Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-509/2023 06.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X5 qızının katibliyi, iddiaçının nümayəndəsi X2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 Həbib qızına və qeyrilərinə qarşı “cavabdehlərin mənzildən çıxarılması, əmlakın boşaldılması və Banka təhvil verilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddia tələbi.
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti (bundan sonra mətndə İddiaçı ASC) cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “cavabdehlərin mənzildən çıxarılması, əmlakın boşaldılması və Banka təhvil verilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi, ev 8, 6 saylı mənzildən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.
Tərəflərin izahatları.
2. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsini rəhbər tutaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün saymışdır.
3. Cavabdeh1 xx.xx.2023-cü il tarixdə vəsatətlə məhkəməyə müraciət edərək bildirmişdir ki, mülki iş üzrə iddiaçı "xxxx" ASC-nin İdarə Heyətinə ərizə ilə xahiş edərək kredit müqaviləsi üzrə ipoteka predmeti olmuş mənzilinin və yaşayış evinin keçmiş mülkiyyətçisi kimi aralarında həmin mənzil və yaşayış evi ilə bağlı kirayə müqavilələrinin bağlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Həmin ərizəni xx.xx.2023-cü il tarixində poçt vasitəsilə göndərmişdir. Ancaq hal-hazırkı zamana kimi bank tərəfindən ona cavab verilməmişdir. Ola bilsin ki, ərizəsinə müsbət cavab verilərək onunla yaşayış evi və hal-hazırda çıxarılmaq istənilən mənzillə bağlı kirayə müqaviləsi bağlansın. Əgər belə bir müqavilə bağlanarsa, hal-hazırkı iddia tələbi dayandırılaraq geri götürülə bilər. Ona görə də, xx.xx.2023-cü il tarixinə təyin edilmiş məhkəmə iclasının müəyyən vaxta kimi təxirə salınması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
4. İddiaçının nümayəndəsi X3 iddia tələbini müdafiə edərək və iddia ərizəsinə uyğun izahat verərək bildirdi ki, "xxxx" İKB ASC (hazırkı İddiaçı ASC) ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi., ev 8, 6 saylı mənzilinə Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli, 2(010)-41/2020 saylı qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair İddiaçı ASC-nin mülkiyyət hüquqları 05 aprel 2022-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-da qeydə alınmış və bankın adına çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş 19 sentyabr 2014cü il tarixli arayışından və “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair çıxarışdan göründüyü kimi, Cavabdeh1 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Z.Şərifov küçəsi., ev 8, 6 saylı mənzildə Cavabdeh1, Cavabdeh2 , Cavabdeh3 və Cavabdeh4 qeydiyyatda olmaqla yaşayır. Əmlakın İddiaçı ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdehlər mənzildən çıxmaqdan imtina edirlər. Cavabdeh tərəfindən məhkəməyə göndərilmiş vəsatət isə əsaslı deyil. Belə ki, bank ilə cavabdeh arasında kirayə müqaviləsinin bağlanması ilə əlaqəli heç bir danışıqlar yoxdur. Buna görə də qeyd edilənlərin nəzərə alınaraq iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etdi.
İş materialları.
5. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən “Çıxarış”ın surətindən görünür ki, ünvan 1 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
6. “Elektron notariat” X1 vasitəsilə Yaşayış yeri üzrə qeydiyyatda olan şəxslərə dair məlumatdan Çıxarışa əsasən Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 ünvan 1 ünvanında qeydiyyatdadırlar.
7. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-41/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsindən görünür ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borc tələbi və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia qismən təmin edilərək, Cavabdeh1 28.460,60 (iyirmi səkkiz min dörd yüz altmış manat 60 qəpik) manat məbləğində əsas borc, 15.605,07 (on beş min altı yüz beş manat 07 qəpik) manat mqbləğində faiz borcu, 600 (altı yüz) manat məbləğində cərimə iddia ərizəsi verilməsi üçün ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 30 (otuz) manat dövlət rüsumu olmaqla, cəmi 44.725,67 (qırx dörd min yeddi yüz iyirmi beş manat 67 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması, Cavabdeh1 tutulmalı olan cəmi 44.725,67 (qırx dörd min yeddi yüz iyirmi beş manat 67 qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Z.Şərifov küçəsində yerləşən 8 nömrəli evin 6 nömrəli mənzilinə yönəldilməsi və həmin əmlak açıq hərracda satılaraq, iddiaçıya olan borc ödənilməsi, ipoteka predmetinin satışından əldə olunacaq vəsait iddiaçının tələbini ödəməyə kifayət etmədikdə, qalan məbləğ Cavabdeh1 tutularaq "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi, ipoteka predmeti olan Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Z.Şərifov küçəsində yerləşən 8 nömrəli evin 6 nömrəli mənzilinin ilkin satış qiymətinin 90.000 (doxsan min) manat məbləğində müəyyən edilməsi, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
8. Bakı Apellyasiya Məhkəməsinin 2(103)-563/2021 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2021-ci il tarixli qətnaməsindən görünür ki, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh1 və qeyrilərinə qarşı kredit borcunun qaytarılması və ipoteka predmetinə tutma yönəldilməsi tələbinə dair iddia ərizəsi ilə bağlı mülki iş üzrə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 2(010)-41/2020 saylı qətnaməsindən Cavabdeh1 tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməməsi, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 10 fevral 2020-ci il tarixli 2(010)-41/2020 saylı qətnaməsinin Cavabdeh1 apellyasiya şikayəti üzrə dəyişdirilmədən saxlanılması qət edilmişdir.
9. xx.xx.2022-ci il tarixli mədaxil qəbzindən görünür ki, İddiaçı ASC tərəfindən məhkəməyə iddia ərizəsi verilərkən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir.
İşin faktiki halları.
10. İşin mübahisəsiz halları ondan ibarətdir ki, ünvan 1 iddiaçının adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Hal-hazırda həmin ünvandakı mənzil iddiaçının xüsusi mülkiyyətindədir.
Tətbiq edilən hüquq.
11. Azərbaycan Respublikasının Konstitusiyası.
Maddə 13. Mülkiyyət İ. Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Maddə 29. Mülkiyyət hüququ İ. Hər kəsin mülkiyyət hüququ vardır. İİ. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur.
12. Azərbaycan Respublikası Mülki Məcəlləsi.
Maddə 146. Daşınmaz əmlaka hüququn əmələ gəlməsi 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. Maddə 157. Mülkiyyətin müdafiəsi 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 178. Daşınmaz əmlaka mülkiyyət hüququnun əldə edilməsi 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir.
13. İnsan Hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” iş üzrə qərarı.
Öz əmlakına sərəncam vermək mülkiyyət hüququnun adi və əsasını təşkil edən aspektidir və əmlakdan maneəsiz istifadə hüququ mahiyyəti etibarilə mülkiyyət hüququna təminat verir. “Sporronq və Lonnpot İsveçə qarşı” işdə isə Məhkəmə göstərmişdir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur.
Məhkəmənin mövqeyi.
14. Məhkəmə iş materiallarını və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
15. Məhkəmə iclasında müəyyən olundu ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(010)-41/2020 nömrəli iş üzrə qəbul etdiyi xx.xx.2020-ci il tarixli qətnaməsinə əsasən Cavabdeh1 tutulmalı olan cəmi borc məbləğinin iddiaçı "xxxx" ASCnin xeyrinə ipoteka ilə yüklü edilmiş və mülkiyyət hüququ ilə Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi Z.Şərifov küçəsində yerləşən 8 nömrəli evin 6 nömrəli mənzilinə yönəldilməsi qət edilmiş və qeyd olunan mənzil xüsusi mülkiyyət hüququ üzrə İddiaçı ASC-nin adına xx.xx.2022-ci il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
16. Məhkəmə qeyd olunan faktlara hüquqi qiymət verərək hesab edir ki, cavabdehlərin mübahisəsi gedən ev üzərində hər hansı hüquqları qalmamışdır və onların iddiaçıya mülkiyyət hüququ əsasında məxsus olan evdə mülkiyyətçinin iradəsinin əleyhinə yaşamaları, hüquqi əsaslar olmadan oradan istifadə və evdən çıxmaqdan imtina etmələri sonuncunun sözügedən əmlaka mülkiyyət hüququnun “şərti və qeyri-sabit” xarakter almasına dəlalət edir. Cavabdehlərin müdaxiləsi nəticəsində iddiaçı öz əmlakı üzərində olan faktiki sahiblik və istifadə hüquqlarından məhrum olmuşdur, cavabdehlərin mübahisəli mənzildə yaşamaları mülkiyyət hüququ ilə iddiaçıya məxsus olan əmlakdan istifadə etmək, sahiblik etmək və ona dair sərəncam vermək hüquqlarını pozduğundan iddia tələbi əsaslıdır və təmin edilməlidir.
17. Məhkəmə hesab edir ki, yeni mülkiyyətçiyə heç bir aidiyyəti olmayan şəxslərin mənzildə yaşamaları yeni mülkiyyətçiyə mülkiyyətindən dinc istifadə hüququnu həyata keçirməyə mane olur. Buna görə də iddia tələbi əsaslıdır.
Məhkəmə xərcləri.
18. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
19. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı ASC-nin xeyrinə tutulmalıdır.
Məhkəmənin gəldiyi nəticə.
20. Məhkəmə toplanmış və tədqiq olunmuş sübutlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, ev 8 ünvanında yerləşən ümumi sahəsi 63.04 kv.m. olan 6 saylı mənzildən çıxarılmalı, Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, ev 8 ünvanında yerləşən ümumi sahəsi 63.04 kv.m. olan 6 saylı mənzil boşaldılaraq iddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilməlidir.
21. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə
qət etdi:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 İddiaçı Açıq Səhmdar Cəmiyyətinin mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, ev 8 ünvanında yerləşən ümumi sahəsi 63.04 kv.m. olan 6 saylı mənzildən çıxarılsın. Bakı şəhəri, Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi, Zaur Şərifov küçəsi, ev 8 ünvanında yerləşən ümumi sahəsi 63.04 kv.m. olan 6 saylı mənzil boşaldılaraq iddiaçı “Yelo Bank" Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. İddia təmin edildiyi üçün ödənilmiş dövlət rüsumunun əvəzi olaraq 100 (bir yüz) manat məbləğində pul cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.