Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5416/2023 24.11.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Fəridə İslam qızınınsədrliyi ilə, İddiaçı Cavabdehqarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair məhkəməyə daxil olmuş iddia ərizəsinin məhkəmə icraatına götürülməsinin mümkünlüyünə baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi
1. İddiaçı Cavabdehqarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
Tətbiq edilən hüquq
Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi
Maddə 149. İddia ərizəsinin forması və məzmunu 149.2. Ərizədə aşağıdakılar göstərilməlidir: 149.2.3. iddianın predmeti və qiyməti, iddiaçının və ya ərizəçinin tələbləri, onların öz tələblərinin əsası kimi istinad etdiyi fakt və hallar və onları təsdiq edən sübutların siyahısı, iddia bir neçə cavabdehə verildikdə isə onların hər birinə qarşı yönələn tələb.
Maddə 151. İddia ərizəsinin mümkünlüyü 151.1. İddia ərizəsi bu Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür.
Maddə 152. İddia ərizəsinin qaytarılması 152.1. Hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır: 152.1.7. bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirildikdə. 152.2. İddia ərizəsinin qaytarılması haqqında hakim qərardad çıxarır. 152.3. İddia ərizəsinin qaytarılması haqqında qərardaddan şikayət verilə bilər.
Maddə 114. Dövlət rüsumunun qaytarılması 114.1. Ödənilmiş dövlət rüsumu aşağıdakı hallarda qaytarılır: 114.1.3. bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa. 114.2. Bu Məcəllənin 114.1.1-ci maddəsində nəzərdə tutulmuş hallarda dövlət rüsumunun artıq ödənilmiş hissəsi geri qaytarılır. Dövlət rüsumu Azərbaycan Respublikasının qanunları ilə nəzərdə tutulmuş digər hallarda da geri qaytarılır. Məhkəmə dövlət rüsumunun qaytarılması məsələsi barədə qərardad çıxarır, qərardadda dövlət rüsumunun tam və ya qismən qaytarılmasının əsasları göstərilir.
Məhkəmənin mövqeyi
2. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, iddia ərizəsi ona əlavə edilmiş sənədlərlə birlikdə geri qaytarılmalıdır.
3. Belə ki, iddiaçının məhkəməyə ünvanladığı iddia ərizəsində göstərilən tələb iki hissədən ibarət olmaqla, iddiaçı X1 Sabunçu rayonu, Ramana qəsəbəsi, Bünyadzadə küçəsində tikilən fərdi yaşayış evinə köçürülməsindən və Bakı şəhəri Suraxanı rayonu, Hövsan qəsəbəsi, O.Şabanov küçəsində yerləşən mənzildə istifadə hüququnun tanınması barədə qətnamə qəbul edilməsindən ibarətdir. İddia tələbindən də aydın şəkildə görünür ki, iddia ərizəsi qeyri-müəyyən olmaqla bir biri ilə əlaqəsi olmayan iki tələbdən ibarətdir. Belə ki, iddia tələbindən iddiaçının konkret olaraq, hansı evə köçürülməsini və ya hansı mənzildən istifadə hüququnun tanınmasını xahiş etdiyi aydın deyil. Həmçinin məhkəmə qeyd etməyi zəruri hesab edir ki, daşınmaz əmlakla bağlı tələblər müstəsna aidiyyat qaydalarına uyğun olaraq daşınmaz əmlakın olduğu yerin məhkəməsi tərəfindən baxılmalıdır. İddia ərizəsində qeyd olunan tələblərdən biri Sabunçu rayonu ərazisində yerləşən daşınmaz əmlakla bağlı olduğu üçün Suraxanı Rayon Məhkəməsi tərəfindən icraata qəbul edilə və baxıla bilməz. Bundan əlavə iddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı iddia ərizəsində qeyd olunmamışdır. Belə olan halda məhkəmə Mülki- Prosessual Məcəllənin tələblərinə uyğun olaraq, iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır.
4. Qeyd edilən qanunvericilik normalarına əsasən məhkəmə hesab edir ki, iddia tələbi bir və ya bir neçə cavabdehə bir-biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilməklə verildiyindən, iddiaçı tərəfindən öz tələblərinin əsası kimi istinad etdiyi fakt və halları təsdiq edən sübutların siyahısı iddia ərizəsində qeyd olunmadığından iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.
Məhkəmənin gəldiyi nəticə
5. Beləliklə, qeyd edilən prosessual normalara əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdehqarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi bir biri ilə əlaqədar olmayan bir neçə tələb birləşdirilməklə verildiyindən, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır.
6. İddiaçı iddia ərizəsi ilə Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 50 manat məbləğində dövlət rüsumu İddiaçı tam qaytarılmalıdır. Qeyd olunanları nəzərə alaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq məhkəmə,
qərara aldı :
İddiaçı Cavabdehqarşı “mənzilə köçürülmə və istifadə hüququnun tanınması” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçı iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edilməsi üçün ödədiyi 50 (əlli) manat məbləğində dövlət rüsumu İddiaçı tam qaytarılsın. İddiaçı izah olunsun ki, iddia ərizəsinin qaytarılmasına səbəb olmuş nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət edə bilər. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər.
Hakim: Fəridə Rzayeva