Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5336/2025 10.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas kаtibliyi, İddiaçı iştirakı ilə İddiaçı Cavabdeh qarşı pul tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) Cavabdeh (bundan sonra – cavabdeh) qarşı pul tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, zamin qismində cavabdehin əvəzinə "xxxx" ASC-yə ödənilmiş 1744.46 ABŞ dolları məbləğində əsas borcun (ödənildiyi günə məzənnəyə əsasən manatla), Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinin hesabına ödənilmiş 185.59 manat icra ödənişinin və 55 manat məbləğində dövlət rüsumunun cavabdehdən onun xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, iddiaçı "xxxx" ASC ona və cavabdehə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, bankla cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli kredit müqaviləsinin ləğv edilməsi, bankın xeyrinə cavabdehlərdən müştərək qaydada 2441.94 ABŞ dolları əsas, 332.94 ABŞ dolları faiz və 28.41 ABŞ dolları cərimə olmaqla, ümumilikdə 2803.29 ABŞ dolları borcun, iddia ərizəsinin verilməsi üçün ödənilmiş dövlət rüsumunun əvəzi kimi 30 manat məbləğində pul vəsaitinin tutulmasına dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə işə onun iştirakı olmadan baxaraq, xx.xx.2016-cı il tarixli, 2(010)-8169/2016 nömrəli qətnaməsi ilə aşağıdakıları qət etmişdir: “iddia təmin edilsin, Cavabdeh və İddiaçı müştərək qaydada 2441.94 ABŞ dolları əsas, 332.94 ABŞ dolları faiz və 2841 ABŞ dolları cərimə olmaqla, cəmi 2803.29 ABŞ dolları məbləğində borc və 30 manat məbləğində ödənilmiş dövlət rüsumu iddiaçı "xxxx" ASC xeyrinə tutulsun”. Həmin qətnamə Cavabdeh tərəfindən qismən icra edilməmiş, qətnamə üzrə "xxxx" ASC-yə 1744.46 ABŞ dolları əsas borc üzrə və 185.59 manat Nəsimi rayon İcra şöbəsinin hesabına ödəmişdir. Həmin maliyyə vəsaiti iş yerinin mühasibatlığı tərəfindən tutulmuşdur. O, cavabdehə zamin olmuşdur. Hesab edir ki, ödədiyi maliyyə vəsaiti subroqasiya qaydasında cavabdehdən onun xeyrinə tutulmalıdır. İddia tələbinin dəqiqləşdirilməsi İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdehdən 3150 manat məbləğində pul vəsaitinin tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək, iddia tələbinin təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş cavabdeh məhkəmə baxış iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilən sənədlər və onlar əsasında təsdiq edilən faktlar Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-8169/2016 nömrəli qətnaməsindən müəyyən olunur ki, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və İddiaçı qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 2441.94 ABŞ dolları məbləğində əsas, 332.94 ABŞ dolları məbləğində faiz və 28.41 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 2803.29 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. xx.xx.2016-cı il tarixli qərardan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-8169/2016 nömrəli icra sənədi üzrə icraata başlanması qərara alınmış və icra sənədi üzrə borclulara tələbin könüllü icrası barədə bildiriş göndərilmişdir. xx.xx.2023-cü il tarixli icra ödənişinin alınması barədə qərardan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-8169/2016 nömrəli icra sənədi üzrə borclu İddiaçı 333.59 manat məbləğində icra ödənişinin alınması və icra ödənişi məbləğinin 25%-nin dövlət büdcəsinə, qalan hissəsinin icra məmurlarının xüsusi fonduna köçürülməsi qərara alınmışdır. “X3 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən məhkəməyə xx.xx.2025-ci il tarixdə ünvanlanmış cavab məktubundan müəyyən olunur ki, borclu İddiaçı əmək haqqından 1744.46 ABŞ dolları məbləğində borc tutularaq "xxxx" ASC-nin, 185.59 manat məbləğində pul vəsaiti Nəsimi rayon icra şöbəsinin hesabına köçürülmüşdür. “X3 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə xx.xx.2026-cı il tarixdə ünvanlanmış cavab məktubundan müəyyən olunur ki, borclu İddiaçı əmək haqqından 1744.46 ABŞ dolları məbləğində borc tutularaq "xxxx" ASC-nin, 185.59 manat məbləğində pul vəsaiti Nəsimi rayon icra şöbəsinin hesabına köçürülmüşdür. xx.xx.2025-ci il tarixli qərardan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-8169/2016 nömrəli icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. xx.xx.2025-ci il tarixli, ********** nömrəli mədaxil qəbzindən müəyyən olunur ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. İşin faktiki halları Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-8169/2016 nömrəli qətnaməsinə əsasən, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və İddiaçı qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 2441.94 ABŞ dolları məbləğində əsas, 332.94 ABŞ dolları məbləğində faiz və 28.41 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 2803.29 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Qətnamədən qanunla müəyyən edilmiş prosessual müddət daxilində apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilmiş icra sənədi icra edilməsi üçün aidiyyəti üzrə icra şöbəsinə göndərilmiş və icra sənədi üzrə icraata başlanılmışdır. İcra sənədi üzrə tələb könüllü icra müddəti ərzində icra edilməmiş və nəticədə xx.xx.2023-cü il tarixli icra ödənişinin alınması barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-8169/2016 nömrəli icra sənədi üzrə borclu İddiaçı 333.59 manat məbləğində icra ödənişinin alınması və icra ödənişi məbləğinin 25%-nin dövlət büdcəsinə, qalan hissəsinin icra məmurlarının xüsusi fonduna köçürülməsi qərara alınmışdır. “X3 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə xx.xx.2026-cı il tarixdə ünvanlanmış cavab məktubundan müəyyən olunur ki, borclu İddiaçı əmək haqqından 1744.46 ABŞ dolları məbləğində borc tutularaq "xxxx" ASC-nin, 185.59 manat məbləğində pul vəsaiti Nəsimi rayon icra şöbəsinin hesabına köçürülmüşdür. Bundan əlavə, icra işinə əlavə edilən xx.xx.2025-ci il tarixli qərardan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-8169/2016 nömrəli icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 470. Zaminlik müqaviləsi. 470.1. Zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Maddə 472. Zaminin məsuliyyəti. 472.1. Borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 472.2. Əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, faizlərin, borc tutulması üzrə məhkəmə xərclərinin və borclunun öhdəliyi icra etməməsi və ya lazımınca icra etməməsi nəticəsində kreditora dəyən digər zərərin əvəzinin ödənilməsi də daxil olmaqla, zamin kreditor qarşısında borclu ilə eyni həcmdə məsuliyyət daşıyır. 472.3. Birgə zamin olmuş şəxslər, əgər zaminlik müqaviləsində ayrı qayda nəzərdə tutulmayıbsa, kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Maddə 475. Öhdəliyi icra etmiş zaminin hüquqları. 475.1. Öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. 475.2. Zamin öhdəliyi icra etdikdən sonra kreditor borcluya qarşı tələbi təsdiqləyən sənədləri zaminə təqdim etməyə və həmin tələbi təmin edən hüquqları verməyə borcludur. 475.3. Bu maddədə müəyyənləşdirilmiş qaydalar bu Məcəllədə və ya zaminin borclu ilə müqaviləsində ayrı qayda nəzərdə tutulmadıqda və onlar arasında münasibətlərdən ayrı qayda irəli gəlmədikdə tətbiq edilir. Maddə 509. Borclulardan biri öhdəliyi tam icra etdikdə reqres qaydasında tələb hüququ. 509.1. Birgə öhdəliyi icra etmiş borclu, əgər müqavilədə və ya bu Məcəllədə ayrı qayda müəyyənləşdirilməyibsə, qalan borclular barəsində onların paylarına mütənasib surətdə, lakin öz payı çıxılmaqla reqres qaydasında tələb hüququna malikdir. 509.2. Əgər borcluların məsuliyyətinin həcmini müəyyənləşdirmək mümkün deyildirsə, onlar bir-biri qarşısında eyni dərəcədə məsuliyyət daşıyırlar. 509.3. Kreditor qarşısında birgə öhdəliyi icra edən birgə borcluya kreditorun digər borclulara qarşı tələbi, habelə bu Məcəllənin 196-cı maddəsində nəzərdə tutulmuş qaydada kreditorun digər borclulara münasibətdə hüququ keçir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmənin mövqeyi Məhkəmə iddiaçının izahatını dinləyib, iddia ərizəsi və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək, təqdim edilmiş sübutlara tam, obyektiv, hərtərəfli və qərəzsiz baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli olan hüquq normalarına müvafiq hüquqi qiymət verərək hesab edir ki, iddia tələbi əsaslıdır və təmin edilməlidir. Məhkəmə baxış iclasında təqdim edilmiş sübutların bilavasitə tədqiqi nəticəsində müəyyən edildi ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-8169/2016 nömrəli qətnaməsinə əsasən, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh və İddiaçı qarşı borcun tutulması tələbinə dair iddiası təmin edilmiş, cavabdehlərdən müştərək qaydada 2441.94 ABŞ dolları məbləğində əsas, 332.94 ABŞ dolları məbləğində faiz və 28.41 ABŞ dolları məbləğində cərimə olmaqla, cəmi 2803.29 ABŞ dolları məbləğində borcun və 30 manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması, iddiaçı və Cavabdeh arasında bağlanmış xx.xx.2014-cü il tarixli, ********* nömrəli kredit müqaviləsinin ləğv edilməsi qət edilmişdir. Qətnamədən qanunla müəyyən edilmiş prosessual müddət daxilində apellyasiya şikayəti verilməmiş və qətnamə qanuni qüvvəsini almışdır. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra qanunvericiliyin tələblərinə uyğun formada tərtib edilmiş icra sənədi icra edilməsi üçün aidiyyəti üzrə icra şöbəsinə göndərilmiş və icra sənədi üzrə icraata başlanılmışdır. İcra sənədi üzrə tələb könüllü icra müddəti ərzində icra edilməmiş və nəticədə xx.xx.2023cü il tarixli icra ödənişinin alınması barədə qərar qəbul edilmişdir. Həmin qərara əsasən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-8169/2016 nömrəli icra sənədi üzrə borclu İddiaçı 333.59 manat məbləğində icra ödənişinin alınması və icra ödənişi məbləğinin 25%-nin dövlət büdcəsinə, qalan hissəsinin icra məmurlarının xüsusi fonduna köçürülməsi qərara alınmışdır. Məhkəmə tərəfindən iş üçün əhəmiyyətli olan halların tam, obyektiv, hərtərəfli və qərəzsiz şəkildə araşdırılması, mülki mübahisənin qanuni və əsaslı həlli üçün müvafiq icra işinin materialları icra qurumundan tələb edilmiş və icra işinin materialları məhkəməyə təqdim edilmişdir. İcra işinə əlavə edilmiş, “X3 Kompani S.A.” Şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyi tərəfindən Bakı şəhəri Nəsimi rayon İcra şöbəsinə xx.xx.2026-cı il tarixdə ünvanlanmış cavab məktubundan müəyyən olunur ki, borclu İddiaçı əmək haqqından 1744.46 ABŞ dolları məbləğində borc tutularaq "xxxx" ASC-nin, 185.59 manat məbləğində pul vəsaiti Nəsimi rayon icra şöbəsinin hesabına köçürülmüşdür. Bundan əlavə, icra işinə əlavə edilən xx.xx.2025-ci il tarixli qərardan müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-8169/2016 nömrəli icra sənədi üzrə icraata “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 20.1.5-ci maddəsinə əsasən xitam verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsinə əsasən, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Göründüyü kimi, mülki qanunvericilik kreditorun əsas borcluya qarşı mövcud tələb hüquqlarının zaminin xeyrinə ötürülməsini şərtləndirən mexanizmin mövcudluğunu birbaşa təsbit edir. Həmçinin, kreditorun əsas borcluya münasibətdə mövcud tələb hüququnun zaminə ötürülməsi yalnız bir şərtdən – öhdəliyin zamin tərəfindən icrasından asılı edilmişdir. Məhz bu səbəbdən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsində qeyd edilir ki, öhdəliyi icra etmiş zaminə kreditorun həmin öhdəlik üzrə hüquqları və kreditora girov saxlayan kimi mənsub olmuş hüquqlar zaminin kreditorun tələbini ödədiyi həcmdə keçir. Baxılan iş üzrə müəyyən olunur ki, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli, 2(010)-8169/2016 nömrəli icra sənədi üzrə tələb 2803.29 ABŞ dolları və 30 manat həcmindədir. Həmin icra sənədi üzrə tələbin 1744.46 ABŞ dolları məbləğində hissəsi zamin, yəni hazırkı iş üzrə iddiaçı tərəfindən şəxsən icra edilmişdir. Belə olan halda, zaminin borcluya qarşı reqres tələbi tam əsaslı olmaqla, təmin edilməlidir. İddia tələbinin 185.59 manat məbləğində icra ödənişinin cavabdehdən tutulması ilə bağlı hissədə məhkəmə qeyd edir ki, zaminin borcluya münasibətdə reqres hüququ yalnız kreditorun tələb hüquqları ilə məhdudlaşmır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 475.1-ci maddəsində qeyd edilir ki, zamin həmçinin borcludan kreditora ödənilmiş məbləğdən faizlər ödəməyi və borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi digər zərərin əvəzini ödəməyi tələb edə bilər. Borclunun öz öhdəliklərini vaxtında və lazımı qaydada icra etməməsi səbəbindən bankın məhkəməyə müraciət etməsi, tərəflərin hüquq münasibətləri üzrə yekun məhkəmə aktı qəbul edilməsi və icra sənədi verilməklə tələbin könüllü icra müddətində icra edilməməsi zaminin borclunun əvəzinə məsuliyyətlə bağlı çəkdiyi zərərin təməlini təşkil edən proseslərdir. Bu proseslər nəticəsində icra məmuru tərəfindən icra ödənişinin alınması barədə qərar qəbul edilməsi nəticəsində zamin əlavə olaraq 185.59 manat məbləğində ödəniş də həyata keçirmişdir ki, bu ödəniş məbləği də zaminin borclunun əvəzinə məsuliyyətlə bağlı məruz qaldığı digər zərərə aid edilə bilər. Həmçinin, məhkəmə prosesi barədə məlumatlı olan cavabdeh məhkəmə iclaslarında iştirak etməmiş, iddia tələbinə dair münasibətini (buna dair razılığını və ya etirazını) və iddia tələbində qeyd edilənlərin həqiqəti əks etdirməməsini təsdiq edən mötəbər sübutlarını məhkəməyə təqdim etməmişdir. Beləliklə, məhkəmə sübutların hər birini mümkünlük, mötəbərlik və aidlik nöqteyi-nəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübut edilməli olan halların yetərliliyi baxımından qiymətləndirən məhkəmə, iddia tələbinin tam təmin edilməsi qənaətinə gəlmişdir. Məhkəmə xərcləri Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə görə, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İş materiallarına əlavə edilmiş mədaxil qəbzindən görünür ki, iddiaçı tərəfindən iddia ərizəsi ilə məhkəməyə müraciət edilməsi üçün 55 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Bu məbləğ “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş iddia qiymətinə mütənasib olmuşdur. İddia tələbi təmin edildiyindən, ödənilmiş dövlət rüsumu da cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Məhkəmənin gəldiyi nəticə Beləliklə, məhkəmə təqdim edilmiş sübutların hər birinin aidlik, mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirərək hesab edir ki, iddia təmin edilməli, cavabdehdən 1744.46 ABŞ dolları (qətnamənin icra edildiyi vaxt ABŞ dollarının manata olan məzənnəsi nəzərə alınmaqla), 185.59 manat məbləğində pul vəsaiti və 55 manat məbləğində dövlət rüsumu tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh 1744.46 (min yeddi yüz qırx dörd dollar, qırx altı sent) ABŞ dolları (qətnamənin icra edildiyi vaxt ABŞ dollarının manata olan məzənnəsi nəzərə alınmaqla), 185.59 (yüz səksən beş manat əlli doqquz qəpik) manat məbləğində pul vəsaiti və ödənilmiş 55 (əlli beş) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı xeyrinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-5336/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5336/2025
10.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Zaminlik müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver