Məhkəmə qərarları › İş №2(010)-5389/2022

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5389/2022

16.11.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5389/2022 16.11.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən Suraxanı Rayon Məhkəməsinin hakimi Məmmədov Tural Nurulla oğlu Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirərək, Müəyyən etdim: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Oktay Şabanov küçəsində yerləşən 0.0* ha torpaq sahəsi və üzərində tikilən yaşayış binasının uzun müddət ərzində onun istifadəsində olması faktının müəyyən edilməsini xahiş etmişdir. Məhkəmə ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib hesab edir ki, ərizənin icraata qəbul edilməsindən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin *53.2.*-ci maddəsinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Məhkəmə qeyd edir ki, “iş məhkəmədə baxılmalı deyildirsə” müddəası özündə, mülki işin məhkəmədə deyil, qanunun tələbinə görə başqa orqanda baxılmalı olmasını, eləcə də iş məhkəməyə aid olsa da, mülki mühakimə icraatı qaydasında deyil, başqa məhkəmə icraatı qaydasında (cinayət, inzibati, inzibati xətalara dair işlər üzrə icraat və ya icra icraatı) baxılmalı olmasını ehtiva edir. Hazırkı işə əlavə edilmiş sənədlərdə maraqlı şəxs Daşınmaz Əmlakın Dövlət Reyesterinin * saylı ərazi idarəsinin imtina məktubu yoxdur. Məhkəmə qeyd edir ki, ərizəçi əvvəlcə hazırki məsələ il bağlı müvafiq inzibati orqana müraciət etməli, həmin orqanda müraciətinə müsbət cavab verilməyəcəyi təqdirdə hazırkı ərizə ilə məhkəməyə müraciət edə bilər. Məhkəmə həmçinin qeyd edir ki, ərizəçi məhz ərizədə qeyd olunan məsələ ilə bağlı müvafiq inzibati orqana (* saylı Bakı ərazi idarəsi) müraciət etdiyini və inzibati orqan tərəfindən imtina verildiyini qeyd etsə də, lakin iş materiallarına həmin inzibati orqanın imtina verməsi barədə sənədi əlavə edilməmişdir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin *53-cü maddəsini rəhbər tutaraq, məhkəmə Qərara aldım: Ərizəçi hüquqi əhəmiyyətli faktının müəyyən edilməsinə dair ərizəsinin icraata qəbul edilməsindən imtina edilsin və işdəki sənədlər ərizəçiyə qaytarılsın. Ərizəçiyə izah edilsin ki, o, hazırkı məsələ ilə bağlı müvafiq inzibati orqana (* saylı Bakı ərazi idarəsi) müraciət etməlidir. İş üzrə ödənilmiş *00 manat dövlət rüsumu ərizəçiyə geri qaytarılsın. Qərardaddan *0 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Tural Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar