Məhkəmə qərarları › İş №2(010)-511/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-511/2023

08.02.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-511/2023 08.02.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi ilə, İddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin Cavabdeh qarşı “pul” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi.

1. İddiаçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti Cavabdeh qarşı “pul” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, məhkəmədən xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, İMEİ kodu **********46656 Xiaomi Redmi 9A markalı telefon, X3 üçün 50.7 manat ödənilməmiş hissə, 5.3 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********60952 X4 9 markalı telefon üçün 68.8 manat ödənilməmiş hissə, 6.2 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən saçqırxan Panasonic, X3 üçün 22.8 manat ödənilməmiş hissə, 2.2 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən 2 ədəd Xiaomi Mi band üçün 25.2 manat ödənilməmiş hissə, 2.8 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən X5 TV üçün 202.5 manat ödənilməmiş hissə, 20.5 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu HA132PTF Lenovo markalı tablet, Earphones Panasonic üçün 154 manat ödənilməmiş hissə, 15 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən İMEİ kodu **********81795 X4 9 markalı telefon, JBL qulaqlıq, X3 üçün 311 manat ödənilməmiş hissə, 31 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən tozsoran Samsung üçün 192.6 manat ödənilməmiş hissə, 19.4 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən tava Rondell üçün 18.3 manat ödənilməmiş hissə, 1.7 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən mikser Gorenje üçün 41.4 manat ödənilməmiş hissə, 4.6 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən blender Gorenje üçün 70.2 manat ödənilməmiş hissə, 7.8 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən fen ütü Gorenje üçün 37.8 manat ödənilməmiş hissə, 3.2 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən mikrodalğalı soba Hoffmann, mini soba Hoffmann üçün 453 manat ödənilməmiş hissə, 45 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən ətçəkən Gorenje, izqara Gorenje üçün 183.6 manat ödənilməmiş hissə, 18.4 manat cərimə, ümumilikdə 1974 manat borc və 39.74 manat ödənilmiş dövlət rüsumu cavabdehdən alınaraq "xxxx" MMC-yə ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə "xxxx" MMC arasında bağlanmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən İMEİ kodu **********46656 Xiaomi Redmi 9A markalı telefon, X3, İMEİ kodu **********60952 X4 9 markalı telefon, saçqırxan Panasonic, X3, 2 ədəd Xiaomi Mi band, X5 TV, İMEİ kodu HA132PTF Lenovo markalı tablet, Earphones Panasonic, İMEİ kodu **********81795 X4 9 markalı telefon, JBL qulaqlıq, X3, tozsoran Samsung, tava Rondell, mikser Gorenje, blender Gorenje, fen ütü Gorenje, mikrodalğalı soba Hoffmann, mini soba Hoffmann, ətçəkən Gorenje, izqara Gorenje almış və nəticədə 1974 manat borc yaranmışdır. Cavabdeh müqavilənin şərtlərini pozmuş və nəticədə xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 459 manat olan İMEİ kodu **********46656 Xiaomi Redmi 9A markalı telefon, X3 üçün ümumilikdə 56 manat olmaqla ondan, 50.7 manat ödənilməmiş hissə, 5.3 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 619.2 manat olan İMEİ kodu **********60952 X4 9 markalı telefon üçün ümumilikdə 75 manat olmaqla ondan, 68.8 manat ödənilməmiş hissə, 6.2 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 205.2 manat olan saçqırxan Panasonic, X3 üçün ümumilikdə 25 manat olmaqla ondan, 22.8 manat ödənilməmiş hissə, 2.2 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən, alqı-satqı qiyməti 226.8 manat olan 2 ədəd Xiaomi Mi band üçün ümumilikdə 28 manat olmaqla ondan, 25.2 manat ödənilməmiş hissə, 2.8 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 540 manat olan X5 TV üçün 223 manat olmaqla ondan 202.5 manat ödənilməmiş hissə, 20.5 manat cərimə; xx.xx.2020-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 277.2 manat olan İMEİ kodu HA132PTF Lenovo markalı tablet, Earphones Panasonic üçün 169 manat olmaqla ondan 154 manat ödənilməmiş hissə, 15 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 702 manat olan İMEİ kodu **********81795 X4 9 markalı telefon, JBL qulaqlıq, X3 üçün 342 manat olmaqla ondan 311 manat ödənilməmiş hissə, 31 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 385.2 manat olan tozsoran Samsung üçün 212 manat olmaqla ondan 192.6 manat ödənilməmiş hissə, 19.4 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 73.2 manat olan tava Rondell üçün 20 manat olmaqla ondan 18.3 manat ödənilməmiş hissə, 1.7 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 84.6 manat olan mikser Gorenje üçün 46 manat olmaqla ondan 41.4 manat ödənilməmiş hissə, 4.6 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 140.4 manat olan blender Gorenje üçün 78 manat olmaqla ondan 70.2 manat ödənilməmiş hissə, 7.8 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 75.6 manat olan fen ütü Gorenje üçün 41 manat olmaqla ondan 37.8 manat ödənilməmiş hissə, 3.2 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqı-satqı qiyməti 472.8 manat olan mikrodalğalı soba Hoffmann, mini soba Hoffmann üçün 498 manat olmaqla ondan 453 manat ödənilməmiş hissə, 45 manat cərimə; xx.xx.2021-ci il tarixli müqaviləyə əsasən alqısatqı qiyməti 194.4 manat olan ətçəkən Gorenje, izqara Gorenje üçün 202 manat olmaqla ondan 183.6 manat ödənilməmiş hissə və 18.4 manat cərimə miqdarında borcu yaranmışdır. Cavabdehin cəmi ödədiyi məbləğ 2623.7 manat təşkil edir. Cavabdehlə aralarında bağlanılmış xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il , xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrin ayrılmaz tərkib hissəsi olan əşyaların təhvil-təslim aktından görünür ki, cavabdeh əldə etdiyi məhsulu tam və qüsursuz şəkildə təhvil almışdır. Cavabdehlə arasında olan telefon danışığı, həmçinin göndərdiyi xx.xx.2022-ci il tarixli xəbərdarlıq məktubunda mübahisənin məhkəmədən kənar həll olunması, onun üzərinə düşən öhdəlikləri lazımınca icra etməli olduğunu rəsmi qaydada bildirsələrdə, qarşı tərəf müqavilə ilə təsbit olunmuş öhdəlikləri icra etməmişdir.

Tərəflərin izahatları.

3. İddiaçının nümayəndəsi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən baxış iclasında üzrlü səbəbdən iştirak etmək mümkün olmadığına görə məhkəmə iclasının iştirakı olmadan keçirilməsini və qətnamə çıxarılmasını xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.

İş materialları.

5. "xxxx" MMC ilə Cavabdeh arasında bağlanan xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, "xxxx" MMC özünə məxsus olan əşyaları müştəriyə müqavilədə göstərilən şərtlərlə verir, müştəri isə malları müqavilədə göstərilən şərtlərlə qəbul edir.

6. xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli bildiriş və həmin tarixli əşyaların təhvil-təslim aktlarından görünür ki, Cavabdeh müqavilələrin şərtləri ilə tanış olmuş, ona müqavilələrin şərtləri pozulduğu təqdirdə görüləcək tədbirlər barədə məlumat verilmiş, həmçinin müqavilələrdə göstərilən əşyaları tam qüsursuz təhvil almış, bu barədə bildirişlərə və aktlara imza etmişdir.

7. xx.xx.2022-ci il tarixli xəbərdarlıqdan görünür ki, Cavabdeh "xxxx" MMC-yə on dörd müqavilə üzrə olan borcu və borcun ödənməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdar edilmişdir. Müvafiq xəbərdarlığın qəbul edilməsi barədə poçt xəbərnaməsi iş materiallarına əlavə edilmişdir

8. xx.xx.2022-ci il tarixli maliyyə və ödəniş cədvəlindən görünür ki, Cavabdeh on dörd müqavilə üzrə borcundan cəmi 2623.7 manat ödəmiş, 1831.9 manat əsas borca görə ödənilməmiş məbləğ, 183.1 manat cərimə olmaqla, cəmi 1974 manat məbləğində borcu qalmışdır.

İşin faktiki halları.

9. Cavabdeh iddiaçı "xxxx" MMC-dən xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli nisyə alqı-satqı müqavilələrinə əsasən müxtəlif dəyərli mallar almış, aldığı malların pulunu ödəniş cədvəlinə uyğun olaraq hər ay hissə-hissə qaytarmağı öhdəsinə götürmüşdür. Buna baxmayaraq, müqavilələr üzrə öhdəliklərini lazımınca yerinə yetirməmiş, on dörd müqavilənin hər biri üzrə ödənilməmiş borcu qalmışdır. Bu səbəbdən iddiaçı "xxxx" MMC hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmiş, müqavilələr üzrə ödənilməmiş əsas borcu və hesablanmış cəriməni Cavabdeh tələb etmişdir.

Tətbiq edilən hüquq.

10. Azərbaycan Respublikasının Mülki Məcəlləsi. Maddə 385. Öhdəlik anlayışı. 385.1. Öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Maddə 386. Öhdəliklərin əmələ gəlməsi əsasları. 386.1. Öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. Maddə 390. Müqavilə azadlığı. 390.1. Fiziki və hüquqi şəxslər azad surətdə müqavilələr bağlaya və bu müqavilələrin məzmununu müəyyənləşdirə bilərlər. Onlar bu Məcəllədə nəzərdə tutulmayan, lakin ona zidd olmayan müqavilələr də bağlaya bilərlər. Maddə 405. Müqavilənin mühüm şərtləri barəsində razılaşma. 405.1. Tərəflər müqavilənin bütün mühüm şərtləri barəsində tələb olunan formada razılığa gəldikdə müqavilə bağlanmış sayılır. Müqavilənin predmetinə dair şərtlər, bu Məcəllədə həmin növ müqavilələr üçün mühüm və ya zəruri adlandırılmış şərtlər, habelə tərəflərdən birinin müraciəti ilə barəsində razılaşma əldə edilməli olan bütün şərtlər mühüm sayılır. Maddə 462. Dəbbə pulu anlayışı. 462.1. Dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. 462.2. Əgər borclu öhdəliyin icra edilməməsi və ya lazımınca icra edilməməsi üçün məsuliyyət daşımırsa, kreditor dəbbə pulunun ödənilməsini tələb edə bilməz. Maddə 467. Məhkəmə tərəfindən dəbbə pulunun azaldılması. Məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Dəbbə pulu ödənildikdən sonra onun miqdarının azaldılması istisna edilir. Maddə 567. Alqı-satqı müqaviləsi. Alqı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini (qiyməti) ödəməyi öhdəsinə götürür. Maddə 600. Nisyə satılmış əşyanın ödənilməsi. 600.4. Əşyanı təhvil almış alıcı onu alqı-satqı müqaviləsində nəzərdə tutulan müddətdə ödəmək vəzifəsini icra etmədikdə satıcı verilmiş əşyanın ödənilməsini və ya ödənilməmiş malın qaytarılmasını tələb edə bilər. Maddə 601. Əşyanın hissə-hissə ödənilməsi. 601.1. Əşyanın nisyə satılması haqqında müqavilədə onun hissə-hissə ödənilməsi nəzərdə tutula bilər. Hissə-hissə ödəmə şərti ilə əşyanın nisyə satılması haqqında müqavilə o halda bağlanmış sayılır ki, alqı-satqı müqaviləsinin digər mühüm şərtləri ilə yanaşı əşyanın qiyməti, ödənişlərin qaydası, müddətləri və məbləğləri nəzərdə tutulmuş olsun. 601.2. Hissə-hissə ödəmə şərti ilə malın nisyə satılması haqqında müqaviləyə bu Məcəllənin 600.2-600.5-ci maddələrində nəzərdə tutulan qaydalar tətbiq edilir.

11. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 222. Əmlakın alınması və ya pul vəsaitlərinin tutulması haqqında qətnamə. 222.2. Pul vəsaitlərinin tutulması haqqında iddianı təmin edərkən hakim əsas borcu, faiz borcunu, zərər və dəbbə pulunu (cərimə, penya) ayrı-ayrılıqda müəyyən etməklə, alınmalı olan ümumi məbləği qətnamədə göstərir.

12. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu.

Maddə 8. Məhkəməyə iddia ərizəsinin, digər ərizənin və ya şikayətin verilməsinə, məhkəmə aktının surətinin təkrar verilməsinə görə dövlət rüsumunun dərəcələri. 8.1.2. iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda - 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi.

Məhkəmənin mövqeyi.

13. Məhkəmə işin faktiki hallarını araşdıraraq və yuxarıda göstərilən qanunvericilik normalarını nəzərə alaraq hesab edir ki, cavabdehin hərəkətləri öhdəliyin lazımınca icra edilməməsi kimi qiymətləndirilməlidir. Belə ki, iddiaçı ilə bağlanmış alqı-satqı müqavilələrinə dair üzərinə düşən öhdəlikləri yerinə yetirmədiyi üçün cavabdeh iddiaçı qarşısında məsuliyyət daşıyır və iddiaçının cavabdehə qarşı irəli sürdüyü müqavilələr üzrə borcun tutulması tələbi əsaslıdır. Çünki iddiaçı bağlanmış alqı-satqı müqavilələrinə dair üzərinə düşən öhdəliyi yerinə yetirərək müqavilələrdə göstərilən əşyaları borcluya vermişdir. Borclu isə bu müqavilələr üzrə üzərinə götürdüyü öhdəliyə uyğun olaraq ödəniş etməli olduğu halda bunu etməmişdir. Odur ki, cavabdehdən alqı-satqı müqavilələrinin hər biri üzrə ödənilməmiş əsas borc tutularaq iddiaçıya verilməlidir.

14. Eyni zamanda, məhkəmə qeyd edir ki, tərəflərin mübahisəli hüquq münasibətləri üzrə iddia tələbi əsas borca münasibətdə qanuni və əsaslı olsa da, dəbbə puluna münasibətdə qismən təmin edilməlidir.

15. Belə ki, dəbbə puluna görə cavabdehin məsuliyyətli olub-olmaması məsələsi ilə bağlı qeyd olunmalıdır ki, dəbbə pulu öhdəliyin icrasının təmini üsulu olmaqla yanaşı, həm də borclunun öz öhdəliyini icra etməməsi və ya lazımınca icra etməməsinə görə tərəflərin müəyyən etdiyi məsuliyyət növüdür. Lakin nəzərə alınmalıdır ki, məsuliyyətin bir növü olaraq dəbbə pulunun ödənilməsini kreditor yalnız borclunun təqsiri olduğu təqdirdə tələb edə bilər.

16. İşdən göründüyü kimi, iddiаçı cаvаbdehdən on dörd müqavilə üzrə cəmi 183.1 manat cərimə ödənilməsini tələb edir. Məhkəmə hesab edir ki, həmin məbləğ hazırkı vəziyyətdə işin hаllаrınа tam uyğun deyildir və tənаsübsüz surətdə yüksəkdir.

17. Məhkəmə qeyd edir ki, cərimənin miqdаrının bu qədər çоx оlmаsı bоrclunun mülkiyyət mаrаqlаrının qоrunmаsı və оnun həddən аrtıq mаliyyə məsuliyyətinə cəlb оlunmаsının qаrşısının аlınmаsı bаxımındаn məqsədəmüvаfiq deyildir. Ona görə də cаvаbdehin öz öhdəliyini lаzımıncа yerinə yetirməməsində ifаdə оlunаn iddiaçının ümumi mаrаğı ilə cavabdehin mülkiyyət hüquqlаrının müdаfiəsi аrаsındа ədаlətli tаrаzlığа nаil оlunmаsı bаxımındаn cərimənin azaldılaraq birinci müqavilə üzrə 2 manat, ikinci müqavilə üzrə 3 manat, üçüncü müqavilə üzrə 2 manat, dördüncü müqavilə üzrə 2 manat, beşinci müqavilə üzrə 10 manat, altıncı müqavilə üzrə 7 manat, yeddinci müqavilə üzrə 10 manat, səkkizinci müqavilə üzrə 8 manat, doqquzuncu müqavilə üzrə 1 manat, onuncu müqavilə üzrə 2 manat, on birinci müqavilə üzrə 3 manat, on ikinci müqavilə üzrə 3 manat, on üçüncü müqavilə üzrə 20 manat və on dördüncü müqavilə üzrə 9 manat məbləğində müəyyən edilməsi işin hallarına uyğundur. Beləliklə, məhkəmə hesab edir ki, cavabdehdən on dörd müqavilə üzrə cəmi 82 manat məbləğində cərimə tutulmalıdır.

Məhkəmə xərcləri.

18. İş materiallarından görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən 39.74 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmin məbləğ iddianın qiymətinə uyğun olmuşdur.

19. Hazırda isə məhkəmə tərəfindən iddia qismən təmin edilmişdir. Belə olan halda ödənilmiş dövlət rüsumunun iddianın təmin edilmiş hissəsinə (1913.9 manat) mütənasib hissəsi (39.13 manat) cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir.

Məhkəmənin gəldiyi nəticə.

20. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2020-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il, xx.xx.2021-ci il və xx.xx.2021-ci il tarixli müqavilələrə əsasən, cəmi 1831.9 manat məbləğində əsas borc və 82 manat məbləğində cərimə olmaqla, ümumilikdə 1913.9 manat (min doqquz yüz on üç manat doxsan qəpik) məbləğində borc və 39.13 manat (otuz doqquz manat on üç qəpik) məbləğində ödənilmiş dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməli, iddia qalan hissədə təmin edilməməlidir.

21. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

Q Ə T E T D İ:

İddia qismən təmin edilsin. Cavabdeh 1831.9 manat məbləğində əsas borc və 82 manat məbləğində cərimə olmaqla, ümumilikdə 1913.9 manat (min doqquz yüz on üç manat doxsan qəpik) məbləğində pul və 39.13 manat (otuz doqquz manat on üç qəpik) məbləğində dövlət rüsumu tutularaq iddiaçı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildikdən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar