Məhkəmə qərarları › İş №2(010)-5451/2020

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5451/2020

24.11.2020 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5451/2020 24.11.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ İddiaçı Cavabdeh qarşı “pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddia ərizəsi və ona əlavə edilmiş sənədlərə baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Cavabdeh qarşı “pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddia ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh və onun oğlu X1 Bakı şəhəri, Suraxanı rayonu, Yeni Suraxanı qəsəbəsi, M.Əsədulla küçəsi, 8 saylı fərdi yaşayış ünvanının 1/2 hissəsindən pasport qeydiyyatından çıxarılmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, hazırkı iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından ərizənin qəbulundan imtina edilməlidir. Belə ki, iddia tələbindən görünür ki, İddiaçı qız Cavabdeh qeydiyyatda olduğu ünvanda qeydiyyatdan çıxarılmasını xahiş edir. Məhkəmə iddiaçının diqqətinə çatdırır ki, Azərbaycan Respublikası vətəndaşlarının yaşayış yeri və olduğu yer üzrə qeydiyyatı və bu məsələlərə dair mərkəzləşmiş uçot işini həyata keçirən orqan Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsidir. Məhkəmənin isə vətəndaşı qeydiyyatdan çıxartmaq səlahiyyəti yoxdur. Yalnız inzibati məhkəmələr inzibati orqanın üzərinə vətəndaşın qeydiyyatdan çıxarılması ilə bağlı öhdəlik qoya bilər ki, bu da yalnız o halda baş verir ki, vətəndaş əvvəlcə bu barədə inzibati orqana müraciət etmiş olsun və inzibatı orqan bu müraciətdən imtina etmiş olsun. Yəni hazırkı iş üzrə İddiaçı cavabdehin qeydiyyatdan çıxarılması ilə bağlı ilk növbədə yuxarıda qeyd edilmiş inzibati orqana müraciət etməlidir. Bu müraciətdən inzibati orqan tərəfindən imtina edildikdə, inzibati məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra MPM): 153.2-ci maddəsinə əsasən, ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə hakim iddia ərizəsini qəbul etməkdən imtina edir. 153.3-cü maddəsinə əsasən, Hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. 153.4-cü maddəsinə əsasən ərizəni qəbul etməkdən imtina haqqında qərardad ərizəyə əlavə olunmuş bütün sənədlərlə birlikdə ərizəçiyə rəsmi qaydada verilməlidir. 153.5-ci maddəsinə əsasən, ərizəni qəbul etməkdən imtina edilməsi ərizəçiyə həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Beləliklə, MPM-in yuxarıda göstərilən tələblərinə əsasən məhkəmə hesab edir ki, İddiaçı Cavabdeh qarşı “pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddia ərizəsinə məhkəmədə baxılmalı olmadığından ərizənin icraata qəbul edilməsindən imtina edilməli və ərizəyə əlavə olunmuş bütün sənədlər ərizə ilə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Şərh olunanlara əsasən və MPM-in 153-cü maddəsini rəhbər tutaraq, QƏRARA A L D İ: İddiaçı Cavabdeh qarşı “pasport qeydiyyatından çıxarılma” tələbinə dair iddia ərizəsi icraata qəbul edilməsin və iddia ərizəsinə əlavə olunmuş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah edilsin ki, hazırkı tələblə ik növbədə müvafiq inzibati orqana (Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsi) müraciəti etməlidir. Bu müraciətdən inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İddiaçıya izah edilsin ki, ərizəni qəbul etməkdən imtina edilməsi iddiaçıya həmin cavabdehə qarşı, həmin predmet barəsində və həmin əsaslarla yenidən iddia qaldırmağa mane olur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Səlimə Miriyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar