Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5268/2021 17.09.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi etibarnamə üzrə nümayəndəsi (vəkili) X1, Maraqlı şəxs iştirakları ilə, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq ediməsinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi Maraqlı şəxs qarşı ərizə ilə məhkəməyə müraciət edərək 20 avqust 2021-ci il tarixli '‘Barışıq sazişi”-nin təsdiq edilməsi və 10 mart 2020-ci il təvəllüdlü X3 üzərində iddiaçı Ərizəçi atalığının ləğv edilməsi, 04 saylı Bakı ASAN xidmət mərkəzi Qeydiyyat şöbəsi tərəfindən aparılmış qeydiyyatın ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi nümayəndəsi (vəkili) X2 məhkəmə iclasında ərizəni müdafiə edərək bildirmişdir ki, ərizəçi Cəfərov X4 Ülkər Vüqar qızı ilə 03 iyun 2019-cu ildə rəsmi nikaha girərək ailə qurmuşlar və 24 avqust 2019-cu il tarixdə isə nikahları pozulmuşdur. Tərəflərin birgə nikahdan övladları olmamışdır. Rəsmi nikaha daxil olsalar da, tərəflər bir gün də olsun birgə təsərrüfat aparmamışlar və toyları baş tutmamışdır. Daha sonra məlum olmuşdur ki, ərizəçinin 10 mart 2020-ci il təvəllüdlü X3 adlı övladı olmuş və buna dair 13 iyul 2021-ci il tarixdə doğum haqqında şəhadətnamə alınmışdır. Maraqlı şəxs bunun səbəbini soruşduqda bildirmişdir ki, aralarında olan nikah vaxtında pozulmadığı üçün ata qrafasında ərizəçinin adını yazmağa məcbur olmuşdur. Tərəflər mediasiya prosesindən keçmişlər və 20 avqust 2021-ci il tarixdə "Barışıq sazişi” bağlanmışdır. Tərəflər razılığa gəlmişlər ki, 10 mart 2020-ci il təvəllüdlü X3 üzərində Birinci Tərəf Ərizəçi atalığı ləğv edilsin və atalığın ləğv edilməsi üçün Birinci tərəf qanunvericiliyin tələbinə əsasən məhkəmədə iddia qaldırsın. Buna görə də mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq ediməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs məhkəmə iclasında ərizənin təmin olunmasına etiraz etməyərək bildirmişdir ki, Ərizəçi ilə 03 iyun 2019-cu ildə rəsmi nikaha girmişlər. Onların nikahları isə 24 avqust 2019-cu il tarixdə pozulmuşdur. Onların birgə nikahdan övladları olmamışdır. Rəsmi nikahdan ayrıldıqdan sonra o, yenidən faktiki ailə qurmuşdur. Onun faktiki nikahdan 10 mart 2020-ci il təvəllüdlü X3 adlı övladı olmuşdur və uşağın doğum şəhadətnaməsində ata qrafasında rəsmi nikahda olduğu Ərizəçi adı, soyadı və atasının adı yazılmışdır. Onun azyaşlı övladının atası başqa bir şəxsdir və buna görə də ərizənin təmin olunmasına etiraz etmir. Məhkəmə ərizəni və işin faktiki hallarını araşdıraraq, ərizəçinin nümayəndəsinin(vəkilinin) və maraqlı şəxsin izahatlarını dinləyərək, işdə olan sənədləri tədqiq edərək və sübutları qiymətləndirərək hesab edir ki, ərizənin təmin olunmasından imtina olunmalıdır. Belə ki, iş materiallarına əlavə edilmiş 20.08.2021-ci il tarixli Mediasiya Şurası tərəfindən verilmiş Barışıq Sazişindən müəyyən olunur ki, Ərizəçi və Maraqlı şəxs öz aralarında fikir ayrılığı və mübahisəni qarşılıqlı razılıqla həll etmək üçün mediasiya reyestrində 0054 nömrəsi ilə qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə edilmiş nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi ilə Maraqlı şəxs arasında bağlanmış nikah 24.08.2019-cu il tarixdə pozulmuşdur. İş materiallarına əlavə edilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X3 10 mart 2020-ci ildə Bakı şəhərində anadan olmuşdur. Atası Ərizəçi, anası Maraqlı şəxsdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsində qeyd edilir ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Həmin Məcəllənin 88-ci maddəsinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.17.-ci maddəsinə əsasən mediasiya prosesi nəticəsində bağlanılmış barışıq sazişinin təsdiq edilməsi haqqında işlərə məhkəmə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-23.1.-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununda müəyyən edilmiş müddət ərzində mediasiya prosesi nəticəsində əldə edilən barışıq sazişi könüllü qaydada icra edilmədikdə və ya barışıq sazişinin könüllü icrasından imtina olunduqda, ərizəçi barışıq sazişinin məcburi icrası üçün barışıq sazişinin təsdiq edilməsi barədə (barışıq sazişinin bu Məcəllənin 191.2-1-ci maddəsinə uyğun olaraq təsdiq edildiyi hal istisna olmaqla) məhkəməyə müraciət edə bilər. Bu Məcəllənin 355-25.1.-ci maddəsinə əsasən Barışıq sazişinin təsdiq edilməsi ilə bağlı ərizəyə məhkəməyə daxil olduqdan sonra 10 gün müddətində baxılır. Həmin Məcəllənin 355-25.3.-ci maddəsinə əsasən məhkəmə ərizəyə baxarkən bu Məcəllənin 355-26-cı maddəsində sadalanmış halların olub-olmadığını müəyyən edir və barışıq sazişinin təsdiq edilməsi və ya təsdiq edilməsindən imtina olunması barədə qətnamə qəbul edir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 355-26-cı maddəsinə əsasən məhkəmə aşağıdakı hallarda barışıq sazişinin və ya onun bir hissəsinin təsdiq edilməsindən imtina edir: 355-26.1.1. barışıq sazişi və ya onun bir hissəsi qanuna zidd olduqda; 355-26.1.2. barışıq sazişi mediasiyada iştirak etməyən üçüncü şəxslərin və ya məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan, yaxud məhdud fəaliyyət qabiliyyətli hesab edilən şəxslərin hüquqlarına toxunulan mübahisələr üzrə keçirilmiş mediasiya prosesinin nəticəsində bağlanıldıqda. Bu Məcəllənin 355-26.2.-ci maddəsinə əsasən barışıq sazişinin bir hissəsinin təsdiq edilməsinə o hallarda yol verilir ki, təsdiq edilməsindən imtina edilən hissənin təsdiq edilən hissədən ayrılması mümkün olsun. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 44.2-ci maddəsinə uşaq, aralarında nikah bağlanmış şəxslərdən olduqda, eləcə də nikahın pozulması və ya etibarsız sayılması vaxtından və ya uşağın atasının ölümündən 300 gün ərzində doğulduqda, başqa sübutlar yoxdursa, uşağın atası ananın əri (keçmiş əri) hesab olunur. Atalıq ərlə ananın nikahı haqqında qeyddə təsdiq olunur. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 46.1-ci maddəsinə əsasən öz aralarında nikahda olan ata və ana doğum haqqında şəhadətnamədə uşağın valideynləri kimi qeyd olunurlar. Həmin Məcəllənin 46.2-ci maddəsinə əsasən valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. Eyni Məcəllənin 47.1-ci maddəsinə əsasən bu Məcəllənin 46.1-ci və 46.2-ci maddələrinə uyğun olaraq doğum haqqında şəhadətnamədə valideynlər barədə qeyd haqqında mübahisə yalnız məhkəmə yolu ilə, uşağın valideyni qismində yazılmış şəxsin və ya onun həqiqi valideyninin, habelə uşaq yetkinlik yaşına çatandan sonra onun özünün və ya uşağın qəyyumunun, eləcə də məhkəmə tərəfindən fəaliyyət qabiliyyəti olmayan hesab edilən valideynin qəyyumunun tələbi ilə açıla bilər. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi ilə Maraqlı şəxs 03 iyun 2019cu ildə rəsmi nikaha girərək ailə qurmuşlar və 24 avqust 2019-cu il tarixdə isə nikahları pozulmuşdur. Tərəflərin birgə nikahdan övladları olmamışdır. Maraqlı şəxs başqa bir şəxslə qeyri-rəsmi nikaha daxil olmuş və həmin nikahdan 10 mart 2020-ci il təvəllüdlü X3 doğulmuşdur. Hazırda ərizəçi barışıq sazişinin təsdiq olunmasını xahiş etsə də, iş materiallarından müəyyən olunur ki, barışıq sazişi təsdiq olunan zaman müvafiq icra hakimiyyəti orqanı və özünü uşağın atası hesab edən şəxs mediasiya prosesində iştirak etməmiş və hazırkı mübahisə onların hüquqlarına toxunduğundan tərəflər arasında bağlanmış barışıq sazişi təsdiq oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq edilməsindən imtina olunmalıdır. Göstərilənləri nəzərə alaraq və Azərbaycan Respublikası MPM-nin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizəçi Maraqlı şəxs qarşı mediasiya prosesi nəticəsində bağlanmış barışıq sazişinin təsdiq ediməsindən imtina olunsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-5268/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5268/2021
17.09.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver