Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5546/2021 20.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X4 iclas katibliyi, İddiaçı iştirakı ilə, İddiаçı İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dаir mülki işə аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı Cavabdeh qarşı “nikahın etibarsız sayılması” tələbinə dаir iddia ərizəsi ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək məhkəmədən Bakı şəhəri 4 saylı “Asan Xidmət” tərəfindən 25 iyun 2021-ci il tarixində 1162 nömrəsi ilə qeydə alınmış, onunla cavabdehin arasında bağlanmış nikahın etibarsız sayılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 25 iyun 2021-ci il tarixində 4 saylı Bakı Asan Xidmət Mərkəzinin qeydiyyat şöbəsində xx xxxxxx 1997-ci il təvəllüdlü Cavabdeh ilə nikah bağlamışdır. Nikahın bağlanmasına baxmayaraq, pandemiya ilə əlaqədar toy olmamış, bir yerdə yaşamamışlar. Nikahdan qısa müddət sonra, iyul ayının əvvəllərində aralarında narazılıqlar yaranmış və belə qənaətə gəlmişdir ki, gələcəkdə bir yerdə yaşamaqları mümkün deyil. Məhkəmə iclasında İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək əlavə etdi ki, cavabdehlə aralarında 25.06.2021-ci il tarixdə rəsmi nikah bağlandıqdan 10 gün sonra onların münasibətləri pozulmuşdur. Çünki o, cavabdehin xəstə olduğunu bilmişdir. Hazırda cavabdehin harada olduğunu bilmir, onunla heç bir əlaqəsi qalmamışdır. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etdi. Məhkəmənin əvvəlki iclasında iştirak etmiş Cavabdeh iddianı qəbul edərək bildirmişdir ki, iddiaçı ilə olan nikahı həqiqətən formal xarakter daşımış və bu səbəbdən həmin nikahın etibarsız hesab edilməsinə etirazı yoxdur. Odur ki, məhkəmədən iddianın təmin edilməsini xahiş etmişdir. Cavabdeh Rəfael oğluna hazırkı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumat verilmişdir. Buna baxmayaraq, cavabdeh məhkəmə iclasına gəlməmiş, gəlməməsinin üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda məhkəmə işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. Belə ki, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə iddiaçının izahatını dinləyib, iddia tələbinin dəlillərini iş üzrə toplanmış sübutlarla əlaqəli şəkildə araşdırıb belə qənaətə gəlir ki, iddia təmin edilməlidir. Belə ki, mülki işə əlаvə edilmiş və məhkəmə iclаsındа tədqiq edilmiş: 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsi tərəfindən 25.06.2021-ci il tarixdə verilmiş AZ-İİ 443828 nömrəli nikah haqqında şəhadətnamədən görünür ki, Cavabdeh ilə İddiaçı arasında 25.06.2021-ci il tarixdə nikah bağlanmış, bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında həmin tarixdə 1162 nömrə ilə qeyd edilmiş, nikah bağlandıqdan sonra arvada Mustafayeva soyadı verilmişdir. Məhkəmə araşdırması nəticəsində müəyyən edilmişdir ki, İddiaçı və Cavabdeh arasında 25.06.2021-ci il tarixdə nikah bağlanmışdır. Buna baxmayaraq, tərəflər arasında faktiki nikah münasibətləri olmamış, rəsmi nikah bağlandıqdan qısa müddət sonra əlaqələr kəsilmişdir. Bütün bu qeyd edilən halları məhkəmə iclasında izahat verən cavabdeh də qəbul etmiş, beləliklə, hər iki tərəf nikahın etibarsız hesab edilməsini xahiş etmişdir. Azərbaycan Respublikasının Konstitusiyasının 17-ci maddəsinin İ hissəsinə əsasən, cəmiyyətin əsas özəyi kimi ailə dövlətin xüsusi himayəsindədir. Konstitusiyanın 34-cü maddəsinin İİ hissəsinə əsasən, nikah könüllü razılıq əsasında bağlanılır. Heç kəs zorla evləndirilə (ərə verilə) bilməz. Azərbaycan Respublikasının Ailə Məcəlləsinin: 25.1-ci maddəsinə əsasən, bu Məcəllənin 10-12-ci maddələrində və 13.7-ci maddəsində nəzərdə tutulmuş şərtlər pozulduqda, eləcə də tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyəti olmadıqda bağlanan nikah (saxta nikah) etibarsız sayılır. 25.2-ci maddəsinə əsasən, nikah məhkəmə qaydasında etibarsız sayılır. 25.3-cü maddəsinə əsasən, məhkəmə nikahın etibarsız sayılması barədə qanuni qüvvəyə minmiş qətnamədən çıxarışı 3 gün müddətində nikahın bağlandığı müvafiq icra hakimiyyəti orqanına göndərməyə borcludur. 25.4-cü maddəsinə əsasən, etibarsız hesab edilmiş nikah onun bağlandığı gündən etibarsız sayılır. 26.1.3-cü maddəsinə əsasən, nikah tərəflərdən birinin könüllü razılığı olmadan, yəni məcburiyyət, aldatma, yanılma nəticəsində və ya nikaha daxil olan şəxs nikahın bağlanmasının dövlət qeydiyyatı anında öz hərəkətlərinin mahiyyətini anlamaq və onları idarə etmək iqtidarında olmadıqda bağlanarsa — nikah bağlanarkən hüquqları pozulmuş ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. 26.1.7-ci maddəsinə əsasən, saxta nikah bağlandığı halda nikahın saxta olmasını bilməyən ər (arvad) nikahın etibarsız sayılmasını tələb etmək hüququna malikdir. 28.1-ci maddəsinə əsasən, bu Məcəllənin 28.5-ci, 28.6-cı və 28.7-ci maddələri ilə müəyyən olunmuş hallar istisna olmaqla etibarsız hesab edilmiş nikah ər-arvadın qarşılıqlı hüquq və vəzifələrini yaratmır. Göründüyü kimi ailə qanunvericiliyi ilə nikahın məhkəmə tərəfindən etibarsız sayılması üç halda mümkündür: 1) nikahın yaşı, nikahın bağlanma şərtlərinə əməl edilməməsi (yazılı razılıq, tibbi arayış) və nikahın bağlanmasına mane olan hallara yol verilməsi (yaxın qohumlar arasında nikah, başqa şəxslə nikahda olan şəxslə nikah, fəaliyyət qabiliyyət olmayan şəxslə nikah və s.); 2) Nikaha daxil olan şəxslərdən birinin özündə dəri-zöhrəvi xəstəliyinin və insanın immunçatışmazlığı virusunun törətdiyi xəstəliyin olmasını digərindən gizlətməsi; 3) tərəflərdən birinin və ya hər ikisinin ailə qurmaq niyyətinin olmaması. Hazırkı işdən görünür ki, iddiaçı nikahın etibarsız hesab edilməsini o əsasla tələb edir ki, cavabdehlə olan nikahı formal olmuş, toyları baş tutmamış (hansı ki, milli adət-ənənəyə əsasən, toy şənliyi ailənin qurulmasının və faktiki ailə münasibətlərinin yaranmasının başlanğıcı kimi qəbul edilir) heç vaxt bir ailə kimi birgə yaşayışları olmamışdır. Bu qeyd edilənləri cavabdeh də qəbul etmişdir. Lakin ailə qanunvericiliyinin yuxarıda qeyd edilən normaları baxımından bu formallıq təklikdə nikahın etibarsız hesab edilməsi üçün əsas təşkil etmir. Bununla belə nəzərə alınmalıdır ki, Azərbaycan Respublikasının ailə qanunvericiliyi Azərbaycan Respublikasının Konstitusiyasından, bu Məcəllədən, bu Məcəlləyə uyğun olaraq qəbul edilmiş digər müvafiq qanunvericilik aktlarından və Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdən ibarətdir (Ailə Məcəlləsi, maddə 1.1). “İnsan Hüquqlarının və X3 X1”nın 8-ci maddəsinin 1-ci bəndində qeyd edilir ki, hər kəs öz şəxsi və ailə həyatına, evinə və yazışma sirrinə hörmət hüququna malikdir. Həmin maddənin 2-ci bəndinə əsasən, milli təhlükəsizlik, ictimai asayiş və ölkənin iqtisadi rifah maraqları naminə, iğtişaş və ya cinayətin qarşısını almaq üçün, sağlamlığı, yaxud mənəviyyatı qorumaq üçün və ya digər şəxslərin hüquq və azadlıqlarını müdafiə etmək üçün qanunla nəzərdə tutulmuş və demokratik cəmiyyətdə zəruri olan hallar istisna olmaqla, bu hüququn həyata keçirilməsinə dövlət hakimiyyəti orqanları tərəfindən müdaxiləyə yol verilmir. Hazırkı işin xüsusi halı ondan ibarətdir ki, tərəflər rəsmi nikaha daxil olsa da bu nikah əsasında onlar arasında ailə münasibətləri yaranmamışdır və onların hər ikisi bu fikirdədir ki, bu nikah yalnız formal xarakter daşımaqla etibarsız olmuşdur. Belə bir vəziyyətdə məhkəmə tərəflər arasında olan nikahın etibarsız hesab edilməməsini Avropa İnsan Hüquqları Konvensiyasının 8-ci maddəsində müəyyən edilən “şəxsi və ailə həyatı hüququ”na müdaxilə kimi qiymətləndirir. Belə ki, nikaha daxil olmaq şəxsin həm şəxsi, həm də ailə həyatı hüququ olduğu kimi, eyni dərəcədə nikahın etibarsız hesab edilməsini tələb etmək də şəxsi və ailə həyatı hüququna daxildir. Təsadüfi deyil ki, Avropa İnsan Hüquqları Məhkəməsi də bu barədə mövqeyini bir sıra qərarlarında ortaya qoymuşdur. Məhkəmə qeyd etmişdir ki, fərdlərin nikah və ya valideynlik statusuna aid işlər şəxsi və ailə həyatı anlayışının tətbiq dairəsinə düşür. Konkret olaraq, o müəyyən edib ki, şəxsin vətəndaşlıq vəziyyətinin tanınması aktı olan nikahın qeydiyyata alınması, şübhəsiz ki, həm şəxsi, həm də ailə həyatına aiddir və 8-ci maddənin 1-ci bəndinin tətbiq dairəsinə düşür (Daduş Maltaya qarşı, 48-ci bənd) ... Bu vəziyyətdə tərəflərin hər ikisinin fikrinə görə aralarında bağlanmış nikahın formal olması, məhz bu səbəbdən nikahın etibarsız hesab edilməsi barədə ortaq fikirdə olduqları və bunu müstəqil iradə ifadəsi əsasında, qəti şəkildə ifadə etdikləri halda onların nikahının məhkəmə tərəfindən etibarsız hesab edilməməsi, bununla onların nikahın pozulmasına məcbur edilməsi tərəflərin 8-ci maddədə nəzərdə tutulmuş şəxsi və ailə həyatı hüququna müdaxilədir. Həmin hüquqa müdaxilənin isə zəruriliyi ilə bağlı Avropa İnsan Hüquqları Məhkəməsi bir sıra şərtlər müəyyən etmişdir. Belə ki, Məhkəmə (Avropa İnsan Hüquqları Məhkəməsi) qeyd edir ki, 8-ci maddədə nəzərdə tutulmuş hüquqa konkret müdaxilənin "demokratik cəmiyyətdə zəruri" olubolmadığını müəyyən etmək üçün Məhkəmə üzv dövlətin maraqlarını ərizəçinin hüququ ilə balanslaşdırır. 8-ci maddə üzrə baxılmış ilk işlərdən olan presedent xarakterli işdə Məhkəmə izah etdi ki, bu kontekstdə "zəruri" ifadəsi "faydalı", "ağlabatan" və ya "arzuolunan" ifadələrinin malik olduğu çoxçalarlılığa malik deyil və sözügedən müdaxilə üçün "təxirəsalınmaz ictimai tələbatın" mövcud olduğunu nəzərdə tutur. Təxirəsalınmaz ictimai tələbatın mövcud olub-olmadığını müəyyənləşdirmək hər bir halda milli hakimiyyət orqanlarının üzərinə düşür və müvafiq olaraq, bu məsələdə onlara müəyyən qiymətləndirmə sərbəstliyi verilir. Amma bununla yanaşı, onların qərarları üzərində Avropa Məhkəməsinin nəzarəti olur. Konvensiyada nəzərdə tutulmuş hüquqa tətbiq edilən məhdudiyyət, digər şərtlərə cavab verməklə yanaşı, həm də qarşıya qoyulan qanuni məqsədə mütənasib deyilsə, "demokratik cəmiyyətdə zəruri" sayıla bilməz (belə cəmiyyəti xarakterizə edən iki xüsusiyyət tolerantlıq və açıqlıqdır) (X2rşı, 51-53-cü bəndlər). Bundan əlavə, Məhkəmə təsdiq edib ki, barəsində şikayət edilən tədbirlərin "demokratik cəmiyyətdə zəruri" olub-olmadığını müəyyən edərkən o, həmin tədbirlərə haqq qazandırmaq üçün gətirilən əsasların münasib və yetərli olub-olmadığını və həmin tədbirlərin qarşıya qoyulmuş qanuni məqsədlərə mütənasib olub-olmadığını işin bütün hallarının işığında nəzərdən keçirir (Z Finlandiyaya qarşı, 94-cü bənd). Məhkəmə "zərurilik" tələbinə əlavə aydınlıq gətirərək bildirib ki, 8-ci maddənin məqsədləri üçün "zəruri" anlayışı o deməkdir ki, müdaxilə "təxirəsalınmaz ictimai tələbatdan" irəli gəlməli və xüsusən qarşıya qoyulmuş qanuni məqsədə mütənasib olmalıdır. Müdaxilənin "zəruri" olub-olmadığını müəyyənləşdirərkən Məhkəmə dövlət hakimiyyəti orqanlarına verilməli olan qiymətləndirmə sərbəstliyinin hüdudlarını nəzərdən keçirir, müdaxilə üçün əsas təşkil edən "təxirəsalınmaz ictimai tələbatın" mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdeh üzərinə düşür (Pexoviç Polşaya qarşı, 212-ci bənd). Paradizo və Kampanelli İtaliyaya qarşı məhkəmə işində ([BP], 179-184-cü bəndlər) Məhkəmə qiymətləndirmə sərbəstliyi doktrinasının rəhbər prinsiplərini bir daha xatırlatdı. Milli hökumət tərəfindən görülmüş ümumi tədbirlərə gəlincə, Məhkəmənin presedent hüququndan belə məlum olur ki, ümumi tədbirin mütənasibliyini müəyyənləşdirmək üçün Məhkəmə ilk növbədə qanunvericilikdə həmin tədbir üçün əsasın olub-olmadığını qiymətləndirməlidir. Bu baxımdan tədbirin zəruriliyi üzərində parlament və məhkəmə nəzarətinin keyfiyyəti xüsusi əhəmiyyət kəsb edir, bu sözlər ümumi tədbirin yüngülləşdirilməsinin doğura biləcəyi sui-istifadə riskinin qiymətləndirilməsinə də aiddir və bu riskin qiymətləndirilməsi ilk növbədə dövlətin üzərinə düşür ("Beynəlxalq heyvan müdafiəçiləri" təşkilatı Birləşmiş Krallığa qarşı [BP], 108-ci bənd). Avropa İnsan Hüquqları Məhkəməsinin yuxarıda qeyd edilən mövqeyini hazırkı işə tətbiq edən məhkəmə hesab edir ki, tərəflərin aralarında bağlanmış nikahın etibarsız hesab edilməsi hüququna müdaxilə etmək hazırkı halda heç bir təxirəsalınmaz ictimai tələbatdan irəli gəlmir. Bu cür müdaxilə ilə hansısa qanuni məqsədə nail olunacağı güman edilmir. Beləliklə, bu müdaxilə demokratik cəmiyyətdə zəruri deyil. Odur ki, bütün bunları nəzərə alan məhkəmə tərəflər arasında olan nikahın etibarsız hesab edilməli olduğu nəticəsinə gəlir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. 77.1-ci maddəsində isə göstərilir ki, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. 217.3-cü mаddəsinə əsаsən, qətnаmə iş üzrə müəyyən edilmiş həqiqi hаllаrа və tərəflərin qаrşılıqlı münаsibətinə uyğun əsаslаndırılmаlıdır. 217.4-cü mаddəsinə əsаsən, məhkəmə öz qətnаməsini yаlnız məhkəmə iclаsındа tədqiq оlunmuş sübutlаrlа əsаslаndırır. Beləliklə, məhkəmə hesab edir ki, iddia təmin edilməli, İddiaçı və Cavabdeh arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 25.06.2021-ci il tarixdə, 1162 nömrə ilə qeydə alınmış nikah bağlandığı gündən etibarsız sayılmalıdır. Bundan başqa məhkəmə qeyd edir ki, "Dövlət Rüsumu" haqqında Azərbaycan Respublikası Qanunun 8.4.9-cu maddəsinə əsasən nikahın və təkrar nikahın ləğv olunması haqqında iddia ərizələrindən 20 manat məbləğində dövlət rüsumu tutulur. MPM-in 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Belə olan halda məhkəmə hesab edir ki, iddia təmin edildiyindən iddiaçı tərəfindən ödənilmiş 20 manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya verilməlidir. Şərh olunanlara əsasən və MPM-in 214, 216-220, 233, 357 və 360-cı mаddələrini rəhbər tutаrаq, məhkəmə QƏT E T D İ: İddia təmin edilsin. İddiaçı və Cavabdeh arasında 4 saylı Bakı “ASAN xidmət” mərkəzi Qeydiyyat Şöbəsində 25.06.2021-ci il tarixdə, 1162 nömrə ilə qeydə alınmış nikah bağlandığı gündən etibarsız sayılsın. Ödənilmiş 20 manat məbləğində dövlət rüsumu Cavabdeh alınaraq İddiaçı ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən sonra 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Səlimə Miriyeva
Məhkəmə qərarları › İş №2(010)-5546/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5546/2021
20.12.2021 · Ailə münasibətləri üzrə mübahisələr - Nikahın etibarsız sayılması
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver