuz müdaxilə məqsədləri üçün qeydə alınsın və istifadə edilsin. Təsadüfi deyil ki, “N.Əsədovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 5 avqust 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 12.04.2021-ci il tarixli Qərarında qeyd edilmişdir ki, şəxs tərəfindən əqdin qarşı tərəfinin bildirdiyi iradə ifadələrini əks etdirən danışıqların həmin münasibət barəsində yaranan hüquqi mübahisənin həllində istifadə olunması özözlüyündə şəxsi toxunulmazlıq hüququna qəsd kimi qiymətləndirilə bilməz. Belə ki, həmin danışıq və yazışmalar əqdin tərəfləri üçün sirr deyildir və mahiyyət etibarı ilə aralarındakı hüquqi münasibətlə bağlı bir-birlərinə yazılı mətn halında çatdırdıqları iradə ifadələrindən və bildirişlərindən fərqlənmir. Bu baxımdan başqa şəxslə deyil, birbaşa əlaqədar tərəflər arasında olan danışıqların mülki mübahisənin həlli zamanı istifadə edilməsi Mülki Prosessual Məcəllənin 76.3-cü maddəsi ilə nəzərdə tutulan hallara aid edilə bilməz. Hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş fləş-kartda olan telefon danışıqları birbaşa İddiaçı və Cavabdeh arasında baş tutmasa da tərəflərin hər ikisi qəbul etmişdir ki, borc və mənzil alqı-satqısı ilə bağlı məsələlər Cavabdeh adından onun kürəkəni Zamin Qənbərov tərəfindən həll edilmiş, üstəlik, Cavabdeh kürəkəninin telefon danışıqlarında qeyd etdiklərinin işin həqiqi hallarına uyğun olmadığını iddia etməmişdir. Bu baxımdan məhkəmə həmin fləş-kartda olan səs yazısını hazırkı iş üzrə sübut kimi qiymətləndirir. Məhkəmə bu cür nəticəyə gələrkən xüsusən onu da nəzərə alır ki, ilk İddiaçı Cavabdeh ilə olan müqavilə münasibətlərinin əsl mahiyyətini sonradan qətiyyətlə inkar etməsi, faktiki olaraq mənzili almaq üçün Cavabdeh heç vaxt 70000 manat məbləğində pul vermədiyi halda əsassız olaraq bu pulu verdiyini iddia edib onun bu mənzildən çıxarılmasını tələb etdiyi nəzərə alındıqda, qarşılıqlı iddiaçının ilk iddiaçı ilə aralarında yaranmış münasibətlərinin əsl mahiyyətini sübut etmək üçün başqa yolu qalmamış, bu səs yazısı qarşılıqlı iddiaçı üçün həqiqəti sübut etməyin yeganə vasitəsi olmuşdur. Qeyd olunanlardan əlavə, o da nəzərə alınmalıdır ki, hər kəsin malik olduğu şəxsi toxunulmazlıq hüququ, o cümlədən, öz xəbəri olmadan və ya etirazına baxmadan səs yazısına məruz qoyula bilməmək konstitusiya təminatı mütləq hüquq olmamaqla qanuni məhdudiyyətlərə məruz qala bilər. Belə ki, “Azərbaycan Respublikasında insan hüquq və azadlıqlarının həyata keçirilməsinin tənzimlənməsi haqqında” Azərbaycan Respublikası Konstitusiya Qanununun 3.6-cı maddəsinə müvafiq olaraq Konstitusiyada göstərilən digər əsaslarla yanaşı, Konstitusiyanın 32-ci maddəsində göstərilən hüquq digər şəxslərin hüquq və azadlıqlarının qorunması üçün məhdudlaşdırıla bilər. Nəhayət məhkəmə nəzərə alır ki, təqdim edilmiş səs yazısı hazırkı mübahisə üzrə həqiqətin müəyyən olumasını təmin etməyin ən mühüm vasitəsi kimi çıxış edir və məhkəmə tərəfindən həmin sübutun qəbul edilməməsi məhkəmə icraatının Konstitusiya ilə müəyyən edilmiş məqsədlərinə riayət etməmək kimi qiymətləndirilə bilər. Belə ki, Konstitusiyanın 125-ci maddəsinin Vİİ-ci hissəsinə müvafiq olaraq məhkəmə icraatı həqiqətin müəyyən edilməsini təmin etməlidir. Beləliklə, məhkəmə Konstitusiyanın 32-ci maddəsində müəyyən edilmiş məhdudiyyətin məqsədləri, 125-ci maddəsinin Vİİ hissəsinin ifadə olunmuş həqiqətin müəyyən edilməsini prinsipinin tələbləri baxımından hazırkı iş üzrə məhkəməyə təqdim edilmiş səs yazısının əks olunduğu sübutu mümkün hesab edir. Həmin səs yazısının tədqiq edilməsi nəticəsində müəyyən edilmişdir ki, səs yazısının bütün gedişində İddiaçı Zamin Qənbərovdan 12500 manat məbləğində pul tələb etmiş, təkidlə ona bildirmişdir ki, onda olan 5000 manatın üzərinə 7500 manat da əlavə edərək ona 12500 manat məbləğində pul versin, bundan sonra mənzili ipotekaya qoyaraq kredit götürsün, həmin kredit hesabına ona olan borcunu tam ödəsin. İddiaçı səs yazısında demişdir ki: “Mən o evin pulunu verdim ən çoxu 1 ay - 2 ay dözməyə... Mənim o qədər pulum yox idi... Yadında, sən Rauf kişiyə deyəndə mən neçə ay düzəldə bilmədim pulu... Mən qızılları bir aydan sonra girov qoydum... Mən öz “Hyundai Sonata”mı satdım... Bircə ay borc götürdüyüm adamları birtəhər “reqlyovka” elədim... Sonra gördüm, dirənmişəm, heç kim vermir, məcburiyyətdən getdim-qoydum lombarda götürdüm. Dedim indi sən həll edirsən, daha mən nə bilim sən məni yubada-yubada gedəcəksən? Mən sənə ən gözəl variantı deyirəm: Ya o 12500-ü tap, gedək alqı-satqıya mən oradan qalan pulumu da götürüm hamısını, məsələ bitsin. Ya da alınmırsa, evdəkiləri başa sal sat oranı, sat artıq qalana get bir şey al... Mən səni istəyib deyirəm, 4-5 ay sonra mən ora – lombarda o qədər pul ödəyəndən sonra “əl-əl-baş” gəlib-çıxacaq o məsələ. Mən sənə ayın axırından dedim ki, 10000-lə bu məsələnin “başını bağlayaq” getsin, mən lombarda pul ödəməyim... Oradan mənə nə pul qalır ki, mən də nəzərə alım?... Üç aydır, 600 manatdan pul qalır, nə qədər edir? – 1800 manat. Onun 1600-ünü sənin yanında sildim, yadındadır? Bəs mən bundan artıq nə edim? Öz cibimdən ödəyim? Mən öz cibimdən kiminsə yerindən pul ödəyəsi deyiləm axı... Mən oturduğum yerdə niyə kiməsə pul xərcləyim? ... Ən gözəl variant: Bir şey tapıb-düzüb-qoşun 12500, gedək girək ipotekaya məsələni bağla, yox əgər alınmırsa, düş “makler”in yanına, müştəri tap... Allaha and olsun, lombarda ödəmişəm, çekləri götürüb gələcəm yanına. Sabah çekləri götürüb gələcəm yanına... Mənim səninlə düşmənçiliyim yox, şəxsi qərəzim yox... Gecikdikcə mən ziyana gedirəm... İndi o pulu bankdan çıxardanda, aparıb ödəyəndə, sənin yanında qızıllarımın kağızını alanda özün görəcəksən. Səni aparacam həmin gün ora. Gətirəcəm lombardın kağızını sənə. Hamısını gətirəcəm, baxarsan. Bax, özün də inan ki, vəziyyətim pisdir. Mən bunu bir aylıq nəzərdə tutmuşdum, mən bunu demədim ki, 4-5 ay. Dedim, əgər “patalok” qoy olsun 2 ay. 500-600 manata görə məni salmısan quyunun dibinə... Ya tapın, ya da razı sal, de ki: “Gəlin sataq, başqa variant yoxdur”. De ki: “Mən batırmışam pulu. Camatın pulunu verim. Ondan sonrasında, mən işləyirəm. İlkin ödəniş alıb verəcəm sizə””. Səs yazısının mətnindən göründüyü kimi, tərəflər arasında olan səs yazısında əks olunmuş münasibətlər heç də məhkəmə iclasında ilk iddiaçının təsvir etdiyi kimi olmamışdır. Belə ki, səs yazısının bütün gedişində ilk İddiaçı verdiyi pulu çətinliklə, başqalarından borc alaraq Cavabdeh kürəkəni Zamin Qənbərova verdiyini, bu pulu onlara ən çoxu bir aylıq verdiyini, pulu vaxtında qaytarmadıqlarına görə borc götürdüyü adamların ondan pulu tələb etdiyini, pulu ödəmək üçün öz qızıllarını lombarda qoyduğunu, hər ay faiz ödədiyini, maşınını satdığını, buradan ona “heç nə qalmadığını”, “ziyana düşdüyünü”, başqasının əvəzindən pul ödəyə bilməyəcəyini qeyd edərək iki variant təklif etmişdir: Ya ona 12500 manat məbləğində pul verilsin, sonra mənzil ipotekaya qoyularaq götürülən pul hesabına ona olan borc tam qaytarılsın və məsələnin “başı bağlansın”, ya da mənzil satılsın və bu hesaba onun borcu qaytarılsın. Yəni, səs yazılarından belə başa düşülür ki, iddiaçı artıq “mülkiyyətçisi” olduğu evin ipoteka ilə yüklü edilməsi, yaxud satılması yolu ilə onun pulunun qaytarılmasını istəyir. Hansı ki, əgər iddiaçı həqiqətən mənzilin mülkiyyətçisi olsa idi, mənzilin əvvəlki mülkiyyətçilərinə bunu təklif etmədən öz mənzili üzərində istənilən sərəncamı verərdi. Lakin hazırkı mübahisədə səs yazısından da göründüyü kimi vəziyyət tamamilə başqadır. İddiaçı bu mənzili alqı-satqı müqaviləsi əsasında heç vaxt almamış, özü də özünü heç vaxt mənzilin mülkiyyətçisi kimi tanımamış, mənzilin əsl mülkiyyətçilərindən mənzil üzərində sərəncam verilməsinə razılıq almağa çalışaraq onlara verdiyi borcun qaytarılmasına nail olmaq istəmişdir. Bu baxımdan məhkəmə İddiaçı bu səs yazısının mahiyyəti ilə bağlı məhkəmə iclasında verdiyi izahatını – hansı ki, danışıqların Cavabdeh ona satdığı mənzili geri istəməsindən sonra, onun da mənzilə görə ödədiyi pulu geri istəməsi ilə bağlı olduğunu bildirmişdir - qeyri-səmimi hesab edir. Səs yazısından aşkar görünür ki, tərəflər arasında alqı-satqı münasibətləri olmamış, İddiaçı bu heç vaxt mənzili almamış, mənzilin mülkiyyətçisi olmamış, sadəcə olaraq, verdiyi borcu və onun faizini tələb etmişdir. Məhkəmə ilk iddiaçının verdiyi borcdan əlavə, borcun faizini də tələb etməsi nəticəsinə gələrkən xüsusən onu da nəzərə alır ki, İddiaçı səs yazısında ifadə etdiyi kimi “heç bir xeyir qalmadan” kiminsə yerinə borc götürüb, bu borcu bağlamaq üçün lombarda qızıl qoyub, maşınını satması ağlabatan deyil. Səs yazısında İddiaçı da dediyi kimi: “O nəyə görə kiminsə əvəzindən pul ödəməlidir?” Bu baxımdan məhkəmə belə nəticəyə gəlir ki, İddiaçı verdiyi borcu faizlə vermişdir və səs yazısının bəzi hissələrində də o bu faizi etiraf edici ifadələr işlətmişdir. Məsələn: “Üç aydır, 600 manatdan pul qalır, nə qədər edir? – 1800 manat. Onun 1600-ünü sənin yanında sildim, yadındadır?” və s. Məhkəmə iclasında dindirilən X2 və X5 verdiyi ifadələrdən də məlum olur ki, tərəflər arasında mənzil alqı-satqısı yox, borc münasibətləri olmuş, mübahisələndirilən müqavilə də bu borcun təminatı olaraq bağlanmışdır. Həmin şahidlərin hər ikisi təsdiq etmişdir ki, İddiaçı mənzilə baxdıqdan sonra mənzilin girov qoyulması qarşılığında Cavabdeh 45000 manat məbləğində faizlə borc pul verməyə razı olmuş, notariat ofisində müqaviləni alqısatqı müqaviləsi kimi bağlamağı təklif etmiş, bunun qarşılığında Cavabdeh banka olan kredit borcunu bağlayaraq mənzili ipoteka yüklülüyündən azad etmiş, 1000 manat özünə, şahidlərin hər birinə vasitəçi kimi 500 manat, eləcə də müqavilənin təsdiqi üçün ödənilmiş 650 manat dövlət rüsumunu çıxdıqdan sonra yerdə qalan pulu özünə məxsus mağazada qarşılıqlı iddiaçının kürəkəninə vermişdir. Hətta X4 bu pulun mağazanın hansı hissəsində, hansı əşyanın yanında, kimlərin yanında verilməsinə qədər hadisələri dəqiqliklə təsvir etmişdir. Məhkəmə X4nun ifadəsinə xüsusi olaraq o baxımdan qiymət verir ki, tədqiq edilmiş səs yazısında İddiaçı bildirir ki, “Rauf kişi” ona Cavabdeh borc pul lazım olduğu barədə müraciət etmiş, həmin şəxs bu məsələyə vasitəçi olmuşdur. X2 və X10 da təsdiq etmişlər ki, onlar İddiaçı və Cavabdeh arasında olan borc məsələsində vasitəçi olmuş və verilən borc puldan hər birinə 500 manat pul verilmişdir. (X4 bu pulu sonradan qaytardığını iddia edir). Bu şahidlərin ifadələri ilə bağlı xüsusi diqqətdə saxlanılmalı məqam odur ki, onların hər ikisi Cavabdeh, ya da onun kürkəni Zamin Qənbərovun yox, İddiaçı yaxın tanışlarıdır və hər ikisi qəbul edir ki, onların əvvəllər də Elxanla vasitəçi kimi bu cür münasibətləri olmuşdur. Hətta X4 ifadəsində bildirmişdir ki, İddiaçı onun özünü və başqa bir tanışını da faizlə verdiyi borc qarşılığında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlamaqla bu cür çətin vəziyyətə salmış, borcu faizi ilə birlikdə aldıqdan sonra daşınmaz əmlakları qaytarmış, bundan sonra aralarındakı münasibətlər korlanmışdır. X22 İddiaçıla münasibətlərinin yaxşı olmaması ilə bağlı qeyd etiklərini şahidin ilk iddiaçıya qarşı qərəzli münasibətdə olduğunu göstərən amil kimi qiymətləndirən ilk iddiaçının vəkili bu əsasla həmin ifadənin sübut kimi qəbul edilə bilməyəcəyini izahatında bildirmişdir. Məhkəmə isə, əksinə, hesab edir ki, X4nun ilk İddiaçı ilə münasibətlərinin mahiyyətini, Elxanın faizlə borc pul verdiyi adamlara vasitəçilik etdiyini açıq şəkildə ifadə etməsi, hazırkı işdə də etdiyi vasitəçilik qarşısında 500 manat məbləğində pul aldığını çəkinmədən deməsi, İddiaçıla münasibətlərinin sonradan korlandığını, buna nələrin səbəb olduğunu bütün detalları ilə izah etməsi həmin şahidin qərəzliliyinin deyil, ancaq səmimiyyətinin göstəricisi ola bilər. Ağlabatan mühakimə aparılarsa, aydındır ki, tərəflərdən birinə qərəzli olan şahid, əgər həqiqətən qərəzlidirsə, həmin şəxslə münasibətlərinin sonradan pozulduğunu demək əvəzinə, münasibətlərinin qaydasında olduğunu, həmin şəxsə qarşı hər hansı bir qərəzi olmadığını bildirərdi. Hansı ki, hazırkı işdə X22 İddiaçıla vaxtilə “iş” münasibətləri olduğu, ona vasitəçilik etdiyi nəzərə alındıqda həmin şahidin İddiaçıla “yaxşı münasibətlərini”nin olduğunu ifadə etməsi inandırıcı olmaya bilməzdi. Lakin şahid Rauf Adıgözəlov bunun əvəzinə, səmimiyyətlə, İddiaçıla münasibətlərinin son zamanlar yaxşı olmadığını bildirmiş, bunun səbəblərini izah etmişdir. Bütün bu qeyd edilənlərə əsasən, məhkəmə X22 ifadəsinin qərəzli olması ilə bağlı ilk iddiaçının vəkilinin mövqeyi ilə qəti şəkildə razılaşmır və həmin şəxsin ifadəsini səs yazısında İddiaçı da etiraf etdiyi kimi “vasitəçi” olması baxımından mötəbər sübut kimi qəbul edir. Bunun əksinə, ilk iddiaçının vəsatəti əsasında şahid kimi dindirilmiş X16 və X7 ifadələrinə isə məhkəmə tənqidi yanaşır. Belə ki, xüsusən, X8 ifadəsindəki bəzi detallar, məsələn, onun Zamin adlı şəxsi heç vaxt görməməsi ilə bağlı qeyd etdiklərini təsdiq etmək üçün iki ildir satıcı işlədiyi mağazaya gələn bütün müştəriləri (bir dəfə gəlmiş olsalar belə) üzdən tanımasının mütləq olması ilə bağlı qeyd etdikləri, səmimilikdən və inandırıcılıqdan tamamilə uzaq, məntiqi mühakimə əsasında qəbul edilməsi mümkün olmayan, “əzbərlənilmiş”, “düşünülmədən” verilmiş cavab təəssüratı verən mülahizələrdir. Həmçinin, şahid ifadəsində bildirmişdir ki, İddiaçı bu qədər yüksək məbləğdə pulu (40000 manat və 18000 ABŞ dolları) mağazadan gəlib götürmüş, pul onun (şahidin) yanında olduğundan o bu məbləği dəqiq yadında saxlamışdır. Məhkəmə isə bu qədər yüksək məbləğdə pulun mağazada – satıcının yanında saxlanılmasını inandırıcı hesab etmir. X3 ilk İddiaçı sahibi olduğu mağazada satıcı işlədiyi də nəzərə alındıqda onun bu cür ziddiyyətli ifadə verməsinin səbəbi aşkardır. Bu baxımdan məhkəmə X3 ifadəsinə tənqidi yanaşır və bu ifadəni iş üzrə mötəbər sübut kimi qəbul etmir. Digər şahid X17 isə “təsadüfən” dostu İddiaçı ev almaq istəyinə şahid olan, onunla birlikdə notariat ofisinə gedən, lakin “həyətdə gözləyən”, bununla belə İddiaçı mənzil üçün ödədiyi pulun məbləğinə, bu pulun hansı hissəsinin hansı valyutada olmasına qədər dəqiqliklə bilən, nədənsə digər şahidlərin heç birinin şahid ola bilmədiyi valyuta mübadiləsi prosesinə şahid olan yeganə şəxsdir. Hansı ki, bu şəxsi bütün bu proseslərin gedişində həqiqətən iştirak etmiş (hansı ki, ilk iddiaçı da mübahisələndirməmişdir) şahidlərin heç biri görməmişdir. Bu baxımdan məhkəmə İddiaçı digər şahidi kimi bu şahidinin də ifadəsinə tənqidi yanaşır və həqiqətə uyğun hesab etmir. Xüsusən, nəzərə alınmalıdır ki, ilk iki şahiddən fərqli olaraq, bu şahidlərin heç biri İddiaçı səs yazısında etiraf etdiyi borc-faiz münasibətlərinə ümumiyyətlə toxunmamış, təkidlə İddiaçı mağazadan mənzil almaq üçün 40000 manat və 18000 ABŞ dolları pul götürməsindən, dollarla olan pulu sonradan manata çevirib mənzilin pulunu ödəməsindən bəhs etmişdir. Hansı ki, digər şahidlərin heç biri hansısa valyuta mübadiləsi prosesinin adını çəkməmişdir. Ümumiyyətlə, İddiaçı mənzil üçün ödədiyi pulun bir hissəsinin – 18000 ABŞ dollarının xarici valyutada olması və xarici valyutada alqı-satqının reallaşması mümkün olmadığına görə bu pulu dostu Rövşən adlı şəxsin yanında milli valyutaya çevirməsi ilə bağlı qeyd etdikləri də kifayət qədər ziddiyyətlidir. Belə ki, İddiaçı valyuta mübadiləsini nəyə görə hansısa bankda yox, məhz dostunun yanında həyata keçirməsini onunla izah etmişdir ki, heç bir bank 5000 ABŞ dollarından yuxarı məbləğin alışını və milli valyutaya mübadiləsini həyata keçirmədiyindən o, dostuna müraciət etməli olmuşdur. Hansı ki, ilk növbədə, Azərbaycan Respublikasında fəaliyyət göstərən heç bir valyuta mübadilə şöbəsində dollar alışı ilə bağlı belə bir məhdudiyyət yoxdur. Yalnız 10000 ABŞ dollarına ekvivalent məbləğdən artıq dollar alışının şəxsiyyət vəsiqəsi əsasında aparılması nəzərdə tutulmuşdur. Belə ki, Azərbaycan Respublikasının Mərkəzi Bankının 29 dekabr 2015-ci il tarixli, 44/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Mübadilə şöbələrinin təşkili və mübadilə əməliyyatlarının aparılması Qaydaları”nın 8.5-ci bəndinə əsasən mübadilə şöbəsində nağd xarici valyutanın və xarici valyutada yol çeklərinin bir müştəriyə 500 (beş yüz) ABŞ dollarına ekvivalent məbləğdən artıq satılması, habelə bir müştəridən 10000 (on min) ABŞ dollarına ekvivalent məbləğdən artıq alınması şəxsiyyəti təsdiq edən sənəd əsasında aparılır. Yəni, ilk iddiaçının iddia etdiyindən fərqli olaraq, respublikada fəaliyyət göstərən banklar da daxil olmaqla heç bir valyuta mübadilə şöbəsində dollarının alışı (qəbulu) ilə bağlı məhdudiyyət, yaxud hansısa limit yoxdur. Ümumiyyətlə, son bir neçə ildə milli və xarici (ABŞ dolları) valyuta məzənnəsinin nisbəti nəzərə alındıqda, valyuta mübadiləsi şöbələrinin dolların satışına limit tətbiq etməsi daha ağlabatandır, nəinki alışına. Bu baxımdan ilk iddiaçının bu hissədə də izahatı inandırıcılıqdan uzaqdır. Digər tərəfdən, əgər ilk iddiaçı həqiqətən həmin tarixdə 18000 ABŞ dolları məbləğində xarici valyutanı milli valyutaya mübadilə etdiribsə, üstəlik, mübadiləni həyata keçirən dostu olubsa, bu mübadiləni təsdiq edən sənəd olan qəbzi asanlıqla məhkəməyə təqdim edə bilərdi. Hansı ki, Azərbaycan Respublikasının Maliyyə Bazarlarına Nəzarət Palatasının 21 dekabr 2017-ci il tarixli, 47/1 nömrəli Qərarı ilə təsdiq edilmiş “Valyuta mübadiləsi fəaliyyətinə lisenziya almış şəxslər tərəfindən valyuta mübadiləsi əməliyyatlarının aparılması” Qaydasının 5.8-ci maddəsinə əsasən valyuta mübadiləsi əməliyyatları aparıldıqda müştəriyə həmin əməliyyatlar üzrə ciddi hesabat blankı hesab olunan valyuta mübadiləsi qəbzi verilir. Bu Qaydaların 5.9-cu maddəsinə əsasən Valyuta mübadiləsi qəbzi iki nüsxədə hazırlanır. Qəbzin bir nüsxəsi müştəriyə verilir, digər nüsxəsi isə valyuta mübadiləsi məntəqəsində saxlanılır. İlk iddiaçının mənzil alqı-satqısı üçün həqiqətən valyuta mübadiləsi aparıbaparmamasının müəyyən edilməsi zəruridir. Çünki, qarşılıqlı iddiaçı iddia edir ki, ilk iddiaçı ilə aralarında bağlanılmış alqı-satqı müqaviləsində mənzilə görə 70000 manat məbləğində pul ödənildiyi yazılsa da əslində ilk iddiaçı 40000 manat məbləğində pulu bank hesabına köçürmüş, həmin pulu hesabdan çıxarıb 30000 manatını yenidən köçürmüşdür. Tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsindən də görünür ki, 70000 manat məbləğində pulun həqiqətən 40000 manat və 30000 manat hissələrlə ödənilməsi müəyyən edilmişdir. Həmçinin, mülki iş materiallarında olan (əsli əlavə edilməsə də Cavabdeh şikayəti əsasında aparılmış araşdırma nəticəsində qəbul edilmiş “cinayət işinin başlanmasının rədd edilməsi” haqqında qərardan görünür ki, təhqiqatçı tərəfindən sənədin əslinə baxış keçirilərək iş materialı kimi qərarda yer verilmişdir) "xxxx" ASC tərəfindən verilmiş xəzinə məxaric orderlərindən görünür ki, İddiaçı tərəfindən 17.03.2021-ci il tarixdə saat 13:47-də 40000 manat mədaxil edildikdən sonra, həmin gün saat 16:18-də 30000 manat məbləğində mədaxil edilmişdir. Qarşılıqlı iddiaçı ödənişlər arasındakı bu vaxt fərqini pulun bankdan çıxarılıb bir müddət sonra yenidən köçürülməsi ilə izah edir. İlk iddiaçı isə bunu xarici valyutada olan pulun milli valyutaya mübadiləsinə vaxt getməsi ilə izah edir. Lakin ilk iddiaçı bu qeyd etdiyini təsdiq edəcək hər hansı mötəbər sübutu, valyuta mübadiləsini təsdiq edəcək hər hansı qəbzi, yaxud valyuta mübadiləsini birbaşa həyata keçirən və dostu olan şəxsin şahid kimi ifadəsini məhkəməyə təqdim edə bilməmişdir. Əksinə, İddiaçı müqavilədə göstərilən 70000 manatı qarşılıqlı iddiaçının izahatında göstərdiyi yolla əldə etdiyini məhkəmə iclasında izahat verən şahidlər (Rauf və Salman) təsdiq etmişdir. Son olaraq, müqavilənin 17.03.2021-ci il tarixdə bağlanılmasına baxmayaraq, müqavilənin 11-ci bəndində mənzilin bundan beş ay sonra – 17.08.2021-ci il tarixdə Alıcıya təhvil verilməsinin nəzərdə tutulması mənzil alqı-satqısı müqavilələri üzrə formalaşmış ümumi təcrübəyə uyğun deyil. Xüsusən, məhkəmə iclasında izahat verən ilk İddiaçı mənzil alqı-satqısı ilə məşğul olduğunu və bu mənzili də satmaq məqsədilə aldığını bildirməsi nəzərə alındıqda, onun nəyə görə Cavabdeh mənzildə qalmaq üçün əlavə beş ay vaxt verdiyi qeyri-müəyyəndir. Hansı ki, mənzili əldə etməkdə yeganə məqsədi mənzili sataraq, yaxud kirayəyə verərək gəlir əldə etmək olan şəxs mənzilin əvvəlki sahibinin beş ay mənzildə yaşamasına icazə vermək əvəzinə, mənzili mümkün olduğu qədər tez təhvil alıb gəlir əldə etməyə çalışardı. Digər tərəfdən, ilk İddiaçı özü də məhkəmə iclasında əsaslandıra bilməmişdir ki, gəlir əldə etmək üçün aldığı bu mənzildə beş ay qarşılıqlı iddiaçı və ailə üzvlərinin yaşamağına heç bir gəlir əldə etməmək bahasına nəyə görə icazə vermişdir. Bu baxımdan məhkəmə bu halı mənzil alqı-satqı müqavilələri üzrə formalaşmış təcrübəyə uyğun hesab etmir və işin digər halları ilə birlikdə nəzərə alındıqda müqavilənin etibarlılığına kifayət qədər şübhə yaradan hal kimi qiymətləndirir. Bütün bu qeyd edilənlərin fonunda məhkəmə tərəflər arasında daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlansa da bu müqavilənin bağlanılmasına səbəb olmuş motivin, tərəflərin alqı-satqı müqaviləsi bağlayarkən iradə ifadələrinin həqiqi məzmununun və hüquqi niyyətlərinin mənzil alqı-satqısından tamamilə kənar olduğu nəticəsinə gəlmişdir. Beləliklə, məhkəmə hesab edir ki, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi Cavabdeh ağır maddi vəziyyətə düşməsi və İddiaçı bundan istifadə etməsi nəticəsində Cavabdeh özü üçün son dərəcə əlverişsiz şərtlərlə bağlamağa məcbur olduğu əqd (ağır şərtli əqd) olduğundan və müqavilənin etibarsız olduğu, tərəflərin həqiqi niyyətlərini əks etdirmədiyi yuxarıda qeyd edilənlərə əsasən sübut edildiyindən tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsi etibarsız hesab edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. 324.4-cü maddəsinə əsasən, müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. 337.1-ci maddəsinə əsasən, bu Məcəllədə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. Etibarsız əqdlər mübahisə edilən əqdlər və ya əhəmiyyətsiz əqdlər ola bilər. 337.4-cü maddəsinə əsasən, etibarsız əqd onun etibarsızlığı ilə bağlı nəticələr istisna olmaqla, hüquqi nəticələrə səbəb olmur. Bu cür əqd bağlandığı andan etibarsızdır. Göründüyü kimi, əqdin etibarsızlığı əqdin etibarlı olması şərtlərinin pozulmasından asılıdır. Bu şərtlərdən birinə riayət edilməməsi etibarsız əqdlərin əmələ gəlməsinə səbəb olur. Əqdlərin etibarlı olması üçün qanunda nəzərdə tutulmuş dörd qrup şərtin (tələbin) olması vacibdir: əqdin subyektiv tərkibinə aid edilən şərt; əqdin məzmununa aid edilən şərt; əqddə iradə və iradəni ifadə etmənin vəhdətinə aid edilən şərt; əqdin formasına aid edilən şərt. Bu şərtlərin hamısı olduqda, müvafiq əqd etibarlı əqd kimi tanınır və qəbul edilir, habelə subyektlərin əqd bağladıqları zaman cəhd göstərdikləri və arzu etdikləri hüquqi nəticələr doğurur. Göstərilən şərtlərdən hər hansı birinə əməl edilməməsi əqdin etibarsızlığına səbəb olur. Hazırkı işdə müqavilənin etibarsızlığının müəyyən edilməsi ilə ilk iddianın təmin edilməsi tamamilə istisna edilir. Belə ki, iddia tələbinin əsaslandığı əqdin etibarsız olması, birbaşa həmin əqd üzrə hüquqi nəticənin əmələ gəlmədiyini, yəni müqavilə üzrə iddia olunan subyektiv hüququn yaranmadığını göstərir. Ona görə də, hər hansı bir əqdə əsaslanaraq verilən iddianın düzgün hüquqi həlli üçün, ilk növbədə, istinad olunan həmin əqdin etibarlı olub-olmaması müəyyən edilməlidir. Etibarsız əqdə əsaslanaraq qaldırılan iddia tələblərində iddiaçının tələbinin əqd üzrə hüquqi əsası mövcud olmur. Çünki əqdin etibarsız olması həmin əqdin nəzərdə tutulan hüquqi nəticəni yaratmaması, yəni əqd üzrə mülki hüquq və öhdəliklərin əmələ gəlməməsi deməkdir. Əqdin etibarsızlığı əqdin bağlanması ilə əlaqədar yol verilən hüquqa zidd halların nəticəsi olmaqla, bağlandığı andan etibarən öz təsir və nəticələrini göstərir. Beləliklə, Konstitusiya Məhkəməsinin Plenumu vurğulayır ki, hər hansı əqdə istinad edilərək iddia verildiyi təqdirdə, həmin iddianın necə əsaslandırılmasından asılı olmayaraq məhkəmənin ilk vəzifəsi həmin əqdin etibarlılığını müəyyən etməkdir. (“Azərbaycan Respublikası Mülki Məcəlləsinin 337, 339.6, 346.1 və 354-cü maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair” Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsi Plenumunun 02.04.2021-ci il tarixli Qərarı) Məhkəmə ilk iddianı əsassız hesab edərkən, həmçinin onu da nəzərə alır ki, ilk iddianın bütün dəlilləri tərəflər arasında notariat qaydasında təsdiq edilmiş alqı-satqı müqaviləsinin bağlanılmasına, müqaviləni hər iki tərəfin qarşılıqlı iradə ifadəsi əsasında imzalamasına, bir sözlə, müqavilədə heç bir formal pozuntunun olmamasına əsaslanmışdır. Halbuki, mübahisələndirilən müqaviləni tərəflərin imzalaması və onun notariat qaydasında təsdiqlənməsi mübahisə predmeti belə deyil, mülki iş üzrə qarşılıqlı iddia tələbinin mahiyyətini məhz həmin müqavilənin sırf görünüş üçün bağlandığı, tərəflərin həqiqi hüquqi niyyətlərini əks etdirmədiyi və bu səbəbdən etibarsız hesab edilməli olduğu təşkil edir. Nəzərə alınmamışdır ki, məhkəmələr tərəfindən müqavilənin etibarlı olub-olmaması ilə bağlı işlərə baxılarkən təqdim olunmuş sübutlar əsasında tərəflərin həqiqi hüquqi niyyətləri və iradə ifadələrinin əsl məzmunu dəqiqləşdirilməli, iradə ifadəsinin hansı şərtlər və şərait daxilində bildirilməsi müəyyən edilməlidir. (“X.Mirzəliyevin şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2020-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” 17.09.2021-ci il tarixli Qərar) Lakin mülki dövriyyə iştirakçılarının sərbəst seçimi olaraq əqd tərəflərin azad və qarşılıqlı iradə ifadəsi nəticəsində əmələ gəlir. Odur ki, əqdin etibarsızlığı ilə bağlı işlərə baxılarkən, yalnız yazılı və formal hallara qiymət verməklə kifayətlənilməməli, tərəflərin iradə ifadəsinin həqiqi məzmunu və hüquqi niyyətləri də müəyyən edilməlidir. Bu növ iddia tələbləri üzrə müqavilənin etibarsızlığı faktı yalnız iradə ifadəsinin özünün deyil, həm də həmin iradənin formalaşmasına və ifadə edilməsinə əsas olmuş şərait və motiv, məsələn, müqaviləyə qədərki danışıqlar, tərəflər arasındakı münasibətlər və tərəflərin sonrakı hərəkətləri nəzərə alınmaqla təsdiq edilə bilər (Konstitusiya Məhkəməsi Plenumunun B.Qasımovun şikayəti üzrə 2019-cu il 9 dekabr, N.Əsədovanın şikayəti üzrə 2021-ci il 12 aprel tarixli Qərarları). Tərəflər arasında bağlanılmış daşınmaz əmlakın alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsinin hüquqi nəticəsi tərəflərdən hər birinin bu etibarsız əqd üzrə aldıqlarını digər tərəfə geri qaytarmasıdır. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 337.5-ci maddəsinə əsasən əqd etibarsız olduqda, əgər bu Məcəllədə onun etibarsızlığının ayrı nəticələri nəzərdə tutulmayıbsa, tərəflərdən hər biri əqd üzrə aldıqlarının hamısını digər tərəfə qaytarmağa, alınanları eyni ilə qaytarmaq mümkün olmadıqda isə (o cümlədən alınanlar əmlakdan istifadədə, görülmüş işdə və ya göstərilmiş xidmətdə ifadə olunduqda) onun dəyərini pulla ödəməlidir. Hazırkı işdə tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsində göstərilmiş 70000 manat məbləğində pul heç vaxt qarşılıqlı iddiaçıya verilməsə də qarşılıqlı iddiaçı qəbul edir ki, o, ilk iddiaçıdan borc pul almış, aralarında bağlanılmış alqı-satqı müqaviləsi də bu borcun qaytarılmasını təminat altına almaq üçün bağlanmışdır. Qarşılıqlı iddiaçı əlavə etmişdir ki, aralarında bağlanılmış alqı-satqı müqaviləsi etibarsız hesab edilərsə, o, ilk iddiaçıdan aldığı borcu qaytarmağa razıdır. Belə olan halda, bu müqavilənin bağlanmasına əsas olmuş, İddiaçı tərəfindən Cavabdeh verilmiş borc pul İddiaçı geri qaytarılmalıdır. Qaytarılacaq borcun məbləğinə gəldikdə isə qeyd edilməlidir ki, Cavabdeh məhkəmə iclasında və təhqiqat orqanına verdiyi izahatlardan görünür ki, İddiaçı tərəfindən ona (kürəkəninə) 27000 manat məbləğində nağd pul verilmiş, 14400.11 manat məbləğində "xxxx" QSC-yə olan kredit borcları ödənilmiş, daşınmaz əmlakın alqı-satqısı müqaviləsi bağlanarkən 650 manat vergi, 200 manat əlavə sənədləşməyə rüsum ödənilmişdir. Eyni zamanda, qarşılıqlı iddiaçının izahatına əsasən vasitəçilərə (şahidlərə) verilmiş cəmi 1000 manat məbləğində pul da qarşılıqlı iddiaçıya geri qaytarılmışdır. Məhkəmə iclasında izahat verən qarşılıqlı iddiaçı bütün bu məbləğləri ilk iddiaçıya ödəməyə etirazı olmadığını bildirmişdir. Məhkəmə iclasında izahat verən şahidlər də verdikləri izahatlarla qeyd edilənləri təsdiq etmişdir. Belə olan halda ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh həmin məbləğlərin cəmi olan 43250.11 manat (qırx üç min iki yüz əlli manat on bir qəpik) məbləğində pul tutularaq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməlidir. Qarşılıqlı iddia tələbinin növbəti hissəsinə - ilk iddiaçı adına verilmiş Çıxarışın ləğv edilməsi hissəsinə münasibətdə məhkəmə qeyd edir ki, qarşılıqlı iddia bu hissədə də əsaslıdır. İlk növbədə, qeyd edilməlidir ki, bu çıxarış mülki-hüquqi əqd olan alqı-satqı müqaviləsi əsasında verildiyindən çıxarışın ləğv edilməsi məsələsinə də mülki mühakimə icraatı qaydasında baxılmalıdır (Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun ““Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2 və 2.2.1-ci maddələrinin şərh edilməsinə dair” 19.05.2014-cü il tarixli Qərarındakı hüquqi mövqeyə uyğun olaraq). Digər tərəfdən, həmin Çıxarışın verilməsinə əsas olmuş alqı-satqı müqaviləsi artıq yuxarıda qeyd edilənlərə əsasən etibarsız hesab edilmişdir. Belə olan halda həmin çıxarışın qüvvədə saxlanılması üçün heç bir etibarlı hüquqi əsas qalmamışdır. Odur ki, həmin çıxarış ləğv edilməlidir. Lakin məhkəmə hesab edir ki, qarşılıqlı iddia tələbi texniki pasportun ləğv edilməsi hissəsində təmin edilə bilməz. Çünki texniki pasport mənzil üzərində hüquq müəyyən edən sənəd deyil, sadəcə olaraq, mənzilə çıxarış əldə etmək üçün müvafiq inzibati orqan tərəfindən tərtib edilmiş texniki sənəddir. Nəzərə alınmalıdır ki, qarşılıqlı iddiaçı mənzil üzərində mülkiyyət hüququnu bərpa etdikdən sonra mənzilin mülkiyyətçisi kimi müvafiq texniki pasportun öz adına verilməsini müvafiq inzibati orqandan tələb edə, bu tələb təmin edilməzsə, inzibati icraat qaydasında mübahisələndirilə bilər. Bu baxımdan məhkəmə qarşılıqlı iddianı həmin hissədə təmin etmir. Bu cür nəticəyə gələrkən məhkəmə onu da nəzərə alır ki, tərəflər arasında bağlanılmış alqı-satqı müqaviləsinin ləğv edilməsi həm çıxarışın, həm də texniki pasportun ləğvi üçün əsasdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk iddia təmin edilməməli, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi” qarşılıqlı iddia tələbinə dair iddia qismən təmin edilməli, Cavabdeh və İddiaçı arasında bağlanmış 17.03.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi etibarsız hesab edilməli, ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına 07.04.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış ünvan 1 üzərində mülkiyyət hüququnu təsdiq edən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilməli, ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 43250.11 manat (qırx üç min iki yüz əlli manat on bir qəpik) məbləğdə pul tutularaq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilməlidir. Son olaraq, MPM-in 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, ilk iddia təmin edilmədiyindən həmin iddia üzrə ödənilmiş 10 manat məbləğində dövlət rüsumu iddiaçıya aid edilməlidir. Lakin qarşılıqlı iddia üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddiaçı Cavabdeh qarşı “mənzildən çıxarılma” tələbinə dair ilk iddia təmin edilməsin. İlk iddia üzrə ödənilmiş dövlət rüsumu iddiaçıya aid edilsin. Qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı qarşı “alqı-satqı müqaviləsinin etibarsız hesab edilməsi, çıxarışın və texniki pasportun ləğv edilməsi” qarşılıqlı iddia tələbinə dair iddia qismən təmin edilsin. Cavabdeh və İddiaçı arasında bağlanmış 17.03.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqısı müqaviləsi etibarsız hesab edilsin. İlk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı adına 07.04.2021-ci il tarixdə, ********** qeydiyyat nömrəsi ilə qeydiyyata alınmış ünvan 1 üzərində mülkiyyət hüququnu təsdiq edən Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarış ləğv edilsin. Qarşılıqlı iddia qalan hissədə təmin edilməsin. İlk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh 43250.11 manat (qırx üç min iki yüz əlli manat on bir qəpik) məbləğdə pul tutularaq ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı ödənilsin. Qarşılıqlı iddia üzrə ödənilmiş 20 manat məbləğində dövlət rüsumu ilk iddia üzrə iddiaçı, qarşılıqlı iddia üzrə cavabdeh İddiaçı tutularaq ilk iddia üzrə cavabdeh, qarşılıqlı iddia üzrə iddiaçı Cavabdeh ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar