Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5449/2021 08.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X2 iclas katibliyi, İddiaçının nümayəndəsi X1 iştirakı ilə, İddiаçı İddiaçı İstehsalat-Kommersiya Firmasının Cavabdeh qarşı “pul” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı İstehsalat-Kommersiya Firması Cavabdeh qarşı “pul” tələbinə dаir iddiа ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə mürаciət edərək məhkəmədən Cavabdeh İddiaçı İstehsalat-Kommersiya Firmasının xeyrinə dəymiş ziyana görə 31500 manat, “Volvo S9101” markalı yük maşını və qoşqusuna görə 80000 manat və ödənilən 30 manat dövlət rüsumunun tutulması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı İstehsalat-Kommersiya Firması ilə Cavabdeh arasında 01.07.2019-cu il tarixində əmək müqaviləsi bağlanmışdır. Aylıq əmək haqqı 400 manat olmaqla sürücü vəzifəsinə təyin olunmuşdur. 24.06.2019-cu il tarixində isə İddiaçı İKF-nin direktoru X3 ilə Cavabdeh arasında 29/19 saylı kontrakt (müqavilə) bağlanmışdır. Müqavilənin şərtlərinə görə Cavabdeh təhvil aldığı “Volvo S9101” markalı, ** JM *** dövlət qeydiyyat nişanlı yük maşını ilə daxili və beynəlxalq yük daşımaları ilə məşğul olmalı idi. Cavabdeh idarə etdiyi “Volvo S9101” markalı, ** JM *** dövlət qeydiyyat nişanlı avtonəqliyyat vasitəsi ilə Rusiya Federasiyasının Aleksandrovski rayonun ərazisində Moskva-Yaraslav 103 kilometrində yol hərəkəti qanununun tələblərini pozaraq qəza törətmiş, nəticədə iki rus vətəndaşı həlak olmuş, bir nəfər isə ağır xəsarət almışdır. Hadisə ilə RF Cinayət Məcəlləsinin 264-cü maddəsinin 5-ci bəndinə görə cinayət işi başlanılmış, istintaq dövründə Cavabdeh ölkəni tərk etməmək haqqında iltizam alınmış, lakin Cavabdeh ölkəni tərk etmiş, istintaqdan yayınaraq Bakıya gəlmişdir. Cavabdehla söhbətləri zamanı o, tezliklə Rusiyaya qayıdacağını, ona təhvil verilən İddiaçı İKF-yə məxsus avtomobili şirkətə qaytaracağını bildirmişdir. Sonradan Cavabdeh istintaqın tezliklə başa çatacağını bəhanə edərək vaxt istəməsi də bir nəticə verməmişdir. Təkrar olaraq şirkətə dəvət olunmuş və ona şirkətə dəymiş ziyanın və avtonəqliyyat vasitəsinin təhvil verilməsi tələb olunmuşdur. Cavabdeh 29/19 saylı, 24 iyul 2019-cu il tarixli kontraktın 2.2.1, 2.2.6, 2.2.9, 2.2.10 bəndlərinin tələbini pozmuşdur. “Volvo S9101” markalı yük maşının və qoşqusunun bu günkü bazar qiyməti 70-80 min manatdır. Bu yük maşının verdiyi aylıq gəlir 1500 manat təşkil etdiyindən hadisə törədildiyi vaxtdan bu günə qədər şirkətə 31500 manat ziyan vurulmuşdur. Dəymiş ziyanla bağlı Cavabdeh şirkətə dəvət olunmuş və məlumatlandırılmışdır. O, tezliklə borcu ödəyəcəyinə söz versə də artıq onlarla əlaqə saxlamaqdan yayınır. Məhkəmə iclasında iddiaçının nümayəndəsi X4 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmiş Cavabdeh məhkəməyə ərizə ilə müraciət edərək iddianı qəbul etdiyini və təmin edilməsinə heç bir etiraz etmədiyini bildirib işə onun iştirakı olmadan baxılmasını xahiş etmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb və iddia tələbinə hüquqi qiymət verib belə hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: İddiaçı İstehsalat-Kommersiya Firması tərəfindən verilmiş 01.07.2019-cu il tarixli, 15/19 K.Ş nömrəli əmrdən görünür ki, Cavabdeh 01.07.2019-cu il tarixindən İddiaçı İKF-də ştat cədvəlinə uyğun olaraq sürücü vəzifəsinə təyin edilmiş, aralarında əmək müqaviləsi bağlanmışdır. Əmək müqaviləsinin bağlanılması ilə bağlı əmək müqaviləsi bildirişdən görünür ki, İddiaçı İstehsalat-Kommersiya Firması ilə Cavabdeh arasında 01.07.2019-cu il tarixində müddətli əmək müqaviləsi bağlanılmışdır. İddiaçı İstehsalat-Kommersiya Firması tərəfindən Cavabdeh ünvanlanmış pretenziyadan görünür ki, vurulmuş zərərin ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi barədə xəbərdarlıq edilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Cavabdeh İddiaçı İstehsalat-Kommersiya Firmasında əmək müqaviləsi əsasında sürücü işləmişdir. O, iddiaçıya məxsus yük maşını ilə Rusiya Federasiyası ərazisində olarkən yol nəqliyyat hadisəsi baş vermiş, hadisə ilə bağlı cinayət işi açılmış, bundan sonra iddiaçıya məxsus yük maşını Rusiya Federasiyası ərazisində qalmışdır. Hazırda İddiaçı İstehsalat- Kommersiya Firması cavabdehdən həm yol nəqliyyat hadisəsinə görə yük maşınına dəyən ziyanı (80000 manat), həm də yük maşınından mərhum olduğuna görə əldən çıxmış faydanı (31500 manat) tələb edir. Cavabdeh isə iddianı qəbul edərək təmin edilməsinə heç bir etirazı olmadığını bildirmişdir. Belə olan halda məhkəmə hesab edir ki, cavabdehin iddiaya etiraz etmədiyini bildirməsi və bununla bağlı məhkəməyə ərizə verməsi iddianın etirafı kimi qiymətləndirilməli və iddia etiraf olunan hissədə, yəni tam təmin edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 52.2-ci maddəsinə əsasən, cavabdeh bu barədə yazılı ərizə verilməklə və ya protokolda qeyd edilməklə ona qarşı verilən iddianı tam və ya qismən etiraf etmək hüququna malikdir. 52.5-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddianın cavabdeh tərəfindən etiraf edilməsi və tərəflərin barışıq sazişi qanuna zidd olarsa və ya hər hansı bir şəxsin hüquqlarını və qanunla qorunan mənafeyini pozarsa, məhkəmə belə hərəkətləri qəbul etmir. Belə hallarda məhkəmə mübahisəyə mahiyyəti üzrə baxır. 191.1-ci maddəsinə əsasən, iddiaçının iddiadan imtina etməsi, iddia tələbinin dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi şərtləri məhkəmə iclasının protokoluna yazılır və protokolu müvafiq surətdə iddiaçı, cavabdeh və ya hər iki tərəf imzalayır. İddiadan imtina etmə, iddianın dəyişdirilməsi, cavabdehin iddianı etiraf etməsi və ya tərəflərin barışıq sazişi, bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. 191.3-cü maddəsinə əsasən, cavabdeh tərəfindən iddia etiraf edildikdə və bu, məhkəmə tərəfindən təsdiq edildikdə, məhkəmə iddiaçının irəli sürdüyü tələblərin təmin olunması barədə qətnamə çıxarır. Məhkəmə hesab edir ki, cavabdehin iddianı etiraf etməsi qanuna zidd deyildir və hər hansı şəxsin hüquqlarını və qanunla qorunan mənafelərini pozmur. Ona görə də etiraf qəbul edilməli və iddia tələbi təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 76-cı maddəsində təsbit edilmiş sübutetmə vasitələrinin köməyi ilə müəyyənləşdirir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. 80-ci maddəsinə əsasən, məhkəmə işin gedişində təqdim olunmuş ancaq o sübutları qəbul edir və nəzərə alır ki, onlar işdə tərəflərin tələblərini müəyyən edən faktlarla və hallarla əlaqədardır. 81-ci maddəsinə əsasən, qanuna və ya digər normativ hüquqi aktlara əsasən müəyyən sübutetmə vasitələri ilə təsdiq edilməli olan işin halları başqa sübutlarla təsdiq oluna bilməz. 220.4-cü maddəsinə əsasən, qətnamənin əsaslandırıcı hissəsində işin məhkəmə tərəfindən müəyyən edilən halları, işin halları barədə məhkəmənin əsaslandırıldığı sübutlar və məhkəmənin bu və ya digər sübutları və iclasda iştirak edən şəxslərin istinad etdiyi qanun və hüquqi aktları rədd etmək üçün gətirdiyi dəlillər, habelə məhkəmənin qətnamə çıxararkən rəhbər tutduğu qanunlar və normativ hüquqi aktlar göstərilməlidir. Cavabdeh tərəfindən iddia tələbi etiraf edildikdə qətnamənin əsaslandırıcı hissəsində yalnız iddianın etiraf edilməsi və onun məhkəmə tərəfindən qəbul edilməsi göstərilə bilər. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən, məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh 111500 (yüz on bir min beş yüz) manat məbləğində pul tutularaq İddiaçı İstehsalat-Kommersiya Firmasının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. "Dövlət rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.1.2-ci maddəsinə əsasən məhkəməyə verilən iddialar üzrə iddia qiyməti 500 manatdan çox olduqda 30 manat dövlət rüsumu ödənilməlidir. İşdən görünür ki, iddiaçı tərəfindən məhkəməyə iddia ərizəsi ilə müraciət edilərkən 30 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən ödənilmiş 30 manat məbləğində dövlət rüsumu Cavabdeh tutularaq İddiaçı İstehsalat-Kommersiya Firmasının xeyrinə ödənilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiа təmin edilsin. Cavabdeh “Volvo S9101” markalı, ** JM *** dövlət qeydiyyat nişanlı yük maşını və “Krone 0747” markalı, ** ZF *** dövlət qeydiyyat nişanlı yarımqoşquya dəymiş ziyana görə 80000 (səksən min) manat, əldən çıxmış faydaya görə 31500 (otuz bir min beş yüz) manat olmaqla, cəmi 111500 (yüz on bir min beş yüz) manat məbləğində pul və 30 (otuz) manat məbləğində dövlət rüsumu tutularaq İddiaçı İstehsalat-Kommersiya Firmasının xeyrinə ödənilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-5449/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5449/2021
08.10.2021 · Əmək mübahisələri - Əmək münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver