Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-533/2022 19.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Məmmədov Tural Nurulla oğlunun sədrliyi, Məhkəmə iclas katibi Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının etibarnamə üzrə nümayəndəsi X1 iştirakı ilə, İddiaçı Cavabdeh1, Cavabdeh2 və X2rşı mənzildən istifadə hüququna xitam verilməsi barədə tələbinə dair iddia ərizəsi ilə bağlı mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2rşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Suraxanı rayonu, İlqar Əhlimanov küçəsi ev 7, 103 saylı mənzilə olan istifadə hüququnun itirilmiş hesab edilməsini xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, Lenin rayonu X5 İcrayyə komitəsinin 09 fevral 1989-ci il tarixli, 002758 saylı xidməti orderə əsasən Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi ev 7, mənzil 103 ünvanı 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, qızı və oğlu) Cavabdeh1 təqdim edilmişdir. 26 dekabr 1990-ci il tarixli, V-JQ 32428l №li nikah şəhadətnaməsinə əsasən Cavabdeh1 ilə ailə həyatı quraraq Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi ev 7, mənzil 103 ünvanında fasiləsiz olaraq yaşamağa başlamışdır. Birgə nikahdan uşaqları yoxdur. Uzun illərdir ki, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 Azərbaycanda yaşamırlar və harada yaşadıqları məlum deyil. Suraxanı rayon qeydiyyat şöbəsinin 27.02.2019-ci il tarixli, AZ-İ 317149 nömrəli nikahın pozulması haqqında şəhadətnamə ilə aralarındakı nikah ləğv edilmişdir. Uzun illərdir Hövsan qəsəbəsi, İlqar Əhlimanov küçəsi ev 7, mənzil 103 ünvanında qeydiyyatdadır və sözügedən ünvanda yaşayır. Bu günədək mənzilə dair bütün kommunal ödənişləri etmişdir. Mənzilə dair kirayə müqaviləsinin keçmiş həyat yoldaşının adına olması onun mənzil hüqunu məhdudlaşdırmaqla əlavə çətinliklər yaradır. Məhkəmə iclasında iştirak edən iddiaçının etibarnamə üzrə nümayəndəsi X3 iddia tələbini müdafiə edərək iddianın təmin edilməsini xahiş etdi. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X4 məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, onların məhkəmədə iştirakını təmin etmək mümkün olmamışdır. Məhkəmə işə onların iştirakı olmadan baxmağı mümkün hesab etmişdir. Məhkəmə mülki işin materiallarını tədqiq edib, iddiaçı tərəfin çıxışını dinləyib, hesab edir ki, iddia təmin edilməməlidir. İş materiallarında olan, 002758 № li orderin kserosurətinə görə mübahisə premdeti olan, Suraxanı rayonu, İlqar Əhlimanov küçəsi ev 7, 103 saylı mənzil 4 nəfər ailə tərkibi ilə (özü, həyat yoldaşı, qızı və oğlu) Cavabdeh1 verilmişdir. İş materiallarında olan AZ-317149 № li nikahın pozulması haqqında şəhadətnamənin surətindən görünür ki, İddiaçı ilə Cavabdeh1 arasında olan nikah 27.02.2019-cu il tarixdə pozulmuşdur. İş materiallarına əlavə olunmuş arayişdan görünür ki, iddiaçı həqiqətən də mübahisəli mənzildə yaşayır. Beləliklə, işin məhkəmə tərəfindən araşdırılan halları ondan ibarətdir ki, iddiaçının cavabdehlə rəsmi nikah münasibəti olub, həmin nikah məhkəmə qaydasında 2019-cu ildə pozulmuşdur. Mübahisəli mənzil idddiaçının keçmiş həyat yoldaşına digər ailə üzvləri ilə birlikdə yaşaması üçün orderlə verilib. Mübahisəli mənzillə bağlı iddiaçının adına hər hansı sənəd müəyyən edilmir. İddiaçı cavabdehlə olan ailə münasibətlərinə əsaslanaraq hazırkı iddianı müdafiə edir. Hazırkı mübahisə ilə bağlı məhkəmə qeyd edir ki, hər kəs özünün subyektiv hüququnun həyata keçirilməsi və ya bərpası üçün iddia irəli sürmək yolu ilə məhkəmə müdafiəsi vasitələrindən istifadə edə bilər. Lakin bu zaman mütləq nəzərə almaq lazımdır ki, iddia etmək hüququ öz daxilində iddianı təqdim etmə və iddianın təmin olunması hüquqlarını ehtiva edir. Birinci hüquq məhkəmədən yaranmış mübahisəyə baxılmasını və müvafiq prosessual qaydada həll edilməsini tələb etmək hüququdur. İkinci hüquq iddia tələblərinin məhkəmə vasitəsi ilə məcburi şəkildə həyata keçirilməsinin mümkünlüyünü nəzərdə tutur. Buna görə, məhkəmə əvvəlcə iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmamasını və cavabdeh tərəfindən həmin hüququn pozulub-pozulmadığını araşdırmalıdır. Yalnız belə subyektiv hüququn mövcudluğu və onun cavabdeh tərəfindən pozulması faktı müəyyən edildikdən sonra pozulmuş hüququn məhkəmə tərəfindən bərpa edilməsinə yol verilə bilər. Ona görə də, məhkəmə icraatında olan hər bir iddia tələbi üzrə qabaqcadan iddiaçının müvafiq subyektiv hüquqa malik olub-olmaması, subyektiv hüququn pozulub-pozulmaması, cavabdehin bu pozuntunu edib-etməməsi məsələlərini araşdırılmalıdır. Bu mənada, məhkəmə qeyd edir ki, iddiaçının hazırkı iddianı irəli sürmək üçün subyektiv hüququnun olması müəyyən edilmir. Çünki, mübahisəli mənzilə dair iddiaçının məhdud əşya hüququnu yarada bilən hər hansı dəlil məhkəməyə təqdim edilməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 77.1.-ci maddəsinə müvafiq olaraq hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 78.1.-ci maddəsinə görə sübutlar işdə iştirak edən şəxslər tərəfindən birinci instansiya məhkəməsinə təqdim edilir. Adı çəkilən Məcəllənin 80-cı maddəsinə əsasən məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. Həmin məcəllənin 217.4 maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin istinad edilən maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1, Cavabdeh2 və X2rşı mənzildən istifadə hüququna xitam verilməsi tələbinə dair iddiası təmin edilməsin. Ödənilmiş dövlət rüsumu iddiaçının özünə aid edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, qəbul edildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-533/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-533/2022
19.01.2022 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver