Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5078/2021 10.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X16 qızının katibliyi, ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, ərizəçi X5 “mirasın qəbulu müddətin uzadılması”na dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: Ərizəçi X12 “mirasın qəbulu müddətin uzadılması”na dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, 21.04.2019-cu il tarixdə vəfat etmiş X2 miras qalmiş əmlakın - Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 4-cü Balandin döngəsi, ev 2, 3 saylı mənzil-ün qəbul edilməsinin müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizəçi X12 sonradan dəqiqləşmə barədə ərizə təqdim edərək, 21.04.2019-cu il tarixdə vəfat etmiş X2 miras qalmiş əmlakın - Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 4-cü Balandin döngəsi, ev 2, 3 saylı mənzilin qəbul edilməsinin müddətinin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Maraqlı şəxslər 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi və Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, Ərizəçi 22.08.1978-ci ildə Bakı şəhərində anadan olmuşdur, Rusiya Federasiyasının vətəndaşıdır, hal-hazırda Rusiya Federasiyası, Saratov şəhəri, Zavodskoy rayonu, Raskova küçəsi, ev 1, mənzil 128 ünvanında yaşayır. X17 Mixayloviç 12.04.2008-ci il tarixində, bibisi isə X6 21.04.2019-cu il tarixində vəfat etmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 4-cü Balandin döngəsi, ev 2, 3 saylı mənzil bibisi X3 məxsus olmuşdur və o, ürəyin işemik xəstəliyinin digər formaları səbəbindən vəfat etmiş və ölümü Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən 19.06.2020-ci il tarixdə qeydə alınmışdır. Hətta bibisi vəfatından əvvəl vəsiyyətnamə tərtib edərək özünə məxsus olan əmlakı qardaşı X10 vəsiyyət etmiş, lakin ərizəçinin atası daha əvvəl vəfat etmişdir. Vəfat etmiş bibisi X1 adına V-330/2020 saylı vərəsəlik işi açılmışdır. Lakin miras qoyan şəxsin vəfatından 6 ay keçdiyindən mirasın qəbulu müddətinin uzadılması üçün məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Həmçinin, ərizəçi Rusiya Federasiyasıyada yaşasa da, bibisinə dolanması üçün köməklik etmiş, qonşuları vasitəsilə əlaqə saxlamışdır. Belə ki, bibisi internetdən istifadə etməyi bacarmırdı, ona görə də həmişə qonşuları əlaqələrinin itməməsi üçün köməklik göstərirdi. Son 1 il ərzində əlaqə saxlaya bilməmiş və özü də başqa ölkədə yaşadığından, azyaşlı övladlarını tək qoyub gələ bilmədiyindən qonşusu Oqtay Cəfərovdan xəbər gözləmişdir. O, isə əlaqə nömrəsini itirdiyindən, bir müddət sonra isə Almaniyada keçirilən tədbirlərdə iştirak etdiyindən ərizəçiyə bibisinin ölümü ilə bağlı məlumat verə bilməmiş, nəticədə ərizəçi bibisinin həm yas mərasimində iştirak edə bilməmiş, həm də mirasın qəbulu üçün vaxtında müraciət edə bilməmişdir. Bundan sonra Oqtay Cəfərov tanışlar vasitəsilə axtarıb onun əlaqə nömrəsini tapmış və bibisinin ölümü barədə məlumat vermişdir. Mirasın qəbulu müddətinin ötürülməsi üzrlü səbəbdəndir. Ərizəçi yaşlı qadındır və 2019-cu ilin fevral ayında əməliyyat olmuşdur. Həmin ilin aprel ayında isə bibisi vəfat etmişdir. 2019-cu ilin sonundan isə Rusiyada pandemiya ilə əlaqəli karantin olduğundan o, Bakıya gələ bilməmiş və mirasın qəbulu ilə bağlı müraciət edə bilməmişdir. Buna görə də qeyd olunanların nəzə alınaraq, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. Məhkəmə iş materiallarını araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə ərizə təmin edilməlidir. İş materiallarında olan Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 02.09.1978-ci il tarixdə verilmiş V-ЖГ seriyalı 455183 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X14 22.08.1978-ci ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1978-ci ilin 09-cu ayının 02-ci günündə 1131 № ilə qeyd edilmişdir. Zavodskoy rayonu Saratov şəhər Dİİ tərəfindən 01.06.1999-cu il tarixdə verilmiş 63 99 074517 №-li Rusiya Federasiyası Vətəndaşının pasportundan notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X13 22.08.1978-ci ildə doğulmuşdur. Zavodskoy rayon VVAQ şöbəsi tərəfindən 30.10.1998-ci il tarixdə verilmiş İİ-РУ seriyalı 331916 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X11 və X14 arasında 30.10.1998-ci ildə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Belarusov, arvada Belarusova soyadı verilmişdir. Bu barədə nikah haqqında akt qeydləri kitabında 1998-ci ilin 10-cu ayının 30-cu günündə 807 № ilə qeyd edilmişdir. Bakı şəhəri Binəqədi rayon Qeydiyyat şöbəsi tərəfindən 11.08.1978-ci il tarixdə verilmiş V-ЖГ seriyalı 424698 №-li doğum haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 16.12.1939-cu ildə doğulmuşdur. Bu barədə doğum haqqında akt qeydləri kitabında 1939-cu ilin 12-ci ayının 31-ci günündə 2880 № ilə qeyd edilmişdir. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən 19.06.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı 098191 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X7 21.04.2019-cu ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2020-ci ilin 06-cı ayının 19-cu günündə 405 № ilə qeyd edilmişdir. Saratov vilayəti Hökumətinin VVAQ işləri idarəsinin Saratov şəhər qeydiyyat şöbəsi tərəfindən 14.04.2008-ci il tarixdə verilmiş İİ-РУ seriyalı 571701 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X8 12.04.2008-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında 2008-ci ilin 04-cü ayının 14-cü günündə 3719 № ilə qeyd edilmişdir. Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 03.11.2021-ci il tarixdə verilmiş “ünvana dair məlumatın verilməsi barədə” məktubdan görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 4-cü Balandin döngəsi, ev 2, 3 saylı mənzil “Suraxanıneft” Neftqazçıxarma İdarəsinin 17.12.1993-cü il tarixli 696 nömrəli əmrdən çıxarışına və “Suraxanıneft” Neftqazçıxarma İdarəsi ilə bağlanmış 23.12.1993-cü il tarixli müqaviləyə əsasən 12.01.1994-cü il tarixdə X4 adına ilkin qeydiyyatdan keçmişdir və hazırda mülkiyyətindədir. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 24.08.2020-ci il tarixdə X9 ünvanlanmış 1015 nömrəli məktubdan görünür ki, 21.04.2019-cu il vəfat etmiş atasının bacısı X4 adına V-330/2020 saylı vərəsəlik işi açılmışdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağrıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. 1248-ci maddəyə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa, uzada bilər. Yuxarıda qeyd edilənlərə əsasən mirasın qəbulu müddətinin uzadılması ilə bağlı məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. İşin araşdırılan hallarından göründüyü kimi hazırki iş üzrə ərizəçi üzürlü səbəbdən vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət edə bilməmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1133.1-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin 1133.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin 1134.1-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin 1243.1-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin 1243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin 1246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir Həmin Məcəllənin 1248.1-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mərhum X2 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 4-cü Balandin döngəsi, ev 2, 3 saylı mənzilin X12 tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla, uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Mərhum X2 miras qalmış Bakı şəhəri, Suraxanı rayonu, Əmircan qəsəbəsi, 4-cü Balandin döngəsi, ev 2, 3 saylı mənzilin X12 tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla, uzadılsın. Qətnamə məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-5078/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5078/2021
10.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver