Məhkəmə qərarları › İş №2(010)-5463/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5463/2021

26.11.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5463/2021 26.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı rayon məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Rəhimov Bəhlul Qılman oğlunun katibliyi ilə, İddiaçı cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh5, Cavabdeh6, Cavabdeh7 oğlu və Cavabdeh8 qarşı "mənzilə dair istifadə hüququnun itirilmiş hesab olunması" tələbinə dair iddia ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: İddia tələbi Cavabdehlər X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh5 və Cavabdeh5 yetkinlik yaşına çatmayan övladı X3 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 49 saylı mənzilə dair istifadə hüququnun itirilmiş hesab olunması. İddia tələbinin dəlilləri ünvan 2 ünvanında yerləşən, ümumi sahəsi 96.73 kv/nı olan mənzil iddiaçının xüsusi miilkiyyətindədir. O, 2021-ci ilin iyun ayından etibarən həmin mənzildə yaşayır, lakin Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında təqdim etdiyi ******* nömrəli arayışa əsasən ona məlum olmuşdur ki, xüsusi mülkiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, «V» yaşayış sahəsi, ev 3 ünvanında yerləşən 49 saylı mənzildə X2, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8 Cavabdeh5 və Cavabdeh5 övladı olan X6 adlı şəxslərin qeydiyyatı vardır. Qeyd olunan şəxslərlərin heç biri ilə qohumluq və ya digər şəkildə heç bir tanışlığı və münasibəti yoxdur, eyni zamanda həmin şəxslər sözügedən və xüsusi mülkiyyətində olan mənzildə uzun müddətdir ki, yaşamır və alqı-satqı zamanı mənzilin satılmasına notariat kontorunda yazılı razılıq vermişlər. İddiaçının xüsusi mülkiyyətində olan mənzildə başqa şəxslərin qeydiyyatda olması iddiaçı üçün bir sıra çətinliklər yaradır. Bu səbəbdən də həmin şəxslərin xüsusi mülkiyyətində olan mənzildən pasport qeydiyyatından çıxarılması zərurəti yaranmışdır. Tərəflərin izahatları 26.11.2021-ci il tarixdə İddiaçı nümayəndəsi Vəkil tərəfindən məhkəməyə daxil olmuş ərizədən görünür ki, məhkəmə iclasının onun iştirakı olmadan keçirilməsini və iddianın tam təmin olunması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilmiş, xəbərdar edilməsinə baxmayaraq məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbinə dair məhkəməyə məlumat verməmiş, eləcə də işə onların iştirakı olmadan baxılmasını xahiş etməmişlər. Məhkəmə Azərbaycan Respublikası MPM-nin 185.5-ci maddəsinə əsasən işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. İş materiallarına əlavə edilmiş: AN-İ seriyalı ******* saylı 11.06.2021-ci il tarixli müqavilədən görünür ki, Cavabdeh7 ünvan 2 İddiaçı satmışdır. AN-İ seriyalı ******* saylı 11.06.2021-ci il tarixli müqavilənin 13-cü bəndinə əsasən Cavabdeh7 21.06.2021-ci il tarixədək qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışdan görünür ki, ünvan 2 İddiaçı adına xüsusi mülkiyyət kimi daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Asan 4 xidmətinin 08.06.2021-ci il tarixli "yaşayış yeri üzrə qeydiyyat haqqında" ******* saylı arayışından görünür ki, X4, Cavabdeh2, Cavabdeh3, X6, Cavabdeh4, Cavabdeh5 qızı, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, X5 pasport qeydiyyatındadır. X1 adına göndərilmiş «məhkəmə bildirişi»ndən müəyyən olunur ki, cavabdeh həmin ünvanda yaşamadığı üçün təqdim etmək mümkün olmamışdır. Bu barədə məhkəmə bildirişinə 62 saylı MKİS-si tərəfindən qeyd yazılaraq möhürlə təsdiqlənmişdir. 62 saylı MKİS-nin 14.09.2021-ci il tarixli arayışından müəyyən olunur ki, Həmidova X11 Günəşli qəsəbəsi, «V» yaşayış sahəsi, ev 3, mənzil 49 ünvanında qeydiyyatdadır, yaşamır. Qızı Cavabdeh4, oğlu Cavabdeh7. Cavabdeh4 notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, qeydiyyatda olduğu Cavabdeh7 mülkiyyətində olan ünvan 2-un satılmasına və mənzildən istifadə hüququna xitam verilməsinə razıdır, habelə alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra və müqavilədə göstərilən müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh6 notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, o, qeydiyyatda olduğu Cavabdeh7 mülkiyyətində olan ünvan 2-un satılmasına və mənzildən istifadə hüququna xitam verilməsinə razıdır, habelə alqı-satqı müqaviləsi rəsmiləşdirildikdən sonra və müqavilədə göstərilən müddət ərzində qeydiyyatdan çıxmağı öhdəsinə götürmüşdür. Cavabdeh7 notarial qaydada təsdiq olunmuş ərizəsindən müəyyən olunur ki, mülkiyyətində olan ünvan 2-da qeydiyyatda olanlar Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, X6, Cavabdeh5, Cavabdeh8, X8 onun ailə üzvləri deyildir. Tətbiq edilən hüquq Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsinə görə Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə etmək hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsi: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ – subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 157.4-cü maddəsinə əsasən, əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. Məhkəmənin mövqeyi İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir”. Avropa Məhkəməsi “Sporronq və Lonnrot İsveçə qarşı” işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının 1 saylı protokolunun 1-ci maddəsində qeyd edilir ki, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Heç bir kəs cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. “Ədalət mühakiməsinin həyata keçirilməsi zamanı “İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyası müddəalarının və İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentlərinin tətbiqi haqqında” Azərbaycan Respublikasının Ali Məhkəməsinin Plenumunun xx xxxx 2006-cı il tarixli Qərarının 23- 6 cü bəndində göstərilir ki, Azərbaycan Respublikası Konstitusiyasının 13-cü maddəsinin 1-ci hissəsində təsdiq edilmişdir ki, Azərbaycan Respublikasında mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. Mülkiyyət toxunulmazlığı təkcə başqalarının şəxsin subyektiv hüquqlarına qəsd etməməsini tələb etmək hüququnu deyil, həm də dövlətin mülkiyyəti qeyri-qanuni qəsdlərdən mühafizə etmək vəzifəsini nəzərdə tutur. Beləliklə, həm daxili, həm də beynəlxalq qanunvericiliyin prinsipləri mülkiyyət hüququna müstəsna hüquq kimi yanaşaraq, mülkiyyətin toxunulmazlığına təminat verməklə onun kənar müdaxilələrdən qorunmasına istiqamətlənmişdir. Bu baxımdan məhkəmə hesab edir ki, cavabdehlərin mübahisəli mənzildə formal olaraq qeydiyyatda qalmaları mənzilin mülkiyyətçisi olan iddiaçının mülkiyyət hüquqlarının kobud şəkildə pozulması kimi qiymətləndirilməlidir. İnsan hüquqları üzrə Avropa Məhkəməsi “Marks Belçikaya qarşı” işdə əmlakdan maneəsiz istifadə hüququ ilə bağlı şərh verərək göstərmişdir ki, “əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibari ilə mülkiyyət hüququna təminat verir”. Avropa Məhkəməsi Sporronq və Lonnrot İsveçə qarşı işdə qeyd edir ki, mülkiyyətçinin əmlakına hüququ ilə bağlı statusu toxunulmaz qalsa da, mülkiyyət hüququnun həyata keçirilməsi imkanının əhəmiyyətli dərəcədə məhdudlaşdırılması ilə mülkiyyət hüququ “şərti və qeyri-sabit” xarakter almış olur. Məhkəmə hesab edir ki, iddiaçı mülkiyyət hüququ məhdudlaşdırılmamalıdır, onun xüsusi mülkiyyətində olan əmlakdan sərbəst və maneəsiz istifadə etmək və əmlaka dair sərəncam vermək hüquqlarına təminat verilməlidir. Ona görə də iddiaçının mülkiyyət hüquqlarını məhdudlaşdıran hallar aradan qaldırılmalıdır. Məhkəmə iclasında toplanmış və tədqiq edilmiş sübutların məcmusu ilə müəyyən olundu ki, cavabdehlər iddiaçının mənzilində yaşamasalar da mənzildə onların pasport qeydiyyatı hazırki dövrə kimi formal olaraq saxlanılmışdır. Cavabdehlərin iddiaçının mülkiyyətində olan mənzilində qeydiyyatda qalması sonuncunun öz əmlakına sərbəst surətdə sərəncam vermək hüququnu, beləliklə də mülkiyyət hüququnu həyata keçirmək imkanını əhəmiyyətli dərəcədə məhdudlaşdırmaqla, onun mülkiyyət hüququnu “şərti və qeyri-sabit xarakterli” etmiş olur. Beləliklə də, məhkəmə iş üzrə tədqiq edilən sübutlara məcmu halda qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh5 və Cavabdeh5 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 49 saylı mənzilə dair istifadə hüquqları itirilmiş hesab edilməlidir. Məhkəmə həmçinin vurğulayır ki, X6 22.02.2011-ci il təvəllüdlü olmaqla yetkinlik yaşına çatmayandır və o, iş üzrə Cavabdeh5 övladıdır. Məhz Cavabdeh5 iddiaçının evinə olan istifadə hüququnun itirilmiş hesab edilməsi onun yetikinlik yaşına çatmayan övladının da iddiaçının evinə istifadə hüququnun itirilməsinə əsas verən amil olacaqdır. Belə ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 2-ci maddəsinə görə on dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır. Məhkəmə həmçinin qeyd edir ki, "Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında" Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən, yaşayış sahəsindən istifadə hüququ itirilmiş şəxs məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında müvafiq icra hakimiyyəti orqanları tərəfindən qeydiyyatdan çıxarılmalıdır. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 14.2 və 77.1-ci maddələrini nəzərə almışdır ki, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3, Cavabdeh4, Cavabdeh6, Cavabdeh7, Cavabdeh8, Cavabdeh5 və Cavabdeh5 yetkinlik yaşına çatmayan övladı X3 iddiaçıya məxsus ünvan 1 ünvanında yerləşən 49 saylı mənzilə dair istifadə hüquqları itirilmiş hesab edilsin. Cavabdehlərin qeyd edilən mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi onların həmin ünvandan pasport qeydiyyatından çıxarılmasına əsas verir. Qətnamə rəsmi qaydada verildiyi gündən 1 ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin mülki kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamə, şikayət verilməmişdirsə, qəbul edildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar