Məhkəmə qərarları › İş №2(010)-5691/2021

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qərardad — İş №2(010)-5691/2021

04.10.2021 · Mənzil mübahisələri - Mənzilə istifadə hüququna xitam verilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2(010)-5691/2021 04.10.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Mən, Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qasımov Anar Adil oğlu, İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia ərizəsini və ona əlavə olunmuş sənədləri nəzərdən keçirərək, M Ü Ə Y Y Ə N E T D İ M: Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüququnun itirilmiş hesab edilməsinə dair iddia ərizəsi daxil olmuşdur. İddiaçı öz tələbini əsaslandırmışdır ki, o, 1987-ci iltarixdən ünvan 1 ünvanda qeydiyyatda olmaqla yaşayır. Qeyd olunan mənzil 20.05.2010-cu il tarixdə, onun adına özəlləşmiş, bu barədə onun adına MA seriyalı, ******* nömrəli çıxariş verilmiş və mənzilin tək başına mülkiyyətçisidir. X2 1991- ci il tarixdə doğulmaqla həmin ünvanda qeydiyyatda olmaqla yaşayır. X1 xahişi ilə qeyri rəsmi nigahda olduğu Cavabdeh 2019-cu ildə yaşadığı Bakı şəhəri, Suraxanı rayonu,Yeni Günəşli qəsəbəsi,“AB” Y/S-i ev-16, mən-120 ünvana qeydiyyata alınmasına razılıq vermiş, bu əsasla Cavabdeh onun müikiyyətində olan Bakı şəhəri, Suraxanı rayonu, Yeni Günəşli qəsəbəsi, “AB” Y/S-i ev- 16, mən-120 ünvana qeydiyyata alınmışdır. Lakin cavabdeh 5 mart 2020-ci il tarixdən Rusiya Fedarasiyasma getmiş, bir daha qayıtmamış, nə də onlarla əlaqə saxlamamışdır. Hazırda ona məlum olmuşdur ki, Cavabdeh Azərbaycan Respublikası vətəndaşı deyilmiş, Rusiya Fedarasiyasının vətəndaşı olmaqla orada yaşayır. Onun mübahisəli mənzilə hansı qaydada qeydiyyata alınmasını anlaya bilmir. Cavabdeh ünvanını bilmədiyi üçün onu tapıb qeydiyyatdan çıxara bilmir. İddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina olunmalıdır. Bununla bağlı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il tarixli Qərarında əks olunmuşdur ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir və yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Göstərilənlərə əsasən hesab edirəm ki, hazırkı iddia ərizəsinə məhkəmədə baxılmalı deyil və ona görə də iddia ərizənini qəbul etməkdən imtina olunmalıdır. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.2.1. maddəsinin tələbinə əsasən ərizəyə məhkəmə qaydasında baxılmalı deyildirsə, hakim iddianın yolverilməzliyinə görə iddia ərizəsini qəbul etməkdən imtina edir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153.3-cü maddəsinə görə hakim ərizəni qəbul etməkdən imtina barədə əsaslandırılmış qərardad çıxarır. İşə məhkəmə qaydasında baxılmalı deyildirsə, iddiaçının hansı orqana müraciət etməli olmasını orada göstərir. İddiaçıya izah edilsin ki, mülkiyyətində olan mənzildən cavabdehlərin qeydiyyatdan çıxarılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, inzibati orqan tərəfindən imtina edildikdə, onların həmin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin həmin orqanın üzərinə qoyulması barədə Bakı İnzibati Məhkəməsinə iddia tələbi ilə müraciət etməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 153, 263, 264 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D İ M: İddiaçı Cavabdeh qarşı yaşayış sahəsinə istifadə hüquqlarının itirilmiş hesab edilməsinə dair iddia ərizəsinin qəbulnudan iddianın yolverilməzliyinə görə imtina edilsin. İddiaçıya izah edilsin ki, mülkiyyətində olan mənzildən cavabdehlərin qeydiyyatdan çıxarılması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, inzibati orqan tərəfindən imtina edildikdə, onların həmin mənzildən qeydiyyatdan çıxarılması öhdəliyinin həmin orqanın üzərinə qoyulması barədə Bakı İnzibati Məhkəməsinə iddia tələbi ilə müraciət etməlidir. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinə şikayət verilə bilər. Hakim Anar Qasımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar