Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5320/2022 11.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu, Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, Müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Orconikidze (indiki Suraxanı) rayon X6 İcraiyyə Komitəsinin *7 yanvar *989-cu il tarixli * nömrəli qərarı ilə qeydə alınmış “AQRO” kooperativinin nizamnaməsində göstərilmiş 5 nəfər təsisçinin X3, X2, Ərizəçi, X5 və X4 olmaları faktının müəyyən edilməsi və *989-cu ildə qeydə alınmış “AQRO” kooperativinin təsisçisi X* miras qalmış vərəsəlik payın miras əmlakının qəbul edilməsi faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə hesab edir ki, ərizənin iddianın yolverilməzliyinə görə qəbul edilməsindən imtina edilməli və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə geri qaytarılmalıdır. Məhkəmə qeyd edir ki, Ərizəçi daha əvvəl eyni məzmunlu ərizə ilə məhkəməyə müraciət etmiş və Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin 2(***)-6334/2*2* saylı, *5.**.2*2*-ci il tarixli qərardadı ilə Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilmiş və ərizəçiyə hazırki məsələ ilə müraciət etdiyi inzibati orqanın qərarından Bakı İnzibati Məhkəməsinə şikayət verməli olduğu olduğu izah edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin *53.3-cü maddəsinə əsasən hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. Həmin Məcəllənin *53.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. Həmin Məcəllənin *53.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-in müvafiq maddələrini rəhbər tutaraq, Qərara aldım: Ərizəçi hüquqi əhəmiyyətli faktın müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul olunmasından imtina edilsin və ərizə ona əlavə edilmiş sənədlərlə birlikdə ərizəçiyə qaytarılsın. İş üzrə ödənilmiş *** manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardaddan, qərardad rəsmi qaydada verildikdən sonra ** gün müddətinə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-5320/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5320/2022
11.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Hüquq müəyyənedici sənədlərin həmin şəxsə məxsus olması faktı - Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver