Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5080/2021 27.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi (maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyəti) "şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi" tələbinə dair ərizə ilə məhkəməyə müraciət edərək, qardaşı X1 faəliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçi ərizə tələbini müdafiə edib izahatında bildirdi ki, onun qardaşı X3 uşaqlıqdan psixi xəstəlikdən əziyyət çəkməklə böyümüşdür. Hazıradək nə danışa, nə də hərəkətlərinin normal idarə edə bilmir. O, birinci qrup əlildir. Qardaşı öz hərəkətlərini və davranışını idarə edə bimədiyi üçün o, qardaşına qulluq edib yanında saxlayır. Qardaşının maddi və mənəvi dəstəkçisi və baxımı ilə özü məşğul olur və bu səbəbdən də qardaşının qəyyumu təyin olunmaq istəyir. O, qardaşına qəyyum təyin olunması ilə bağlı Bakı şəhəri Suraxanı rayon İcra hakimiyyətinə müraciət etmiş, lakin oradan ona məhkəməyə müraciət etməsi hüququ izah ediməklə imtina məktubu verilmişdir. Odur ki, iddia tələbinin təmin olunmasını xahiş etmişdir. İş üzrə maraqlı şəxs Suraxanı rayon İcra Hakimiyyətinə məhkəmə iclası barədə məlumat verilməsinə baxmayaraq, nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməməsinin səbəbi barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə mülki işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə ərizəçinin izahatını dinləyib, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. İş materiallarına əlavə edilmiş: Suraxanı rayon İcra Hakimiyyətinin 12.08.2021-ci il tarixli Ərizəçi ünvanladığı məktubundan müəyyən olunur ki, 01.07.1978-ci il təvəllüdlü X3 üzərində qəyyum təyin edilməsi ilə bağlı aidiyyatı üzrə məhkəməyə müraciət etməsi məsləhət görülmüşdür. Vəsiqədən müəyyən olunur ki, X3 uşaqlıqdan birinci qrup əlildir. İş materiallarında olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə Psixiatrik Ekspertiza Mərkəzinin ambulator məhkəmə-psixiatrik ekspertizasının 15.11.2021-ci il tarixli 2689 saylı rəyindən görünür ki, X2 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində). nitq və davranış pozuntuları ilə (F72) qeyd olunur. Bunu anamnestik məlumatlar (doğuş travması ilə doğulub, ilkin psixofiziki inkişafı həmyaşıdlarından geri qalması, əqli geriliklə əlaqədar olaraq təhsil ala bilməməsi, xəstəliyi ilə əlaqədar olaraq İ qrup əlil olması) həmçinin hazırki müayinə zamanı aşkar olunan əlamətlər (zahirən narahat olması, ünsiyyətə çətinliklə daxil olması, venlən sualların əksəriyyətini anlamaması, anlaşılmaz sözlər deməsi, anamnestik məlumatları açıqlaya bilməməsi, öz vəziyyətinə qarşı tənqidi münasibətinin olmaması və sait) sübut edir. 01.07.1978-ci il təvəllüdlü X2 ağır dərəcəli əqli gerilik (imbesillik dərəcəsində) davranış pozuntuları ilə müəyyən edilir. Əqli gerilik intellektin ümumi səviyyəsini müəyyən edən və inkişaf prosesində meydana çıxan vərdişlərin zəifləməsi ilə xarakterizə olunur, isayev Zaur Sanır oğlunda müəyyən edilən əqli geriliyin anadangəlmə olduğu qeyd edilir. 01.07.1978-ci il təvəllüdlü X2 müəyyən əqli gerilik xəstəliyin ağırlıq dərəcəsinə görə ağır dərəcəli, yəni imbesillik dərəcəsində olması müəyyən edilir. 01.07.1978-ci il təvəllüdlü X3 psixi vəziyyətinə görə öz hərəkətlərinin mahiyyətini başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. 01.07.1978-ci il təvəllüdlü X3 psixi vəziyyətinə görə iş üzrə izahat vermək iqtidarında deyil. X1 psixi vəziyyətinə görə məhkəmə iclasına gəlməsi məqsədə müvafiq deyil. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 28.8-ci maddəsinə əsasən, ağıl zəifliyi və ya ruhi xəstəlik nəticəsində öz hərəkətlərinin mənasını başa düşməyən və ya öz hərəkətlərinə rəhbərlik edə bilməyən şəxslər məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan sayıla bilər və onlar üzərində qəyyumluq müəyyənləşdirilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 317.2-ci maddəsinə əsasən, məhkəmədə psixi qüsurlarına görə şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi haqqında iş, ailə üzvlərinin birgə yaşamasından asılı olmayaraq yaxın qohumların (valideyinlərin, uşaqların, qardaş-bacıların), müvafiq icra hakimiyyəti orqanının, psixiatriya (psixonevroloji) müəssisəsinin ərizəsi üzrə qaldırıla bilər. Həmin Məcəllənin 317.3-cü maddəsinə əsasən, şəxsin məhdud fəaliyyət qabiliyyətli və ya fəaliyyət qabiliyyəti olmayan hesab edilməsi barədə ərizə həmin şəxsin yaşayış yeri üzrə məhkəməyə, əgər şəxs psixiatriya (psixonevroloji) müəssisəsində yerləşdirilmişsə, həmin müəssisənin olduğu yerin məhkəməsinə verilir. Həmin Məcəllənin 321.2-ci maddəsinə əsasən, şəxsin fəaliyyət qabiliyyəti olmayan hesab edilməsinə dair məhkəmə qətnaməsi fəaliyyət qabiliyyəti olmayan hesab edilən şəxs üzərində qəyyum təyin etmək üçün əsasdır. Beləliklə, məhkəmə müəyyən edir ki, 01.07.1978-ci il təvəllüdlü X3 Ərizəçi qardaşıdır. Ərizəçinin qardaşı Zaur ağır dərəcəli əqli geriliyi (imbesillik dərəcəsində), nitq və davranış pozuntuları (F72) olan xəstədir. O, psixi vəziyyətinə görə öz hərəkətlərinin mahiyyətini başa düşmək və öz hərəkətlərini şüurlu idarə etmək iqtidarında deyil. Ona görə də məhkəmə hesab edir ki, ərizə əsaslı olduğundan təmin olunmalı və 01.07.1978-ci ildə Bakı şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan hesab edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. 01.07.1978-ci ildə Bakı şəhərində anadan olmuş X3 fəaliyyət qabiliyyəti olmayan şəxs hesab edilsin. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-5080/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5080/2021
27.12.2021 · Şəxsin məhdud fəaliyyət qabiliyyətli hesab edilməsi haqqında
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver