Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5467/2021 15.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X1 iclas katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh Mirzair oğluna qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh Mirzair oğluna qarşı “mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi” tələbinə dair iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Cavabdeh Mirzair oğlunun ona məxsus Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 10 ünvanında yerləşən, ümumi sahəsi 71.14 m2 olan 10 saylı mənzilə dair istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki: “Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 10 ünvanında yerləşən, ümumi sahəsi 71.14 m2 olan 10 saylı mənzil mənə məxsusdur. Sözügedən mənzil AN-İ ******* saylı, 18.05.2021-ci il tarixli daşınmaz əmlakın alqı-satqı müqaviləsinə və Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən təqdim edilən 21.05.2021-ci il tarixli, ********** qeydiyyat nömrəli çıxarışa əsasən mənim xüsusi mülkiyyətimdədir. 2021-ci ilin may ayından etibarən sözügedən evdə yaşayıram, lakin 10 iyun 2021-ci il tarixində Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin yaşayış yeri üzrə qeydiyyat haqqında təqdim etdiyi ******* nömrəli arayışı aldıqdan sonra mənə məlum olmuşdur ki, xüsusi mülkiyyətimdə olan Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 10 ünvanında yerləşən 10 saylı mənzildə xx.xx.1966-cı il təvəllüdlü Cavabdeh Mirzair oğlu adlı şəxsin qeydiyyatı vardır. Qeyd edim ki, Cavabdeh Mirzair oğlu ilə qohumluq və ya digər şəkildə heç bir tanışlığım və münasibətim yoxdur, eyni zamanda həmin şəxs sözügedən və xüsusi mülkiyyətimdə olan mənzildə uzun müddətdir ki, yaşamır və alqısatqı zamanı mənzilin satılmasına notariat kontorunda yazılı razılıq verilmişdir. Eyni zamanda, qeyd edim ki, mənim xüsusi mülkiyyətimdə olan mənzildə başqa şəxslərin qeydiyyatda olması mənim üçün bir sıra çətinliklər yaradır. Bu səbəbdən də həmin şəxsin xüsusi mülkiyyətimdə olan mənzildən pasport qeydiyyatından çıxarılması zərurəti yaranmışdır. Bütün yuxarıda qeyd olunanları əsas götürərək, pozulmuş hüquqlarımın bərpası üçün məhkəməyə müraciət edirəm. Cavabdeh Mirzair oğlunun Bakı şəhəri, Suraxanı rayonu, AB yaşayış sahəsi, ev 10 ünvanında yerləşən mənzilə dair istifadə hüququnun itirilmiş hesab olunmasını qanunauyğun hesab edirəm”. Məhkəmə iclasında iddiaçının nümayəndəsi və vəkili Vəkil iddia ərizənin məzmununa uyğun izahat verərək bildirdi ki, iddiaçı mənzilin əvvəlki mülkiyyətçisi ilə alqı-satqı müqaviləsi bağlayan zaman Cavabdeh Mirzair oğlu mənzildən qeydiyyatdan çıxmaqla bağlı öz üzərinə öhdəlik götürmüşdür, buna baxmayaraq mənzildə qeydiyyatda qalmağa davam edir. Həmçinin, mənzilin satışı reallaşdıqdan sonra mənzilin əvvəlki mülkiyyətçisi və ona yaxın şəxslərin mənzillə heç bir əlaqəsi qalmamışdır. Bu səbəbdən hesab edir ki, cavabdehin mənzil üzərində olan istifadə hüququ itirilmiş hesab edilməlidir. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Cavabdeh Mirzair oğlu məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verilməmişdir. Məhkəmə cavabdehin məlum оlаn аxırıncı yаşаyış yeri üzrə müvаfiq icrа hаkimiyyəti оrqаnını məlumаtlаndırаrаq Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 147-ci mаddəsinə əsаsən cаvаbdehin iştirаkı оlmаdаn işə bаxılmаsını mümkün hesab etdi. Məhkəmə iddiaçının nümayəndəsinin (vəkilinin) izahatını dinləyib, toplanmış sənədləri tədqiq edib, araşdırılmış sübutların cəminə hüquqi qiymət verərək hesab edir ki, iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş: 18.05.2021-ci il tarixli, AN-İ ******* nömrəli daşınmaz əmlakın alqı-satqı müqaviləsinin notariat qaydasında təsdiq edilmiş görünür ki, ünvan 1 ünvanında yerləşən mənzil X4 tərəfindən (etibarnamə üzrə nümayəndəsi X2 vasitəsilə) İddiaçı satılmışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi tərəfindən 05.11.2020-ci il tarixdə X3 verilmiş, ******* nömrəli yaşayış yeri üzrə qeydiyyat haqqında arayışın notariat qaydasında təsdiq edilmiş surətindən görünür ki, Cavabdeh Mirzair oğlu ünvan 1 ünvanında qeydiyyatdadır. Cavabdeh Mirzair oğlu tərəfindən, Rusiya Federasiyası, Kamçatka diyarı, Petropavlovsk-Kamçatskiy şəhəri notariusuna verilmiş 18.01.2021-ci il tarixli, ** AA ***7605 nömrəli öhdəliyin notariat qaydasında təsdiq edilmiş rus dilindən Azərbaycan dilinə tərcüməsindən görünür ki, Cavabdeh Mirzair oğlu ünvan 1 ünvanında qeydiyyatda olduğunu, mənzilin X5 tərəfindən satılmasına razı olduğunu, yaşayış yeri üzrə qeyd olunan mənzildən qeydiyyatdan çıxmağı öhdəsinə götürdüyünü bildirmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, ünvan 1 ünvanında yerləşən mənzil daşınmaz əmlakın alğı-satqı müqaviləsinə əsasən, X4 tərəfindən İddiaçı satılmışdır. Mənzilin alqı-satqısından əvvəl mənzildə qeydiyyatda olan Cavabdeh Mirzair oğlu notariat qaydasında təsdiq edilmiş öhdəlik götürərək mənzildən qeydiyyatdan çıxacağını bildirmişdir. Mənzilin satışı baş tutduqdan sonra nə mənzilin keçmiş mülkiyyətçisinin, nə də hazırkı iş üzrə Cavabdeh Mirzair oğlunun mənzillə heç bir əlaqəsi qalmamış, mənzil İddiaçı mülkiyyətinə keçmişdir. Buna baxmayaraq, Cavabdeh Mirzair oğlu mənzildə qeydiyyatda qalmağa davam etmişdir. Bu səbəbdən İddiaçı Cavabdeh Mirzair oğlunun mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi ilə bağlı iddia ilə məhkəməyə müraciət etmişdir. Göründüyü kimi Cavabdeh Mirzair oğlunun istifadə hüququnun olduğu mənzil üzrə mülkiyyət hüququ İddiaçı keçmişdir. Hansı ki, bu hal təklikdə mənzil üzərində istifadə hüququna xitam verilməsi üçün əsas təşkil etmir. Lakin işin xüsusi halı ondan ibarətdir ki, iş üzrə Cavabdeh Mirzair oğlu üzərinə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürərək mənzildən qeydiyyatdan çıxacağını bildirmişdir. Yəni, Cavabdeh Mirzair oğlu mənzildən istifadə hüququndan imtina etməsi barədə öz üzərinə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüşdür. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 228.4-cü maddəsinə əsasən, yaşayış evinə və ya mənzilə mülkiyyət hüququnun keçməsi yaşayış binasının tərkib hissəsindən istifadə hüququna xitam verilməsi üçün əsas deyildir, amma yaşayış otağından istifadə hüququ olan şəxsin mülkiyyət hüququndan imtina barəsində həmin hüquq keçənədək notariat qaydasında təsdiqlənmiş öhdəlik verdiyi hal istisna təşkil edir. Belə olan halda məhkəmə hesab hesab edir ki, Cavabdeh Mirzair oğlu mənzildən qeydiyyatdan çıxmağa dair notariat qaydasında öhdəlik götürməklə faktiki olaraq, mənzil üzərində istifadə hüququndan imtina etdiyindən onun mənzil üzərində olan istifadə hüququna xitam verilməlidir. Həmçinin, nəzərə alınmalıdır ki, hazırkı iş üzrə cavabdeh kimi göstərilmiş şəxs mənzilin əvvəlki sahibinin dövründə burada yaşamış, mənzil iddiaçıya satıldıqdan sonra bu şəxsin mənzilə heç bir aidiyyəti qalmamışdır. Buna baxmayaraq, o, bu mənzildən qeydiyyatdan çıxmamışdır. Hazırda isə iddiaçı cavabdehin onun mülkiyyətində olan mənzildə qeydiyyatda qalmasının onun mülkiyyət hüquqlarını pozduğunu bildirərək, məhkəmədən cavabdehin müvafiq mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsinə dair qətnamə qəbul edilməsini xahiş edir. Azərbaycan Respublikasının Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur; 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. “İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında” Avropa Konvensiyasının İ saylı Protokolunun 1-ci maddəsinə əsasən, hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs, cəmiyyətin maraqları naminə, qanunla və beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən, mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur. 152.3-cü maddəsinə əsasən, istifadə hüququ - əmlakdan (əşyadan) onun faydalı təbii xassələrini hasil etməyin, habelə ondan fayda götürməyin hüquqi cəhətdən təmin edilmiş imkanıdır. İstifadədən fayda gəlir, artım, bəhər, törəmə şəklində və başqa formalarda ola bilər. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. 572.1-ci maddəsinə əsasən, alıcının üçüncü şəxslərin hüquqları ilə yüklü olan əşyanı qəbul etməyə razılıq verdiyi hal istisna olmaqla, satıcı alıcıya üçüncü şəxslərin hüquqlarından azad əşya verməyə borcludur. Satıcının bu vəzifəni icra etməməsi alıcıya əşyanın qiymətinin azaldılmasını və ya alğı-satqı müqaviləsinin ləğvini tələb etmək hüququ verir, bu şərtlə ki, alıcının həmin əşyaya üçüncü şəxslərin hüquqları olduğunu bildiyi sübuta yetirilməsin. 646.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı müqaviləsinə görə satıcı torpaq sahəsini, evi, binanı, qurğunu, mənzili və ya digər daşınmaz əşyanı alıcının mülkiyyətinə verməyi öhdəsinə götürür. 646.2-ci maddəsinə əsasən, əgər bu Məcəllənin bu paraqrafının aşağıdakı müddəalarından ayrı qayda irəli gəlmirsə, daşınmaz əşyaların alğı-satqısına əşyaların alğı-satqısı haqqında ümumi müddəalar müvafiq surətdə tətbiq edilir. 648.1-ci maddəsinə əsasən, daşınmaz əşyaların alğı-satqısı halında tərəflərdən hər biri mülkiyyət hüququnun keçirilməsi faktının daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması üçün öz tərəfindən zəruri olanları həyata keçirərək özünün vermə və ya qəbul etmə vəzifəsini icra edir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin məzmununa görə yaşayış yerini dəyişmiş, başqa ölkədə yaşayış yeri seçmiş, istifadə hüququna xitam verilmiş şəxs qeydiyyatdan çıxarılmalıdır. Həmin Qanunun 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, qoca və əlil evləri , sağlamlıq imkanları məhdud uşaqlar üçün internat evləri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. Həmin Qanunun 9-cu maddəsinin 1-ci hissəsinin 5-ci bəndinə əsasən şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasının əsaslarından biri də şəxsin yaşayış sahəsindən çıxarılması və ya yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsinin olmasıdır. Məhkəmə qanunvericiliyin qeyd olunan müddəalarını və işin faktiki hallarını nəzərə alaraq hesab edir ki, mübahisəli mənzil tam mülkiyyət hüququ üzrə iddiaçıya məxsus olduğundan, bundan başqa, cavabdehin həmin mənzildə yaşamadığı iş materialları ilə müəyyən olduğundan, cavabdeh mənzildən qeydiyyatdan çıxmaqla bağlı üzərinə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürdüyündən və cavabdehin mübahisəli mənzil üzrə qeydiyyatda qalmaqda davam etməsi iddiaçının həmin mənzilə münasibətdə mülkiyyət hüququnun həyata keçirməsini pozduğundan iddia təmin edilməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, yuxarıda qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia təmin edilməli, Cavabdeh Mirzair oğlunun ünvan 1 ünvanında yerləşən mənzil üzərində istifadə hüququna xitam verilməklə itirilmiş hesab edilməlidir. Yuxarıda göstərilənlərə əsasən və MPM-nin 214, 216-220, 233, 357 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia təmin edilsin. Cavabdeh Mirzair oğlunun ünvan 1 ünvanında yerləşən mənzildən istifadə hüququna xitam verilməklə itirilmiş hesab edilsin. Qətnamə Cavabdeh Mirzair oğlunun ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılması üçün əsasdır. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) bir ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-5467/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5467/2021
15.12.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver