Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-541/2023 11.10.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X3 iclas katibliyi, Birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X6 iştirakı ilə, İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair (Birinci iddia) və iddiaçı Cavabdeh1 cavabdehlər “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırda “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti) və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi) “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dаir (İkinci iddia) mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Birinci iddia tələbi.
1. İddiаçı İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh1 qarşı “mənzildən çıxarılma” tələbinə dair iddia ərizəs ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Cavabdeh1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən, 2 otaqlı, 50.88 m2 ümumi, 28.88 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 13 nömrəli evin 8 nömrəli mənzilindən çıxarılması, həmin mənzilin boşaldılması və Banka təhvil verilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
İddia tələbinin əsaslandırıldığı hallar.
2. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminatı olaraq ipoteka qoyulmuş, Cavabdeh1 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən, 2 otaqlı, 50.88 m2 ümumi, 28.88 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 13 nömrəli evin 8 nömrəli mənzilinə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-1539/2018 nömrəli qətnaməsinə əsasən tutma yönəldilmişdir. Əmlaka dair "xxxx" İKB ASC-nin mülkiyyət hüququ xx.xx.2021-ci il tarixdə ********** qeydiyyat nömrəsi ilə DƏDRX-də qeydə alınmış və çıxarış alınmışdır. İddia ərizəsinə əlavə edilmiş Suraxanı rayon MKTB-nin 1743 №-li MİKS-dən 30 iyun 2015-ci il tarixli arayışından göründüyü kimi, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən, 2 otaqlı, 50.88 m2 ümumi, 28.88 m2 yaşayış, 22 m2 yardımçı sahədən ibarət 13 nömrəli evin 8 nömrəli mənzilində Cavabdeh1 qeydiyyatda olmaqla yaşayır. Əmlakın "xxxx" İKB ASC-nin mülkiyyətinə keçməsinə baxmayaraq, cavabdeh mənzildən çıxmaqdan imtina edir. İkinci iddia tələbi.
3. iddiaçı Cavabdeh1 cavabdehlər “X1 Mərkəzi” Məhdud Məsuliyyətli Cəmiyyəti (hazırda “X2” Məhdud Məsuliyyətli Cəmiyyəti) və İddiaçı Açıq Səhmdar Cəmiyyətinə qarşı (üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsi) “hərracın nəticələri haqqında protokolun etibarsız hesab edilərək ləğv edilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Yasamal Rayon Məhkəməsinə müraciət edərək, “X1 Mərkəzi” MMC-nin Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən, 13 nömrəli evin 8 nömrəli mənzilinin hərracdan satılmasının nəticələri haqqında YP № 127, xx.xx.2021-ci il tarixli yekun protokolunun etibarsız hesab edilərək ləğv edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişlər.
İddia tələbinin əsaslandırıldığı hallar.
4. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, "xxxx" İKB ASC ilə Cavabdeh1 arasında bağlanmış kredit müqaviləsinin təminat olaraq ipoteka qoyulmuş, Cavabdeh1 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən, 13 nömrəli evin 8 nömrəli mənzilinə Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 1539/2018 saylı qətnaməsinə əsasən tutma yönəldilmişdir. Qətnamədən apellyasiya şikayəti verilmişdir. Nəticədə Bakı Apellyasiya Məhkəməsinin 2(103)-538/19 saylı icra vərəqəsi əmlakın yerləşdiyi və borclunun qeydiyyatda olduğu ünvan üzrə icrasının təmin edilməsindən ötrü Suraxanı rayon İcra və Probasiya şöbəsinə göndərilmişdir. Cavabdeh “X1 Mərkəzi" MMC-nin keçirdiyi hərrac nəticəsində mənzil digər cavadeh İddiaçı ASC tərəfindən hərracdan alınmış və bu barədə hərracın nəticələri haqqında YP № 127, xx.xx.2021-ci il tarixli protokol tərtib edilmişdir. Hərraclar keçirilərkən iddiaçıya heç bir xəbər verilməmiş, bildirişlər gəlməmişdir ki, bununla da mülkiyyətçi olaraq konstitusion hüquqlarının pozulması ilə bərabər “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun tələblərinin kobud surətdə pozulmasına səbəb olmuşdur. Belə ki, iddiaçıya məxsus olan əmlak hərracda 25 % güzəştlə cavabdeh İddiaçı ASC-yə satılmışdır. İddiaçının hərracdan xəbəri yalnız İddiaçı ASC tərəfindən onun mənzildən çıxarılması ilə bağlı Surxanı Rayon Məhkəməsinə müraciət edərkən olmuşdur.
İddia tələblərinin birləşdirilməsi.
5. Bakı şəhəri Yasamal Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli, 2(004)- 1738/2023 nömrəli qərardadı ilə İkinci iddianın Birinci iddia ilə bir icraatda birləşdirilməsi qərara alınmışdır.
Tərəflərin izahatları.
6. Məhkəmə iclasında birinci iddia üzrə iddiaçı, ikinci iddia üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X10 birinci iddianı müdafiə edərək bildirdi ki, İddiaçı ASC Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsində yerləşən, 13 nömrəli evin 8 nömrəli mənzilini hərracı udmaq yolu əldə etmişdir və hərrac təşkilatı ilə qanuni əsaslarla hərracın nəticəsi barədə müqavilə bağlanmışdır. Həmin müqavilə əsasında da Bankın mənzil üzərində mülkiyyət hüququnu təsdiq edən çıxarış əldə edilmişdir. Sözügedən hərrac aidiyyəti qanunvericiliyin bütün tələblərinə riayət olunaraq təşkil edilmişdir və etibarsız hesab edilməsi üçün heç bir əsas yoxdur. Odur ki, məhkəmədən birinci iddianın təmin, ikinci iddianın rədd edilməsini xahiş etdi.
7. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil ikinci iddianı müdafiə edərək bildirmişdir ki, iddiaçının mənzili çox ucuz qiymətə satılmışdır. Əgər iddiaçının hərracın keçirilməsindən xəbəri olsa idi, o, mənzilin belə ucuz qiymətə satılmasına, təkrar hərracın keçirilməsinin qanuni olub-olmamasına şübhə ilə yanaşmazdı. Hərracın keçirilməsi barədə ipoteka qoyana məlumat verilməsi hərrac təşkilatının vəzifəsi olmuş, buna baxmayaraq bu tələbə əməl edilməmişdir. Bu səbəbdən iddiaçı hərracın nəticələrinin etibarsız hesab edilməsini tələb etmişdir.
8. Məhkəmənin baxış iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş birinci iddia üzrə cavabdeh, ikinci iddia üzrə iddiaçı Cavabdeh1 nümayəndəsi (vəkili) Vəkil məhkəməyə ərizə ilə müraciət edərək, baxış iclasının iştirakları olmadan keçirilməsini və iddianın təmin edilməsini xahiş etmişdir.
9. Məhkəmə iclasında ikinci iddia üzrə cavabdeh “X2” Məhdud Məsuliyyətli Cəmiyyətinin nümayəndəsi X7 ikinci iddianı qəbul etməyərək bildirmişdir ki, hərrac təşkilatı tərəfindən qanuni hərrac təşkil edilmişdir. Hərracla bağlı bütün sənədlər arxivə təhvil verilmişdir. Həmin sənədlərin məhkəməyə təqdim edilməsi təşkil ediləcəkdir.
10. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş ikinci iddia üzrə üçüncü şəxs Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Belə olan halda məhkəmə işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi.
İş materialları.
11. Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 50.88 m2 olan mənzil xx.xx.2021-ci il tarixdə İddiaçı ASC-nin xüsusi mülkiyyəti kimi qeydiyyata alınmışdır.
12. Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)- 1539/2018 saylı qətnaməsindən görünür ki, iddia qismən təmin edilmiş, Cavabdeh1 13211.55 ABŞ dolları əsas, 8290.79 ABŞ dolları faiz, 467.02 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 21969.36 ABŞ dolları borc və 60 manat dövlət rüsumunun tutularaq "xxxx" İKB ASC-yə ödənilməsi, müvafiq ödənişin Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 13, mənzil 8 ünvanında yerləşən, 2 otaqlı, ümumi sahəsi 50.88 m2 olan mənzilin açıq hərrac vasitəsilə satışı hesabına həyata keçirilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi qət edilmişdir.
13. Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019-cu il tarixli, 2(103)-538/2019 nömrəli qətnaməsindən görünür ki, apellyasiya şikayəti təmin edilmiş, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli, 2(010)-1539/2018 saylı qətnaməsi ləğv edilmiş, iddia qismən təmin edilmiş, Cavabdeh1 13211.55 ABŞ dolları əsas, 8290.79 ABŞ dolları faiz, 467.02 ABŞ dolları cərimə borcu olmaqla, cəmi 21969.36 ABŞ dolları borc və 60 manat dövlət rüsumunun tutularaq "xxxx" İKB ASC-yə ödənilməsi, müvafiq ödənişin Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 13, mənzil 8 ünvanında yerləşən, 2 otaqlı, ümumi sahəsi 50.88 m2 olan mənzilin açıq hərrac vasitəsilə satışı hesabına həyata keçirilməsi və mənzilin ilkin satış qiymətinin 60000 manat müəyyən edilməsi, iddiaçının tələbi tam ödənildikdən sonra satışdan qalan məbləğin Cavabdeh1 qaytarılması, iddianın qalan hissədə təmin edilməməsi, iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası xərci qismində 200 manat məbləğində pulun Cavabdeh1 tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına, ekspertiza tədqiqatının dəyəri olan 150 manat məbləğində pulun Cavabdeh1 tutularaq "xxxx" MMC-nin hesabına ödənilməsi qət edilmişdir.
14. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2020-ci il tarixli, 2(102)-635/2020 nömrəli qərarından görünür ki, Cavabdeh1 kassasiya şikayəti təmin edilməmiş, iş üzrə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2019cu il tarixli, 2(103)-538/2019 nömrəli qətnaməsi yoxlanılan hissədə kassatora münasibətdə dəyişiklik edilmədən saxlanılmışdır.
15. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Mirəli Seyidov küçəsi, ev 20, mənzil 22/23 olan “X1 Mərkəzi” MMC-nin xx.xx.2006-cı il tarixdə 0106-P263-46958 nömrə ilə dövlət qeydiyyatından keçməsi və təsisçilərinin xx.xx.2023-cü il tarixli qərarına əsasən adının dəyişdirilib “X2” MMC olması barədə məlumat mövcuddur. Cəmiyyətin adının dəyişdirilməsi barədə qeyd xx.xx.2023-cü il tarixdə dövlət reyestrinə daxil edilmişdir.
16. Satılan əmlak haqqında məlumatdan görünür ki, ünvan 2 ünvanında yerləşən 2 otaqlı, ümumi sahəsi 80.88 m2 olan mənzilin satışı üçün 05 may və 26 may tarixlərində hərrac keçirilmişdir. Birinci hərracın keçirilməsi barədə elan “Market” N 71 (10761) xx.xx.2021-xx.xx.2021-ci il tarixlərdə, ikinci hərrac barədə elan “Market” N 71 (10767) xx.xx.2021 – xx.xx.2021-ci il tarixlərdə yerləşdirilmişdir.
17. İddiaçı ASC tərəfindən “X1 Mərkəzi” MMC-yə ünvanlanmış xx.xx.2021-ci il tarixli, KBD-9542 nömrəli məktubun surətindən görünür ki, MMC-nin xx.xx.2021-ci il tarixli “hərracın baş tutmaması” haqqında kütləvi informasiya vasitəsi ilə məlumat verilməsinə dair müraciəti ilə əlaqədar Bank tərəfindən bildirilmişdir ki, borclu Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, V yaşayış sahəsi, 13 saylı evin, 8 saylı mənzilinə dair təklif 38250 manat olmaqla “İpoteka haqqında” Azərbaycan Respublikası qanununa müvafiq olaraq bank tərəfindən qəbul edilməsinə razılıqlarını bildirirlər. Qısa müddət ərzində yuxarıda göstərilən mənzilin balansa götürülməsi ilə bağlı müvafiq sənədlərin hazırlanması xahiş edilmişdir.
18. “X1 Mərkəzi” MMC tərəfindən tərtib edilmiş, xx.xx.2021-ci il tarixli, 043 nömrəli ipoteka predmetinin alqı-satqısı üçün müqavilə bağlanması barədə bildirişdən görünür ki, ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, ümumi sahəsi 80.88 m2 olan mənzilin ilkin satış qiymətinin 60000, təklif olunan qiymətin 38250 manat olması və xx.xx.2021-ci il tarixinədək tələbkar “Yelo Bank" ASC tərəfindən alınmadığı halda işin sifarişçi icra şöbəsinə qaytarılacağı barədə məlumat qeyd olunmuşdur.
19. “X1 Mərkəzi” MMC tərəfindən sifarişçi Suraxanı rayon İcra və Probasiya Şöbəsi, tələbkar İddiaçı ASC və borclu Cavabdeh1 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 527 nömrəli açıq hərraçın keçirilməsi barədə bildirişdən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin satışı üçün açıq hərrac xx.xx.2021-ci il tarixdə, saat 11:00-da ünvan 6 ünvanında keçiriləcəyi, hərracın keçirilməsi barədə elnanın “Market” qəzetində və www.tap.az/shops/xihm internet səhifəsində dərc edildiyi, hərracda iştirak etmək üçün hansı sənədlərin təqdim edilməli olduğu barədə məlumatlar verilmişdir.
20. “X1 Mərkəzi” MMC tərəfindən sifarişçi Suraxanı rayon İcra və Probasiya Şöbəsi, tələbkar İddiaçı ASC və borclu Cavabdeh1 ünvanlanmış xx.xx.2021-ci il tarixli, 569 nömrəli açıq hərraçın keçirilməsi barədə bildirişdən görünür ki, ünvan 2 ünvanında yerləşən mənzilin satışı üçün açıq hərrac xx.xx.2021-ci il tarixdə, saat 11:00-da ünvan 6 ünvanında keçiriləcəyi, hərracın keçirilməsi barədə elnanın “Market” qəzetində və www.tap.az/shops/xihm internet səhifəsində dərc edildiyi, hərracda iştirak etmək üçün hansı sənədlərin təqdim edilməli olduğu barədə məlumatlar verilmişdir.
21. İki ədəd qəbzin surətindən görünür ki, “Xəzər X2” MMC tərəfindən Cavabdeh1 ünvanlanmış xx.xx.2021-ci il tarixli çatdırılma qəbzinin üzərinə xx.xx.2021-ci il tarixdə “qapı bağlıdır”, xx.xx.2021-ci il tarixli qəbzin üzərinı isə xx.xx.2021-ci il tarixdə “qonşu” qeydi yazılmış, imza çəkilmişdir.
22. “X1 Mərkəzi” MMC və İddiaçı ASC tərəfindən imzalanmış xx.xx.2021-ci il tarixli, YP 127 nömrəli hərracın nəticələri haqqında protokoldan görünür ki, keçirilən hərraclarda iştirakçı olmadığına görə ilkin satış qiyməti 60000 manat müəyyən edilən, Cavabdeh1 məxsus, ünvan 2 ünvanında yerləşən mənzil ipoteka saxlayan İddiaçı ASC tərəfindən 38250 manata alınmışdır.
23. “X1 Mərkəzi” MMC (Satıcı) və İddiaçı ASC (Alıcı) arasında bağlanmış xx.xx.2021-ci il tarixli ipoteka predmetinin alqı-satqısı barədə xx.xx.2021-ci il tarixli müqavilədən görünür ki, Satıcı, Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən mənzili hərracın nəticələri haqqında xx.xx.2021-ci il tarixli, 127 nömrəli protokola əsasən 38250 manata satmış, Alıcı-ipoteka saxlayan İddiaçı ASC isə həmin qiymətə almışdır. “İpoteka haqqında” qanunun 42.4-cü maddəsinə əsasən ipoteka saxlayan İddiaçı ASC tələbinin məbləği həcmində alış qiymətini ödəməkdən azad olunmuşdur.
24. İddiaçı ASC tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, KBD-1281 nömrəli məktubun surətindən görünür ki, Cavabdeh1 məxsus ünvan 2 ünvanında yerləşən mənzil açıq hərraca çıxarılmış, alıcı olmadığından Banka təklif olunmuşdur. Bank təklifi qəbul edərək, mənzilin balansa götürülməsinə razılıq vermiş və əmlakın dəyəri həcmində vəsait borclunun kredit borcu hesabından silinmişdir. Cavabdeh1 Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-538/2019 nömrəli qətnaməsi üzrə borc bağlanmışdır.
25. İddiaçı ASC tərəfindən Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə ünvanlanmış xx.xx.2022-ci il tarixli, KBD4927 nömrəli məktubun surətindən görünür ki, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli, 2(103)-538/2019 saylı icra sənədinə əsasən Cavabdeh1 cəmi 21969.36 ABŞ dolları borc və 60 manat dövlət rüsumunun "xxxx" İKB ASC-nin xeyrinə tutulmalı olduğu, borcun Cavabdeh1 məxsus olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 13, mənzil 8 ünvanında yerləşən mənzilə yönəldildiyi, ipoteka predmetinin açıq hərracdan satılması və satışdan əldən olunan məbləğin borcun ödənilməsinə yönəldilməsinin qərara alındığı, qeyd olunan mənzilin 38250 manata tələbkar "xxxx" İKB ASC-yə (hazırkı İddiaçı ASC) təklif olunduğu, tələbkar- ipoteka saxlayan "xxxx" İKB ASC-nin (hazırkı İddiaçı ASC) həmin mənzili balansa götürməyə razılıq verdiyi və satışdan əldə olunan pul vəsaitinin cavabdehə çatası 2542.68 manat hissəsinin Suraxanı rayon İcra Şöbəsinin depozit hesabına köçürüldüyü qeyd edilmişdir.
26. “Xəzər X2” MMC tərəfindən “Market” qəzetində xx.xx.2021-ci il tarixdə verilmiş hərrac elanından görünür ki, ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 80.88 m2 sahəsi olan mənzilin 60000 manat ilkin satış qiyməti ilə xx.xx.2021-ci il tarixdə, saat 11:00-da açıq hərracdan satışının həyata keçiriləcəyi qeyd edilmiş, hərracda iştirakın şərtləri haqqında məlumat verilmişdir.
27. “Xəzər X2” MMC tərəfindən “Market” qəzetində xx.xx.2021-ci il tarixdə verilmiş hərrac elanından görünür ki, ünvan 2 ünvanında yerləşən, 2 otaqlı, 80.88 m2 sahəsi olan mənzilin 60000 manat ilkin satış qiyməti ilə xx.xx.2021-ci il tarixdə, saat 11:00-da açıq hərracdan satışının həyata keçiriləcəyi qeyd edilmiş, hərracda iştirakın şərtləri haqqında məlumat verilmişdir.
İşin faktiki halları.
28. "xxxx" İKB ASC (hazırda İddiaçı ASC) və Cavabdeh1 arasında xx.xx.2015-ci il tarixli kredit müqaviləsi bağlanmışdır. Bu müqaviləyə əsasən Cavabdeh1 Bankdan 36 ay müddətinə qaytarmaq şərtilə illik 26%-lə 18000 ABŞ dolları məbləğində kredit götürmüşdür. Bu müqavilə üzrə götürülmüş borcun təminatı olaraq Cavabdeh1 məxsus Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 13, mənzil 8 ünvanında yerləşən mənzil ipoteka ilə yüklü edilmişdir.
29. Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2019-cu il tarixli qətnaməsi ilə Cavabdeh1 xx.xx.2015-ci il tarixli kredit müqaviləsi üzrə ödənilməmiş cəmi 21969.36 ABŞ dolları borcun tutularaq "xxxx" İKB ASC-yə ödənilməsi, tutmanın ipoteka predmeti olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 13, mənzil 8 ünvanında yerləşən mənzilə yönəldilməsi, mənzilin 60000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılması qət edilmişdir. Qətnamədən Cavabdeh1 tərəfindən verilmiş kassasiya şikayəti təmin edilməmiş, qətnamə yoxlanılan hissədə dəyişdirilmədən saxlanılmışdır.
30. Qətnamə qanuni qüvvəsini aldıqdan sonra qətnamə əsasında verilmiş icra sənədi icra edilməsi üçün Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinə yönəldilmişdir. İcra Şöbəsinin icra məmuru Nicat Vəlizadə tərəfindən xx.xx.2020-ci il tarixli icraata başlamaq haqqında qərar qəbul edilmişdir.
31. xx.xx.2021-ci il tarixdə Bakı şəhəri Suraxanı rayon İcra Şöbəsinin icra məmuru Nicat Vəlizadə tərəfindən icra sənədi üzrə borclu Cavabdeh1 məxsus, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 13, mənzil 8 ünvanında yerləşən mənzilin 60000 manat ilkin satış qiyməti ilə açıq hərracdan satılmasına dair “X1 Mərkəzi” MMC-yə sifariş verilmişdir.
32. xx.xx.2021-ci il tarixdə hərracın təşkilatçısı “Xəzər X2” MMC (hazırda “X2” MMC) və ipoteka saxlayan İddiaçı ASC arasında xx.xx.2021-ci il tarixli hərracın nəticələri haqqında protokol tərtib edilmişdir. Protokolda qeyd edilmişdir ki, keçirilən hərraclarda iştirakçı olmadığına görə İddiaçı ASC Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 13, mənzil 8 ünvanında yerləşən mənzili 38250 manata almışdır.
33. Mənzilin 38250 manata Bank tərəfindən alınması ilə Cavabdeh1 icra sənədi üzrə borcu bağlanmışdır.
Tətbiq edilən hüquq.
34. Azərbaycan Respublikasının Mülki Məcəlləsi.
Maddə 152. Mülkiyyət hüququnun anlayışı və məzmunu. 152.1. Mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.2. Sahiblik hüququ - əmlaka (əşyaya) faktik sahibliyi həyata keçirməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. 152.3. İstifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 157. Mülkiyyətin müdafiəsi. 157.2. Mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Maddə 415. Hərracın təşkili və keçirilmə qaydası. 415.2. Qanunvericilikdə ayrı qayda nəzərdə tutulmayıbsa, təşkilatçı hərracın keçirilməsini onun keçirilməsinə ən geci otuz gün qalmış bildirməlidir. Bildirişdə hərracın vaxtı, yeri və forması, onun predmeti və keçirilmə qaydası, o cümlədən hərracda iştirakın rəsmiləşdirilməsi, hərracı udan şəxsin müəyyənləşdirilməsi, habelə başlanğıc qiyməti haqqında və qanunvericiliklə müəyyənləşdirilmiş digər məlumatlar olmalıdır. Maddə 416. Hərrac keçirilməsi qaydalarının pozulması nəticələri. 416.1. Bu Məcəllədə müəyyənləşdirilmiş qaydaları pozmaqla keçirilən hərrac maraqlı şəxsin iddiası üzrə məhkəmə tərəfindən etibarsız sayıla bilər.
35. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanunu.
Maddə 41. İpoteka predmetinin satış üsulları. 41.1. İpoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. 41.2. Məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. İcra məmuru ipoteka saxlayanın və ipoteka qoyanın qarşılıqlı razılığına əsasən seçilmiş beş ildən az olmayan daimi fəaliyyət göstərən ixtisaslaşdırılmış təşkilata (bundan sonra - hərracın təşkilatçısı) hərracın keçirilməsi barədə sifarişi verir. Bu razılıq 5 təqvim günü müddətində əldə edilmədikdə icra məmuru sifarişi “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq verir. 41.3. Hərracın təşkilatçısına sifariş “İcra haqqında” Azərbaycan Respublikası Qanununa müvafiq qaydada tərtib olunur və hərraca çıxarılan ipoteka predmetinin ilkin satış qiymətini əks etdirir. Maddə 42. Hərracın keçirilmə qaydası. 42.1. Hərracın təşkilatçısı icra məmurundan sifarişi aldığı gündən 5 iş günü müddətində hərracın keçirilməsinə dair mediada və özünün rəsmi internet saytında elan dərc etdirir və bu barədə ipoteka saxlayana və ipoteka qoyana sifarişli poçt göndərişi (məktubu) ilə bildiriş göndərir. Elan və bildiriş hərracın keçirilməsinə ən geci 20 təqvim günü qalmış verilir (göndərilir). Hərrac sifarişin alındığı gündən 30 təqvim günündən gec olmayaraq keçirilir. Elanda və bildirişdə hərracın vaxtı, yeri, keçirilmə qaydası, satışa çıxarılan ipoteka predmetinin yerləşdiyi ərazi və təsviri, ilkin satış qiyməti, hərrac addımı (ilkin satış qiymətinin 3 faizindən artıq olmamaqla), hərracda iştirak üçün behin məbləği, onun ödənilməsi müddəti və qaydası, hərracda iştirak hüququnu əldə etmək üçün sənədlərin siyahısı, habelə alış qiymətinin ödənilməsi müddəti və qaydası haqqında məlumat olmalıdır. Hərracın iştirakçısı hərracın predmetinin ilkin satış qiymətinin 5 faizi məbləğində beh ödəməlidir. Maddə 43. Hərracın baş tutmamış elan edilməsi. 43.4. İpoteka predmetinin ipoteka saxlayan tərəfindən alınması barədə bu Qanunun 43.3-cü maddəsində nəzərdə tutulmuş müqavilə baş tutmadıqda birinci hərracın keçirildiyi gündən bir 20 təqvim günündən gec olmayaraq təkrar hərrac keçirilir. 43.5. Təkrar hərrac bu Qanunun 42-ci maddəsində nəzərdə tutulmuş qaydada keçirilir. Hərracın təşkilatçısı ipoteka predmetini ilkin satış qiymət ilə, hərracın iştirakçısı olmadığına görə hərracın baş tutmadığı səbəbə görə isə ilkin satış qiymətindən 15 faiz aşağı qiymətlə hərraca çıxara bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hərracın keçirilməsi xərclərinin və hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini açıq hərracdan satan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7. Bu Qanunun 43.1.1-ci maddəsində nəzərdə tutulmuş hal istisna olmaqla, hərrac digər səbəblərə görə baş tutmamış elan edildikdə ipoteka saxlayan ipoteka predmetini təkrar hərracdakı satış qiymətindən 25 faiz az olmayan qiymətlə ala bilər, bu şərtlə ki, ipoteka predmetinin ən aşağı satış qiyməti ən azı hüquqlarının qeydiyyat növbəliliyinə görə ipoteka predmetini satın alan ipoteka saxlayandan üstün olan digər ipoteka saxlayanların tələblərinin ödənilməsi üçün kifayət qədər olsun. 43.7-1. Təkrar hərrac baş tutmamış elan edildikdə, ipoteka predmetinin ipoteka saxlayan tərəfindən əldə olunması barədə ipoteka saxlayan və hərracın təşkilatçısı 30 təqvim günü ərzində protokol imzalayırlar; bu protokol müqavilə qüvvəsinə malikdir. Maddə 44. Hərracın etibarsız sayılması. Bu Qanunla müəyyən edilmiş qaydaları pozmaqla keçirilən hərrac Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 416-cı maddəsində nəzərdə tutulmuş nəticələrə səbəb olur.
36. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.
Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 107. Məhkəmə xərclərinin tərkibi. Məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Maddə 119. Məhkəmə xərclərinin tərəflər arasında bölüşdürülməsi. 119.1. Məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Maddə 185. İşdə iştirak edən şəxslərin, nümayəndələrinin və vəkillərinin məhkəmə iclasına gəlməməsinin nəticələri. 185.5. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı. 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır. 217.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
Məhkəmənin mövqeyi.
37. İşin faktiki hallarından göründüyü kimi, Cavabdeh1 öz mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, ev 13, mənzil 8 ünvanında yerləşən mənzili İddiaçı ASC-dən götürdüyü kreditin təminatı olaraq Bank qarşısında ipoteka ilə yüklü etmiş, kredit müqaviləsi üzrə öhdəliklərini lazımınca icra etmədiyinə görə Bankın iddiası əsasında məhkəmə qətnaməsi ilə müqavilə üzrə ödənilməmiş borcun Cavabdeh1 tutulması və tutmanın ipoteka predmeti olan mənzilə yönəldilərək, mənzilin açıq hərracdan satılması qət edilmişdir.
38. Qətnamə üzrə verilmiş icra sənədinin icraya yönəldilməsindən sonra icra məmurunun sifarişi əsasında mənzilin “X1 Mərkəzi” MMC (hazırda“X2” MMC) tərəfindən hərraca çıxarılması təşkil edilmişdir. 05 may və 26 may 2021-ci il tarixlərinə təyin edilmiş hərrac və təkrar hərracların baş tutmamasından sonra mənzil ipoteka saxlayan İddiaçı ASC tərəfindən “İpoteka haqqında” Azərbaycan Respublikasının qanununun 43.7-ci maddəsində nəzərdə tutulmuş əsasla alınmışdır. Hazırda ipoteka qoyan Cavabdeh1 iddia edir ki, hərrac onu məlumatlandırmadan baş tutmuşdur və bu səbəbdən hərracın nəticələri etibarsız hesab edilməlidir.
39. İş materiallarına hərrac təşkilatçısı tərəfindən məhkəməyə təqdim edilmiş hərracın keçirilməsi ilə bağlı sənədlərin təsdiq edilmiş surətləri əlavə edilmişdir. Həmin sənədlərdən görünür ki, ipoteka predmeti olan mənzilin xx.xx.2021 və xx.xx.2021-ci il tarixlərdə hərraca çıxarılacağı barədə xx.xx.2021 və xx.xx.2021-ci il tarixli bildirişlər borclu X5 da ünvanlanmış, birinci məktubun göndərilməsinə dair qaimədə “qonşu” yazılaraq imza çəkilmiş, ikinci məktubun qaiməsinə isə “qapı bağlıdır” yazılmışdır. Hər iki qaimədə də ünvan kimi ipoteka predmeti olan mənzilin ünvanı qeyd edilmişdir. Cavabdeh1 hazırda rəsmi yaşayış ünvanı ünvan 10cın keçirildiyi vaxtkı rəsmi yaşayış ünvanı ipoteka predmetinin yerləşdiyi ünvan olan ünvan 11 ki, iş materiallarında olan Cavabdeh1 məxsus, xx.xx.2023-cü il tarixədək etibarlı olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Cavabdeh1 mənzil 8 ünvanında qeydiyyatda olmuşdur. Bundan əlavə, apellyasiya və kassasiya instansiyası məhkəmələrinin qərarları da Cavabdeh1 ünvanı kimi məhz həmin ünvana göndərilmiş, icra sənədində borclunun ünvanı kimi həmin ünvan göstərilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, hərrac təşkilatı tərəfindən hər iki bildiriş düzgün ünvana göndərilmişdir.
40. Bundan əlavə, iş materiallarından görünür ki, ipoteka predmeti olan mənzilin həm hərraca, həm də təkrar hərraca çıxarılmasına dair mediada (“Market” qəzetində) elan dərc edilmişdir. Bu zaman “İpoteka haqqında” Azərbaycan Respublikası qanununun 42-ci maddəsində nəzərdə tutulmuş hərracın keçirilmə qaydalarına riayət edilmişdir. Hərracın keçirilməsi ilə bağlı ikinci iddiaçı - ipoteka qoyan Cavabdeh1 yeganə etirazı ona bildiriş göndərilməməsi ilə bağlı olmuşdur ki, iş materiallarında olan sənədlər əsasında bu hal təsdiqini tapmamışdır.
41. Məhkəmə onu da qeyd etməyi zəruri hesab edir ki, ikinci iddiaçı Cavabdeh1 ipoteka qoyduğu mənzilə tutma yönəldilməsi və mənzilin açıq hərracdan satılmasına dair məhkəmə qətnaməsi xx.xx.2020-ci il tarixdə qüvvəyə minmiş, xx.xx.2020-ci il tarixdə icraya yönəldilmişdir. Mənzilin İddiaçı ASC tərəfindən alınmasına dair hərracın nəticələri haqqında protokol xx.xx.2021-ci il tarixdə qəbul edilmişdir. İpoteka qoyan Cavabdeh1 xx.xx.2023-cü il tarixdə həmin hərracın nəticələrini mübahisələndirmişdir.
42. Bununla bağlı qeyd edilməlidir ki, Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin Plenumunun “F.Cavadov və V. Aslanovun şikayəti ilə əlaqədar Azərbaycan Respublikası Ali Məhkəməsi Mulki işlər üzrə məhkəmə kollegiyasının 23 oktyabr 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair” xx.xx.2008-ci il tarixli qərarında Plenum, apellyasiya instansiyası məhkəməsi tərəfindən B.Rüstəmovun hərracın keçirilməsindən bir il iki aydan çox vaxt ötdükdən sonra qaldırdığı iddiası ilə əlaqədar çıxarılmış 09 iyul 2007-ci il tarixli qətnamədə MM-in 414.1-ci, 414.2-ci, 414.4-cü və 414.5-ci, 415.2-ci, 416.1-ci və 416.2-ci maddələrinə istinad edilməklə mənzilin hərracda satılması ilə bağlı keçirilmiş hər iki hərracın vaxtı, yeri, forması, keçirilmə qaydası barədə ən geci 30 gün qabaqcadan mülkiyyətçi kimi B.Rüstəmovun xəbərdar edilməməsi, ona yazılı bildirişlərin göndərilməməsi, hərracın onun iştirakı olmadan keçirilməsi qənaətinə gəlinməklə hərracın nəticələrinin etibarsız hesab edildiyini, apellyasiya instansiyası məhkəməsinin qətnamədə, həmçinin “Məhkəmə qərarlarının icrası haqqında” Azərbaycan Respublikası Qanununun 28, 45.1, 51.1-ci maddələrinin tələblərinin də pozulması qənaətinə gəldiyini, lakin borclunun icraya müxtəlif maneələr yaratması ucbatından 30 iyul 2001-ci il tarixli qətnamənin icrasının uzun müddət keçdikdən sonra yalnız 20 fevral 2004-cü il tarixdə baş tutmasına, keçən dövr ərzində nə firmanın, nə də borclunun öhdəliyin yerinə yetirilməsi üçün mövcud imkandan istifadə etməyə heç bir cəhd göstərməmələrinə dair işin müəyyən edilmiş hallarına əhəmiyyət vermədiyini qeyd etmiş, yekunda Apellyasiya Məhkəməsinin MİÜMK-sı tərəfindən mülki işə Konstitusiyanın 71-ci maddəsinin, MM-in 7.1, 7.2, həmçinin 01 noyabr 2005-ci il tarixədək qüvvədə olmuş 157.3-cü maddələrinin, MPM-in 9.1, 14.1 və 88-ci maddələrinin tələblərinin pozulması ilə baxıldığı, nəticədə ərizəçilərin Konstitusiyanın 60-cı maddəsində təsbit olunmuş məhkəmə müdafiəsi hüququnun pozulduğu qənaətinə gəlinmişdir.
43. Göründüyü kimi, Konstitusiya Məhkəməsi Plenumu hərracın nəticələrinin etibarsız hesab edilməsini yalnız borcluya bildirişin göndərilməməsi halından (hansı ki, hazırkı işdə belə bir hal müəyyən edilməmişdir) asılı etməmiş, bu cür mübahisələrə baxılarkən qətnamənin icraya yönəldilməsindən ipoteka predmetinin hərracdan satışınadək keçən uzun müddət ərzində borclunun icra sənədi üzrə öhdəliyini yerinə yetirmək üçün heç bir cəhd göstərməməsi halına da əhəmiyyət verilməli olduğu nəticəsinə gəlmişdir.
44. Hazırkı işdən görünür ki, mənzilin hərraca çıxarılmasına dair qanuni qüvvəsini almış məhkəmə qətnaməsi qəbul edildiyini, bu qətnamənin məcburi icraya yönəldilməli olduğunu bilən/bilməli olan (qətnaməni sonuncu instansiyaya qədər mübahisələndirən özü olmuşdur) Cavabdeh1 qətnamənin icraya yönəldilməsindən üç il keçdikdən sonra, yalnız iddiaçı Bank onun evdən çıxarılmasını tələb etdikdə hərracın nəticəsindən məlumatsız olduğunu iddia edərək, nəticəni mübahisələndirmişdir. Lakin o, bu qədər müddət ərzində icra sənədi üzrə ödəməli olduğu borcun ödənilməsi istiqamətində heç bir addım atmamışdır. Məhkəmə hesab edir ki, iddiaçının borclu kimi icra sənədinin icrasına münasibəti, onun aradan uzun müddət keçdikdən sonra hərracın nəticələrini mübahisələndirməsindəki əsas niyyətinin (icra sənədinin icrasını gecikdirmək, icraya süni maneə törətmək) müəyyən edilməsi baxımından əhəmiyyətlidir.
45. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə, ikinci iddia tələbi ilə mübahisələndirilən hərracın nəticəsinin etibarsızlığı üçün heç bir əsas olmadığı, bununla da ikinci iddianın təmin edilməməli olduğu nəticəsinə gəlir.
46. Birinci iddia tələbinə münasibətdə məhkəmə qeyd edir ki, İddiaçı ASC-nin ünvan 12 ünvanında yerləşən mənzil üzərində mülkiyyət hüququ qeydiyyata alınmışdır. Bank bu əmlak üzərində mülkiyyət hüququnu ikinci iddiaçının mübahisələndirdiyi hərracın nəticəsində əldə etmişdir. Məhkəmə, artıq bu hərracın nəticələrini etibarlı olduğu nəticəsinə gəldiyindən hesab edir ki, birinci iddianın təmin edilməməsi üçün heç bir əsas yoxdur. Belə ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 157.2-ci maddəsinə əsasən mülkiyyətçi özgəsinin qanunsuz sahibliyindən öz əmlakını geri tələb edə bilər. Odur ki, birinci iddia əsaslı olduğundan təmin edilməlidir.
Məhkəmə xərcləri.
47. Birinci iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən birinci iddia üzrə iddiaçı tərəfindən 100 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Eyni qaydada, ikinci iddia ərizəsi ilə məhkəməyə müraciət edilərkən də 100 manat məbləğində rüsum ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edildiyindən birinci iddia tələbi üzrə ödənilmiş dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməli, ikinci iddia üzrə ödənilmiş dövlət rüsumu ikinci iddiaçıya aid edilməlidir.
Məhkəmənin gəldiyi nəticə.
48. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, birinci iddia təmin edilməli, Cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılmalı, mənzil boşaldılaraq İddiaçı ASC-yə təhvil verilməli, ödənilmiş 100 manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı ASC-yə ödənilməli, ikinci iddia təmin edilməməli, ikinci iddia üzrə ödənilmiş dövlət rüsumu ikinci iddiaçıya aid edilməlidir.
49. Yuxarıda göstərilənlərə əsasən və MPM-in 214, 216-220, 238-253, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə
QƏT ETDİ:
Birinci iddia təmin edilsin. Cavabdeh1 ünvan 2 ünvanında yerləşən mənzildən çıxarılsın, mənzil boşaldılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə təhvil verilsin. Ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu Cavabdeh1 tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İkinci iddia təmin edilməsin. Ödənilmiş dövlət rüsumu ikinci iddia üzrə iddiaçıya aid edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.
Sədrlik edən Səlimə Miriyeva