Məhkəmə qərarları › İş №2(010)-565/2024

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-565/2024

15.04.2024 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmək və onun barəsində sərəncam vermək faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-565/2024 15.04.2024 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi və onun vəkili Vəkil iştirakı ilə, Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış evinə mülkiyyət hüququnun tanınması” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək *994-cü ildən sahibliyində və istifadəsində olan ünvan 1 ünvanında yerləşən yaşayış evinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi ərizədə qeyd olunan dəlilləri müdafiə edərək bildirmişdir ki, mübahisəli fərdi yaşayış evini *994-cü ildən X* pul ödəyərək almış və *994-cü ildən fasiləsiz olaraq həmin evdə yaşayır. O və onun uşaqları *987-ci ildən həmin evdə qeydiyyatdadırlar. Həmin evə çıxarış almaq məqsədilə * saylı Bakı Ərazi İdarəsinə müraciət etmiş, lakin onun xahişi təmin olunmamışdır. Qeyd olunanlara əsasən ünvan 1 ünvanında yerləşən yaşayış evinə mülkiyyət hüququnun tanınması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsi məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iş üzrə ərizəçinin izahatını dinləyərək və iş materiallarını araşdıraraq hesab edir ki, hazırkı ərizə məhkəmədə baxılmalı olmadığından iş üzrə icraata xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Mülki prosessual qanunvericiliyin tələbinə görə hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadığı halda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 7-ci bəndində qeyd olunur ki, Azərbaycan Respublikası MPM-nin 307.2.6-cı maddəsinə əsasən mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə etmə və onun barəsində sərəncam vermə faktı məhkəmə qaydasında o vaxt müəyyən edilə bilər ki, özünü daşınmaz əmlakın mülkiyyətçisi hesab edən şəxs həmin əmlakın ona məxsus olduğunu təsdiq edən hüquqmüəyyənedici sənədləri itirmiş olsun və yaxud bu sənədlərin məhkəmədən kənar qaydada bərpası mümkün olmasın. 7.*. Məhkəmələrə tövsiyə olunur ki, mülkiyyət hüququ üzrə daşınmaz əmlaka sahiblik, ondan istifadə və onun üzərində sərəncam vermək faktını müəyyən etməzdən əvvəl daşınmaz əmlakın hüquqi vəziyyətinə, məqsədli təyinatına və sair aydınlıq gətirilməli, daşınmaz əmlakın mülkiyyət hüququ üzrə dövlət qeydiyyatına alınıb-alınmadığı aydınlaşdırılmalıdır. 7.2. Məhkəmələrə izah edilsin ki, özbaşına tikililər, istismara qəbul edilməmiş tikililər, qurğular, eləcə də başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının, həmçinin avtonəqliyyat vasitələri və digər daşınar əmlak üzərində sahiblik, istifadə, sərəncam faktının müəyyən edilməsi barədə ərizələrə məhkəmələr tərəfindən xüsusi icraat qaydasında baxıla bilməz. Belə tələblərə məhkəmələr tərəfindən iddia icraatı qaydasında baxılmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 26*.0.*.-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Beləliklə, məhkəmə tərəfindən müəyyən edilmişdir ki, Ərizəçi məhkəməyə müraciət edərək başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının deyil, yaşayış evinə mülkiyyət hüququnun tanınmasını hüquqi əhəmiyyəti olan fakt kimi müəyyən edilməsini xahiş etmiş və həmin tələbə xüsusi icraat qaydasında baxılmasını tələb etmişdir. Məhkəmə hesab edir ki, daşınmaz əmlak üzərində mülkiyyət hüququnun tanınması faktı ümumiyyətlə məhkəmə baxışının predmeti hesab oluna bilməz. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun *2 aprel 20*9-cu il tarixli, 03 saylı qərarının 7ci bəndinin tələbinə əsasən ərizəçi iddiaçı qismində başqasının adına qeydə alınmış tikililər üzərində sahiblik faktının müəyyən edilməsini iddia icraatı qaydasında müəyyən edilməsini tələb edə bilər. Bu səbəbdən də məhkəmə belə qənaətə gəlir ki, hazırkı ərizəyə xüsusi icraat qaydasında baxıla bilməz və bu səbəbdən də iş üzrə icraata xitam veriməlidir. Məhkəmə qeyd edir ki, daşınmaz əmlakın yerləşdiyi torpaq sahəsi Azərbaycan Respublikası Dövlət Neft Şirkətinin istifadəsinə verilmiş ərazidə yerləşdiyindən və başqasının adına qeydə alındığından həmin tikililər üzərində sahiblik faktının müəyyən edilməsi yalnız iddia icraatı qaydasında baxıla bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı tələblə bağlı Ərizəçi ərizəsi üzrə icraata xitam verilməli və ərizəçiyə ümumi əsaslarla iddia ərizəsi ilə ərazi aidiyyati üzrə müvafiq rayon məhkəməsinə müraciət etmək hüquqları izah edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.*0, 263, 264, 269-cu maddələrini rəhbər tutaraq, Q Ə R A R A A L D İ: Ərizəçi maraqlı şəxs Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Puplik Hüquqi şəxsinin * saylı Bakı Ərazi İdarəsinə qarşı “yaşayış evinə mülkiyyət hüququnun tanınması” tələbinə dair ərizəsi üzrə icraata xitam verilsin. Ərizəçi ümumi əsaslarla iddia ərizəsi ilə ərazi aidiyyati üzrə müvafiq rayon məhkəməsinə müraciət etmək hüquqları izah edilsin. Qərardaddan, qərardad tərəfə rəsmi qaydada verildikdən sonra *0 gün müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinet vasitəsilə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Leyla Talıbova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar