Məhkəmə qərarları › İş №2(010)-5218/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5218/2020

16.11.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5218/2020 16.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı sədrliyi ilə Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı doğum akt qeydinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünlüyü məsələsinə məhkəmənin binasında, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİM: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı doğum akt qeydinin bərpa edilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iddiaçının Ermənistan Respublikası Amasiya rayonunda qeydə alınmış xx.xx.1964-cü il tarixli doğum akt qeydinin bərpa edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə, Ərizəçi tərəfindən verilmiş iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək belə hesab edir ki, iddia ərizəsi və ona əlavə olunmuş sənədlər geri qaytarılmalıdır. Belə ki, iddiaçı Ərizəçi tərəfindən iddia ərizəsinə əlavə edilən sənədlər, o cümlədən pasportlar lazımi qaydada, yəni notariat qaydasında təsdiq edilməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra-Azərbaycan Respublikası MPM) 89-cu maddəsinin tələblərinə əsasən yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallar notariat qaydasında təsdiqlənməlidir. Həmin maddənin 3-cü bəndinə əsasən lazımi sübutların əsli və ya lazımi qaydada təsdiq olunmuş surəti təqdim edilir. Ərizəçi tərəfindən tərtib olunmuş iddia ərizəsinə əlavə edilmiş ərizəçinin öz tələblərini əsaslandırdıqları hallar barədə olan sənədlər notariat qaydasında təsdiqlənməmişdir. Göründüyü kimi ərizəçi tərəfindən iddia ərizəsinə əlavə edilən sənədlər lazımi qaydada, yəni notariat qaydasında təsdiq edilməmişdir. Beləliklə də, Azərbaycan Respublikası MPM-ninmüvafiq tələbləri ərizəçi tərəfindən pozulmuşdur. Həmçinin, Azərbaycan Respublikası MPM-nin 151.1-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin bu Məcəllənin tələblərinə riayət edilməklə verilməsi yoxlanılmalıdır. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə əsasən iddia ərizəsinin bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Həmin Məcəllənin 152.4-cü maddəsinin tələblərinə əsasən iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qeyd olunanlara əsasən hesab edirəm ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalı və Ərizəçi qərardadda göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etmək hüququnun olduğu izah edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA ALDİM : Ərizəçi maraqlı şəxs Bakı şəhəri Maraqlı şəxsnə qarşı doğum akt qeydinin bərpa edilməsi tələbinə dair iddia ərizəsinə məhkəmənin icraatında baxılmasından imtina edilsin. İddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçı Ərizəçi geriqaytarılsın. İddiaçıya bir daha izah olunsun ki, iddia ərizəsinin qaytarılması göstərilən nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada tərəflərə verildikdən sonra 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar