Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-555/2022 24.01.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X2 Məmmədovun sədrliyi, Həsənzadə Leyla Fərhad qızının katibliyi, İddiaçının İddiaçı, Cavabdeh oğlunun etibarnamə üzrə nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı Cavabdeh oğluna qarşı maneənin aradan qaldırılması tələbinə dair iddiası üzrə mülki işə Suraxanı Rayon Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, Müəyyən etdi: İddiaçı Cavabdeh oğluna qarşı maneənin aradan qaldırılması tələbi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri Suraxanı RİB-nın 06.06.2000-ci il tarixli 894 saylı Sərəncamı ilə ayrılmış fərdi yaşayış evi tikmək üçün Q. Qarayev qəsəbəsi H.İsmayılov küçəsi 6 nömrəli binanın qarşısındakı bağ sahəsi kimi istifadə etdiyi 300 (üç yüz) kv.m torpaq sahəsinin onun tərəfindən istifadə olunması,müvafiq dövlət orqanları tərəfindən texniki sənədlərinin hazırlanması və invertarlaşma işlərinin aparılmasına mane olmasının Cavabdeh qadağan edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İş üzrə İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək, iddia ərizəsini səhv olaraq verdiyini və iddia tələbindən imtina etdiyini bildirmişdir. İddiaçı iddia ərizəsinin verilməsinə görə ödənilmiş dövlət rüsumunun ona qaytarılmasını xahiş etmişdir. Məhkəmə iddiaçının iddiadan imtinasını nəzərə alaraq hesab edir ki, iş üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası MPM-nın 261.0.4-cü maddəsinin tələbinə görə, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa; hakim iş üzrə icraata xitam verir. Həmin Məcəllənin 262.4-cü maddəsinə əsasən işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə təkrar müraciət edilməsinə yol verilmir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası MPM-nın müvafiq maddələrini rəhbər tutaraq, məhkəmə Q ə r a r a a l d ı: İddiaçı Cavabdeh oğluna qarşı maneənin aradan qaldırılması tələbinə dair mülki iş üzrə icraata xitam verilsin. İddiaçı tərəfindən ödənilmiş 100 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılsın. Qərardaddan, onun surəti tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində qərardadı qəbul etmiş məhkəməyə şikayət verilə bilər. Hakim Tural Məmmədov
Məhkəmə qərarları › İş №2(010)-555/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-555/2022
24.01.2022 · Torpaq mübahisələri - Torpaq münasibətləri üzrə sair mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver