Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-507/2023 30.01.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi Yusuf qızının iştirakı ilə, Ərizəçi Ərizəçi Yusuf qızının "qohumluq faktının müəyyən edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi Yusuf qızı "qohumluq faktının müəyyən edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, 19 sentyabr 2022-ci ildə ölmüş X4 ərizəçinin bacısı olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında ərizəçi X7 ərizəsini müdafiə edərək izahatında göstərdi ki, X8 onun bacıdır. Bacısı xx.xx.2022-ci il tarixdə ölmüşdür. Bacısından miras qalmış əmlaklara dair 4 saylı Bakı ASAN Xidmət Mərkəzinin notariat ofisində bacısının adına V-52O/2O22 savlı vərəsəlik işi açılmış, lakin “Elektron Notariat" X2 xasiləsi ilə “X5" AQİS-dən Çıxarışda əldə edilən məlumatlara əsasən miras qoyan X4 doğum haqqında akt qeydində soyad “Yusifova” ad “Rəhimə”, ata adı “Yusif' kimi, ana qrafasında isə Gülzar Yusif qızının ata adı “Yusif' kimi qeyd olunduğu müəyyən edilmişdir. Məhz bu əsasla notariat ofisi tərəfindən sənədlər arasında ziddiyyət olduğu üçün X4 onun bacısı olması faktı ilə bağlı məhkəməyə müraciət etməsini bildirilmiş, bu əsasla onun müraciətindən imtina edilmişdir. O, bacısı X4 ikinci dərəcəli vərəsəsi olduğuna görə və bacısı X4 birinci dərəcəli vərəsələri - onun övladları olmadığına, atası və anası olmadığına görə onun bacısı X3 qalan mirası qəbul etmək hüququ yaranmışdır. Məhz o, X4 ikinci növbəli vərəsəsi kimi 4 saylı Bakı Asan Xidmət mərkəzinin notarial Ofisinə müraciət etdiyindən ondan qohumluğu təsdiq edən sənəd tələb edilmiş, belə bır sənəd olmadığından, yəni X4 onun bacısı olması barədə onda doğum haqqında şəhadətnamədən başqa hər hansı bir sənəd olmadığından o, X4 onun bacısı olması faktının məhkəmə qaydasında müəyyən edilməsi üçün məhkəməyə müraciət etməli olmuşdur. X4 doğum haqqında şəhadətnaməsində onun adı, soyadı və ata adı səhv göstərildiyinə görə onun bacısı olması fakt məhkəmə qaydasında müəyyən edilməlidir. Ona görə də məhkəmədən ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilən X9 ifadəsində göstərdi ki, mərhum X8 onun baldızı olmuşdur. Mərhum baldızına özü baxıb qulluq etmişdir. Mərhum xadimə işləyirdi. Özü 1995-ci ildən mərhum X4 və eyni zamanda Ərizəçi Yusuf qızının qardaşı ilə ailə qurmuşdur. Ailədə iki bacı və qardaş olmuşlar. Qardaşları vəfat edib. Ərizəçi Yusuf qızı həqiqətən də mərhum X4 bacısı olmuşdur. Məhkəmə ərizəçinin izahatını və şahidin ifadəsini dinləyib və iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş: Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixdə verilmiş ölüm haqqında şəhadətnamədə görünür ki, X8 xx.xx.2022-ci il tarixdə ölmüşdür. 4 saylı Bakı Asan Xidmət Mərkəzində Notariat Ofisinin xx.xx.2022-ci il tarixli 2331 saylı Ərizəçi ünvanlanmış məktubundan görünür ki, "Elektron Notariat" X2 vasitəsilə "X5" AQİS-dən Çıxarışda əldə edilən edilən məlumatlara əsasən miras qoyan X4 doğum haqqında akt qeydində soyad "Yüsifova", ad "Rəhimə", ata adı "Yusif" kimi, ana qrafasında isa Gülzar Yusuf qızının ata adı "Yusif" kimi qeyd olunduğu müəyyən edilmişdir. Bildirilmişdir ki, sənədlər arasında ziddiyyət olduğu üçün X4 ərizəçinin bacısı olması faktı ilə bağlı məhkəməyə müraciət etməlidir. Orcanikidze rayon VVADQ şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamədən görünür ki, Ərizəçi Yusuf qızı xx.xx.1954-cü ildə doğulmuş və anası – Gülzar Yusuf qızıdır. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli 584- 05/30 saylı məktubundan görünür ki, Ş.X1 doğumu haqqında arayışın istənilməsi ilə bağlı xx.xx.2022-ci il tarixli 584-05/70 saylı ərizəsinə baxılmışdır. Məsələ ilə bağlı araşdırma aparılarkən Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1959-cu il tarixli 1172 saylı doğum haqqında akt qeydində vətəndaşın soyadının “Yusifova” adının “Rəhimə”, habelə adıçəkilən qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 827 saylı ölüm haqqında akt qeydində isə soyadının “Yusufova” adının “Rəhilə” kimi yazıldığı məlum olmuşdur. Yuxarıda göstərilənlərə əsasən bildirilmişdir ki, sənədlər arasında ziddiyyət olduğu üçün doğum haqqında arayışın verilməsi mümkün olmamışdır. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən xx.xx.2022-ci il tarixli 161- 05/68 saylı məktubundan görünür ki, Ş.X1 doğumu haqqında akt qeydinə düzəliş edilməsi ilə bağlı ərizəsinə baxılmışdır. Araşdırma zamanı Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.1959- cu il tarixli 1172 saylı doğum haqqında akt qeydində vətəndaşın soyadının “Yüsifova” adının “Rəhimə”, habelə adıçəkilən qeydiyyat şöbəsi tərəfindən tərtib edilmiş xx.xx.2022-ci il tarixli 827 saylı ölüm haqqında akt qeydində isə soyadının “Yusufova” adının “Rəhilə” kimi qeyd olunduğu müəyyən edilmişdir. Bildirilmişdir ki, sənədlər arasında ziddiyyət olduğu üçün və düzəliş üçün kifayət qədər sənəd təqdim edə bilmədiyiniz üçün tərəfimizdən doğum haqqında akt qeydinə düzəliş etmək mümkün olmamışdır. Həmçinin bildirirlmişdir ki, Azərbaycan Respublikası Ailə Məcəlləsinin 161.1-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydindəki səhvlərin düzəldilməsi və ona dəyişikliklər edilməsi, kifayət qədər əsaslar olduqda və aidiyyəti şəxslər arasında mübahisə olmadıqda, ərizə verən şəxslərin daimi yaşayış yerində müvafiq icra hakimiyyəti orqanı tərəfindən həyata keçirilir. Məsələ ilə bağlı məhkəməyə müraciət etməsi tövsiyə edilmişdir. Azərbaycan Respublikası MPM-nin 305.1.1-ci maddəsinə əsasən Məhkəmə xüsusi icraat qaydasında hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 307.2.1-ci maddəsinə əsasən məhkəmə şəxslərin qohumluq münasibətlərinin müəyyən edilməsi barədə işlərə baxır. Azərbaycan Respublikası MPM-nin 311-ci maddəsinə əsasən məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, X8 xx.xx.2022-ci il tarixində ölmüşdür. O, öldükdən sonra onun adına olan daşınmaz əmlakla bağlı vərəsəlik işləri üçün onunla qohumluq münasibətlərinin təsdiq olunması ərizəçidən tələb edilmişdir. Beləliklə, o da qohumluq münasibətlərinin müəyyən edilməsi barədə ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 2022-ci il tarixdə Bakı şəhərində ölmüş X8 ilə qohumluq münasibətinin müəyyən olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən şahid ərizəçinin qeyd etdiklərini təsdiq etmişdir. Hazırda isə məhkəmədə aparılmış araşdırma zamanı ərizəçinin ərizəsinin rədd edilməsi üçün heç bir əsaslar müəyyən edilməmişdir. Odur ki, məhkəmə iş üzrə araşdırılmış bütün sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Məhkəmə vurğulayır ki, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. (AR MPM 217.4) Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi Yusuf qızının xx.xx.2022-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X4 bacısı olması faktı müəyyən edilsin. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-507/2023
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-507/2023
30.01.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Şəxslərin qohumluq münasibətlərinin müəyyən olunması faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver