Məhkəmə qərarları › İş №2(010)-559/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-559/2025

20.02.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-559/2025 20.02.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdeh Bakı şəhəri *0* saylı tam orta məktəbin direktoru Cavabdeh2, Müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhər üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri *0* nömrəli tam orta məktəbə qarşı (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhər üzrə Təhsil İdarəsi və Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə) “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddia tələbi *.İddiaçı cavabdehin *9.08.2024-cü il tarixli 57§3 nömrəli əmrinin ləğv edilməsini, iddiaçı olaraq onun işlədiyi *0* saylı tam orta məktəbdə tarix müəllimi vəzifəsinə (tutduğu əvvəlki vəzifəsinə) bərpa edilməsini, işdən çıxarıldığı vaxtdan qətnamə qəbul olunan vaxtadək həmin zaman üçün ödənilməmiş əmək haqqının bir dəfəlik ona ödənilməsini, mediasiya üçün ödədiyi 6* manat rüsumun cavabdehdən alınaraq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar.

2. İddiaçı iddia tələbi onunla əsaslandırılmışdır ki, o, uzun illərdir ki, Bakı şəhəri *0* saylı tam orta məktəbdə tarix müəllimi vəzifəsində işləmişdir. İşlədiyi dövrlərdə həm kollektivdə, həm də şagirdlər arasında böyük hörmət qazanmışdır. Məktəbdə şagirdlərə verdiyi təhsilə görə məktəb rəhbərliyi tərəfindən dəfələrlə müxtəlif mükafatlar almışdır. Hazırda 65 yaşı tamam olmuşdur. Lakin kifayət qədər gümrahdır, səbrli və şagirdlərə təhsil vermək üçün həvəslidir. Məktəb direktoru Cavabdeh2 və digər kollektiv onun tədrisindən çox razıdırlar, şagirdlər onun dərslərində çox həvəslə təhsil alır və elm öyrənirlər. xx.xx.2024-cü il tarixində məktəb direktoru Cavabdeh2 tərəfindən ona xxxxxxx000*00 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən *3.08.2024-cü il tarixində xitam verilməsi barədə 57§3 nömrəli əmr göndərilmişdir. Həmin əmrdə heç bir imza, möhür və ya əmrin həqiqiliyini təsdiqedici məlumat qeyd edilməmişdir. Həmin əmr verilən tarixdə məktəbin direktoru məzuniyyətdə olmuşdur. Məzuniyyətdə olduğu müddətdə belə bir əmrin verilməsi əmək qanunvericiliyinə ziddir. Belə ki, qanunvericilik direktorun məzuniyyətdə olduğu, əmək qabiliyyətini müvəqqəti itirdiyi və ezamiyyətə getdiyi müddətdə təşkilatın maliyyə sənədlərini imzalanmasını istisna edir. Buna görə də direktor məzuniyyətdə olduğu müddətdə təşkilatın fəaliyyətinin axsamaması üçün rəhbərin funksiyaları başqasına həvalə olunmalıdır. Lakin, xx.xx.2024cü il tarixində məktəb direktoru Cavabdeh2 tərəfindən ona göndərilən məktub məhz direktorun şəxsən özü tərəfindən göndərilmişdir. Halbuki, həmin tarixdə direktor məzuniyyətdə olmuşdur. Əmək kitabçasında əmək müqaviləsinə xitam verilməsi barədə əmr direktor məzuniyyətdə olduğu üçün məktəbdə müəllim işləyən X2 tərəfindən imzalanmışdır. Bu da həmin əmrin ziddiyətli olduğunu göstərir. Əmək kitabçasında əmr imzalayan həmin məktəbdə müəllim işləyən X2 əmr imzalanan zaman məzuniyyətdə olmuşdur. X* əmr imzaladığını inkar edir. Cavabdeh ona əvvəlcədən əmək müqaviləsinə xitam veriləcəyi barədə xəbərdarlıq məktubu göndərməmişdir. Lakin, Əmək qanunvericiliyinə əsasən ən azı bir həftə əvvəl xəbərdarlıq məktubu göndərməlidir.

Tərəflərin izahatları

3. İddiaçı iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını xahiş etmişdir.

4. Məhkəmə iclasında cavabdeh Bakı şəhəri *0* saylı tam orta məktəbinin direktoru Cavabdeh2 iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı uzun müddətdir ki, Bakı şəhəri *0* saylı tam orta məktəbdə tarix müəllimi vəzifəsində işləmiş və *3.05.2024-cü il tarixdə 65 yaşı tamam olmuşdur. İddiaçı çalışmanın yaş həddinə çatması ilə əlaqədar olaraq çalışma müddətinin uzadılmasına etirazının olmaması barəsində ərizə vermiş və onunla tədris ilinin sonunadək işləməsi ilə bağlı razılıq əldə olunmuşdur. Bakı şəhəri *0* nömrəli tam orta məktəbdə 2024/2025-ci dərs ilində mövcüd vəziyyət təhlil edilmiş və İddiaçı ilə yenidən müddətli əmək müqaviləsinin bağlanması məqsədəuyğun hesab edilməmişdir. Onunla bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən *3.08.2024-cü il tarixindən xitam verilmişdir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir.

5. Məhkəmə iclasında mülki işə üçüncü şəxs qismində cəlb olunmuş Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhər üzrə Təhsil İdarəsinin nümayəndəsi Nümayəndə iddia tələbini qəbul etməyərək bildirmişdir ki, İddiaçı ilə Bakı şəhəri *0* nömrəli tam orta məktəb arasında *8.*0.20*0-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır. Lakin Elektron informasiya sisteminə gücləndirilmiş elektron imza vasitəsilə əmək müqaviləsi bildirişinin daxil edilməsi Bakı şəhəri üzrə Təhsil İdarəsinin adından həyata keçirilmişdir. İddiaçı Bakı şəhəri *0* saylı tam orta məktəbdə tarix müəllimi vəzifəsində işləmiş və *3.05.2024-cü il tarixdə onun 65 yaşı tamam olmuşdur. İddiaçı çalışmanın yaş həddinə çatması ilə əlaqədar olaraq çalışma müddətinin uzadılmasına etirazının olmaması barəsində ərizə vermiş və onunla tədris ilinin sonundək işləməsi ilə bağlı razılıq əldə olunmuşdur. Hazırda iddiaçı 65 yaşına çatmış, onunla bağlanmış əmək müqaviləsinə xitam verilmiş və işçi ilə əmək müqaviləsinin müddətinin uzadılması səlahiyyəti işəgötürənə aiddir. Qeyd olunanlara əsasən iddia tələbinin rədd olunmasını xahiş etmişdir.

6. Üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 Xidməti məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsini rəhbər tutaraq işə üçüncü şəxsin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün saymışdır.

İş materialları

7. Əmək müqaviləsinə dəyişiklik edilməsi ilə bağlı əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, İddiaçı ilə Bakı şəhəri üzrə Təhsil İdarəsi arasında *8.*0.20*0-cu il tarixdə müddətsiz əmək müqaviləsi bağlanmışdır.

8. Əmək müqaviləsinə xitam verilməsi barədə *9.08.2024-cü il tarixli 57§3 nömrəli Əmrdən müəyyən olunur ki, Bakı şəhəri *0* nömrəli tam orta məktəbdə tarix müəllimi vəzifəsində işləyən İddiaçı Xəlil qızı ilə bağlanmış xxxxxxx000*00 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən *3.08.2024-cü il tarixindən xitam verilmişdir.

9. *8.*0.20*0-cu il tarixli, 48/*0 nömrəli Əmrdən Çıxarışdan müəyyən olunur ki, İddiaçı *8.*0.20*0-cu il tarixdən Əmi Məmmədov adına *0* saylı məktəbin əsas tarix müəllimi təyin edilmiş, həftəlik dərs yükü *8 (on səkkiz) saat müəyyən edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. *0. Məktəb direktoru Cavabdeh2 tərəfindən İddiaçı göndərilmiş məktubdan müəyyən olur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə tələbatın müəyyənləşdirməsi, pedoqoji kadrların işə qəbulu və yerdəyişmə qaydaları”nın 23-cü bəndinə əsasən çalışmanın yaş hədddinə çatmış işçilərlə əmək müqaviləsinin müddəti Azərbaycan Respublikası Əmək Məcəlləsinin *0-*-ci maddəsi və Elm və Təhsil Nazirliyinin *5.07.20**-ci il tarixli *404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar gözlənilməklə tabelik üzrə təhsili idarəetmə orqanının və aidiyyəti ərazi maliyyə hesablaşma mərkəzinin razılığı əsasında tədris ilinin sonuna kimi uzadılmışdır. 2024/2025ci dərs ilində mövcud vəziyyət təhlil edilmiş və yenidən müddətli müqavilə bağlanması məqsədə uyğun hesab edilməmişdir. *9.08.2024-cü il tarixli №57§3 əmrlə əmək müqaviləsinə xitam verilmişdir. **. 29.*0.2024-cü il tarixli Mediasiya Sessiyasında iştirak edilməməsi barədə arayışdan görünür ki, İddiaçı tərəfindən Mediasiya sessiyasının keçirilməsi üçün 50 manat və *0 manat poçt-kargüzarlıq xərci ödənilmişdir. *2. *9.07.2024-cü il tarixli № 57 nömrəli əmrdən çıxarışdan müəyyən olunur ki, İddiaçı - məktəbin 2023/2024-cü tədris ilinin sonunadək çalışmanın yaş həddinə çatmış tarix müəllimi, məzuniyyətdən sonra *3.08.2024-cü il tarixdən işdən azad edilsin. Onunla bağlanmış müddətli əmək müqaviləsi ləğv olunsun. *3. *3.05.2024-cü il tarixli Əmək müqaviləsinə Əlavə *-dən müəyyən olur ki, işçi pensiya yaşına çatdıqda işləmək istədiyinə görə əmək müqaviləsində dəyişiklik edilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin *0-*.*-ci maddəsində qeyd olunan çalışmanın yaş həddinin müddəti *4.06.2024-cü il tarixinədək uzadılmasına razılıq verilmişdir. *4. İddiaçı tərəfindən verilmiş ərizədən müəyyən olunur ki, *3.05.2024-cü il tarixində çalışmanın yaş həddinə çatmağı ilə əlaqədar olaraq çalışma müddətinin *4.06.2024-cü il tarixədək uzadılmasına etiraz etmir. *5. Əmək kitabçasının surətindən müəyyən olunur ki, İddiaçı Əmi Məmmədov adına *0* №li məktəbə *8.*0.20*0-cu il tarixdən tarix müəllimi vəzifəsinə işə təyin edilmiş və əmək müqaviləsi bağlanmışdır, Əmi Məmmədov adına *0* № tam orta məktəbin 2023/2024-cü tədris ilinin sonunadək çalışmanın yaş həddinə çatmış İddiaçı (tarix müəllimi) məzuniyyətdən sonra *3.08.2024-cü il tarixdən işdən azad edilsin və onunla bağlanmış müddətli əmək müqaviləsi ləğv edilsin. *6.Əmək müqaviləsinə xitam verilməsi ilə bağlı *9.08.2024-cü il tarixli Əmək müqaviləsi bildirişindən müəyyən olunur ki, əmək müqaviləsinə *3.08.2024-cü il tarixdə 68.2-ci maddəsinin “b” bəndinə əsasən, əmək müqaviləsinin müddətinin qurtarması əsasında xitam verilmişdir. *7. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhər üzrə Təhsil İdarəsi tərəfindən 28.*0.2024-cü il tarixli 3-29-69/2-H-5728/3-4/2024 nömrəli İddiaçı göndərilmiş məktubdan müəyyən olunur ki, Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinin “Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi sisteminə daxil olan ümumi təhsil müəssisələrində müəllimlərə təlabatın müəyyənləşdirilməsi, pedaqoji kadrların işə qəbulu və yerdəyişməsi Qaydaları”nın 2.3-cü bəndinə əsasən çalışmanın yaş həddinə çatmış işçilərlə əmək müqaviləsinin müddəti Azərbaycan Respublikasının Əmək Məcəlləsinin *0- *-ci maddəsi və Elm və Təhsil Nazirliyinin *5.07.20**-ci il tarixli *404 nömrəli əmri ilə müəyyənləşdirilmiş tələblər və meyarlar gözlənilməklə tabelik üzrə təhsili idarəetmə orqanının və aidiyyəti ərazi maliyyə hesablaşma mərkəzinin razılığı əsasında müəssisə rəhbəri tərəfindən hər dəfə cari dərs ilinin sonuna kimi uzadıla bilər. Qeyd edilən meyarlar çərçivəsində çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. Həmçinin müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssissənin işçilərinn ümumi sayının 2 faizindən artıq ola bilməz. Qaldırılan məsələ ilə bağlı Bakı şəhəri *0* nömrəli tam orta məktəbdə 2024/2025ci dərs ilində mövcüd vəziyyət təhlil edilmiş və yenidən müddətli əmək müqaviləsi bağlanması məqsədə uyğun hesab edilməmişdir.

İşin faktiki halları

*8. İddiaçı *8.*0.20*0-cu il tarixdən Əmi Məmmədov adına *0* saylı məktəbin əsas tarix müəllimi təyin edilmiş, həftəlik dərs yükü *8 (on səkkiz) saat müəyyən edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. Tərəflər arasında *3.05.2024-cü il tarixli əmək müqaviləsinə * saylı əlavə bağlanmış və işçi pensiya yaşına çatdıqda işləmək istədiyinə görə əmək müqaviləsində dəyişiklik edilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin *0-*.*-ci maddəsində qeyd olunan çalışmanın yaş həddinin müddəti *4.06.2024-cü il tarixinədək uzadılmasına razılıq verilmişdir. Daha sonra işə götürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə *9.08.2024-cü il tarixli 57§3 nömrəli Əmr verilmiş və Bakı şəhəri *0* nömrəli tam orta məktəbdə tarix müəllimi vəzifəsində işləyən İddiaçı Xəlil qızı ilə bağlanmış xxxxxxx000*00 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən *3.08.2024-cü il tarixindən xitam verilmişdir. Hazırda işçi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsini və onun işə bərpa olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhər üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri *0* nömrəli tam orta məktəbdə 2024/2025-ci dərs ilində mövcüd vəziyyət təhlil edilmiş və İddiaçı ilə yenidən müddətli əmək müqaviləsinin bağlanması məqsədəuyğun hesab edilməmişdir.

Tətbiq edilən hüquq

*9. Azərbaycan Respublikasının Konstitusiyası

Maddə 35. Əmək hüququ İ. Əmək fərdi və ictimai rifahın əsasıdır. İİ. Hər kəsin əməyə olan qabiliyyəti əsasında sərbəst surətdə özünə fəaliyyət növü, peşə, məşğuliyyət və iş yeri seçmək hüququ vardır. İİİ. Heç kəs zorla işlədilə bilməz. İV. Əmək müqavilələri sərbəst bağlanılır. Heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Vİ. Hər kəsin təhlükəsiz və sağlam şəraitdə işləmək, heç bir ayrı-seçkilik qoyulmadan öz işinə görə dövlətin müəyyənləşdirdiyi minimum əmək haqqı miqdarından az olmayan haqq almaq hüququ vardır.

20. Azərbaycan Respublikası Əmək Məcəlləsi

Maddə 2. Azərbaycan Respublikası Əmək Məcəlləsinin vəzifələri və prinsipləri *.Azərbaycan Respublikasının Əmək Məcəlləsi işçilərlə işəgötürənlər arasında yaranan əmək münasibətlərini, habelə onlarla müvafiq dövlət hakimiyyəti orqanları, hüquqi şəxslər arasında həmin münasibətlərdən törəyən digər hüquq münasibətlərini tənzim edir. Maddə 7. Əmək münasibətlərinin qanunvericiliklə və müqavilə bağlamaqla tənzimlənməsi *. İşçilərin əmək hüquqları və bu hüquqlarla bağlı müvafiq təminatlarının minimum səviyyəsi bu Məcəllənin *-ci maddəsində göstərilən normativ hüquqi aktlarla müəyyən edilmiş hüquq normaları ilə təmin edilir. Maddə *0-*. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi *0-*.*. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışmanın yaş həddi 65dir. *0-*.2. Dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddəti müvafiq dövlət orqanının rəhbəri tərəfindən hər dəfə * ildən çox olmayaraq uzadıla bilər. Çalışma müddətinin 5 ildən çox uzadılmasına yol verilmir. *0-*.3. Elm, mədəniyyət, səhiyyə və təhsil sahələrinin inkişafında müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş xüsusi xidmətləri olmuş dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin çalışma müddəti müvafiq dövlət orqanı tərəfindən bu Qanunun *0-*.2-ci maddəsində nəzərdə tutulmuş müddətdən artıq uzadıla bilər. *0-*.4. Bu Qanunun *0-*.2-ci və *0-*.3-cü maddələrinə uyğun olaraq müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışma müddəti uzadılmış işçilərin sayı həmin sahə üzrə dövlət büdcəsindən maliyyələşən müəssisələrin işçilərinin ümumi sayının *5 faizindən artıq ola bilməz. *0-*.5. Müvafiq sahə üzrə dövlət büdcəsindən maliyyələşən hər bir müəssisənin çalışma müddəti uzadılmış işçilərinin sayı həmin müəssisənin işçilərinin sayının 2 faizindən artıq ola bilməz. Müəssisənin işçilərinin sayı *00 nəfərdən az olduqda, çalışma müddəti uzadılmış işçilərin sayı iki ştat vahidinə qədər yuvarlaqlaşdırılır. *0-*.6. Dövlət büdcəsindən maliyyələşən müəssisələrdə çalışan işçilərin çalışma müddətinin uzadılmasına onların razılığı əsasında yol verilir. Maddə **. İşəgötürənin əsas hüquqları *. Əmək münasibətləri sahəsində işəgötürənin aşağıdakı əsas hüquqları vardır: a) bu Məcəllə ilə müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək; b) bu Məcəllə ilə müəyyən edilmiş qaydada və əsaslarla əmək müqavilələrini ləğv etmək; c) işçilərdən əmək müqaviləsi ilə müəyyən edilmiş şərtlərin, öhdəliklərin vaxtında və keyfiyyətlə yerinə yetirilməsini tələb etmək; ç) işgüzar keyfiyyətinə, əməyinin nəticələrinə, peşəkarlıq səviyyəsinə uyğun olaraq işçini müvafiq vəzifələrə (peşələrə) irəli çəkmək; d) işçilər əmək müqaviləsinin şərtlərini, müəssisədaxili intizam qaydalarını pozduqda qanunvericiliklə müəyyən olunmuş qaydada onları intizam məsuliyyətinə cəlb etmək; e) işçilərin ona və ya mülkiyyətçiyə vurduğu maddi ziyanın ödənilməsi üçün qanunvericiliyə müvafiq tədbirlər görmək; ə) bu Məcəllənin və digər normativ hüquqi aktların tələblərinə əməl etməklə əmək şəraitinin şərtlərini dəyişdirmək və ya işçilərin sayını ixtisar etmək, ştatları, struktur bölmələri ləğv etmək; f) əmək kollektivi ilə və ya həmkarlar ittifaqları təşkilatı ilə kollektiv müqavilə bağlamaq və bu müqavilə üzrə öhdəliklərin yerinə yetirilməsinə nəzarət etmək; g) əmək müqaviləsi bağlayarkən bu Məcəllə ilə müəyyən edilmiş qaydada və müddətə sınaq müddətini müəyyən etmək; ğ) işçilərin peşə hazırlığı səviyyəsinin yüksəldilməsi, yeni ixtisasa yiyələnməsi və ixtisasının artırılması məqsədilə əlavə təhsil müəssisələrində əlavə təhsilini təşkil etmək.

2. İşəgötürənin bu maddədə nəzərdə tutulan hüquqlarının həyata keçirilməsinə, bu Məcəllənin *2-ci maddəsi ilə və digər normativ hüquqi aktlarla müəyyən edilmiş vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir. İşəgötürənin bu sahədə fəaliyyətinə müdaxilə edərək onun qanuni hüquqlarını pozan şəxs qanunvericilikdə nəzərdə tutulan qaydada müvafiq məsuliyyət daşıyır. Maddə *2. İşəgötürənin əsas vəzifələri və məsuliyyəti *. Əmək münasibətləri sahəsində işəgötürənin əsas vəzifələri bunlardır: a) əmək müqaviləsinin şərtlərinə və onlarda nəzərdə tutulan öhdəliklərə əməl etmək; b) bu Məcəllənin və əmək qanunvericiliyinə dair digər normativ hüquqi aktların tələblərini yerinə yetirmək; c) əmək müqavilələrini bu Məcəllədə nəzərdə tutulmuş əsaslarla və qaydada pozmaq; Maddə 42. Əmək müqaviləsinin tərəfləri *. Əmək müqavilələri sərbəst bağlanır. Əmək münasibətləri yaratmayan və ya yaratmaq istəməyən heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz.

2. Əmək müqaviləsinin tərəflərindən biri işəgötürən, digəri isə işçidir. Maddə 43. Əmək müqaviləsinin məzmunu *. Əmək müqaviləsinin məzmunu və quruluşu qanunvericiliyin tələblərinə əməl edilməklə tərəflərin razılığı ilə müəyyən edilir. Maddə 45. Əmək müqaviləsinin müddəti *. Əmək müqaviləsi müddətsiz və ya müddətli bağlanılır. Müddətli əmək müqaviləsi tərəflərin razılaşdığı müddətə bağlanılır. Maddə 68. Əmək müqaviləsinə xitam verilməsinin əsasları *. Əmək müqaviləsinə yalnız bu Məcəllə ilə müəyyən edilmiş əsaslarla və qaydada xitam verilə bilər.

2. Əmək müqaviləsinə xitam verilməsinin əsasları aşağıdakılardır: a) tərəflərdən birinin təşəbbüsü; b) əmək müqaviləsinin müddətinin qurtarması; c) əmək şəraitinin şərtlərinin dəyişdirilməsi; ç) müəssisənin mülkiyyətçisinin dəyişməsi ilə əlaqədar (bu Məcəllənin 63-cü maddəsinin ikinci hissəsində göstərilən işçilər); d) tərəflərin iradəsindən asılı olmayan hallar; e) tərəflərin əmək müqaviləsində müəyyən etdiyi hallar. Maddə 292. İşçinin pozulmuş hüquqlarının bərpasını iddia etmək hüququ *. İşçi bu Məcəllənin 288-ci maddəsində göstərilmiş məsələlərlə bağlı hüquqlarının və ya qanunla qorunan mənafeyinin pozulduğunu aşkar etdikdə, bu Məcəllədə nəzərdə tutulmuş qaydada fərdi əmək mübahisələrini həll edən orqanlara müraciət edərək pozulmuş hüquqlarının bərpa edilməsini tələb edə bilər.

2*. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsi

Maddə 76. Sübutlar 76.*. Tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. 76.2. Bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Maddə 77. Sübut etmə vəzifəsi 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə *06. İşdə iştirak edən şəxslərin izahatları *06.*. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı 2*7.*. Məhkəmənin qətnaməsi qanuni və əsaslı olmalıdır. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

22. İşin faktiki hallarından müəyyən olunur ki, İddiaçı *8.*0.20*0-cu il tarixdən Əmi Məmmədov adına *0* saylı məktəbin əsas tarix müəllimi təyin edilmiş, həftəlik dərs yükü *8 (on səkkiz) saat müəyyən edilmiş və onunla əmək müqaviləsi bağlanmışdır. Tərəflər arasında *3.05.2024-cü il tarixli əmək müqaviləsinə * saylı əlavə bağlanmış və işçi pensiya yaşına çatdıqda işləmək arzusunda olduğuna görə əmək müqaviləsində dəyişiklik edilərək Azərbaycan Respublikası Əmək Məcəlləsinin *0-*.*-ci maddəsində qeyd olunan çalışmanın yaş həddinin müddəti *4.06.2024-cü il tarixinədək uzadılmasına razılıq verilmişdir. Daha sonra işə götürən tərəfindən əmək müqaviləsinə xitam verilməsi barədə *9.08.2024-cü il tarixli 57§3 nömrəli Əmr verilmiş və Bakı şəhəri *0* nömrəli tam orta məktəbdə tarix müəllimi vəzifəsində işləyən İddiaçı Xəlil qızı ilə bağlanmış xxxxxxx000*00 nömrəli əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 68.2-ci maddəsinin “b” bəndinə əsasən “əmək müqaviləsinin müddətinin qurtarması” maddəsinə əsasən *3.08.2024-cü il tarixindən xitam verilmişdir. Hazırda işçi əmək müqaviləsinə xitam verilməsi barədə əmrin ləğv edilməsini və onun işə bərpa olunmasını xahiş etmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhər üzrə Təhsil İdarəsi tərəfindən Bakı şəhəri *0* nömrəli tam orta məktəbdə 2024/2025-ci dərs ilində mövcüd vəziyyət təhlil edilmiş və İddiaçı ilə yenidən müddətli əmək müqaviləsinin bağlanması məqsədəuyğun hesab edilməmişdir.

23. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 47-ci maddəsinin “f” bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 25-ci maddəsinin İ hissəsinə və 35ci maddəsinin İ-İV və Vİİİ hissələrinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 3*.0*.2024-cü il tarixli Qərarında qeyd olunur ki, əmək münasibətləri dedikdə, əmək qanunvericiliyində, kollektiv müqavilə və sazişlərdə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işəgötürənlə qarşılıqlı razılıq əsasında müəyyən edilən iş yerində işçi tərəfindən onun işə qəbul (təyin) edildiyi, seçildiyi, bərpa olunduğu peşə və ya vəzifə üzrə əmək funksiyasının əmək haqqı ödənilməklə şəxsən yerinə yetirilməsinə, daxili intizam qaydalarına riayət edilməsinə, işəgötürən tərəfindən işçinin əmək şəraitinin, təminatlarının və əməyinin mühafizəsinin təmin edilməsinə, habelə bu Məcəllənin prinsiplərinə əsaslanan münasibətlər başa düşülür (Əmək Məcəlləsinin 3-cü maddəsinin 4-*-ci hissəsi).

24. Hazırkı məhkəmə mübahisəsindən müəyyən olunur ki, İddiaçı ilə Bakı şəhəri *0* saylı tam orta məktəb arasında *8.*0.20*0-cu il tarixdə müddətsiz müqavilə bağlanmış və sonradan işçi pensiya yaşına çatdığından onunla əmək müqaviləsinə xitam verilmişdir. Hazırda iddiaçı onunla bağlanmış əmək müqaviləsinə xitam verilməsi ilə bağlı Bakı şəhəri *0* saylı tam orta məktəbin direktoru Cavabdeh2 tərəfindən verilmiş əmrin ləğv edilməli olduğunu və onun əvvəlki vəzifəsinə bərpa olunmasını iddia edir.

25. Məhkəmə tərəfindən müəyyən edilmişdir ki, işçi ilə işəgötürən arasında müddətsiz əmək müqaviləsi bağlanmış, sonradan işçinin pensiya yaşına çatması ilə bağlı əmək müqaviləsinə əlavə bağlanmış və işçinin dərs ilinin sonunadək işləməsi ilə bağlı razılıq əldə edilmişdir.

26. Məhkəmə hesab edir ki,qanunvericiliyin tələbinə əsasən əmək müqavilələri sərbəst surətdə bağlanır və heç kəs əmək müqaviləsi bağlamağa məcbur edilə bilməz. Həmçinin əmək münasibətləri tərəflərin bərabərliyi və iradə azadlığı prinsiplərinə əsaslanır və tərəflər arasında bağlanmış müqavilədə nəzərdə tutulmuş öhdəliklərə uyğun olaraq işçi ilə işəgötürənin qarşılıqlı razılığı əsasında müəyyən edilir. Hazırkı halda dövlət büdcəsindən maliyyələşən müəssisənin 65 yaşına çatmış işçisinin həmin müəssisədə çalışma müddətinin uzadılması səlahiyyəti müvafiq dövlət orqanının rəhbərinə aiddir və işəgötürənin hüquqlarının həyata keçirilməsinə və vəzifələrinin icra edilməsinə hər cür müdaxilə və maneələr edilməsi yolverilməzdir.

Məhkəmə xərcləri.

27. İş materiallarından görünür ki, işə bərpa olunması tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edən iddiaçı 50 manat mediasiya xərci ödəmişdir. Dövlət rüsumu haqqında Azərbaycan Respublikasının Qanunu 9.*-*. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir.

Məhkəmənin gəldiyi nəticə

28.Təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək məhkəmə hesab edir ki, İddiaçı işdən azad olunarkən əmək qanunvericiliyin tələbləri pozulmadığından İddiaçı cavabdeh Bakı şəhəri *0* nömrəli tam orta məktəbə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddiası təmin oluna bilməz. Şərh olunanlara və Azərbaycan Respublikasının MPM-nin 2*6-220 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ :

İddiaçı cavabdeh Bakı şəhəri *0* nömrəli tam orta məktəbə qarşı “əmrin ləğv edilməsi, işə bərpa və əmək haqqının ödənilməsi” tələbinə dair iddia ərizəsi təmin olunmasın. Qətnamədən, məhkəmə qətnaməsi işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər.

Sədrlik edən Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar