Məhkəmə qərarları › İş №2(010)-544/2023

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-544/2023

27.03.2023 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-544/2023 27.03.2023 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi, Ərizəçinin nümayəndəsi (vəkili) Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “atalığın etiraf olunması faktının müəyyən edilməsi”nə dair ərizəsi üzrə mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi. *. Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “atalığın etiraf olunması faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən 20.08.202*-ci ildə vəfat etmiş X5 xx.xx.2009-cu ildə anadan olmuş X7 atalığın etiraf edilməsi faktının müəyyən edilməsi, X7 doğum haqqında akt qeydində dəyişiklik edilərək doğum akt qeydində uşağın adı “Seyhan”, soyadı “Qulusoy”, ata adı “Rəşad”, doğum tarixi “xx.xx.2009-cu il”, doğum yeri “Bakı şəhəri”, milliyyəti “azərbaycanlı”, ata qrafasında ata adı “X*5”, miliyyəti “azərbaycanlı”, ana qrafasında “Ərizəçi”, milliyyəti “azərbaycanlı” yazılması, bu barədə qeydiyyatın aparılması və müvafiq doğum haqqında şəhadətnamənin verilməsinin Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə həvalə edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizənin dəqiqlədirilməsi.

2. Ərizəçi məhkəməyə ərizə ilə müraciət edərək məhkəmədən 20.08.202*-ci ildə vəfat etmiş X6 xx.xx.2009-cu ildə anadan olmuş X8 atası olmasını etiraf etməsi faktının müəyyən edilməsi, X8 doğum haqqında akt qeydində dəyişiklik edilərək doğum akt qeydində uşağın ata qrafasında ata adı “X*6” yazılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

Ərizənin əsaslandırılması.

3. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki: “Mən Əliyeva X*2 Rəşad Rəşid oğlu ilə 2008-ci ildən qeyri-rəsmi nikahda olmaqla bir ailə kimi yaşamışıq. Birgə nikahdan xx.xx.2009-cu il təvəllüdlü X*8 anadan olmuşdur. Bu barədə Bakı şəhəri Suraxanı Rayon Qeydiyyat Şöbəsi tərəfindən AZ-İİ 433276 saylı, 24.04.20*0-cu il tarixli doğum haqqında şəhadətnamə verilmişdir. X*5 **.06.202*-ci il tarixdə vəfat etmişdlr. Bu barədə 2 saylı Bakı “ASAN xidmət” Mərkəzi tərəfindən 20.08.202*-ci il tarixdə ölüm haqqında şəhadətnamə verilmişdir. Obyektiv səbəbdən xx.xx.2009-cu il təvəllüdlü X7 atalığın tanınması problemi həll olunmadı. Doğum haqqında şəhadətnamədə ata adı mənim sözlərimlə “Rəşad” kimi qeyd olumuş, soyadı isə “Əlili” kimi qeyd edilmişdir. Hal-hazırda bu hal bəzi problemlər yaradır. Bu problemlərin həll olunması üçün mən Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə müracət etdim. Suraxanı rayon Qeydiyyat Şöbəsinin *5.**.2022-ci il tarixli, **23- 05/75 saylı cavab məktubunda mənim xahişimdən imtina edildiyi bildirilir və məhkəməyə müraciət etmək tövsiyə olunur”.

Tərəflərin izahatları.

4. Məhkəmənin hazırlıq iclasında iştirak etmiş Ərizəçi ərizəni müdafiə edərək bildirmişdir ki, X*5 ilə 2009-cu ildən faktiki nikaha daxil olmuş, onun ölüm gününədək birlikdə yaşamışlar. Rəşad dindar olduğu üçün həmişə ailəsinə qarşı çox hörmətlə davranmışdır. Lakin dini etiqadına görə şəkil çəkdirməyi və ya videoya çəkilməyi qəbul etməmişdir. Uşaq anadan olandan sonra onunla birlikdə Qeydiyyat Şöbəsinə gedərək doğum haqqında şəhadətnamə almağı da eyni səbəbdən istəməmişdir. İndi artıq uşaq böyüyüb və atasının soyadını daşımaq istəyir. Bu səbəbdən hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir.

5. Məhkəmə iclasında ərizəçinin nümayəndəsi (vəkili) Vəkil ərizəni müdafiə edərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi.

6. Maraqlı şəxs məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılsa da, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

İş materialları.

7. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən 27.04.20*0-cu il tarixdə verilmiş, AZ-İİ seriyalı, 433276 nömrəli doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X*9 (atası X20, anası Ərizəçi) xx.xx.2009-cu ildə Bakı şəhərində doğulmuş, bu barədə doğum haqqında akt qeydləri kitabında 27.04.20*0-cu il tarixdə 979 nömrə ilə qeyd edilmişdir.

8. 2 saylı Bakı “ASAN xidmət” Mərkəzi tərəfindən 20.08.202*-ci il tarixdə verilmiş AZ- İİ *99542 saylı ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X*5 **.06.202*-ci il tarixdə “Beyin arteriya.nın emb.nəticəsində yaranan beyin infarktı” səbəbindən ölmüş, bu barədə ölüm haqqında akt qeydləri kitabında 20.08.202*-ci il tarixdə 637 nömrə ilə qeyd edilmişdir.

9. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən Ərizəçi ünvanlanmış *5.**.2022-ci il tarixli, **23-05/75 nömrəli məktubdan görünür ki, X*5 vəfat etdiyindən, atalığın tanınması üçün valideynlərin birgə ərizəsi olmadığından atalığın müəyyən edilməsi barədə müraciətin təmin edilməsindən imtina edilmiş, məhkəməyə müraciət etmək tövsiyə edilmişdir.

Şahid ifadələri.

*0. Məhkəmə iclasında şahid qismində dindirilmiş X3 ifadəsində bildirdi ki, Ərizəçi onun mərhum qardaşı X5 arvadı olmuşdur. Onların nə vaxt ailə qurduqlarını dəqiq bilməsə də, onu bilir ki, aralarında rəsmi nikah olmamış, dini nikahla birlikdə yaşamışlar. Qardaşı Rəşadla aralarında həmişə “pərdə” olmuşdur. Bu səbəbdən onların bir uşaqlarının olduğunu qardaşı rəhmətə gedəndən sonra bilmişdir. Lakin təəssüf edir ki, qardaşının sağ vaxtında onun oğlu olduğunu bilməmişdir. Əgər bilsə idi qardaşını rəsmi nikah bağlamağa, uşağa sənəd almağa məcbur edərdi. Buna görə çox təəssüf edir. İndi uşaq səkkizinci sinifdə oxuyur, onunla tez-tez görüşür. **. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 ifadəsində bildirdi ki, Ərizəçi onun mərhum qardaşı X5 arvadı olmuşdur. Onlar dini nikahla ailə qurmuşlar və bu nikahdan 2009-cu ilin sentyabr ayında Seyhan adlı bir uşaqları doğulmuşdur. Həmin uşaqla tez-tez görüşür. Uşaq hazırda 8-ci sinifdə oxuyur. Qardaşının daha əvvəl başqa evliliyi və başqa uşağı olmamışdır.

Uşağın fikri.

*2. Məhkəmə iclasında təhsil aldığı S.Abdullayev adına 290 №-li tam orta məktəbin nümayəndəsinin iştirakı ilə fikri dinlənilən xx.xx.2009-cu il təvəllüdlü X*9 bildirdi ki, anası Ərizəçi, atası isə X9r. Atası 202*-ci ildə rəhmətə gedənə qədər birlikdə yaşamışlar. Atası dini inancına görə heç vaxt şəkil çəkdirməmiş, video görüntüsü olmamışdır. Hazırda atasının soyadını daşımaq istəyir və bunu anasına bildirmişdir. Anası da məhkəməyə müracət etmişdir.

İşin faktiki halları.

*3. Ərizəçi xx.xx.2009-cu il təvəllüdlü X8 anasıdır. Uşağın doğum haqqında şəhadətnaməsində atası kimi X*0 adı yazılmışdır. *4. Hazırkı ərizə ilə məhkəməyə müraciət edən ərizəçi bildirir ki, xx.xx.2009-cu il təvəllüdlü oğlu Seyhanın atası X**r. Lakin uşağın atası ilə rəsmi nikahda olmadığından və həmin şəxs **.06.202*-ci il tarixdə öldüyündən X6 xx.xx.2009-cu il təvəllüdlü X8 atası olmasını etiraf etməsi faktının müəyyən edilməsini xahiş etmişdir. *5. Məhkəmə iclasında dinlənilən və mərhum Rəşad Quluyevin qardaşı olan şahidlər, eləcə də xx.xx.2009-cu il təvəllüdlü X*9 ərizədə qeyd edilənləri təsdiq etmişdir.

Tətbiq edilən hüquq.

*6. Azərbaycan Respublikasının Ailə Məcəlləsi.

Maddə 45. Məhkəmə qaydasında atalığın və atalığın tanınması faktının müəyyən olunması. 45.*. Uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və valideynlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, atalıq uşağın valideynlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsi ilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. 45.2. Uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Maddə 46. Doğum haqqında şəhadətnamədə uşağın valideynləri haqqında qeyd. 46.2. Valideynlər öz aralarında nikahda olmadıqda uşağın anası haqqında qeyd ananın ərizəsi, atası haqqında qeyd isə uşağın atasının və anasının birgə ərizəsi və ya atanın ərizəsi əsasında, habelə məhkəmənin qərarı əsasında aparılır. 46.3. Uşaq nikahı olmayan anadan olduqda və atalığın müəyyən olunması barədə valideynlərin birgə ərizəsi və ya məhkəmənin qətnaməsi olmadıqda, doğum haqqında şəhadətnamədə uşağın atasının soyadının əvəzinə ananın soyadı yazılır. Uşağın atasının və babasının adı uşağın anasının göstərişi üzrə yazılır. Maddə 52. Uşağın öz fikrini bildirmək hüququ. Uşaq ailədə onun maraqlarına toxunan istənilən məsələnin həlli zamanı öz fikrini bildirmək, habelə məhkəmə istintaqı və inzibati araşdırmaların gedişində dinlənilmək hüququna malikdir. Onun maraqlarına zidd olan hallar istisna olunmaqla, *0 yaşına çatmış uşağın fikri mütləq nəzərə alınmalıdır. Bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda məhkəmə və ya qəyyumluq və himayə orqanı yalnız *0 yaşına çatmış uşağın razılığı ilə qərar qəbul edə, habelə qərar qəbul edərkən 7 yaşına çatmış uşağın fikrini öyrənə və nəzərə ala bilər.

*7. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi.

Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə *92. İşdə iştirak edən şəxslərin izahatları. *92.3. Uşaqların hüquq və mənafeləri ilə bağlı mübahisələrin həlli zamanı mübahisə ilə mənafelərinə toxunulan uşaqların fikrinin öyrənilməsi uşağın təhsil aldığı müəssisənin nümayəndəsinin iştirakı ilə aparılır. Zəruri halda həmin iclasda uşağın valideynləri, övladlığa götürənlər, qəyyum və ya himayəçi də iştirak edə bilər. Göstərilən şəxslər sədrlik edənin icazəsi ilə uşağa suallar verə bilərlər. Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.*. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. 307.2. Məhkəmə aşağıdakıların müəyyən edilməsi barədə işlərə baxır: 307.2.*0. atalığın etiraf olunması faktının. Maddə 308. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi üçün zəruri olan şərtlər. Məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Maddə 3**. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır.

*8. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 nömrəli qərarı.

**. Azərbaycan Respublikası MPM-nin 307.2.*0-cu maddəsində nəzərdə tutulan faktın - yəni atalığın etiraf olunması faktının xüsusi icraat qaydasında məhkəmə tərəfindən müəyyən edilməsi zamanı Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.2-ci maddəsinin tələbləri nəzərə alınmalıdır. Bu normaya əsasən uşağın anası ilə nikaha daxil olmayan, lakin özünü uşağın atası hesab edən şəxs öldükdə, atalığın tanınması faktı Azərbaycan Respublikasının mülki-prosessual qanunvericiliyinə uyğun olaraq məhkəmə qaydasında müəyyən oluna bilər. Yəni atalığı etiraf etmə (atalığın tanınması) faktının müəyyən olunması üçün 3 şərt mövcud olmalıdır: *. Özünü uşağın atası hesab edən şəxs uşağın anası ilə nikahda olmamalıdır; 2. Həmin şəxs özünü uşağın atası hesab etməlidir; 3. Özünü uşağın atası hesab edən şəxs ölmüş olmalıdır. **.3. Ölən şəxsin özünü uşağın atası hesab etməsini təsdiq edən sübutlara şahid ifadələri, yazılı və maddi sübutlar, həmin şəxsin uşağın anası ilə bir evdə yaşaması, uşağın tərbiyəsində iştirak etməsi, yazılı məktubları, həmçinin uşağın bağçaya, məktəbə qəbul edilməsinə dair məktəb rəhbərliyinin adına yazdığı ərizələr və sair ola bilər.

*9. “Məhkəmə qətnaməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun qərarı 24 noyabr 2005-ci il tarixli, 4 nömrəli qərarı. 6.9. Məhkəmə qətnaməsinin nəticə hissəsində ümumi müddəalarla yanaşı ayrı-ayrı kateqoriyalı işlər üzrə xüsusi müddəalar da əks olunmalıdır. Məsələn: şərəf və ləyaqətin müdafiəsi ilə əlaqədar işlər üzrə məhkəmə qətnaməsində vətəndaşların şərəf və ləyaqətini ləkələyən və həqiqətə uyğun olmayan məlumatların təkzib edilmə üsulu; sağlamlığa vurulmuş ziyanın ödənilməsi barədə işlər üzrə qətnamədə tutulmalı ziyanın dəqiq miqdarı, ödəniş məbləğləri; əmlakın həbsdən azad edilməsi barədə iddia təmin edildikdə qətnamədə hansı əmlakın iddiaçıya məxsus olması və həbsdən azad edilməsi; atalığın etirafı faktının müəyyən edilməsi işləri üzrə atalığın müəyyən edilməsi barədə aktın VVADQ orqanlarında qeydiyyatı üçün zəruri olan məlumatlar (soyad, ad, ata-ana adı, doğulduğu gün, ay, il və yer, daimi yaşayış yeri) göstərilməlidir.

Məhkəmənin mövqeyi.

20. Məkəmə hesab edir ki, məhkəmə araşdırması gedişində izahatı dinlənilmiş şahidlərin ifadələri, eləcə də xx.xx.2009-cu il təvəllüdlü X8 izahatı əsasında **.06.202*-ci il tarixdə vəfat etmiş X6 xx.xx.2009-cu il təvəllüdlü X8 atası olmasını etiraf etməsi müəyyən edilir. 2*. Belə ki, məhkəmə iclasında ifadəsi dinlənilən hər iki şahid mərhum Rəşad Quluyevin qardaşı olduğuna görə onların ifadələri iş üzrə mötəbər sübut kimi qəbul edilməlidir. Xüsusən ona görə ki, mərhum qardaşlarının uşağının olması ilə bağlı verdikləri ifadə ilk növbədə onların mənafeyinə uyğun deyil (vərəsəliklə əlaqədar). Digər tərəfdən atası başqa şəxs olan uşağı mərhum qardaşlarının uşağı kimi təqdim etmələrinin ağlabatan məntiqi izahı yoxdur.

22. Məhkəməyə mərhumun uşaqla birlikdə çəkilmiş fotoşəkli və video görüntüsünün olduğu maddi sübutların təqdim edilməməsi ilə bağlı həm ərizəçi, həm mərhumun qardaşı olan şahidlər, həm də məhkəmə iclasında dinlənilən uşaq bildirmişdir ki, mərhum Rəşad Quliyev dini inancı səbəbindən foto-video çəkilişlərdə olmamışdır.

23. Belə olan halda məhkəmə yalnız məhkəməyə təqdim edilən sübutlar əsasında **.06.202*-ci il tarixdə vəfat etmiş X6 xx.xx.2009-cu il təvəllüdlü X8 atası olmasını etiraf etməsi nəticəsinə gəlir.

Məhkəmənin gəldiyi nəticə.

24. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, **.06.202*-ci il tarixdə vəfat etmiş X6 xx.xx.2009-cu il təvəllüdlü X8 atası olmasını etiraf etməsi faktı müəyyən edilməli, doğum haqqında akt qeydində uşağın ata adı X2 qeyd edilməlidir.

25. Şərh olunanlara əsasən və MPM-in 2*4, 2*6-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə

QƏT ETDİ:

Ərizə təmin edilsin. **.06.202*-ci il tarixdə vəfat etmiş X6 xx.xx.2009-cu il təvəllüdlü X8 atası olmasını etiraf etməsi faktı müəyyən edilməklə uşağın doğum haqqında akt qeydində ata adı X2 qeyd edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar