Məhkəmə qərarları › İş №2(010)-53/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-53/2022

10.01.2022 · Vərəsəlik hüququ üzrə mübahisələr - Qanun üzrə vərəsəlik hüququnun tanınması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-53/2022 10.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı hüquqi varisi X5 və onun etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə iştirakı ilə, İddiaçı Cavabdeh1, X11, X56, X25, Qurbanova Hicran Əzizağa qızına, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 və Bakı şəhəri 10 saylı Notariat Kontoruna qarşı “mirasın tam olaraq qəbul edilməsi və vərəsəlik hüququnun tanınması” tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, atası X20 miras qalan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, döngə 6, 16 saylı evin İddiaçı tərəfindən tam olaraq qəbul edilməsinin müəyyən olunması, onun miras əmlaka vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı 11.03.2021-ci il tarixdə ölmüşdür. İddiaçı hüquqi varisi X21 daha sonra iddia ərizəsinə əlavə verərək X7ndan miras qalan Bakı şəhəri, Suraxanı rayonu, Bülbülə qəsəbəsi, Mövsüm Bəydəmirov küçəsi, döngə 6, 16 saylı evin İddiaçı tərəfindən tam olaraq qəbul edilməsinin müəyyən olunması, onun miras əmlaka vərəsəlik hüququnun tanınması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. İddiaçı hüquqi varisi X21 izahat verərək bildirmişdir ki, X7 07.03.1997-ci il tarixdə vəfat etmişdir, onun ölümündən sonra babasına məxsus olan ünvan 1 ünvanında yerləşən ev miras qalmışdır. Onun 6 övladı X26, X22, X27, Cavabdeh1 Ələskər qızı, X23 və anası İddiaçı olmuşdur. X28 övladlarından X23 (evli olmayıb, övladı olmayıb), X22 (Cavabdeh5, Cavabdeh6, Cavabdeh7), X26 (X71, X39, Qurbanova Hicran Əzizağa qızı, Cavabdeh3, Cavabdeh4) və anası İddiaçı vəfat etmişdir. Kazımova Rəfiqənin mirasa dair heç bir iddiası yoxdur, yalnız Cavabdeh1 Ələskər qızı ilə aralarında miras əmlaka dair mübahisə vardır. Babasının vəfatından sonra cavabdehlər ümumiyyətlə mirası qəbul etməmiş, mirasın qəbulu üçün hər hansı hərəkət etməmişlər. Buna baxmayaraq onun tərəfindən vərəsəlik haqqında şəhadətnamənin alınmasına maneəçilik yaratmışlar. Mirasın qəbulu üçün 10 saylı Notariat Kontoruna müraciət etsə də, 10 saylı Notariat Kontoru notariat əməliyyatının aparılmasından imtina etmiş, imtinanı isə mirasın qəbulu müddətinin ötürülməsi, vərəsələr arasında mübahisə olması və babasının adının sənədlərdə hərf fərqi ilə yazılması ilə izah etmişdir. Buna görə də məcbur qalaraq məhkəməyə müraciət etmişdir. Belə ki, Suraxanı Rayon Məhkəməsinin 2(010)-5069/2018 saylı, 17 sentyabr 2018-ci il tarixli qətnaməsi ilə 16 aprel 1997-ci ildə verilmiş ölüm haqqında şəhadətnamədə göstərilən “X47” adlı şəxsin, ərizəçi Kazımova (Quliyeva) Rəfiqə Əlisgər qızına aid doğum haqqında şəhadətnamədə ata qrafasında göstərilən “X48” adlı şəxsin, Qurbanova (Quliyeva) Elmira Ələskər qızına aid doğum haqqında şəhadətnamədə ata qrafasında göstərilən “X49” adlı və Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov (keçmiş Pravda) küçəsi, döngə 6-da yerləşən 16 saylı fərdi yaşayış evinə dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”da göstərilən Quliyev Əlisgər adlı şəxslərlə eyni şəxs olması faktının müəyyən edilməsi qət edilmişdir. Bundan sonra isə miras əmlakın 19.12.2018-ci il X65 Qulu oğlunun adına özəlləşdirilərək çıxarış alınmışdır. Cavabdeh1 Ələskər qızı babası vəfat etməmişdən xeyli əvvəl ailə qurmuş, ailəsi ilə birlikdə yaşamış, ünvan 1 ünvanında yerləşən evi ümumiyyətlə qəbul etməmişdir. Anası isə 2001-ci ilədək həftədə bir neçə dəfə gəlib həmin ünvanda qalmış, kommunal haqqları ödəmiş, evdə normal təsərrüfatın apatrılması üçün lazım olan hər seyi etmişdir, evin idarə olunması xərclərini qarşılayaraq mirası faktiki olaraq qəbul etmişdir. 2001-ci ildən sonra isə davamlı olaraq o, həmin ünvanda yaşamışdır, hətta bir müddət birlikdə anası ilə birlikdə yaşamışlar, son vaxtlar isə anası ara-sıra gəlib qalmışdır. Belə ki, mirasın qəbulu müddəti anası tərəfindən ötürülməmiş, mirası faktiki olaraq qəbul etmişdir. Onun anası vəfat etdikdən sonra da o, ailəsi ilə birlikdə həmin ünvanda yaşamağa davam etmişdir. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. İddiaçı hüquqi varisi X5 etibarnamə üzrə nümayəndəsi (vəkili) Nümayəndə eyni məzmunlu izahat verərək iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Cavabdeh4 əvvəlki məhkəmə iclasında iddia tələbini qəbul edərək bildirmişdir ki, İddiaçı onun xalasıdır. O özü isə X3 övladıdır. İddiaçı atası Ələsgərə və anası Törə xanıma ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evində qulluq göstərmişdir. X7 07.03.1997-ci il tarixdə vəfat etmişdir, onun ölümündən sonra babasına məxsus olan ünvan 1 ünvanında yerləşən ev miras qalmışdır. Sonradan isə Törə vəfat etmişdir. Onlar vəfat etdikdən sonra İddiaçı mütəmadi olaraq həmin evə gedib-gəlmiş, bütün kommunal haqqları ödəmişdir. Belə ki, evin bütün açarları ona təhvil verilmiş və açarlar daimi olaraq İddiaçı olmuşdur. 2001-ci ildən isə həmin evdə İddiaçı hüquqi varisi X21 ailəsi ilə birlikdə yaşamışdır. Həmin evdə Cavabdeh1 isə yaşamamışdır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada cavabdehlərə məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmişlər (nümayəndəsinin iştirakını təmin etməmişdir). Azərbaycan Respublikası Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzrsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apelyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən cavabdehlərin və nümayəndəsinin iştirakı olmadan işə mahiyyəti üzrə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə İddiaçı hüquqi varisi X5 və onun nümayəndəsinin (vəkilinin) vəcavabdehin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, iddia ərizəsi qismən təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş 19.12.2018-ci il tarixli Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət reyestri tərəfindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, ünvan 3 ünvanında yerləşən daşınmaz əmlak X28 adına ********** nömrə ilə qeydiyyatdan keçmişdir. İş materiallarına əlavə olunmuş Bakı şəhəri 10 saylı Notariat kontoru tərəfindən verilmiş Notariat əməliyyatının aparılmasından imtina barədə qərardan müəyyən olunur ki, ərizə verənlər miras əmlakın qəbulu üçün qanunla müəyyən edilmiş müddəti buraxmışlar, miras əmlakın bölüşdürülməsi sahəsində vərəsələr arasında mübahisə vardır, habelə sənədlərdə ziddiyyət vardır. Belə ki, ölüm haqqında şəhadətnamədə mərhumun ad, soyadı, ata adı “X47” kimi qeyd qeyd edildiyi halda ərizəçi X8 doğum haqqında şəhadətnaməsində ata qrafasında mərhumun ad, soyadı, ata adı “X50” kimi, ərizəçi İddiaçı doğum haqqında şəhadətnaməsində ata qrafasında mərhumun ad, soyadı, ata adı “X47” kimi qeyd edilib. Lakin miras evin texniki pasportunda “Quliyev Əlisgər” kimi qeyd edilmiş, mərhumun ata adı qeyd edilməmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon Məhkəməsinin 17.09.2018-ci il tarixli, 2(010)-5069/2018 saylı qətnaməsindən görünür ki, 16 aprel 1997-ci ildə verilmiş ölüm haqqında şəhadətnamədə göstərilən “X40” adlı şəxsin, ərizəçi Kazımova (Quliyeva) Rəfiqə Əlisgər qızına aid doğum haqqında şəhadətnamədə ata qrafasında göstərilən “X48” adlı şəxsin, Qurbanova (Quliyeva) Elmira Ələskər qızına aid doğum haqqında şəhadətnamədə ata qrafaında göstərilən “X49” adlı və Bakı şəhəri, Suraxanı rayonu, Bül-Bülə qəsəbəsi, M.Bəydəmirov (keçmiş Pravda) küçəsi, döngə 6-da yerləşən 16 saylı fərdi yaşayış evinə dair “şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiyası və qiymətləndirilməsinə aid pasport”da göstərilən Quliyev Əlisgər adlı şəxslərlə eyni şəxs olması faktının müəyyən edilməsi qət edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Orconikdze (indiki Suraxanı rayonu) rayonu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X9 23.09.1975-ci il tarixdə anadan olmuşdur. X2, anası X12r. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, İddiaçı 11.03.2021-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 10 saylı Notariat ofisi tərəfindən verilmiş 25.11.2021-ci il tarixli Notariat əməliyyatının aparılmasından imtina barədə qərardan müəyyən olunur ki, mirasın qəbulu üçün qanunla müəyyən edilmiş müddət buraxıldığı və miras əmlakın bölüşdürülməsi sahəsində vərəsələr arasında mübahisə olduğu üçün notariat əməliyyatı aparılmasından imtina edilmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri, Orconikdze (indiki Suraxanı rayonu) rayonu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X13 03.04.1979-cu il tarixdə anadan olmuşdur. X2, anası X12r. İş materiallarına əlavə edilmiş Orconikdze (indiki Suraxanı rayonu) rayonu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X24 14.03.1973-cü il tarixdə anadan olmuşdur. X2, anası X12r. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Qurbanova Hicran Əzizağa qızı xx.xx.1977-ci il tarixdə anadan olmuşdur. X2, anası X14r. İş materiallarına əlavə edilmiş Ordjonikidze (indiki Suraxanı rayonu) rayonu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X51 xx.xx.1965-ci il tarixdə anadan olmuşdur. X83, anası X10r. İş materiallarına əlavə edilmiş Ordjonikidze (indiki Suraxanı rayonu) rayonu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X32 xx.xx.1948-ci il tarixdə anadan olmuşdur. X18, anası X33r. İş materiallarına əlavə edilmiş Ordjonikidze (indiki Suraxanı rayonu) rayonu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X34 05.02.1939-cu il tarixdə anadan olmuşdur. X18, anası X33r. İş materiallarına əlavə edilmiş 166867 nömrəli doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X30 25.12.1941-ci il tarixdə anadan olmuşdur. X81, anası X33r. İş materiallarına əlavə edilmiş Ordjonikidze (indiki Suraxanı rayonu) rayonu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, Cavabdeh3 Ali oğlu xx.xx.1962-ci il tarixdə anadan olmuşdur. X83, anası X10r. İş materiallarına əlavə edilmiş Ordjonikidze (indiki Suraxanı rayonu) rayonu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X41 xx.xx.1963-cü il tarixdə anadan olmuşdur. X4, anası X6r. İş materiallarına əlavə edilmiş Ordjonikidze (indiki Suraxanı rayonu) rayonu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X36 xx.xx.1961-ci il tarixdə anadan olmuşdur. X4, anası X6r. İş materiallarına əlavə edilmiş Ordjonikidze (indiki Suraxanı rayonu) rayonu tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən görünür ki, X72 xx.xx.1957-ci il tarixdə anadan olmuşdur. Ali Kulam oğlu, anası X10r. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X39 07.01.2008-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X15 24.01.2018-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X16 15.12.2008-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X17 18.01.1990-cı tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin təsdiq olunmuş surətindən müəyyən olunur ki, X47 07.03.1997-cı tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş ölüm haqqında arayşın təsdiq olunmuş surətindən müəyyən olunur ki, X1 24.03.1998-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş 4 saylı Bakı “Asan xidmət” mərkəzində notariat ofisində qeydə alınmış X13, X24, Qurbanova Hicran Əzizağa qızı, Cavabdeh3, X71, Cavabdeh6 və Cavabdeh7 tərəfindən qeydə alınmış ərizələrdən müəyyən olunur ki, İddiaçı (hüquqi varisi X5) Cavabdeh1 və qeyrilərinə qarşı mirasın tam olaraq qəbul edilməsinin müəyyən edilməsi və miras əmlaka vərəsəlik hüququnun tanınması tələbinə dair iddianı qəbul edirlər və iddianın təmin olunmasına heç bir etirazları olmadıqlarını qeyd etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcələsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.7.-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 10.-cu bəndində qeyd olunmuşdur ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1.Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Məhkəmə hesab edir ki, İddiaçı valideynləri vəfat etdikdən sonra faktiki olaraq ünvan 2 ünvanında yaşamasını, valideynlərinə məxsus evə qulluq göstərdiyini və həmin daşınmaz əmlakı qəbul etdiyini şəksiz nümayış etdirmişdir. Bir vərəsə istisna olmaqla, digər vərəsələr iddiaçının faktiki olaraq həmin evdə mülkiyyətçi ilə birlikdə yaşadığını qəbul etmişlər və bu halı mübahisələndirməmişlər, iddia tələbinin təmin olunmasına etirazlarını bildirməmişlər. Bundan başqa X31 vəfat etməsi 07.03.1997-ci il tarixə təsadüf etsə də, həmin əmlak DƏDRX tərəfindən verilmiş çıxarışa əsasən 19.12.2018-ci il tarixdə dövlət qeydiyyatına alınmışdır və buna görə də vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müəyyən edilmiş müddəti ötürməsi üzrlü hesab olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən X37 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən olunmalıdır. İddia tələbinin həmin əmlaka vərəsəlik hüququnun tanınması tələbinə münasibətdə isə məhkəmə hesab edir ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum edilməsi halı kimi qiymətləndirilmədiyindən, həmçinin məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmədiyindən iddia tələbi qalan hissədə təmin oluna bilməz. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. X37 məxsus olan ünvan 2 ünvanında yerləşən fərdi yaşayış evinin vərəsə İddiaçı tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. İddia qalan hissədə təmin olunmasın. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar