Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-507/2025 24.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı X* etibarnamə üzrə nümayəndəsi Nümayəndə2 Sadiq oğlunun iştirakı ilə, İddiaçı X* cavabdehlər Bakı şəhər Suraxanı rayonu Bülbülə Bələdiyyəsinə və «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X24 * saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsinə istifadə hüququnun tanınması” tələbinə dair mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi. *. İddiaçı X5 cavabdehlər Bakı şəhər Suraxanı rayonu Bülbülə Bələdiyyəsi və «Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri» X24 * saylı Bakı Ərazi İdarəsinə qarşı “torpaq sahəsindən istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində yerləşən 0,30 ha torpaq sahəsinə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi ev 35-də ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində yaşadığı evə bitişik olan və yaxınlıqda yerləşən torpaq sahəsi *99*-ci ildən ailələrinin daimi istifadəsindədir. Onlar tərəfindən torpaq sahəsində çoxlu yaşıllaşdırma işləri aparılmışdır. Belə ki, o, ailəsi ilə birlikdə *99*-ci ildən Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, ev 35-də ev tikmiş, torpaq sahəsini hasara alaraq ağac əkmiş, *99*-ci ildən bu günə kimi torpaq sahəsindən istifadə etmişlər. Həyat yoldaşı, Nümayəndə2 hal-hazırda Sabunçu rayonu qazi, veteran və şəhid ailələri Şurasının sədridir. Həyat yoldaşı Nümayəndə2 Azərbaycanın müqəddəs torpaqları Cəbrayıl, Füzuli və Ağdam rayonlarının işğaldan azad olunması uğrunda gedən döyüşlərdə vəzifə borcunu layiqincə yerinə yetirdiyinə görə dövlət tərəfindən bir çox fəxri fərman, medallara layiq görülmüşdür. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2- 304/2003 saylı, xx.xx.2003-cü il tarixli Qətnaməsinə əsasən sözügedən torpaq sahəsinin 207,0 kv.m olan bir hissəsinə dair qərar qəbul olunaraq mülkiyyət hüququ tanınmışdır. Həmin torpaqda birmərtəbəli və iki otaqdan ibarət yaşayış evi vardır. Sonradan İcra Hakimiyyəti tərəfindən yol tikintisinin aparılması səbəbi ilə ev sökülmüşdür. Sözügedən torpaq sahəsi 0.30 ha təşkil edir və həmin torpaq sahəsində tərəflərindən çoxlu meyvə və müxtəlif ağaclar əkilmişdir. Bundan sonra mütəmadi olaraq 0,30 ha təşkil edən torpaq sahəsinə gələrək əkin işləri ilə məşğul olmuşlar. Torpaq sahəsinin qalan hissəsin yəni 0.30 ha daimi istifadəsinə verilməsi üçün Suraxanı rayon Məhkəməsinə müraciət etmək məcburiyyətində qalmışdır. Orada yaşayan qonşular həmin torpaq sahəsinin *99*-ci ildən onların istifadəsində olduğunu və ağaclara qulluq etdiklərini bilirlər. Hazırda torpaq sahəsi onun tərəfindən sənədsiz olaraq istifadə olunur, O, aidiyyatı qurumlara dəfələrlə müraciət etsə də, ona məhkəməyə müraciət etmək tövsiyyə edilmişdir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 2-ci maddəsinə görə, şəxsin yaşayış yeri dedikdə tam həcmdə fəaliyyət qabiiyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər o cümlədən sağlamlıq imkanları məhdud *8 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər buu kimi yaşayış yerləri başa düşülür. Qanunun tələbindən görünür ki, yaşayış ünvanları daima hazırda yaşadıqları Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi ev 35-də olmuşdur. Qeyd olunanlara əsasən məhkəmədən iddianın təmin olunması xahiş etmişdir.
Tərəflərin izahatı.
3. Məhkəmə iclasında iddiaçının nümayəndəsi Nümayəndə2 Sadiq oğlu iddia ərizəsinin məzmununa uyğun izahat verərək bildirmişdir ki, Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi ev 35-də ailəsi ilə birlikdə yaşayır. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsində yaşadığı evə bitişik olan və yaxınlıqda yerləşən torpaq sahəsi *99*-ci ildən ərizəçinin və onun ailə üzvlərinin daimi istifadəsindədir. Onlar tərəfindən torpaq sahəsində çoxlu yaşıllaşdırma işləri aparılmışdır. Belə ki, o, ailəsi ilə birlikdə *99*-ci ildən Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi, ev 35də ev tikmiş, torpaq sahəsini hasara alaraq ağaclar əkmiş və *99*-ci ildən bu günə kimi torpaq sahəsindən istifadə etmişlər. Bundan əlavə X5 məhkəməyə ərizə ilə müraciət edərək *99*-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi ev 35-də yerləşən torpaq sahəsində ev tikdiyini, həmin torpaq sahəsində ağaclar əkdiyini, *0 il müddət ərzində həmin torpaq sahəsində yaşamaqla təsərrüfat apardığını göstərərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2-304/2003 saylı, xx.xx.2003-cü il tarixli Qətnaməsinə əsasən ərizəçinin tələbi təmin olunaraq X* Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi ev 35-də mülkiyyət hüququ tanınmışdır. Qeyd olunanlara əsasən məhkəmədən iddia tələbinin təmin edilməsini xahiş etdi.
4. Məhkəmə iclasının vaxtı və yeri barədə cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndələrinin iştirakını təmin etməmişlər.
Şahid ifadələri
5. Şahid* məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, o, *990-cı ildən iddiaçı X5 ilə qonşudur. İddiaçı tərəfindən həmin torpaq sahəsində fərdi yaşayış evi tikilmiş, 2003-cü ildən sonra həmin yaşayış evi yol tikintisi ilə bağlı olaraq sökülmüşdür. Həmin torpaq sahəsinin digər hissəsində yenidən fərdi yaşayış evi tikilmiş, iddiaçı uzun müddətdir ki, həmin fərdi yaşayış evində yaşayır və 30 ildən çoxdur ki, fərdi yaşayış evinin yerləşdiyi 0.30 ha torpaq sahəsini hasara alaraq orada ağaclar əkmiş və torpaq sahəsinə qulluq edir.
6. Şahid2 məhkəmə iclasında ifadə verərək bildirmişdir ki, iddiaçı X5 ilə 20 ildir ki, qonşudur. İddiaçı və onun həyat yoldaşı 20 ildən artıq müddət ərzində həmin torpaq sahəsini əkib becərmiş və orada ağaclar əkmiş və torpaq sahəsinə qulluq göstərmişlər. İddiaçının həmin torpaq sahəsində fərdi yaşayış evi mövcud olmuş, sonradan yol tikintisi ilə bağlı olaraq dövlət orqanları tərəfindən sökülmüşdür. Fərdi yaşayış evi söküldükdən sonra iddiaçı torpaq sahəsinin digər hissəsində iddiaçı tərəfindən yeni fərdi yaşayış evi tikilmiş və iddiaçı tərəfindən 0.30 ha torpaq sahəsi hasara alınmışdır.
İş materialları.
7. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2-304/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi ilə ərizəçinin tələbi təmin edilməsi, X4 ünvan 3-də mülkiyyət hüququnun tanınması və X6 həmin evin mülkiyyətçisi kimi qeydiyyat vəsiqəsi verilməsinin Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tapşırılması qət olunmuşdur.
8. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2(0*0)-*050/2024 saylı, xx.xx.2024-cü il tarixli qətnaməsinə əsasən iddiaçılar X9 və X*4 cavabdeh Nümayəndə2 Sadiq oğluna qarşı(Bakı şəhəri Suraxanı rayonu Bülbülə Bələdiyyəsi mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “maeələrə və müdaxilələrə qadağa qoyulması, giriş-cıxışın bərpa edilməsi” tələbinə dair iddia tələbinin təmin olunmaması, ödənilmiş *00 manat dövlət rüsumunun iddiaçılara aid olunması qət edilmişdir. 9.Bakı Apellyasiya Məhkəməsinin 2(*03)-5452/2024 nömrəli, *7.*0.2024-cü il tarixli qətnaməsi ilə apellyasıya şikayəti təmin edilməyərək, Bakı şəhər Suraxanı rayon Məhkəməsinin 2(0*0)-*050/2024 saylı iş üzrə 25 iyun 2024-cü il tarixli qətnaməsi dəyişdirilmədən saxlanılması, apellyasiya şikayətinin verilməsi ilə əlaqədar ödənilmiş dövlət rüsumunun məbləği onu ödəmiş şəxsin özünə aid olunması qət edilmişdir. *0. Bakı şəhəri Suraxanı rayon İcra Hakimiyyətinin A-45-*5* saylı, xx.xx.2022-ci il tarixli X3 ünvanladığı məktubdan müəyyən olunur ki, yaşayış evinin sökülərək mövcüd ölçülərdən kənara çıxmamaq şərti ilə yenidən tikilməsinə etiraz edilmir. **. 240*00324 saylı, *2.09.2024-cü il tarixli sübütların qiymətləndirilməsi haqqında X** tərəfindən Bülbülə bələdiyyəsi ərazisində 870 kv.metr bağ sahəsinin X*5 33 il ərzində icarəyə verilməsinə dair 28 oktyabr 2005-ci il tarixli, 35 nömrəli müqavilənin, həmin müqaviləyə əlavə edilmiş sxemin, həmçinin X23 tərəfindən Bülbülə bələdiyyəsi ərazisində olan 900 kv. metr torpaq sahəsinin X8 32 il müddətinə icarəyə verilməsinə dair *2 sentyabr 2005-ci il tarixli 2* nömrəli müqavilənin və əlavə edilmiş foto sxemin saxta hüquq verən sənədlər hesab edilməsi və cinayət işi üzrə cinayətin törədilmə predmeti olaraq maddi sübut qismində tanınması müəyyən olunmuşdur. *2. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin *(0*0)-6/2024 saylı, 3*.07.2024-cü il tarixli hökmü ilə X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsind nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, X23 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə Azərbaycan Respublikasının CPM-nin *56.4-cü maddəsinə əsasən xitam verilməsi hökm edilmişdir. *3. Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin 3-2*-3-30/2-58*/2025 saylı, 09.0*.2025-ci il tarixli məktubundan görünür ki, Vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin bir hissəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı, bir hissəsi isə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin yol tərəfdən hasarboyu 325.0 mm-lik orta təzyiqli qaz xətti keçir. Bundan başqa sahəyə X7, X*4, X2 və Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin müraciəti olmuşdur. *4. Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin 3-2*-3-30/2-4868/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin yol tərəfdən hasarboyu keçən 325.0 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin mühafizəsi çıxılmaqla “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağının koordinatları əlavə olunur. Sahə 529.0.kv.m təşkil edir. XY *. 4*2739.890 4477039.300
2. 4*274*.750 4477044.259
3. 4*2746.3*7 4477042.224
4. 4*2747.979 4477046.44*
5. 4*28*3.567 4477020.938
6. 4*28**.5*9 44770*6.283 *5. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Bakı şəhəri Suraxanı rayon Polis İdarəsi 3*-ci X*9 Çingiz Sadiq oğluna ünvanlanmış 54-2/2-A-762/24/24 saylı xx.xx.2024-cü il tarixli məktubundan müəyyən olunur ki, X*6 barəsində yazdığı çoxsaylı şikayət ərizələri araşdırılmış, sonuncu ərizə Suraxanı rayon məhkəməsinin e-*6(0*0)-269/2023 saylı 05.*2.2023 tarixli icra vərəqinə əsasən Tural Cəfərovun qeyd olunan torpaq sahəsinə daxil olmasının qadağan olunması qeyd olunmuş, X*0 torpaq sahəsinə daxil olmaması ilə bağlı izahatı alınaraq, gələcəkdə baş verə biləcək xoşagəlməz hadisələrin qarşısının alınmasıl məqsədi ilə onunla profilaktiki söhbətlər aparılmışdır.
İşin faktiki halları.
*6. Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2-304/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi ilə ərizəçinin tələbinin təmin edilməsi, X4 ünvan 3-də mülkiyyət hüququnun tanınması və X6 həmin evin mülkiyyətçisi kimi qeydiyyat vəsiqəsi verilməsinin Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tapşırılması qət olunmuşdur. *7. 240*00324 saylı, *2.09.2024-cü il tarixli sübütların qiymətləndirilməsi haqqında X** tərəfindən Bülbülə bələdiyyəsi ərazisində 870 kv.metr bağ sahəsinin X*5 33 il ərzində icarəyə verilməsinə dair 28 oktyabr 2005-ci il tarixli, 35 nömrəli müqavilənin, həmin müqaviləyə əlavə edilmiş sxemin, həmçinin X23 tərəfindən Bülbülə bələdiyyəsi ərazisində olan 900 kv. metr torpaq sahəsinin X8 32 il müddətinə icarəyə verilməsinə dair *2 sentyabr 2005-ci il tarixli 2* nömrəli müqavilənin və əlavə edilmiş foto sxemin saxta hüquq verən sənədlər hesab edilmiş və cinayət işi üzrə cinayətin törədilmə predmeti olaraq maddi sübut qismində tanınması müəyyən olunmuşdur. *8. Bakı şəhər Suraxanı rayon Məhkəməsinin *(0*0)-6/2024 saylı, 3*.07.2024-cü il tarixli hökmü ilə X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsind nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, X23 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə Azərbaycan Respublikasının CPM-nin *56.4-cü maddəsinə əsasən xitam verilməsi hökm edilmişdir. *9. Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin 3-2*-3-30/2-58*/2025 saylı, 09.0*.2025-ci il tarixli məktubununa əsasən Vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin bir hissəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı, bir hissəsi isə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin yol tərəfdən hasarboyu 325.0 mm-lik orta təzyiqli qaz xətti keçir.
20. Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin 3-2*-3-30/2-4868/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubuna əsasən Vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin yol tərəfdən hasarboyu keçən 325.0 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin mühafizəsi çıxılmaqla “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağının koordinatları əlavə olunmuş və sahə 529.0.kv.m təşkil etdiyi müəyyən olunur.
Tətbiq edilən hüquq.
2*. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə *3. Mülkiyyət. İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ. İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. İİİ. Hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir.
22. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında Konvensiyaya dair” Protokol.
Maddə *. Mülkiyyətin müdafiəsi. Hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz.
23. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə *35. Əşya hüququnun obyektləri *35.4. Əşyalar daşınmaz və daşınar ola bilər. Torpaq sahələri, yer təki sahələri, ayrıca su obyektləri, meşələr, çoxillik əkmələr, binalar, qurğular və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) digər əşyalar, yəni təyinatına tənasübsüz zərər vurulmadan yerinin dəyişdirilməsi mümkün olmayan obyektlər daşınmaz əşyalardır. Torpaq sahəsi və torpaqla möhkəm bağlı olan (ondan ayrıla bilməyən) əşya vahid daşınmaz əşyadır və vahid mülkiyyət obyektidir. Maddə *78. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi *78.5. Əgər daşınmaz əmlakın dövlət reyestrində əsassız qeydə alınmış mülkiyyətçi qeydəalmanın əsassız olduğunu bilməyərək, torpaq sahəsinə *0 il ərzində fasiləsiz və etirazsız sahiblik etmişsə, həmin şəxs bu torpaq sahəsinin mülkiyyətçisi sayılır. Maddə *57. Mülkiyyətin müdafiəsi *57.8. Mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur. Maddə *58. Mülkiyyətçi olmayan şəxslərin hüquqları *58.*. Mülkiyyət hüququ ilə yanaşı aşağıdakılar da əmlak hüquqları sayılır: *58.*.2. əmlakdan istifadə hüququ; *58.2. Əmlak hüquqları həmin əmlakın mülkiyyətçisi olmayan şəxslərə də mənsub ola bilər. *58.4. Mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Maddə *39. Daşınar və daşınmaz əmlaka hüquqların dövlət qeydiyyatı *39.*. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə *39-*. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar *39-*.*. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: *39-*.*.4. qanuni qüvvəyə minmiş məhkəmə qərarları;
24. Azərbaycan Respublikasının Torpaq Məcəlləsi Maddə 4. Torpaq sahəsi *. Torpaq sahəsi - dövlət torpaq kadastrında və torpaq üzərində hüquqların dövlət qeydiyyatı sənədlərində, sərhədləri, ölçüləri, coğrafi mövqeyi, hüquqi statusu, rejimi, təyinatı və digər göstəriciləri əks etdirilmiş yer səthinin bir hissəsidir. Maddə 5. Torpaq sahəsi üzərində mülkiyyət və onun növləri *. Azərbaycan Respublikasında torpaq sahəsi üzərində dövlət, bələdiyyə və xüsusi mülkiyyət növləri mövcuddur. Bütün mülkiyyət növləri bərabər hüquqludur və dövlət tərəfindən qorunur.
3. Torpaq sahəsi üzərində mülkiyyət hüququ mülkiyyətçinin təkbaşına və ya başqaları ilə birlikdə torpaq sahəsinə sahib olmaq, torpaq sahəsindən istifadə etmək və onun barəsində sərəncam vermək hüquqlarından ibarətdir. Maddə 84. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqlarının müdafiəsi və təminatı *. Torpaq mülkiyyətçilərinin, istifadəçilərinin və icarəçilərinin hüquqları qanunla qorunur.
25. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 82. Sübut etməkdən azad olmaq üçün əsaslar 82.3. Bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə **9. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. **9.*. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
26. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.
Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.2. Qiymətləndirilməyən iddia ərizəsinin, məhkəmə əmri haqqında ərizənin, xüsusi icraat qaydasında baxılan iş üzrə ərizənin verilməsinə görə - *00 manat.
Məhkəmənin mövqeyi.
27. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2- 304/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi ilə ərizəçinin tələbinin təmin edilməsi, X4 ünvan 3-də mülkiyyət hüququnun tanınması və X6 həmin evin mülkiyyətçisi kimi qeydiyyat vəsiqəsi verilməsinin Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tapşırılması qət olunmuşdur. Lakin iddiaçı tərəfindən qeydiyyat vəsiqəsi verilməsi üçün Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə müraciət olunmamışdır. Sonradan iddiaçıya məxsus olan fərdi yaşayış evi yol tikintisinin həyata keçirilməsi məqsədilə sökülsə də, həmin torpaq sahəsində yol tikinti işləri aparılmamışdır. Daha sonra həmin torpaq sahəsinin digər hissəsində iddiaçı tərəfindən yeni fərdi yaşayış evi tikilmiş və iddiaçı tərəfindən həmin torpaq sahəsi hasara alınaraq *99*-ci ildən həmin torpaq sahəsinə qulluq etmiş, meyvə ağacları və digər ağaclar əkmişdir. Sonradan həmin torpaq sahəsinə dair digər şəxslərin mübahisələri yaranmış və lakin sübutların qiymətləndirilməsinə dair 240*00324 saylı, *2.09.2024-cü il tarixli qərarla müəyyən olunmuşdur ki, X23 tərəfindən Bülbülə bələdiyyəsi ərazisində 870 kv.metr bağ sahəsinin X*5 33 il ərzində icarəyə verilməsinə dair 28 oktyabr 2005-ci il tarixli, 35 nömrəli müqavilənin, həmin müqaviləyə əlavə edilmiş sxemin, həmçinin X23 tərəfindən Bülbülə bələdiyyəsi ərazisində olan 900 kv. metr torpaq sahəsinin X8 32 illik müddətinə icarəyə verilməsinə dair *2 sentyabr 2005-ci il tarixli 2* nömrəli müqavilənin və əlavə edilmiş foto sxemin saxta hüquq verən sənədlər hesab edilmiş və cinayət işi üzrə cinayətin törədilmə predmeti olaraq maddi sübut qismində tanınması müəyyən olunmuşdur. Bununla bağlı olaraq X23 barəsində cinayət işi başlanmış və Bakı şəhər Suraxanı rayon Məhkəməsinin *(0*0)-6/2024 saylı, 3*.07.2024-cü il tarixli hökmü ilə X20 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 320.2-ci maddəsində nəzərdə tutulmuş əməli törətməsinə dair cinayət işi üzrə icraata xitam verilməsi, X23 barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” növündə qətimkan tədbirinə Azərbaycan Respublikasının CPM-nin *56.4-cü maddəsinə əsasən xitam verilməsi hökm edilmişdir. 28.Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin 3-2*-3-30/2-58*/2025 saylı, 09.0*.2025-ci il tarixli məktubuna əsasən müəyyən olunmuşdur ki, Vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin bir hissəsi sənaye, nəqliyyat, rabitə, müdafiə və digər təyinatlı, bir hissəsi isə “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağıdır. Sahənin yol tərəfdən hasarboyu 325.0 mm-lik orta təzyiqli qaz xətti keçir.
29. Azərbaycan Respublikasının İqdisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi * saylı Bakı Ərazi İdarəsinin 3-2*-3-30/2-4868/2025 saylı, xx.xx.2025-ci il tarixli məktubundan müəyyən olunur ki, Vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin yol tərəfdən hasarboyu keçən 325.0 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin mühafizəsi çıxılmaqla “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağının koordinatları əlavə olunmuş və sahə 529.0.kv.m təşkil edir.
30. Qanunvericiliyin tələbinə əsasən bir mülki iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi ilə müəyyən edilmiş faktlar həmin işdə iştirak edən şəxslər tərəfindən başqa məhkəmə prosesində mübahisələndirilmir və yenidən sübut edilmir. 3*. İşin mübahisəsiz hallarından müəyyən olunur ki, mübahisəli torpaq sahəsində fərdi yaşayış evi mövcud olmuş, Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 2-304/2003 saylı, xx.xx.2003-cü il tarixli qətnaməsi ilə X4 ünvan 3 ünvanda yerləşən fərdi yaşayış evinə mülkiyyət hüquqları tanınmış və X6 həmin evin mülkiyyətçisi kimi qeydiyyat vəsiqəsi verilməsinin Bakı şəhər Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinə tapşırılmışdır. Lakin həmin fərdi yaşayış evi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmadan yolun genişləndirilməsi məqsədilə sökülmüş və iddiaçı torpaq sahəsinin digər hissəsində yenidən fərdi yaşayış evi tikməyə məcbur olmuşdur. Mülki Məcəllənin tələbinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarları daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunsa da, iddiaçı bu hüququndan onun öz iradəsindən asılı olmayan səbəblərdən istifadə edə bilməmişdir.
32. Məhkəmə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi əsasında mülkiyyət hüquqları tanınmış həmin daşınmaz əmlak dövlət reyestrində qeydə alınmasa belə, iddiaçı həmin daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsinə 30 ildən artıq müddət ərzində fasiləsiz və etirazsız sahiblik etmişdir. Həmin şəxs mübahisəli torpaq sahəsindən 30 ildən artıq müddət ərzində istifadə etmiş və onun həmin torpaq sahəsinə istifadə hüququ yaranmışdır. Lakin iş materiallarından “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olan dövlət mülkiyyəti torpağının koordinatları əlavə olunmuş və sahənin 529.0.kv.m təşkil etdiyi müəyyən olunur.
33. İddia tələbinə münasibətdə məhkəmə nəzərə alır ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. MPM sübutetmə vəzifələrinin bölgüsünün ümumi qaydasını müəyyən edir. Bu qaydaya görə iş iştirakçıları tələb və etirazlarını əsaslandırdıqları faktları isbat etməlidirlər. Məhkəmə öz istəyinə görə iş iştirakçısı olan bu və ya başqa şəxsi onun öz iddia və etirazlarını əsaslandırmaq üçün söykəndiyi halların və qanunla sübut etməli olduğu başqa halların sübut olunması yükündən azad edə, yaxud sübutetmə yükünü bölüşdürə bilməz. MPM məhkəməyə öz təşəbbüsü ilə sübutlar toplamaq hüququ vermir və sübutların toplanması və verilməsi yükünü bütünlüklə sübutetmə yükünü daşıyan iş iştirakçılarının üzərinə qoyur. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almalıdır (MPM-in *4.2 və 77.*-ci maddələri). Həmin Məcəlləsinin 78.*-ci maddəsinin tələblərinə əsasən sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmçinin məhkəmə hesab edir ki, işin obyektiv həlli üçün yalnız mötəbər sübutlardan istifadə oluna bilər. Sübutlar sübut edilən fakta birmənalı bağlı olmalı, yəni həmin faktın varlığı barədə güvənli nəticə çıxarmağa əsas verməlidir. Mülki prosesdə sübutlar əsasında nəticə çıxararkən aşağıdakı qayda əsas tutulmalıdır: *) güvənli nəticəyə gəlməkdən ötrü bir yox, bir neçə sübut olmalıdır; 2) sübutların heç birinin güvənliliyi şübhə doğurmamalıdır; 3) bu sübutlar bir-birini təsdiq etməli və tamamlamalıdır; 4) bu sübutlar birlikdə dəyərləndirilməlidir. Başqa sözlə, bu sübutların mötəbər sübutlar kimi qəbul olunması üçün onların heç birinin güvənliliyi şübhə doğurmamalıdır.
34. Bundan əlavə nəzərə alınmalıdır ki, “mülkiyyət” anlayışı “mövcud mülkiyyətlə” məhdudlaşmır və tələblər də daxil olmaqla, ərizəçinin ən azından mülkiyyət hüququndan səmərəli şəkildə istifadənin əldə olunmasına ağlabatan və “qanuni gözləntisi” olan əmlakı da əhatə edə bilər. (Avropa İnsan Hüquqları Məhkəməsi, Saghinadze və başqaları Gürcüstana qarşı, № *8768/05, § *03, 27 may 20*0-cu il)
35. Beləliklə təqdim olunmuş sübutlardan müəyyən olunur ki, mübahisəli torpaq sahəsi dövlət mülkiyyətində olsa da, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən iddiaçı tərəfindən *99*-ci ildən Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Oktyabrın 40 illiyi küçəsi ev 35-də yerləşən torpaq sahəsində yerləşən fərdi yaşayış evinin tikilməsi, həmin torpaq sahəsinə onun tərəfindən qulluq edilməsi, ağacların əkilməsi, uzun müddət ərzində həmin torpaq sahəsində yerləşən fərdi yaşayış evində yaşaması sübut olunduğundan həmin torpaq sahəsinin onun mülkiyyətinə verilməsi ilə bağlı iddiaçının “qanuni gözləntisi” mövcud olmuşdur.
36. Məhkəmə hesab edir ki, hazırkı halda iddiaçı daşınmaz əmlak üzərində hüquqlarını daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata aldırmasa da, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsinə əsasən həmin daşınmaz əmlakın və onun yerləşdiyi torpaq sahəsinin dövlət reyestrində qeydiyyata aldırmaq barədə qanuni gözləntiyə malik olmuşdur. Həmçinin məhkəmə hesab edir ki, Vahid elektron kadastr baza məlumatlarına əsasən sahənin yol tərəfdən hasarboyu keçən 325.0 mm-lik orta təzyiqli yerüstü qaz xəttinin mühafizəsi çıxılmaqla “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olmaqla Dövlət mülkiyyəti torpağının koordinatları əlavə olunmuş və sahə 529.0.kv.m təşkil etdiyi müəyyən olunur.
37. İddiaçı torpaq sahəsinə qulluq etməsini, orada ağaclar əkməsini, 0.30 ha torpaq sahəsindən istifadə hüququnun tanınmasını xahiş etsə də, məhkəmə hesab edir ki, “Yaşayış məntəqələrinin torpaqları” kateqoriyasına aid olan hissəsi 529.0.kv.m təşkil etdiyindən iddia tələbi qismən təmin olunmalıdır.
Məhkəmə xərcləri.
38. İddiaçı tərəfindən *00 manat məbləğində dövlət rüsumu ödənildiyindən və iddia qismən təmin edildiyindən ödənilmiş dövlət rüsumu iddiaçıya aid olunmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
39. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, İddiaçı Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində X və Y koordinatları üzrə yerləşən (*.4*2739.890 4477039.300, 2.4*274*.750 4477044.259, 3. 4*2746.3*7 4477042.224, 4.4*2747.979 4477046.44*, 5.4*28*3.567 4477020.938, 6. 4*28**.5*9 44770*6.283) 529.0 kv.m təşkil edən torpaq sahəsinə istifadə hüququ tanınmalı və ödənilmiş dövlət rüsumu iddiaçıya aid olmalıdır.
40. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in 2*6-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
İddia qismən təmin olunsun. Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsində X və Y koordinatları (*.4*2739.890 4477039.300, 2.4*274*.750 4477044.259, 3. 4*2746.3*7 4477042.224, 4.4*2747.979 4477046.44*, 5.4*28*3.567 4477020.938, 6. 4*28**.5*9 44770*6.283) üzrə yerləşən 529.0 kv.m təşkil edən torpaq sahəsinə İddiaçı istifadə hüququ tanınsın. İddia qalan hissədə tanınmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Hakim Leyla Talıbova