Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5469/2021 15.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X6 iclas katibliyi, Ərizəçi, Maraqlı şəxslər X13 və X3 iştirakları ilə, Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi”nə dair mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Ərizəçi maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinə qarşı “doğum faktının müəyyən edilməsi”nə dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən onun 02 yanvar 1998-ci ildə Bakı şəhərində anadan olması, anasının 12 iyun 1970-ci il təvəllüdlü X5, atasının isə 23 noyabr 1958-ci il təvəllüdlü X13 olması faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizəni onunla əsaslandırmışdır ki, 02 yanvar 1998-ci ildə Bakı şəhərində anadan olmuşdur. X1, atası isə X9r. Onun 19 oktyabr 1995-ci il təvəllüdlü X14, 11 sentyabr 2000-ci il təvəllüdlü X10 və 02 dekabr 2002-ci il təvəllüdlü X7 adlı qardaş və bacıları olmuş, o, və Fatimə ev şəraitində anadan olduqlarına görə onların doğum haqqında şəhadətnamələri olmamışdır. X1 ona doğum haqqında şəhadətnamə almaq üçün Suraxanı rayon qeydiyyat şöbəsinə müraciət etdikdə doğum faktını, vaxtını və yerini təsdiq edən tibb müəssisəsindən sənəd tələb edilmişdir. O, ev şəraitində doğulduğuna görə anası bu barədə sənədi Qeydiyyat Şöbəsinə təqdim edə bilməmiş, bu səbəbdən onun doğumu qeydə alınmamışdır. Məhz onun doğumunun qeyd alınmaması onu bütün insan hüquqlarından məhrum etmiş, o, yetkinlik yaşına çatmağına baxmayaraq, hələ də şəxsiyyət vəsiqəsi ala bilməmiş, bütün insan və vətəndaş hüquqlarından məhrum olmuşdur. Məhkəmə iclasında Ərizəçi ərizəni müdafiə edərək bildirdi ki, 02.01.1998-ci ildə Bakı şəhəri, Suraxanı rayonunda anadan olmuş, həmin vaxtdan hazırkı tarixədək ünvan 1 ünvanında qeydiyyatdadır. Heç bir sənədi olmadığına görə bağçaya və məktəbə getməmişdir. Hazırda 23 yaşı var və ağlı kəsən vaxtlardan valideynlərindən ona sənəd almaqlarını istəmişdir. Lakin onlar bunun üçün müxtəlif yerlərə müraciət etsələr də alınmamışdır. Onun Bala, Fərman, Şahmar və Fatimə adında bacı-qardaşları var. Fatimə və o, ev şəraitində doğulduğundan onlara vaxtında sənəd alınmamışdır. Sonradan məhkəmə qaydasında Fatimənin sənədləri əldə edilmişdir. Digər qardaşlarının isə sənədləri əvvəldən olmuşdur. O, 14 yaşından fəhlə işləyir. Başqa işlərdə sənəd tələb edildiyinə görə ancaq fəhlə işləyə bilmişdir. Lakin artıq fəhlə kimi işləmək üçün belə sənəd tələb olunur. Bu səbəbdən şəxsiyyətini təsdiq edən sənədi əldə edə bilməsi üçün doğum faktının təsdiqi zəruridir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Ərizəçi atası X13 və X1 maraqlı şəxs qismində işə cəlb edilmişdir. Məhkəmə iclasında maraqlı şəxs X5 ərizəni qəbul edərək bildirdi ki, Ərizəçi onun oğludur. Onun Azərdən başqa Bala, Fərman, Şahmar və Fatimə adlarında beş övladı var. Bala, Fərman, Şahmar xəstəxanada, Fatimə və Azər isə xəstəxanaya getməyə maddi imkanı olmadığı üçün ev şəraitində doğulmuşlar. Azəri 02.01.1998-ci ildə Suraxanı rayonunda, yaşadıqları evdə dünyaya gətirmişdir. Doğuş zamanı ona baldızı kömək etmişdir. Qızı Fatimə məhkəmə yolu ilə özünə doğum haqqında şəhadətnamə almışdır. Azərin isə hələ də doğum haqqında şəhadətnaməsi yoxdur. Azərin atası Azadla iyirmi altı ildir ki, evlidir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında maraqlı şəxs X13 ərizəni qəbul edərək bildirdi ki, Ərizəçi onun doğma oğludur. Azər 02.01.1998-ci il tarixdə yaşadıqları ünvan 2 ünvanında yerləşən evlərində doğulmuşdur. Doğum tarixini dəqiq bilir, çünki hər il bu tarixdə onun ad gününü qeyd edirlər. Azər ev şəraitində doğulduğuna görə vaxtında doğum haqqında sənədlərini ala bilməmişlər və bu səbəbdən də nə bağçaya, nə də məktəbə gedə bilməmişdir. Odur ki, məhkəmədən ərizənin təmin edilməsini xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq maraqlı şəxs Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsinin nümayəndəsi məhkəmə iclasına gəlməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə maraqlı şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Məhkəmə tərəflərin izahatlarını dinləyib, ərizənin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb, tədqiq edərək yoxlayıb belə qənaətə gəlir ki, ərizə təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: Bakı şəhəri Suraxanı rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 23.06.2021-ci il tarixli, 663-05/70 nömrəli məktubdan görünür ki, müvafiq icra hakimiyyəti orqanının təsdiq etdiyi doğumun qeydiyyata alınması üçün sənədlər təqdim edilmədiyindən Ərizəçi ona doğum haqqında şəhadətnamə verilməsinə dair müraciətindən imtina edilmiş, ona məhkəməyə müraciət edilməsi tövsiyə edilmişdir. Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 951 saylı 25 iyun 2021-ci il tarixli arayışdan görünür ki, Ərizəçi ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. Yeni Suraxanı qəsəbə inzibati ərazi dairəsi üzrə nümayəndəsi tərəfindən verilmiş 942 saylı 23 iyun 2021-ci il tarixli arayışdan görünür ki, X5 ünvan 3 ünvanında qeydiyyatsız yaşayır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X4 bildirmişdir ki, o, Ərizəçi əmisi qızıdır. Azərin atası Azad Mirzəyev onun əmisi, anası Elmira Babayeva isə əmisi arvadıdır. O, əmisigillə bir həyətdə yaşamış, Azərin doğumuna da şahid olmuşdur. Belə ki, həmin vaxt 15 yaşı olmuşdur və hadisələr yadında qalmışdır. Əmisi Azad o vaxtlar işləmədiyinə görə ailənin maddi vəziyyəti ağır olmuş, xəstəxanaya gedə bilməmişlər. Azər 02.01.1998ci il tarixdə evdə doğulmuşdur. Hər il bu tarixdə ad günü keçirdiklərinə görə tarix dəqiq yadında qalıb. Azərin sənədləri alınmadığına görə təhsil ala bilməmişdir. Bildiyinə görə həmişə fəhlə işləmiş, lakin son vaxtlar sənədləri olmadığına görə işləyə bilməmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş X11 bildirmişdir ki, Ərizəçi onun ərinin dayısı oğludur. Azərin atası Mirzəyev Azad onun ərinin dayısıdır. Azad Mirzəyev və X16 ata-anasıdır. Ərizəçi və onun ailəsi ilə qonşudur. Qohum kimi gediş-gəlişləri var. 02.01.1998-ci il tarixdə eşitmişdir ki, Azad dayının bir oğlu olub. Bu onun üçüncü uşağı olmuşdur. Həmin vaxt onların maddi vəziyyəti ağır olduğundan uşaq evdə doğulmuşdur. Həmin vaxt özünün 19 yaşı olmuşdur və hadisələri dəqiq xatırlayır. Bundan sonra, dəfələrlə Azərin ad günlərində onlara getmiş, birlikdə qeyd etmişlər. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, Ərizəçi maraqlı şəxslər X5 və X8 birgə nikahından 02.01.1998-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda doğulmuşdur. Onun doğumu ev şəraitində baş tutmuş, doğuşun baş tutması heç bir həkim tərəfindən təsdiq edilməmiş, hazırkı tarixədək ərizəçinin doğum faktını təsdiq edən heç bir sənəd əldə edilməmişdir. Doğum haqqında şəhadətnaməsi olmadığından ərizəçinin şəxsiyyətini təsdiq edən sənəd əldə etməsi də mümkün olmamışdır. Bu səbəbdən ərizəçi tərəfindən hazırkı ərizə ilə məhkəməyə müraciət edilərək doğum faktının təsdiq edilməsi xahiş edilmişdir. Аzərbаycаn Respublikаsı Аilə Məcəlləsinin: 158.1-ci mаddəsinə əsаsən, vətəndаşlıq vəziyyəti аktlаrının qeydə аlınmаsı həm dövlət mənаfeyi və ictimаi mənаfe üçün, həm də vətəndаşlаrın şəxsi və əmlаk hüquqlаrının qоrunmаsı məqsədi ilə аpаrılır. 158.2-ci mаddəsinə əsаsən, dоğum, ölüm, nikаhın bаğlаnmаsı, nikаhın pоzulmаsı, övlаdlığа götürmə, аtаlığın müəyyən edilməsi, аdın, аtа аdının və sоyаdın dəyişdirilməsi müvаfiq icrа hаkimiyyəti оrqаnlаrındа qeydiyyаtdаn keçirilməlidir. 159.2-ci mаddəsinə əsаsən, müvafiq icra hakimiyyəti orqanları öz səlahiyyətləri daxilində doğumun, nikahın bağlanmasının, nikahın pozulmasının, övladlığa götürmənin, atalığın müəyyən edilməsinin, adın, ata adının və soyadının dəyişdirilməsinin, ölümün qeydiyyatını aparır, vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatını dəyişir, tamamlayır, düzəldir və ləğv edir, itmiş qeydləri bərpa edir, akt kitablarını saxlayır və vətəndaşlıq vəziyyəti aktlarının dövlət qeydiyyatı haqqında şəhadətnamələr verirlər. 166.1-ci maddəsinə əsasən, doğumun qeydiyyatı uşaqların doğulduğu yerdə və ya valideynlərin, yaxud onlardan birinin yaşadığı yerdə aparılır. 166.2-ci maddəsinə əsasən, doğumun qeydə alınması üçün valideynlər və ya onlardan biri, valideynlərin müəyyən səbəblərə görə (xəstə olduqda, öldükdə və sair) müraciət etməsi mümkün olmadıqda isə qohumlar, qonşular, uşağın doğulduğu tibb müəssisəsinin müdiriyyəti və yaxud başqa şəxslər müvafiq icra hakimiyyəti orqanına müraciət edir. İşdən görünür ki, Ərizəçi məhkəmədən 02.01.1998-ci ildə Bakı şəhəri, Suraxanı rayonunda doğulması faktının müəyyən edilməsini xahiş edir. Yəni, hazırkı ərizə şəxsin doğumunun qeyd edilmə faktının müəyyən edilməsi ilə bağlı deyil, ərizəçinin doğulması faktının müəyyən edilməsi ilə bağlı məhkəməyə verilmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 307.2.11-ci maddəsinə əsasən, məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərə baxır. Həmin Məcəllənin 308-ci mаddəsinə əsаsən, məhkəmə hüquqi əhəmiyyəti оlаn fаktlаrı о zаmаn müəyyən edə bilər ki, ərizəçi həmin fаktlаrı təstiq edən lаzımi sənədləri bаşqа qаydаdа аlа bilməsin, yаxud itirilmiş sənədlərin bərpаsı mümkün оlmаsın. Bu Məcəllənin 311-ci mаddəsinə əsаsən, məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. “Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı Qərarında qeyd edilmişdir ki, Uşağın tibb müəssisəsindən kənarda doğulması ilə əlaqədar doğum haqqında arayış verilməsi mümkün olmadıqda və vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqan uşağın doğumunu qeydə almaqdan imtina etdikdə, məhkəmə uşağın doğum faktının müəyyən edilməsi barədə ərizəyə baxmaqda haqlıdır. Belə ərizələrə baxılarkən məhkəmə ananın hamiləliyi və doğuşla bağlı bütün halları aydınlaşdırmalı, ərizəni doğum faktının mövcudluğunu təsdiq edən mötəbər və təkzibedilməz sübutlar əsasında həll etməlidir. Qətnamənin nəticə hissəsində ananın soyadı, adı, atasının adı, uşağın cinsi, doğulduğu tarix və doğumun vətəndaşlıq vəziyyəti aktlarını qeydə alan orqanda qeydiyyatı üçün zəruri olan bütün digər məlumatlar öz əksini tapmalıdır. Beləliklə məhkəmə hesab edir ki, Ərizəçi 02.01.1998-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda X5 və X8 birgə nikahından doğulması faktı iş materialları və şahid ifadələri ilə tam sübut edildiyindən ərizə təmin edilməli, həmin hüquqi fakt təsdiq edilməlidir. Yuxarıda qeyd edilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 227, 307, 360 və 362-ci maddələrini rəhbər tutaraq məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi 02.01.1998-ci il tarixdə Bakı şəhəri, Suraxanı rayonunda X13 və X2 doğulması faktı müəyyən edilsin. Qətnamədən onun tərəflərə rəsmi qaydada təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-5469/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5469/2021
15.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Doğumun qeyd edilmə faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver