Məhkəmə qərarları › İş №2(010)-53/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-53/2023

24.06.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr - İpoteka müqaviləsi üzrə mübahisələr - İpoteka borcunun ödənilməsinin əmlaka yönəldilməsinə dair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-53/2023 24.06.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı Açıq səhmdar Cəmiyyətinin etibarnamə üzrə nümayəndəsi X1, Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil2 iştirakı ilə, İddiaçı Açıq səhmdar Cəmiyyətinin Cavabdeh qarşı “kredit müqaviləsi üzrə borcun ödənilməsi və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı ASC iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh İddiaçı ASCnin xeyrinə 2008-ci il 19 mart tarixli kredit müqaviləsi üzrə banka 18.326,22 ABŞ dolları məbləğində əsas borc, 20.290,18 ABŞ dolları məbləğində faiz borcu, 13,39 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 38.629,79 ABŞ dolları məbləğində borcun, 287,01 manat ödənilmiş dövlət rüsumunun, ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 manat dövlət rüsumunun və 30 manat xidmət haqqının ödənilməsi, tutmanın Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzilinə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və borcun Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzilin hərracdan satışdan əldə olunan vəsait hesabına İddiaçı ASC-nə ödənilməsi, satışdan əldə olunmuş vəsait qətnamənin icrasına kifayət etmədiyi halda qətnamənin qalan hissədə ümumi qaydada icra edilməsi, Cavabdeh məxsus olan Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzilinə yönəldikdə və o satıldıqdan 1 ay sonra Cavabdeh və digər şəxslərin Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzilinə olan istifadə hüquqlarının itirilmiş hesab edilməsi, Cavabdeh və digər şəxslərin həmin mənzildən çıxarılmaları, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi, Cavabdeh ilə "xxxx" İKB ASC arasında bağlanmış 19 mart 2008-ci il tarixli kredit müqaviləsinin ləğv edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddiaçı ASC-nin nümayəndəsi X2 məhkəmə iclasında iddia tələbini müdafiə edərək bildirmişdir ki, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin 2 saylı filialından illik 18%-lə 240 ay müddətinə 40.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzilini 2008-ci il 30 mart tarixli alqı-satqı və ipoteka müqaviləsilə yüklü edilmişdir. Alqı-satqı və ipoteka müqaviləsi notarial qaydada təsdiq edilmiş, dövlət reyestrində qeydə alınmışdır. 2008-ci il 19 mart tarixli kredit müqaviləsinə görə şərtləşdirilmiş cədvəldə göstərilən ödəniş aparılmalı gün ödəniş edilmədikdə, müqavilənin 4.7-ci bəndinə əsasən hər gecikdirilən gün üçün faizlər də hesablanmaqla ümumi məbləğin 0,5 faizi miqdarında cərimə hesablayıb borcludan tələb edir. 2021-ci il oktyabrın 29-dək Cavabdeh 2008-ci il 19 mart tarixli kredit müqaviləsi üzrə banka 18.326,22 ABŞ dolları məbləğində əsas borc, 20.290,18 ABŞ dolları məbləğində faiz borcu, 53,57 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 38.669,97 ABŞ dolları borcu vardır. Cavabdeh 19 mart 2008-ci il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 53,57 ABŞ dolları təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 faizi miqdarında olmaqla, yəni 13,39 ABŞ dolları məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq, Cavabdeh borcu ödəməkdən boyun qaçırır. Bu səbəbdən qanunla müəyyən edilmiş qaydada və müddətdə ipoteka predmetinə tutmanın yönəldilməsinə dair cavabdehə bildiriş verilmiş, eyni zamanda reyestr orqanına ərizə göndərilmişdir. Müddətin keçməsinə baxmayaraq cavabdeh bildirişə münasibətini bildirməmişdir. Qeyd olunanlara əsasən iddianın təmin olunmasını məhkəmədən xahiş etmişdir. Cavabdeh etibarnamə üzrə nümayəndəsi Vəkil2 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, cavabdeh ilə iddiaçı arasında 19 mart 2008-ci il tarixində bağlanmış kredit müqaviləsinə əsasən, iddiaçı tərəfindən cavabdehə manatla kredit verilmişdir. Cavabdeh tərəfindən borc məbləği və faizlər vaxtlı-vaxtında və tam şəkildə ödənilmiş, cavabdehin iddiaçıya heç bir borcu qalmamışdır. Hazırda iddiaçı borcun dollarda olmasına istinad edir. Bununla əlaqədar məhkəməyə təqdim etdiyi yeganə sübut kredit müqaviləsidir. Təqdim olunan sənəddə valyutanın əks olunduğu səhifədə iddiaçının imzası görünmür. Yəni bank valyutanı rahatlıqla dəyişdirmiş də ola bilərdi. Lakin hətta, müqavilədə məbləğ həqiqətən də, dollarla ifadə olunmuş olsaydı belə, bu iddiaçıya pulun dollarla verildiyinin sübutu ola bilməzdi. Ödəniş cədvəlindən görünür ki, cavabdeh iddiaçıya hər ay 617,33 manat ödəməlidir. Yəni borc ödənişinin manatla ödənilməsi nəzərdə tutulur. İş materiallarına əlavə edilmiş ödəniş tapşırığından da ödənişin təyinatının manatla ifadə olunduğu görünür. Belə olan halda, kreditin dollarda götürülmüş olmasının heç bir məntiqə əsası ola bilməzdi. İş materiallarına əlavə edilmiş ipoteka müqaviləsinin 1.6.1-ci maddəsindən aydın şəkildə görünür ki, kreditin valyutası manatdır. Məlum olduğu kimi, banklarda adətən müştəriyə sənədlər toplu şəkilində təqdim olunur və vərəqləyərək sadəcə imzalanması təklif olunur. Buna görə bank müqavilələri, bir qayda olaraq, standart şərtli müqavilələrdir. İddiaçı da cavabdehə imzalamaq üçün məhz standart şərtli müqavilə təqdim etmişdir. Bu səbəbdən hesab edir ki, mövcud ziddiyyət cavabdehin xeyrinə təfsir edilməli və borc məbləği manatda verilmiş hesab edilməlidir. Borcun verilmiş olduğu məbləği təsdiq edən yeganə sübut məxaric orderi ola bilərdi ki, o da nədənsə iddiaçı tərəfindən məhv edilmişdir. Buna görə də iddia tələbini qismən qəbul edərək borcun manatla tutulmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin və cavabdehin nümayəndəsinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, iddia qismən təmin olunmalıdır. Belə ki, işə əlavə edilmiş 023-İP(USD-01) saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə və ona əlavədən müəyyən edilir ki, "xxxx" İKB ASC (İddiaçı ASC) ilə borclu Cavabdeh arasında imzalanmış kredit müqaviləsinə əsasən Bank borcluya illik 18% olmaqla 240 ay müddətə 40000,00 ABŞ dolları məbləğində kredit vermişdir. İş materiallarına əlavə edilmiş "xxxx" İKB ASC, satıcı X3 və alıcı-ipoteka qoyan Cavabdeh arasında bağlanmış xx.xx.2008-ci il tarixli alqı-satqı və ipoteka müqaviləsinə əsasən Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzili ipoteka ilə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən seriya MH ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzili Cavabdeh mülkiyyətindədir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası ƏMDK yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların X4 Daşınmaz Əmlakın Dövlət Reyestrindən xx.xx.2010-cu il tarixli, seriya MA ******* saylı çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzili "xxxx" İKB ASC-nin 2 saylı filialının xeyrinə yüklü edilmişdir. İş materiallarına əlavə edilmiş xx.xx.2021-ci il tarixli maliyyə arayışdan müəyyən olunur ki, Cavabdeh İddiaçı ASC-yə 18.326,22 ABŞ dolları məbləğində əsas borc, 20.290,18 ABŞ dolları məbləğində faiz borcu, 53,57 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 38.669,97 ABŞ dolları borcu mövcuddur. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 28 mart 2022-ci il tarixli 9/1222 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarına olan hesabdan çıxarış məlumatları, 19 mart 2008-ci il tarixdə bağlanmış 023-İP (USD-01) nömrəli kredit müqaviləsində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh İddiaçı ASC-yə olan borcu 29 oktyabr 2021-ci il (maliyyə arayışı tarixinə) borcu 38703,77 ABŞ dolları, əsas borc üzrə 20401,71 ABŞ dolları, faiz borcu üzrə 18302,06 ABŞ dolları təşkil edir. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 30 noyabr 2022-ci il tarixli 9/8141 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarına olan hesabdan çıxarış məlumatları, 19 mart 2008-ci il tarixli 023-İP nömrəli kredit müqaviləsinin ödəniş cədvəli (qrafik) və 30 mart 2008-ci il tarixli İP-023 saylı alqı-satqı və ipoteka müqaviləsinin 1.4,1.6.1, 2.5.2 və 2.6.1-ci bəndləri qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh ekspert qarşısında qoyulmuş sual üzrə 19 noyabr 2021-ci il tarixində İddiaçı ASC-yə olan cəmi borcu 40.948,70 manat müəyyən edilir, o cümlədən əsas borc üzrə 22.214,12 manat, faiz borcu üzrə 18734,59 manat. İş materiallarına əlavə edilmiş Məhkəmə Ekspertizası Mərkəzinin 10 may 2023-cü il tarixli 9/2879 saylı rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış, “nağd pulun mədaxili üçün elan”, AR-sı Mərkəzi Bankının www.cbar.az internet saytının məzənnəyə dair məlumatları, 19 mart 2008-ci il tarixli 023-İP nömrəli kredit müqaviləsinə dair 05 yanvar 2015-ci il tarixli “Əlavə”nin ödəniş cədvəli (qrafik) (i.v-204-207), 30 mart 2008-ci il tarixli İP-023 saylı alqı-satqı və ipoteka müqaviləsinin 1.4, 1.6.1, 2.5.1 və 2.6.1-ci bəndlərində qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh ekspert qarşısında qoyulmuş suallar üzrə İddiaçıASC-nə olan borcu 19 noyabr 2021-ci il tarixə (məhkəməyə müraciət edilən tarixə) 38.754,36 USD, əsas borc üzrə 18.326,22 USD, faiz borcu üzrə 20.428,14 USD. 24 fevral 2023-cü il tarixə (qərardadın tarixinə) 42.923,57 USD, əsas borc üzrə 18.326,22 USD, faiz borcu üzrə 24.597,35 USD. 19 noyabr 2021-ci il tarixə (məhkəməyə müraciət edilən tarixə) 49.040,51 manat, əsas borc üzrə 22.778,42 manat, faiz borcu üzrə 26.262,09 manat. 24 fevral 2023cü il tarixə (qərardadın tarixinə) 54.222,60 manat, əsas borc üzrə 22.778,42 manat, faiz borcu üzrə 31.444,18 manat təşkil edir. İş materiallarına əlavə edilmiş Cavabdeh ünvanlanmış xx.xx.2021-ci il tarixli məktubdan görünür ki, İddiaçı ASC Cavabdeh yaranmış mövcud borcun ödənilməsinə dair xəbərdarlıq etmişdir. İş materiallarına əlavə olunmuş Daşınmaz Əmlakın Dövlət reyestri Xidmətinin Bakı Ərazi İdarəsinə yönəlmiş ərizədən müəyyən olunur ki, Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 42 “b” saylı evin 44 saylı mənzilinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması xahiş olunmuşdur. İşə əlavə edilmiş “LEX FORİ Hüquq və Qiymətləndirmə” şirkətinin xx.xx.2022-cı il tarixli LF 21 saylı ekspert rəyindən görünür ki, Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsində yerləşən 42 “b” saylı evin 44 saylı mənzilinin 19 iyul 2022-ci il tarixinə bazar qiyməti 125 000 manat, likvid dəyəri 103 000 manat təşkil edir. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinin tələbinə görə məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə uyğun olaraq, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə görə, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Borclunun ipoteka ilə təmin olunmuş öhdəliklərini yerinə yetirmədiyi və ya yerinə yetirilməsini gecikdirdiyi hallarda daşınmaz əmlaka mülkiyyət hüququnun bilavasitə kreditora keçməsi barədə razılaşma etibarsızdır. Həmin Məcəllənin 385.1-ci maddəsinə qeyd edilir ki, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 433.1-ci maddəsinə əsasən borclu öz öhdəliyini kreditora və ya qanunla və ya məhkəmənin qərarı ilə icranı qəbul etməyə ixtiyarı çatan şəxsə ödəməlidir. Həmin Məcəllənin 448.1-ci maddəsinə müvafiq olaraq, əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. Həmin Məcəllənin 739.1-ci maddəsinə əsasən borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Bu Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. Müstəqil peşə fəaliyyəti şəklində pul borc verməklə məşğul olan şəxslər əlavə olaraq peşəkarlıq qaydasında kreditlər verilməsi haqqında müddəaları gözləməlidirlər. Həmin Məcəllənin 741-ci maddəsinə əsasən əgər müqavilənin iştirakçıları borcun faizlər ilə verilməsini şərtləşdirirlərsə, faizlər müvafiq surətdə bir ilin sonunda ödənilməli, borc bir il başa çatanadək qaytarılmalıdırsa, borcun qaytarılması ilə bir vaxtda ödənilməlidir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi, bu Qanunda nəzərdə tutulmuş digər hallarda ipoteka saxlayanın ipoteka predmetinə yönəldilməsi hüququnu yaradır. Bu Qanunun 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.1-ci maddəsinə əsasən yaşayış evi və ya mənzil ipoteka qoyulduğu halda, ona tutma yönəldildikdə və o satıldıqda bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş hallar istisna olmaqla, həmin evdə və ya mənzildə qeydiyyatda olan şəxslərin çıxarılması üçün əsas deyildir. Həmin Qanunun 59.3-cü maddəsinə əsasən, ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. Həmin Qanunun 59.4-cü maddəsinə görə, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə hesab edir ki, mülki prosesdə qəbul edilmiş və sübut hüququnun tələbləri baxımından mühüm əhəmiyyətə malik olan formal həqiqət prinsipinə görə sübutların toplanması və təqdim edilməsi yükü bütünlüklə tərəflərin üzərinə düşür. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməli, tərəflərin məhkəməyə təqdim etmədikləri faktları nəzərə almamalıdır. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, xx.xx.2008-ci il tarixli kredit müqaviləsinə əsasən Cavabdeh "xxxx" İKB ASC-nin 2 saylı filialından illik 18%-lə 240 ay müddətinə 40.000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh mülkiyyətindəki Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzilini 2008-ci il 30 mart tarixli alqı-satqı və ipoteka müqaviləsilə yüklü edilmişdir. İş üzrə iddiaçı "xxxx" İKB ASC (İddiaçı ASC) həmin məbləğdə pulu Cavabdeh verməklə üzərinə düşən öhdəliyi yerinə yetirmiş, lakin iş üzrə cavabdeh bu müqavilə üzrə öhdəlikləri lazımınca icra etməməklə müqavilənin və mülki qanunvericiliyin şərtlərini pozmuşdur. Bunun nəticəsində borclunun bank qarşısında 023-İP(USD-01) saylı, xx.xx.2008-ci il tarixli kredit müqaviləsindən irəli gələn ödənilməmiş 18.326,22 ABŞ dolları məbləğində əsas borc, 20.290,18 ABŞ dolları məbləğində faiz borcu, 13,39 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 38.629,79 ABŞ dolları borcu yaranmışdır. Cavabdeh tərəf alqı-satqı müqaviləsində pulun manatla köçürüldüyünü və kredit müqaviləsinə əlavədə aylıq 617.33 AZN qeyd olunduğunu iddia etsə də, kredit müqaviləsində və ona əlavənin əsas borcun ödənişi qrafasında 40000 USD ödənilməsi nəzərdə tutulmuşdur. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli qərarında qeyd olunur ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 421.2-ci maddəsində nəzərdə tutulmuş əsaslar üzrə müqavilənin ləğv edilməsi həmin Məcəllənin 421.3-cü maddəsinə uyğun olaraq birtərəfli iradə ifadəsi ilə məhkəmədən kənar qaydada baş verir. İradə ifadəsinin qarşı tərəfə bildirilməsi ilə müqavilə ləğv edilmiş hesab edilir və bu ləğvetmənin həyata keçirilməsinin ümumi formasıdır. Məhkəmə hesab edir ki, kredit müqaviləsinə vaxtından əvvəl xitam verilməsi barədə cavabdehə bildiriş göndərildiyindən və müqavilə ləğv olunmuş hesab olunduğundan həmin hissədə iddia tələbi təmin oluna bilməz. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, müqavilədə nəzərdə tutulan öhdəlik lazımınca yerinə yetirilmədiyindən Cavabdeh xx.xx.2008-ci il tarixli 023-İP(USD- 01) saylı kredit müqaviləsi üzrə 18.326,22 ABŞ dolları məbləğində əsas borc, 20.290,18 ABŞ dolları məbləğində faiz borcu, 13,39 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 38.629,79 ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) borc və 287.01 (iki yüz səksən yeddi manat, bir qəpik) manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqı İddiaçı ASC-nin xeyrinə tutulmalıdır. Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzilin likvid dəyəri 103 000 (yüz üç min) manat müəyyən olunmalı, tələb ipoteka qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzilinə yönəldilsin və ev açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı ASC-nin xeyrinə ödənilməlidir. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə tutulmalı, Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzili satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılmalı, mənzil boşaldılaraq banka təhvil verilməlidir. Məhkəmə iddia tələbinin mənzilə istifadə hüququnun itirilmiş hesab edilməsi hissəsinə münasibətdə hesab edir ki, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılmalı olduqlarından həmin hissədə iddia tələbi təmin olunmamalıdır. Ekspertiza xərci – 250 (iki yüz əlli) manat Cavabdeh və İddiaçı ASC-dən birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh xx.xx.2008-ci il tarixli 023-İP(USD-01) saylı kredit müqaviləsi üzrə 18.326,22 ABŞ dolları məbləğində əsas borc, 20.290,18 ABŞ dolları məbləğində faiz borcu, 13,39 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 38.629,79 (otuz səkkiz min altı yüz iyirmi doqquz ABŞ dolları, yetmiş doqquz sent) ABŞ dolları (pul tutulduğu anda manatın ABŞ dollarına münasibətdə müəyyən edilmiş məzənnəsi nəzərə alınmaqla manat hesabı) borc və 287.01 (iki yüz səksən yeddi manat, bir qəpik) manat dövlət rüsumu və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 10 (on) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqı İddiaçı ASCnin xeyrinə tutulsun. Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzilin likvid dəyəri 103 000 (yüz üç min) manat müəyyən olunsun. Tələb ipoteka qoyulmuş Cavabdeh məxsus Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzilinə yönəldilsin və ev açıq hərracdan satılaraq satış hesabına əldə edilmiş vəsaitdən borc İddiaçı ASC-nin xeyrinə ödənilsin. Hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğ Cavabdeh tutularaq İddiaçı ASC-nin xeyrinə tutulsun. Cavabdeh Bakı şəhəri, Binəqədi rayonu, Cəfər Xəndan küçəsi, 3067-ci məhəllədə yerləşən 42 “b” saylı evin 44 saylı mənzili satıldıqdan sonra ən geci bir ay ərzində həmin mənzildən çıxarılsın, mənzil boşaldılaraq İddiaçı ASC-yə təhvil verilsin. İddia qalan hissədə təmin olunmasın. Ekspertiza xərci – 250 (iki yüz əlli) manat Cavabdeh və İddiaçı ASC-dən birgə qaydada tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir)ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar