Məhkəmə qərarları › İş №2(010)-5632/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5632/2021

05.11.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5632/2021 05.11.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ X17 Qasımovun sədrliyi, Mürsəlova Gülnur Firdovsi qızının katibliyi, Ərizəçi və onun vəkili və nümayəndəsi X5 iştirakı ilə Ərizəçi atalığın tanınması faktının müəyyən edilməsinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: Ərizəçi "atalıq faktının müəyyən olunması" tələbi barədə ərizə ilə məhkəməyə müraciət edərək, X2 ilə birgə ailə həyatlarından doğulmuş 12 fevral 2005-ci il təvəllüdlü X7 atasının X8 olması faktının müəyyən edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə iclasında Ərizəçi tələbini müdafiə edib, ərizədə yazılanlara uyğun izahat verərək bildirdi ki, 2002-ci ilin may ayında X11 ilə nikahlarını rəsmiləşdirmədən ailə qurub, onunla eyni ünvanda, ünvan 1r. X11 ilə birgə ailə həyatından 12 fevral 2005-ci il təvəllüdlü Amin doğulmuşdur. Həmin vaxt Aminin adına doğum haqqında şəhadətnamənin alınması üçün Rahib Haşımovla birgə Qeydiyyat Şöbəsinə ərizə ilə müraciət etməkləri lazım olduğunu bilmədiklərindən və həmin məqsədlə Qeydiyyat Şöbəsinə yalnız özü müraciət etdiyindən oğlunun doğum haqqında akt qeydində soyadının “Şahbazov”, “atası qrafasında” isə X3 qeyd edilmişdir. X2 ilə birlikdə Suraxanı Rayon Qeydiyyat Şöbəsinə gedib Aminin doğum haqqında akt qeydində soyadının və “atası qrafasında” uşağın atası qeydində “X11” qeyd edilməsi ilə bağlı ərizə verməyi planlaşdırsalar da, ərinin 25.11.2020ci il tarixdə vəfat etməsindən həmin məqsədə nail ola bilməmişlər. Bunlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Məhkəmə ərizəçinin izahatını, şahid ifadələrini dinləyib, iş materiallarını araşdırıb hesab edir ki, ərizə əsaslı olduğundan təmin edilməlidir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş X6 bildirdi ki, Ərizəçi ilə X11 18 il bundan qabaq ailə həyatı qurmuş, onların birgə nikahdan olan övladları nənələrinin evində anadan olmuşdur. Məhkəməyə təqdim olunmuş fotoşəkillərdə iddiaçı Ərizəçi ilə əks etdirilmiş şəxs X9r.Amin onların övladıdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş X1 ifadəsində göstərdi ki, X11 onunla qonşuluqda yaşamış və onlar dost olmuşlar. Sonuncunun ərizəçi ilə münasibətlərindən Amin adlı övladları doğulmuşdur. Məhkəməyə təqdim olunmuş fotoşəkillərdə iddiaçı Ərizəçi ilə əks etdirilmiş şəxs X2dur. İş materiallarına əlavə olunmuş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X12 12 fevral 2001-ci il tarixdə Bakı şəhərində anadan olmuşdur. Həmin doğum haqqında şəhadətnamədə valideynləri qrafasında anası Ərizəçi, atası X10 göstərilmişlər. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən görünür ki, X11 25 noyabr 2020-ci il tarixdə Bakı şəhərində ölmüşdür. Azərbaycan Respublikası Ailə Məcəlləsinin 45.1-ci maddəsində göstərilir ki, uşaq aralarında nikah olmayan şəxslərdən olduqda və validiyinlərin birgə ərizəsi və ya uşağın atasının ərizəsi olmadıqda, uşağın valideyinlərindən birinin, uşağın qəyyumunun (himayəçisinin), uşağı saxlayanın, habelə uşaq yetkinlik yaşına çatdıqda onun özünün ərizəsi əsasında məhkəmə qaydasında müəyyən olunur. Bu zaman məhkəmə uşağın konkret şəxsdən törəməsilə əlaqədar istənilən sübutun mötəbərliyini nəzərə ala bilər. Azərbaycan Respublikası MPM-in 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə məhkəmə iclasında ərizəçinin izahatı, şahid ifadələri ilə və tədqiq olunmuş sübutların məcmusu ilə tam təsdiq olunur ki, 25 noyabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X11 ilə Ərizəçi ilə faktiki ər-arvad münasibətlərində olduğu zaman 12 fevral 2005-ci il tarixdə X12 adlı uşaqları anadan olmuşdur. Belə olduğu halda məhkəmə hesab edir ki, ərizə əsaslı olduğuna görə təmin edilməli və 25 noyabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X8 12 fevral 2005-ci il tarixdə X19 oğlunun atası kimi tanınması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220-ci maddələrini rəhbər tutaraq məhkəmə Q Ə T E T D İ : Ərizə təmin edilsin. 25 noyabr 2020-ci il tarixdə Bakı şəhərində vəfat etmiş X11 12 fevral 2005-ci il tarixdə Bakı şəhərində doğulmuş X7 atası olması faktı müəyyən edilsin. Qətnamədən 1 ay müddətində Suraxanı rayon məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. SƏDRLİK EDƏN: Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar