Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5133/2021 11.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı, Cavabdeh2 nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair mülki işə açıq məhkəmə iclasında bаxаrаq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən ünvan 1 ünvanından istifadə hüquqlarına yaradılan maneələrin aradan qaldırılmasına və azyaşlı övladları ilə evə köçürülərək istifadə hüquqlarının tanınması haqqında qərar verilməsini xahiş etmişdir. Məhkəmə iclasında İddiaçı barışıq sazişi bağladıqlarını bildirib barışıq sazişinin təsdiq edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Cavabdeh2 nümayəndəsi Nümayəndə iddiaçı ilə aralarında barışıq sazişi bağladıqlarını bildirib məhkəmədən həmin sazişin təsdiq edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh1 məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə tərəflərin izahatlarını dinləyib, məhkəməyə təqdim edilmiş barışıq sazişini iş materialları ilə əlaqəli şəkildə nəzərdən keçirərək hesab edir ki, barışıq sazişi təsdiq edilməli və iş üzrə icraata xitam verilməlidir. Belə ki, məhkəməyə təqdim edilmiş və tərəflərin imzaları ilə təsdiq edilmiş 11.11.2021-ci il tarixli barışıq sazişindən müəyyən edilir ki, tərəflər aşağıdakı şərtlərlə razılığa gələrək barışıq sazişi bağlamışlar: “Mən, İddiaçı Cavabdeh2, yaxud nümayəndəsi tərəfindən mənə 5000 (beş min) manat məbləğində pul kompensasiyası verilməsi müqabilində ünvan 2 ünvanında yerləşən evdən istifadə hüququmdan, eləcə də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququna maneələrin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair 2(010)-5133/2021 saylı mülki iş üzrə iddiamdan imtina edirəm. Eyni zamanda, bildirirəm ki, pul kompensasiyası ödənildiyi halda ünvan 2 ünvanında yerləşən evdən uşaqlarımla birlikdə qeydiyyatdan çıxmağı öhdəmə götürürəm. Gələcəkdə bununla bağlı heç bir etiraz və tələbim olmayacaq; Mən, Cavabdeh2 adından onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə İddiaçı ünvan 2 ünvanında yerləşən evdən istifadə hüququna xitam verilməsi qarşılığında ona 5000 (beş min) manat məbləğində kompensasiya verməyi qəbul edirəm və bunun müqabilində İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququna maneələrin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair 2(010)-5133/2021 saylı mülki iş üzrə iddiadan imtina etməsinə, eləcə də evdən uşaqları ilə birlikdə qeydiyyatdan çıxmasına heç bir etiraz etmirəm. Gələcəkdə bununla bağlı heç bir etiraz və tələbim olmayacaq”. Azərbaycan Respublikasının Mülki Prosessal Məcəlləsinin (bundan sonra MPM) 191.2-ci maddəsinə əsasən hakim iddiaçının iddiadan imtina etməsini cavabdehin iddianı etiraf etməsini və tərəflərin barışıq sazişini təsdiq edənə qədər onlara müvafiq prosessual hərəkətlərin nəticələrini izah edir. İddiaçı iddiadan imtina etdikdə və bu məhkəmə tərəfindən təsdiq edildikdə və ya tərəflərin barışıq sazişini təsdiq etdikdə məhkəmə bu barədə qərardad çıxararaq, bu qərardadla eyni zamanda iş üzrə icraata xitam verir. Məhkəmə tərəfindən hazırkı iş üzrə tərəflərə barışıq sazişinin hüquqi nəticələri izah edilmişdir. Tərəflər sazişin istəklərinə uyğun olduğunu, onların iradələrini ifadə etdiyini və heç bir hüquqlarını pozmadığını qeyd etmişlər. Həmçinin qeyd etmişlər ki, onlar artıq öz aralarında mövcud mübahisəni barışıq sazişi bağlamaqla həll etdiklərindən işin məhkəmədə mahiyyəti üzrə baxılmasına ehtiyac yoxdur. Belə olan halda məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi hər iki tərəfin arzusuna uyğun olub, onların iradələrini ifadə edir və həmin saziş hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarını pozmur. Mövcud iddia tələbi yalnız iş üzrə tərəflər olan prosessual şəxslərin hüquq və vəzifələri ilə əlaqədardır, habelə barışıq sazişinin nəticələri tərəflərə aydındır və onlar barışıq sazişinin nəticələri ilə razıdırlar. Bu hissədə məhkəmə qeyd edir ki, iş üzrə Cavabdeh1 hazırkı məhkəmə iclasında iştirak etməsə də tərəflər arasında bağlanılmış barışıq sazişi onun hüquqlarını pozmadığından və onun üzrə hər hansı öhdəlik qoymadığından, əksinə cavabdeh olduğu iş üzrə icraatın xitamına səbəb olduğundan məhkəmə bu sazişin həmin cavabdehin də mənafeyinə uyğun olduğu nəticəsinə gəlir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 261.0.5-ci maddəsinə əsasən, tərəflər barışıq sazişi bağlamışlarsa və bu saziş məhkəmə tərəfindən təsdiq edilmişsə, hakim iş üzrə icraata xitam verir. 262.1-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi barədə məhkəmə qərardad çıxarır. 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. 262.5-ci maddəsinə əsasən, iş üzrə icraata xitam verilməsi haqqında məhkəmənin qərardadından şikayət verilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, tərəflərin barışıq sazişi məhkəmə tərəfindən təsdiq edilərək iş üzrə icraata xitam verilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 261-262-ci və 263-269-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair mülki iş üzrə İddiaçı və Cavabdeh2 (onun adından etibarnamə üzrə səlahiyyətli nümayəndəsi Nümayəndə) arasında aşağıdakı şərtlərlə bağlanılmış barışıq sazişi təsdiq edilsin: “Mən, İddiaçı Cavabdeh2, yaxud nümayəndəsi tərəfindən mənə 5000 (beş min) manat məbləğində pul kompensasiyası verilməsi müqabilində ünvan 2 ünvanında yerləşən evdən istifadə hüququmdan, eləcə də Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququna maneələrin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair 2(010)-5133/2021 saylı mülki iş üzrə iddiamdan imtina edirəm. Eyni zamanda, bildirirəm ki, pul kompensasiyası ödənildiyi halda ünvan 2 ünvanında yerləşən evdən uşaqlarımla birlikdə qeydiyyatdan çıxmağı öhdəmə götürürəm. Gələcəkdə bununla bağlı heç bir etiraz və tələbim olmayacaq; Mən, Cavabdeh2 adından onun etibarnamə üzrə nümayəndəsi Nümayəndə İddiaçı ünvan 2 ünvanında yerləşən evdən istifadə hüququna xitam verilməsi qarşılığında ona 5000 (beş min) manat məbləğində kompensasiya verməyi qəbul edirəm və bunun müqabilində İddiaçı Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin icraatında olan İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququna maneələrin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair 2(010)-5133/2021 saylı mülki iş üzrə iddiadan imtina etməsinə, eləcə də evdən uşaqları ilə birlikdə qeydiyyatdan çıxmasına heç bir etiraz etmirəm. Gələcəkdə bununla bağlı heç bir etiraz və tələbim olmayacaq”. İddiaçı cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “istifadə hüququna yaradılan maneələrin aradan qaldırılması və evə köçürülmə” tələbinə dair iş üzrə icraata xitam verilsin. Tərəflərə izah edilsin ki, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-5133/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5133/2021
11.11.2021 · Mənzil mübahisələri - Mənzilə köçürmə - Mənzil mübahisələri - Mənzilə istifadə hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver