Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-540/2025 14.04.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi X* iştirakı ilə, Ərizəçi maraqlı şəxs 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsinə qarşı “doğumun qeyd edilməsi faktının müəyyən edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçinin tələbi. *.Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək onun (Ərizəçi) Ermənistan Respublikası Dilican şəhərində 07.05.*980-ci ildə anadan olmasına dair doğum haqqında qeydin bərpa olunması və ona doğum haqqında şəhadətnamə verilməsi haqda qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Tələbin əsaslandırıldığı hallar.
2. Ərizəçi ərizəsini onunla əsaslandırmışdır ki, o, 07.05.*980-ci ildə Ermənistan Respublikası, Dilican şəhərində anadan olmuşdur. Atası ilə anası nikah münasibətlərində olmadığından doğum haqqında şəhadətnamə verilərkən anasının arzusu ilə ata qrafasında bioloji atası Yaqub qeyd edilmişdir. Doğum haqqında şəhadətnaməsi sıradan çıxdığından-qismən cırıldığından yenisi almaq üçün iş üzrə maraqlı şəxsə müraciət etmiş və aşağıdakı məzmunda cavab almışdır. “Doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə 2*.09.2024-cü il tarixli müraciətə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200*-ci il * mart tarixli 52 nömrəli qərarı ilə tədiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın *6-cı bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən icra edilir. Qeyd edilənlərə əsasn akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından ərizənin icrası mümkün olmamışdır. Qeyd olunanlara əsasən ərizənin təmin edilməsini məhkəmədən xahiş etmişdir.
Tərəflərin izahatları.
3. Ərizəçi ərizəyə uyğun izahat verərək bildirmişdir ki, o şəxsiyyət vəsiqəsi almaq istəyir, lakin doğum haqqında şəhadətnaməsi yararsız vəziyyətdə olduğundan və Ermənistan Respublikası tərəfindən ona verildiyindən yenisi ilə əvəz edilməsi mümkün olmamışdır. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir.
4. Maraqlı şəxs 4 saylı Bakı “Asan xidmət” mərkəzi Qeydiyyat Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş və nümayəndənin iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Qeydiyyat şöbəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir.
Şahid İfadələri
5. Şahid Almaeva Mariam öz ifadəsində göstərmişdir ki, Ərizəçi onun qardaşıdır. Ərizəçi ondan *0 il əvvəl anadan olmuşdur. Onlar birlikdə böyümüşlər, lakin ataları eyni şəxs deyildir. *990-ci ildə Ermənistan SSR-dən Azərbaycan Respublikasına gəlmişlər, sonra o, nənəsi ilə birgə Rusiya Federasiyasının Krasnodar şəhərinə köçmüş, qardaşı isə anası ilə birlikdə Bakı şəhərində qalmışdır. O özü hal-hazırda Rusiya vətəndaşıdır. Ərizəçi Bakı şəhərində məktəbə getməmiş, müxtəlif işlərdə fəhlə işləmişdir.
6. Şahid2 öz ifadəsində göstərmişdir ki, Ərizəçi anası onunla uzaqdan qohumdur. Onun özünün atası milliyyətcə kürd, anası isə milliyətcə azərbaycanlıdır. Bu səbəbdən *988-ci ildə Ermənistan SSR-dən çıxarılmışdır. Həmidin anası, Xazal iki dəfə ailə qurmuş və iki övladı olmuşdur. Onlar əvvəl Dilicanda yaşamışlar. *990-cı ildə onlar məlum hadisələrlə bağlı Ermənistan SSR-dən Azərbaycan Respublikasına gəlmişlər. İlk əvvəl yataqxanaya, daha sonra isə Cəbrayıla getmişlər. Xazal dil bilməməsi səbəbindən ev təmizliyi və s.kimi işlərdə işləmişdir. Həmidin məktəbə getməsi haqqında isə məlumatının olmadığını bildirmişdir.
İş materialları.
7.Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi 4 saylı Bakı “Asan xidmət” X4 tərəfindən verilmiş 06.*0.2024-cü il tarixli məktubda Ərizəçi bildirilmişdir ki, Doğum haqqında təkrar şəhadətnamənin istənilməsi barədə 2*.09.2024-cü il tarixli müraciətə baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 200*-ci il * mart tarixli 52 nömrəli qərarı ilə təsdiq edilmiş “Vətəndaşlıq vəziyyəti aktlarının qeydində dəyişiklik, bərpa və ləğv qaydalarını müəyyən edən Əsas Müddəalar”ın *6-cı bəndinin tələbinə uyğun olaraq vətəndaşlıq vəziyyəti aktlarının itmiş qeydinin bərpası bu cür qeydlərin həqiqətən olduğunu təsdiq edən sənədlər əsasında ərizə verənlərin seçdiyi yer üzrə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan(qurum) tərəfindən icra edilir. Qeyd edilənlərə əsasən akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından ərizənin icrası mümkün olmamışdır. Həmin Məcəllənin *62.2-ci maddəsinə və həmin Qərarın *4-cü bəndinə əsasən itmiş akt qeydinin qeydiyyat şöbələri və konsulluq idarələri tərəfindən bərpası mümkün olmadıqda, vətəndaşlıq vəziyyəti aktının qeydiyyatı faktı məhkəmə qaydasında müəyyən edilir. Bununla bağlı olaraq doğum haqqında akt qeydinin bərpası ilə bağlı məhkəməyə müraciət etməyi tövsiyyə olunur.
8. *4.*0.2024-cü il tarixdə Azərbaycan Respublikası Bakı şəhəri, İcra Hakimiyyəti Aparatı Mənzil Kommunal Təsərrüfatı Departamenti 3 saylı Xüsusi Təyinatlı Mənzil Kommunal Təsərrüfat Birliyinin *37 saylı Mənzil Kommunal İstismar Sahəsi tərəfindən verilmiş arayışdan müəyyən olunur ki, Ərizəçi Suraxanı rayonu, Qaraçuxur qəsəbəsi C.Qurbanov küçəsi 95 saylı evin * nömrəli mənzilində qeydiyyatsız yaşayır.
9. “Şəms Tərcümə Xidmətləri Mərkəzi”nin Bakı şəhəri 4 saylı “Asan xidmət” mərkəzindəki tərcümə şöbəsi tərəfindən doğum Haqqında Şəhadətnamənin tərcüməsindən müəyyən olunur ki, Ərizəçi xx.xx.*980-ci il tarixdə, Ermənistan SSR, Dilican şəhərində doğulmuşdur. Valideynləri atası X*0, anası X5. *0. Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Vətəndaşlıq Vəziyyəti Aktlarının Arxivi tərəfindən verilmiş *3.0*.2025-ci il tarixli məktubunda X7 X6 nikahı, övladları haqqında akt qeydlərinin, habelə Ərizəçi Azərbaycan Respublikası ərazisində doğum şəhadətnaməsini verildiyi təqdirdə həmin şəhadətnamənin surətinin istənilməsinə dair müraciətə baxılmışdır. Bildirilmişdir ki, ’’Vətəndaşlıq vəziyyəti aktları” avtomatlaşdırılmış qeydiyyat informasıya sisteminə baxış keçirilərkən Y.Həsənov, X.Həsənova və Ərizəçi barəsində vətəndaşlıq vəziyyəti aktının qeydə alınmasına dair hər hansı məlumat aşkar olunmamışdır.
İşin faktiki halları.
**. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.*980-ci il ildə Ermənistan SSR, Dilican şəhərində anadan olmuşdur. Məlum hadisələrlə bağlı olaraq o, Ermənistan SSR-dən yaşadıqları mənzildən məcburi olaraq çıxarılmışdır. Ona doğum haqqında şəhadətnamə Ermənistan SSR tərəfindən 07.05.*980-cı il tarixdə verilmiş, lakin həmin şəhadətnamə hal-hazırda yararsız vəziyyətdədir. Ərizəçi doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı 4 saylı Bakı “Asan xidmət” X2 müraciət etsə də, ona akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından imtina olunmuşdur. Doğum haqqında şəhadətnamənin başqa yolla əldə edilməsi mümkün olmadığından ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Doğum haqqında şəhadətnamə ərizəçiyə şəxsiyyət vəsiqəsinin alınması üçün zəruridir.
Tətbiq edilən hüquq
*2. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə *07. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər 307.2.3. doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının; Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 309. Ərizənin verilməsi 309.*. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında ərizələr ərizəçinin yaşadığı yerin məhkəməsinə verilir. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.
*3. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarı.
4. Məhkəmələrə izah olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.3-cü maddəsi doğum, övladlığa götürmə, nikah, boşanma, ölüm faktının deyil, vətəndaşlıq vəziyyəti aktlarının, yəni doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın, ölümün qeyd edilmə faktının müəyyən edilməsini nəzərdə tutur. Məhkəmə qaydasında bu faktlar o halda müəyyən edilir ki, vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanlarda müvafiq qeydlər saxlanılmamışdır və onların bərpası (vətəndaşlıq vəziyyəti aktlarının qeydləri saxlanılan arxivin itməsi, müharibə, təbii fəlakət, yanğın və sair nəticəsində arxivin məhv olması və sair səbəbdən) mümkün deyildir və belə qeyd yalnız vətəndaşlıq vəziyyəti aktının qeyd edilməsi faktının məhkəmə qaydasında müəyyən edilməsi barədə qətnamə əsasında bərpa edilə bilər. 4.*. Hər bir halda məhkəmə, hüquqi faktın müəyyən edilməsini xahiş edən şəxsdən doğumun, övladlığa götürmənin, nikahın, boşanmanın və ya ölümün qeydinin əldə edilməsinin və ya onun bərpasının mümkün olmamasını təsdiq edən sənədləri (məsələn: vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatını aparan orqanın müvafiq qeydi verməsinin mümkün olmamasına dair arayışı) tələb etməlidir. Doğum, nikah, boşanma, övladlığa götürmə, atalığın müəyyən edilməsi, adın, soyadın və ata adının dəyişdirilməsi, ölüm haqqında aktların itirilmiş qeydləri yalnız müvafiq qeydin əvvəllər mövcud olduğunu təsdiq edən sənədlər olduqda bərpa edilə bilər. 4.2. Məhkəmələr nəzərə almalıdırlar ki, doğumun qeydə alınması faktını ərizəçinin yaşının müəyyən edilməsi ilə eyniləşdirmək olmaz. Şəxsin yaşı pasporta, şəxsiyyət vəsiqəsinə, hərbi biletə, eləcə də təhsil müəssisəsini bitirmək haqqında sənədə əsaslanmaqla bərpa qeydində göstərilə bilər. Lakin ərizəçinin təqdim etdiyi sənədlərdə barəsində doğum haqqında akt qeydi bərpa edilən şəxsin yaşına dair məlumat yoxdursa və ya məlumat ziddiyyətlidirsə, ərizəçinin yaşı qüvvədə olan normativ hüquqi aktlarda göstərilən qaydada müəyyən edilir. Başqa sözlə, bu halda ərizəçi tibbi müayinədən keçirilməlidir.
Məhkəmənin mövqeyi.
*4. Məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. *5. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.*980-ci il ildə Ermənistan SSR, Dilican şəhərində anadan olmuşdur. Məlum hadisələrlə bağlı olaraq o, Ermənistan SSR-dən yaşadıqları mənzildən məcburi olaraq çıxarılmışdır. Ona doğum haqqında şəhadətnamə Ermənistan SSR tərəfindən 07.05.*980-cı il tarixdə verilmiş, lakin həmin şəhadətnamə hal-hazırda yararsız vəziyyətdədir. Ərizəçi doğum haqqında təkrar şəhadətnamənin verilməsi ilə bağlı 4 saylı Bakı “Asan xidmət” X2 müraciət etsə də, ona akt qeydinin həqiqətən olduğunu təsdiq edən kifayət qədər əsas olmadığından imtina olunmuşdur. Doğum haqqında şəhadətnamənin başqa yolla əldə edilməsi mümkün olmadığından ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Doğum haqqında şəhadətnamə ərizəçiyə şəxsiyyət vəsiqəsinin alınması üçün zəruridir.
Məhkəmə xərcləri.
*6. İş materiallarından görünür ki, hüquqi faktın müəyyən edilməsi tələbinə dair ərizə ilə məhkəməyə müraciət edən ərizəçi *00 manat məbləğində dövlət rüsumu ödəmişdir.
Məhkəmənin gəldiyi nəticə.
*7. Beləliklə, məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan, ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən, xx.xx.*980-ci il tarixdə anadan olmuş Ərizəçi doğumunun qeydə alınması faktı müəyyən edilməli, xx.xx.*980-ci il təvəllüdlü Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında akt qeydində-doğulduğu yer “Ermənistan SSR, Dilican şəhəri”, doğum tarixi xx.xx.*980-ci il, adı “Amid”, ata adı “Yaquboviç”, soyadı “Həsənov” valideynləri haqqında qeyddə atası qrafasında “X*0” milliyəti kürd, anası qrafasında “X9” milliyəti kürd kimi qeyd edilməlidir. *8. Məhkəmə ərizənin doğum haqqında şəhadətnamə verilməsi hissəsinə münasibətdə hesab edir ki, qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi doğum haqqında akt qeydinin bərpa olunması və müvafiq şəhadətnamənin verilməsi üçün əsas hesab olunduğundan ərizə qalan hissədə təmin oluna bilməz. *9. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 360-ci maddələrini rəhbər tutaraq, məhkəmə
Q Ə T E T D İ:
Ərizə qismən təmin edilsin. xx.xx.*980-ci il tarixdə anadan olmuş Ərizəçi doğumunun qeydə alınması faktı müəyyən edilsin. xx.xx.*980-ci il təvəllüdlü Ərizəçi doğum haqqında akt qeydi bərpa olunaraq doğum haqqında akt qeydində-doğulduğu yer “Ermənistan SSR, Dilican şəhəri”, doğum tarixi xx.xx.*980-ci il, adı “Amid”, ata adı “Yaquboviç”, soyadı “Həsənov” valideynləri haqqında qeyddə atası qrafasında “X*0” milliyəti kürd, anası qrafasında “X9” milliyəti kürd kimi qeyd edilsin. Qanuni qüvvəyə minmiş məhkəmə qətnaməsi doğum haqqında akt qeydinin bərpa olunması və müvafiq şəhadətnamənin verilməsi üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Leyla Talıbova