Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5574/2020 11.12.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Suraxanı Rayon Məhkəməsinin hakimi Rzayeva Nərminə Cahangir qızı İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirib, müəyyən etdim: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə tələbinə dair məhkəməyə müraciət edərək, iddiaçının və həyat yoldaşının Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, E.Qasımov küçəsi, 14 s saylı yaşayış binası, mənzil 23-ün bir otağında yaşamaqlarına tam hüquqularının olduğu və həmin mənzilə köçürülmələri barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Ərizə və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, ərizə icraata qəbul edilmədən iddiaçıya geri qaytarılmalıdır. Belə ki, ərizə və ona əlavə edilmiş sənədlər Yasamal Rayon Məhkəməsinə göndərilməli olduğu halda Suraxanı Rayon Məhkəməsinə göndərilmişdir. Göründüyü kimi, iddiaçı tərəfindən ərizə cavabdehin rəsmi qeydiyyatda olduğu ünvan üzrə ünvan 1 ünvanı olmasına baxmayaraq ərizə ərazi aidiyyəti pozulmaqla verilmişdir. Yəni tələbkar tərəfindən həmin ərizə ilə Yasamal Rayon Məhkəməsinə müraciət etmək əvəzinə Suraxanı Rayon Məhkəməsinə müraciət edilmişdir Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (bundan sonra mətndə Azərbaycan Respulikası MPM) 277.1-ci maddəsinə əsasən məhkəmə əmri haqqında ərizə bu Məcəllənin 4-cü fəslində müəyyən edilmiş ümumi aidiyyət qaydalarına əsasən verilir. Azərbaycan Respublikası MPM-nin 35.1-ci maddəsinə əsasən, Qanunla başqa hal nəzərdə tutulmamışdırsa, ərizə borclunun rəsmi qeydə alındığı yerin məhkəməsinə verilir. Beləliklə də, Azərbaycan Respublikası MPM-nin müvafiq tələbləri tələbkar tərəfindən pozulmuşdur. Azərbaycan Respublikası MPM-nin 152.1.3-cü maddəsinə əsasən, əgər iş ərazi aidiyyəti üzrə həmin məhkəmədə baxılmalı deyildirsə hakim ərizəni və ona əlavə edilmiş sənədləri geri qaytarır. Azərbaycan Respublikası MPM-nin 152.2-ci maddəsinə əsasən, ərizənin qaytarılması haqqında hakim qərardad çıxarır. Şərh edilənlərə əsasən belə nəticəyə gəlirəm ki, ərizə və ona əlavə edilmiş sənədlər icraata qəbul edilməməli və tələbkara geri qaytarılmalıdır. Bununla yanaşı tələbkara izah olunur ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə və Azərbaycan Respublikası MPM-nin 152, 263-264, 267-268 və 277.1-ci maddələrinə əsaslanaraq qərara aldım: İddiaçı Cavabdeh qarşı mənzilə köçürülmə barədə ərizəsinə məhkəmənin icraatında baxılmasından imtina edilsin. Ərizə və ona əlavə edilmiş sənədlər ərizəçi İddiaçı oğliuna geri qaytarılsın. İddiaçıya bir daha izah olunsun ki, ərizənin qaytarılması ümumi qaydada ikinci dəfə aidiyyəti məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan tərəfə rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Nərminə Rzayeva.
Məhkəmə qərarları › İş №2(010)-5574/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5574/2020
11.12.2020 · Mənzil mübahisələri - Mənzilə köçürmə
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver