Məhkəmə qərarları › İş №2(010)-5473/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5473/2024

23.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Sair öhdəliklər üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5473/2024 23.12.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhər Suraxanı rayon Məhkəməsinin hakimi Mirzəyeva Firuzə Fuad qızının sədrliyi, Məhkəmə iclasının katibi Quliyeva Leyla Məmməd qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi, pul, və öhdəliyin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi, pul, və öhdəliyin cavabdehə həvalə edilməsi” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı rayon Məhkəməsinə müraciət edərək, Changan Qiyuan A06 135 km. Max model minik markalı avtomobilinin ölkəyə gətirilməsi üçün müəyyən edilmiş 3271.56 manat məbləğində nəqliyyat vergisi borcunun və məhkəmə gedişatı zamanı hesablanan əlavə faiz borcunun Cavabdeh1 MMC və Cavabdeh2 tutularaq AR Dövlət Vergi Xidmətinə ödənilməsi öhdəliyini cavabdehin üzərinə qoyulmasına dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdeh "xxxx" MMC-nin nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixində “Elektron Məhkəmə” informasiya sistemi vasitəsilə məhkəməyə vəsatət ünvanlayaraq iş üzrə İddiaçı iddia ərizəsinin baxılmamış saxlanmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı izahat verərək bidirmişdir ki, şirkətlə avtomobil gətirmişdir. Bəzi şəhərlərdən gətirilən avtomobillərə 10% vergi tətbiq olunur. Aralarında müqavilə var. Gömrükdən başqa vergi ödənişi olmayacağını demişdilər. 1 ay sonra 3000 manatdan yuxarı borcunun olduğunu öyrənmişdir. Şirkətlə əlaqə saxlamışdır. Bununla bağlı videoyazılar da var. Vergini ödəməyəcəklərini demişdirlər. Birbaşa ödəniş etmişdir. Cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və bunun səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0. və 259.0.1-cı maddələrinin tələbinə görə, məhkəməyə müraciət etmiş iddiaçı mübahisənin qabaqcadan məhkəmədən kənar (pretenziya qaydasında) həll edilməsi barəsində müəyyən kateqoriyadan olan işlər üçün qanunla müəyyən edilmiş, yaxud tərəflər arasında müqavilə ilə nəzərdə tutulmuş qaydaya əməl etməmişsə və bu qaydanı tətbiq etmək imkanı itirilməmişsə, məhkəmə ərizəni baxılmamış saxlayır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Belə ki, İddiaçı və Cavabdeh1 MMC-nin direktoru Cavabdeh2 arasında bağlanmış xx.xx.2024-cü il tarixli müqavilənin 9.1-ci maddəsinə əsasən müəyyən olunmuşdur ki, bu müqavilədən irəli gələn bütün mübahisələr danışıqlar vasitəsilə həll edilir. İddiaçı isə iddia tələbi ilə müraciət edərkən, bunu təsdiq edən sübutları məhkəməyə təqdim etməmişdir. Beləliklə, təsvir olunanlara əsasən, məhkəmə hesab edir ki, İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi, pul, və öhdəliyin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalı və əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı cavabdehlər Cavabdeh1 MMC-yə və Cavabdeh2 qarşı “müqavilə üzrə öhdəliyin icra edilməsi, pul, və öhdəliyin cavabdehə həvalə edilməsi” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılsın və əlavə olunmuş sənədlərlə birlikdə iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində “Elektron Məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhər Suraxanı rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim: Firuzə Mirzəyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar