Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-558/2022 02.03.2022 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Mahmudova Təranə Nəriman qızının sədrliyi, məhkəmə iclas katibi X*7 qızının katibliyi, ərizəçinin vəkili və nümayəndəsi Vəkil iştirakı ilə, Ərizəçi “mirasın qəbulu müddətin uzadılması”na dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə müəyyən etdi: İddia tələbi: Ərizəçi “mirasın qəbul edilməsi və miras əmlakın qəbul edilməsi üçün nəzərdə tutulmuş müddətin bərpası”na dair ərizə ilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə müraciət edərək, Azərbaycan Respublikası Bakı şəhəri icra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsi ilə həyat yoldaşı X5 adına rəsmləşdirilməklə Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/m, ev *9, mənzil *70 ünvanında yerləşən, iki otaqlı 30.*4 kvadrat metr sahəsi olan mənzil xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə **8 saylı reyestr kitabında *8*53 səhifədə, 30/*0992 qeydə alma nömrə ilə *4.06.2000-ci il tarixdə qeydiyyata aparılmış mənzilin X*0 qızının vərəsəsi kimi X8 tərəfindən qəbul edilməsi və vərəsə şəhadətnaməsini almaq üçün buraxılmış müddətin bərpası üçün barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Sonradan ərizəçinin vəkili və nümayəndəsi Vəkil dəqiqləşmə barədə ərizə təqdim edərək, Azərbaycan Respublikası Bakı şəhəri icra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı idarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsi ilə həyat yoldaşı 09.*2.2020-ci il tarixdə vəfat etmiş Məmmədov (Məmmədli) Tofiq Mirzəxan oğlunun adına rəsmləşdirilməklə Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/m, ev *9, mənzil *70 ünvanında yerləşən, iki otaqlı 30.*4 kvadrat metr sahəsi olan mənzil xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə **8 saylı reyestr kitabında *8*53 səhifədə, 30/*0992 qeydə alma nömrə ilə *4.06.2000-ci il tarixdə qeydiyyata aparılmış mənzilin 09.*2.2020-ci il tarixdə vəfat etmiş Məmmədov (Məmmədli) Tofiq Mirzəxan oğlu qızının vərəsəsi kimi X8 tərəfindən qəbul edilməsi üçün gecikdirilmiş müddəti üzrlü sayıb buraxılmış müddətin uzadılması barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Tərəflərin izahatları: Maraqlı şəxslər Maraqlı şəxs*, Maraqlı şəxs2 və 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, nümayəndələrinin məhkəmə iclasında iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə maraqlı şəxslərin iştirakı olmadan baxılmasını mümkün saymışdır. Ərizəçinin vəkili və nümayəndəsi Vəkil ərizəni müdafiə edərək və ərizəyə uyğun izahat verərək bildirdi ki, X2 Tofiq Mirzəxan oğlu ilə el adət ənənəsi ilə ailə həyatı qurmuş və bu barədə nikahın bağlanması haqqında akt qeydləri kitabında *0.09.*983-cü il tarixdə 836 nömrə ilə qeyd edilmişdir. Birgə nikah dövründə Azərbaycan Respublikası Bakı şəhəri İcra Hakimiyyəti Texniki inventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş Qeydiyyat Vəsiqəsi ilə həyat yoldaşı X5 adına rəsmləşdirilməklə Bakı şəhəri Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" y/m, ev *9, mənzil *70 ünvanında yerləşən, iki otaqlı 30.*4 kvadrat metr sahəsi olan mənzil xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmiş və bu barədə **8 saylı reyestr kitabında *8*53 səhifədə, 30/*0992 qeydə alma nömrə ilə *4.06.2000-ci il tarixdə qeydiyyata aparılmışdır. Həyat yoldaşı X*0 *7.*2.2020-ci il tarixdə vəfat etmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra onun qanun üzrə üç vərəsəsi qalmışdır: o, Maraqlı şəxs* və Maraqlı şəxs2. Həyat yoldaşının atası X3 2*.02.*963-cü ildə, anası X7 isə 26.07.20**-ci il tarixdə vəfat etmişdir. Onlar vərəsə olaraq öz aralarında razılığa gələrək həyat yoldaşı X5 mülkiyyətində olan daşınmaz əmlakın vərəsə kimi onun tərəfindən qəbul edilməsini qərarlaşdırmışlar. Bu məqsədlə o, notariat ofisinə müraciət etmiş, lakin müəyyən edilmiş müddət ötürüldüyü üçün vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsinin mümkün olmadığı bildirilmişdir. Həyat yoldaşı vəfat etdikdən sonra ondan miras qalmış əmlaka faktiki olaraq o, nəzarət edir. Belə ki, daimi olaraq qeyd olunan mənzildə yaşayır və mənzilin bütün kommunal xərclərini o ödəyir. Digər vərəsələr isə ərizə yazaraq mərhum ataları X4 miras qalmış qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından mirasın onlara çatası hissələrindən imtina etdiklərini bildirmişlər. Buna görə də qeyd olunanların nəzə alınaraq, ərizənin təmin olunmasını məhkəmədən xahiş etdi. İş materiallarına əlavə edilmiş: *0.09.*983-cü il tarixdə verilmiş İİİ-ЖГ seriyalı 3**8*3 №-li nikah haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*0 və X8 arasında *0.09.*983-cü ildə nikah bağlanmışdır. Nikah bağlandıqdan sonra ərə Məmmədov, arvada Məmmədova soyadı verilmişdir. Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş ÖM seriyalı 0428*6 №-li Qeydiyyat vəsiqəsinin notarial qaydada təsdiq olunmuş surətindən görünür ki, Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» Y/M, ev *9 ünvanında yerləşən *70 saylı mənzil X5 adına xüsusi mülkiyyət kimi hüquqi qeydiyyatdan keçirilmişdir və bu barədə **8 saylı reyestr kitabında *4.06.2000-ci il tarixində qeydiyyat aparılmışdır. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən *8.*2.2020-ci il tarixdə verilmiş AZ-İİ seriyalı *27467 №-li ölüm haqqında şəhadətnamənin notarial qaydada təsdiq edilmiş surətindən görünür ki, X*0 09.*2.2020-ci ildə ölmüşdür. Bu barədə ölüm haqqında akt qeydləri kitabında *7.*2.2020-ci il tarixdə **47 № ilə qeyd edilmişdir. *70 saylı MTK tərəfindən verilmiş 57/*9 №-li aktdan görünür ki, X** vəfat edən gününə qədər *0 dekabr 2020-ci ilə kimi, seriya ÖM № 0428*6 saylı, *4.06.2000-ci il tarixli qeydiyyat vəsiqəsinə əsasən mülkiyyətçisi olduğu Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, "D" yaşayış sahəsi, ev *9, mənzil *70- də həyat yoldaşı Ərizəçi ilə birlikdə yaşamışdır. Vəfat etdiyi gündən hal- hazıradək də onun həyat yoldaşı Ərizəçi həmin mənzildə yaşamaqda davam edir. Mənzildə yaşayış yeri üzrə qeydiyyatda heç kim yoxdur. Bakı şəhəri Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən *2.**.202*-ci il tarixdə verilmiş 8*0-05/76 №li arayışdan görünür ki, X* 24.05.2005-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin 495 saylı 02.02.*993-cü il tarixli qərarına əsasən “Məmmədov”dan “Məmmədli”yə dəyişiklik edilmişdir. Maraqlı şəxs* və Maraqlı şəxs2 tərəfindən notarial qaydada yazılmış ərizələrdən görünür ki, onlar mərhum ataları X4 miras qalmış qeyri-yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqlarından mirasın onlara çatası hissələrindən imtina etdiklərini bildirmişlər. 4 saylı Bakı “ASAN xidmət” mərkəzində notariat ofisi tərəfindən 30.**.202*-ci il tarixdə Ərizəçi ünvanlanmış 2*4* nömrəli məktubdan görünür ki, 09.*2.2020-ci il vəfat etmiş X6 adına V-708/202* saylı vərəsəlik işi açılmışdır. 09.*2.2020-ci il tarixdə vəfat etmiş X4 mirasın qəbulu faktı ilə bağlı müddət ötürüldüyündən məhkəməyə müraciət etməli olduğu bildirilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikası Mülki Məcəlləsinin **33.*-ci maddəsinə əsasən ölmüş şəxsin (miras qoyanın) əmlakı başqa şəxslərə (vərəsələrə) qanun üzrə və ya vəsiyyət üzrə və ya hər iki əsasla keçir. Həmin Məcəllənin **33.2-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik (ölmüş şəxsin əmlakının qanunda göstərilmiş şəxslərə keçməsi) o zaman qüvvədə olur ki, miras qoyan vəsiyyətnamə qoymur, yaxud vəsiyyətnamə tamamilə və ya qismən etibarsız sayılır. Həmin Məcəllənin **34.*-ci maddəsinə əsasən qanun üzrə vərəsəlik zamanı vərəsələr miras qoyanın öldüyü məqamda sağ olmuş şəxslər, habelə miras qoyanın ölümündən sonra doğulmuş uşaqları ola bilərlər. Həmin Məcəllənin *243.*-ci maddəsinə əsasən mirası istər qanun üzrə, istərsə də vəsiyyət üzrə vərəsə qəbul edir. Həmin Məcəllənin *243.2-ci maddəsinə əsasən vərəsə mirasın açıldığı yer üzrə notariat kontoruna mirası qəbul etdiyi barədə ərizə verdikdə və ya əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə faktik başladıqda və bununla da mirası qəbul etdiyini şəksiz nümayiş etdirdikdə miras vərəsə tərəfindən qəbul edilmiş sayılır. Həmin Məcəllənin *246-cı maddəsinə əsasən vərəsə vərəsəliyə çağırıldığını bildiyi və ya bilməli olduğu gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir Həmin Məcəllənin *248.*-ci maddəsinə əsasən mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzrlü sayarsa uzada bilər. Məhkəmənin mövqeyi: Məhkəmə iş materiallarını araşdırıb, tərəfin izahatını dinləyib hesab edir ki, aşağıda qeyd olunan əsaslara görə ərizə təmin edilməlidir. İşin araşdırılan hallarından göründüyü kimi hazırki iş üzrə ərizəçi üzürlü səbəbdən vərəsəlik haqqında şəhadətnamə verilməsi üçün qanunla müəyyən edilmiş müddətdə notariat kontoruna müraciət edə bilməmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, ərizə təmin edilməli, mərhum Məmmədov (Məmmədli) Tofiq Mirzəxan oğlundan miras qalmış Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş, **8 saylı reyestr kitabında *8*53 səhifədə, 30/*0992 qeydə alma nömrə ilə *4.06.2000-ci il tarixdə qeydiyyatı aparılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» Y/M, ev *9 ünvanında yerləşən *70 saylı mənzilin Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla, uzadılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 2*6-220-ci maddələrini rəhbər tutaraq, məhkəmə qət etdi: Ərizə təmin edilsin. Mərhum Məmmədov (Məmmədli) Tofiq Mirzəxan oğlundan miras qalmış Bakı şəhəri İcra Hakimiyyəti Texniki İnventarlaşdırma və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsi tərəfindən verilmiş, **8 saylı reyestr kitabında *8*53 səhifədə, 30/*0992 qeydə alma nömrə ilə *4.06.2000-ci il tarixdə qeydiyyatı aparılmış Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, «D» Y/M, ev *9 ünvanında yerləşən *70 saylı mənzilin Ərizəçi tərəfindən miras kimi qəbul edilməsi üçün qanunla müəyyən edilmiş müddətin buraxılması üzrlü hesab olunmaqla, uzadılsın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Məhkəmə qərarları › İş №2(010)-558/2022
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-558/2022
02.03.2022 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver