Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5771/2025 11.02.2026 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Bakı şəhəri Suraxanı Rayon Məhkəməsinin hakimi Qafarova Rübabə Nurulla qızının sədrliyi, Qənbərov Rüstəm İmamverdi oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Maraqlı şəxsnə qarşı “dəyişmə müqaviləsinin bağlanması faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçinin xahişi Ərizəçi ilə X7 arasında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 621 ünvanında yerləşən (keçmiş 4-cü Promisel küçəsı 621/1) fərdi yaşayış evinin Ermənistan Masis rayonu, Rəncbər kəndində yerləşən fərdi yaşayış evi ilə dəyişmə müqaviləsinin bağlanması faktının müəyyən edilməsi. Ərizənin əsaslandırıldığı hallar Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsı ərazisində yerləşən torpaq sahəsi 1989-cu il tarixindən ərizəçinin faktiki istifadəsindədir. Qeyd edilən torpaq sahəsi və torpaq sahəsində yerləşən tikilini X7 ilə doğulduğu Ermənistan SSR Masis rayonu Rəncbər kəndindəki evi ilə dəyişmişdir.Təəssüf ki, qeyd edilən torpaq sahəsi və torpaq sahəsindəki tikilini ərizəçi həmin vaxt öz adına rəsmiləşdirə bilməmişdir. Bu hal-hazırda torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının rəsmiləşdirilməsinə maneələr yaratmaqdadır. Belə ki, ərizəçi tərəfindən xx.xx.2025-ci il tarixində AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Pııblik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə müraciət edilmiş, torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması xahiş edilmişdir. Lakin AR İqtisadiyyat Nazirliyi yanında ƏMDX Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publık hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2025-ci il tarixli imtina ilə bildirmişdir ki, tərəfindən təqdim edilmiş və idarənin arxivində mövcud olan texniki pasportda hüquq sahibi kimi digər şəxsin adı qeyd edilmiş lakin həmin şəxslə əlaqəli sənəd təqdim edilməmişdir. Ərizəçi uzun müddət - 1989-cu ildən başlayaraq 30 ildən artıq müddət ərzində faktiki mülkiyyətçi hüququ ilə Bakı şəhəri, ünvan 1 ünvanında yerləşən (hal-hazırda 621) evdə qeydiyyatdadır və evin yerləşdiyi torpaq sahəsinə sahiblik edir. Həmin torpaq sahəsi üzərində fasiləsiz, açıq və heç bir şəxsin etirazı olmadan sahiblik etmişdir. Əmlak üzərində bu dövr ərzində bütün faktiki mülkiyyətçi səlahiyyətlərini həyata keçirmişdir, ondan istifadə etmiş, qorumuş, saxlamış və öz ehtiyacları üçün istismar etmişdir. Bu sahiblik dövründə heç bir şəxs və orqan tərəfindən mübahisələndirilməmişdir. Qeyd edilən faktın məhkəmə qaydasında torpaq sahəsinə dair çıxarışın alınması üçün lazımdır. Tərəflərin izahatları Məhkəmə iclasında dindirilən Ərizəçi ərizəsini müdafiə edərək izahatında, ərizəsinin təmin olunmasını xahiş etmişdir. Məhkəmə tərəfindən maraqlı şəxslər məhkəmə iclasının yeri və vaxtı barədə qanunla müəyyən edilmiş qaydada xəbərdar olunsa da, maraqlı şəxslərin nümayəndəsi məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbi barədə məhkəməyə məlumat verməmişlər. Belə olan halda məhkəmə hazırki mülki işə maraqlı şəxslərin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Şahid ifadələri Məhkəmə iclasında şahid qismində dindirilən X8 ifadəsində göstərdi ki, Ərizəçi ilə təxminən 30-35 il olar ki, qonşudur. Eyni binada yaşayırlar. Ərizəçi həmin mənzilə köçən zaman o, ünvan 2 ünvanında yaşayırmış. Həmin mənzildə əvvəllər Eduard Oqanesyan yaşayırdı, daha sonra ərizəçi ilə mənzillərini dəyişmişlər. İş materialları xx.xx.1962-ci il tarixli şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasportun surətindən görünür ki, Promısel küçəsi 621/1 ünvanında yerləşən mənzil X4 adına qeydiyyata alınmışdır. xx.xx.2013-cü il tarixli AZE № ******** olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, Ərizəçi xx.xx.1963-cü il tarixdə Ermənistanın Masis rayonunda doğulmuşdur. 8494632 №li yaşayış yeri üzrə qeydiyyat haqqında arayışdan görünür ki, Ermənistanın Masis rayonunda doğulmuş Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 621 ünvanında qeydiyyatdadır. xx.xx.2025-ci il tarixli 3-21-3-30/2-Ə-1452-8/25 nömrəli məktubdan görünür ki, Maraqlı şəxs 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilmişdir. xx.xx.2025-ci il tarixdə tərtib edilmiş qonşuluq aktından görünür ki, ünvan 3 ünvanında yerləşən fərdi yaşayış evi Ərizəçi tərəfindən uzun müddət ( təxminən 36 il) fasiləsiz olaraq istifadə olunur. Yaşayış evi faktiki olaraq həmin şəxsə məxsusdur, evlə bağlı mülkiyyət və ya sərhəd mübahisəsi yoxdur, qonşular tərəfindən hər hansı iddia irəli sürülmür. İmza etdilər; X6, X9, X2. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi: Maddə 6. Mülki qanunvericiliyin prinsiplərindən biri mülkiyyətin toxunulmazlığıdır. Maddə 16.1. Fiziki və hüquqi şəxslərin yalnız və yalnız başqa şəxsə ziyan vurmaq niyyəti ilə həyata keçirdikləri hərəkətlərə, habelə hüquqdan digər formalarda sui-istifadə edilməsinə yol verilmir. Maddə 146.1. Daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla). Maddə 146.2. Daşınmaz əmlak üzərində sərəncam vermək hüququ həmin əmlakın daşınmaz əmlakın dövlət reyestrində ərazilər üzrə qeydiyyatı tarixindən əmələ gəlir. Maddə 152.5. Mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. Maddə 163.1. Sahiblik əşyanın verilməsi ilə verilir. Əvvəlki sahibin iradəsi ilə əldə edən əşyaya faktiki sahibliyi həyata keçirməyə qadir olduqda verilmə baş tutur. Maddə 324.1, 324.2, 324.4 və 324.5. Əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Əqdlər birtərəfli və müqavilə şəklində (ikitərəfli və ya çoxtərəfli) ola bilər. Müqavilənin bağlanması üçün iki tərəfin razılaşdırılmış iradə ifadəsi (ikitərəfli əqd) və ya üç və ya daha çox tərəfin razılaşdırılmış iradə ifadəsi (çoxtərəfli əqd) zəruridir. İradə ifadəsinin təfsiri zamanı onun həqiqi məzmunu təkcə hərfi mənaya görə deyil, həm də ağlabatan mühakimə əsasında müəyyənləşdirilməlidir. Maddə 404. Müqavilə şərtlərini təfsir edərkən məhkəmə təkcə müqavilədəki söz və ifadələrin hərfi mənasını deyil, həm də tərəflərin iradə ifadəsinin həqiqi mənasını,bütövlükdə müqavilənin hərfi mənasının onun digər şərtləri və mənası ilə müqayisəsini nəzərə alır. Bu zaman bütün müvafiq hallar, o cümlədən müqaviləyə qədərki danışıqlar və yazışmalar, tərəflərin qarşılıqlı münasibətlərində yaranmış praktika, işgüzar adətlər, tərəflərin sonrakı hərəkətləri nəzərə alınır. Maddə 567. Alğı-satqı müqaviləsinə görə satıcı əşyanı alıcının mülkiyyətinə verməyi, alıcı isə əşyanı qəbul edib əvəzində müəyyənləşdirilmiş pul məbləğini ödəməyi öhdəsinə götürür. «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən dinc istifadə hüququna malikdir. Heç kəs cəmiyyətin maraqları naminə, qanunla və ya beynəlxalq hüququn ümumi prinsipləri ilə nəzərdə tutulmuş şərtlər istisna olmaqla, öz mülkiyyətindən məhrum edilə bilməz. «Mançini İtaliyaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, şəxsin müəyyən müddət öz mülkiyyətindən istifadə edə bilməməsi, onun öz əmlakından maneəsiz istifadə etməsinə müdaxilədir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin “X1rşı” iş üzrə 17 noyabr 2005-ci il tarixli qərarında ifadə etdiyi hüquqi mövqeyinə görə 1 saylı Protokolun 1-ci maddəsi, ilk növbədə və xüsusən tələb edir ki, mülkiyyətdən maneəsiz istifadə hüququna dövlət orqanının müdaxiləsi qanuni əsasa malik olsun. Demokratik cəmiyyətin fundamental prinsiplərindən biri olan qanunun aliliyi Konvensiyanın bütün maddələrinin tərkib hissəsidir (§71). «Loizidu Türkiyəyə qarşı» iş üzrə Avropa İnsan Hüquqları Məhkəməsinin qərarında göstərilir ki, şəxsin öz mülkiyyətinə daxil olmaq imkanından məhrum edilməsi nəticəsində onun mülkiyyəti üzərində nəzarəti və həmçinin mülkiyyətindən maneəsiz istifadə etmək imkanını tamamilə itirməsi mülkiyyətçinin ona məxsus əmlakına mülkiyyət hüququnun, bununla da «İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında» Avropa Konvensiyasının 1 saylı Protokolunun 1-ci maddəsinin tələblərinin pozulması baş vermişdir. «Marks Belçikaya qarşı» işdə İnsan Hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, əmlakdan maneəsiz istifadə hüququ mahiyyət etibarilə mülkiyyət hüququna təminat verir. Tərəflər arasında mülki hüquq münasibətlərinin əmələ gəldiyi vaxt qüvvədə olan və 24 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə qüvvədən salınmış Mülki Məcəllənin 335-ci maddəsinə əsasən əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. F.Nəcəfovanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 18 noyabr 2021-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarı: “Eyni zamanda, notarial qaydada təsdiqlənmə tələbinə uyğun olmayan əqdin etibarlı hala gətirilməsi üçün, belə iddia irəli sürən şəxsin əqdi tamamilə icra etməsi tələb edilir ki, məhz bu şərtlə onun tələbi məhkəmə tərəfindən təmin oluna bilər. Belə məhkəmə qərarı notarial təsdiqetməni əvəz edir. Nəzərə almaq lazımdır ki, notarial təsdiqetmə əqdə münasibətdə xarici element olaraq əqdin bağlanmasına təsir etmir, ona hüquqi qüvvə verir.” Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin Maddə 14. İş üzrə məhkəmə baxışının prinsipləri 14.1. Məhkəmə həqiqətə nail olmaq üçün işin hərtərəfli, tam və obyektiv tədqiqinə lazımi şərait yaradır. Bunun üçün məhkəmə: işdə iştirak edən şəxslərə onların prosessual hüquq və vəzifələrini izah edir, görüləcək, yaxud görülməyəcək hərəkətlərin nəticələri barədə onları xəbərdar edir, onların prosessual hüquqlarının həyata keçməsinə kömək göstərir. 14.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi 77.1. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 106. İşdə iştirak edən şəxslərin izahatları 106.1. İşdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. Maddə 217. Qətnamənin qanuniliyi və əsaslılığı 217.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Maddə 305.1. Məhkəmə xüsusi icraat qaydasında aşağıdakı işlərə baxır: 305.1.1. hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında; Maddə 307. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlər. 307.1. Məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Maddə 311. Məhkəmənin ərizə üzrə qətnaməsi. Məhkəmənin qətnaməsi faktı təsdiq edən sənədi, qeydə alınmalı faktlar üzrə isə qeydiyyatı həyata keçirən orqanların verdiyi sənədləri əvəz etməməklə, belə qeydəalınma üçün əsasdır. Məhkəmənin mövqeyi Məhkəmə, ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən ərizə təmin edilməlidir. Belə ki, işin məhkəmə tərəfindən müəyyən edilmiş halları ondan ibarətdir ki, iş üzrə 1989-cu ildə Ərizəçi ilə X7 arasında razılaşmaya əsasən Ərizəçi Ermənistan Respublikası Masis rayonu Rəncbər kəndində yaşadığı fərdi yaşayış evini X4 keçmiş 4-cü Promisel küçəsı 621/1 (indiki ünvan 4 ünvanında yerləşən mənzili dəyişməyə razılıq verir. 1988-ci ildə baş vermiş məlum hadisələrdən sonra ərizəçi öz ailə üzvləri ilə birgə Azərbaycana köçərək Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 621 ünvanında yaşamağa başlamışdır. Hazırda Ərizəçi Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 621 ünvanındakı ( keçmiş 4-cü Promisel küçəsı 621/1) fərdi yaşayış evinin yerləşdiyi torpaq sahəsinin ərizəçinin mülkiyyətində olması faktının müəyyən edilməsini istəyir. Maraqlı şəxsin nümayəndəsi məhkəmə iclaslarında iştirak etmədiyindən, maraqlı şəxsin ərizəyə münasibəti öyrənilməmişdir. Göründüyü kimi, 1989-cu ildə tərəflər arasında Ermənistanın Masis rayonunda yerləşən həyətyanı fərdi yaşayış evi ilə Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 621 ünvanında yerləşən mənzilin dəyişdirilməsinə ilə bağlı razılıq əldə olunmuş, lakin Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 621 ünvanında yerləşən mənzil Ərizəçi adına daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmadığından, bununla da sonuncu həmin əmlak üzərində sərancam vermək imkanı əldə edə bilməmişdir. Bununla əlaqədar olaraq ərizəçi Maraqlı şəxs 1 saylı Bakı Ərazi İdarəsinə ərizə ilə müraciət edərək Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 621 ünvanında yerləşən mənzilin adına qeydiyyata alınmasını xahiş etmişdir. Məhkəmə araşdırması nəticəsində həmçinin müəyyən edildiyi kimi, mübahisəsi gedən Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 621 ünvanında yerləşən mənzil Ərizəçi qanuni əsaslarla verilmişdir. Ona görə də məhkəmə mübahisəli mənzili həmin dövr üçün Ərizəçi mülkiyyəti kimi nəzərdən keçirib, məsələni bu müstəvidə həll etməyi əsaslı sayır. Göründüyü kimi, qanunla həyətyanı torpaq sahəsinin bu və ya digər vətəndaşın mülkiyyətinə verilməsi aşağıdaki dispozitiv şərtlərin mövcudluğu ilə əlaqələndirilmişdir: a) əvəzsiz olaraq mülkiyyətə verilməsi nəzərdə tutulan torpaq sahəsinin vətəndaşın istifadəsində olması; b) istifadənin qanuni olması; v) qeydiyyat orqanına ərizə verilməsi. Qeyd olunanlardan belə aydın olur ki, ərizəçinin 1989-cu ildən sonra dəyişmə müqaviləsi əsasında verilmiş və qanuni istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 621 ünvanında yerləşən mənzili xüsusi mülkiyyətinə keçirmək imkanına malik olmuşdur. Azərbaycan Respublikasının mülki qanunvericiliyi mülkiyyət hüququnun tam tərkibli (istifadə, sahiblik, sərancam) hüquq kimi əmələ gəlməsini bu hüququn daşınmaz əmlakın dövlət reyestrində qeyd alınması ilə şərtləndirmişdir. Lakin İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedentinə müraciət etdikdə, məsələyə fərqli yanaşmanın mövcud olması da aydın olur. «Broniovski Polşaya qarşı» işdə Avropa Məhkəməsi qeyd etmişdir ki, 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı müstəqil mənaya malikdir, həmin anlayış daxili qanunvericilikdə verilən formal tövsifdən asılı deyildir. Maddi əşyalar kimi, əmlak təşkil edən müəyyən hüquq və maraqlar da «mülkiyyət hüquqları» sayıla bilər və beləliklə, bu maddənin məqsədləri üçün «mülkiyyət» hesab edilə bilər. Hər bir konkret işdə araşdırımalı olan məsələ ondan ibarətdir ki, həmin işin bütövlükdə götürülmüş halları baxımından ərizəçi 1 saylı Protokolun 1-ci maddəsi ilə qorunan maddi hüquqi marağa malikdirmi? «Akimova Azərbaycana qarşı» işdə isə Avropa Məhkəməsi 27 sentyabr 2007-ci il tarixli qərarında xatırlatmışdır ki, «İnsan hüquqları və əsas azadlıqların müdafiəsi haqqında» Avropa Konvensiyasına 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsindəki «mülkiyyət» anlayışı fiziki mallar üzərində mülkiyyətlə məhdudlaşmayan müstəqil mənaya malikdir və daxili qanunvericilikdəki formal təsnifatdan asılı deyil: əmlakı təşkil edən bəzi digər hüquqlar və maraqlar da «mülkiyyət» kimi qiymətləndirilə bilər. Həmin iş üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, ərizəçi mübahisələndirdiyi mənzil üzərində mülkiyyət hüququna malik olmasa da onun mənzil fondunun özəlləşdirilməsi haqqında Qanuna uyğun olaraq həmin mənzili müəyyən şərtlərlə əvəzsiz olaraq mülkiyyətinə keçirmək hüququ olduğundan, ərizəçinin həmin mənzilə olan iddiaları 1 saylı Protokolun 1-ci maddəsinin 1-ci hissəsinin tətbiqi dairəsinə düşən «mülkiyyətin» təşkil olunması üçün kifayət qədər əsaslı olmuşdur. Göründüyü kimi, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin tətbiqi üçün bu və ya digər ölkənin dövlətdaxili qanunvericiliyi tərəfindən şəxsin müvafiq maraqlarının mülkiyyət hüququ kimi tanınması vacib deyil, Konvensiyanın məqsədləri baxımından «mülkiyyət» müstəqil məna daşıyır. “Burdov Rusiyaya qarşı” iş üzrə qərarında Avropa Məhkəməsi bir daha xatırlatmışdır ki, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsinin mənasına görə, tələb «mülkiyyət» kimi o halda başa düşülə bilər ki, bu tələbin hüquqi cəhətdən realizə edilə bilməsi kifayət qədər müəyyən olunmuş olsun. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, Ərizəçi 1989-cu ildən sonra dəyişmə müqaviləsi əsasında verilmiş və qanuni istifadəsində olan Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 621 ünvanında yerləşən mənzili adına qeydə aldırmaq (mülkiyyətinə keçirmək) imkanına malik olduğundan, bu əmlaklara olan hüquqları, Avropa İnsan Hüquqları Məhkəməsinin təcrübəsinə əsasən, Konvensiyanın 1 saylı Protokolunun 1-ci maddəsi baxımından «mülkiyyət» hüququ kimi qiymətləndirilməlidir. Həmçinin məhkəmə hesab edir ki, tərəflər arasındakı hüquq münasibətləri 1989-cu ildə yaranmışdır və həmin vaxt qüvvədə olan Mülki Məcəllənin 335-ci maddəsinin tələbinə əsasən, əgər tərəflərdən biri notariat qaydasında təsdiqlənməsi tələb olunan əqdi tamamilə və ya qismən icra etmişsə, digər tərəf isə əqdin notariat qaydasında təsdiqlənməsindən boyun qaçırırsa, əqdi icra etmiş tərəfin tələbi ilə məhkəmənin əqdi etibarlı saymaq ixtiyarı vardır. Bu halda əqdin sonradan notariat qaydasında təsdiqlənməsi tələb edilmir. Hazırki iş üzrə tərəflər arasında faktiki olaraq mübahisəli fərdi yaşayış evinə dair dəyişdirmə müqaviləsi bağlanmış, lakin bu hal notarial qaydada təsdiq edilməmişdir. Tərəflər öz öhdəliklərini icra etmiş, ərizəçi əldə etdiyi fərdi yaşayış evində 36 il yaşamaqla həmin ərazidə fərdi yaşayış evi inşa etmişdir. Bu artıq tərəflər arasında bağlanmış müqavilə şərtlərinin icra edilməsini özündə ehtiva edir. Buna görə də məhkəmə hesab edir ki, hazırda iddiaçı dəyişdirmə müqaviləsinin bağlanması faktının müəyyən edilməsi tələbinə dair ərizəsi ilə məhkəməyə müraciət etməkdə haqlı olmuşdur. Məhkəmənin gəldiyi nəticə Yuxarıda qeyd edilənləri və sadalanan qanunvericilik normalarını rəhbər tutaraq məhkəmə o qənaətə gəlir ki, ərizə təmin edilməli, Ərizəçi ilə X7 arasında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 621 ünvanında yerləşən (keçmiş 4-cü Promisel küçəsı 621/1) fərdi yaşayış evinin Ermənistan Masis rayonu, Rəncbər kəndində yerləşən fərdi yaşayış evi ilə dəyişmə müqaviləsinin bağlanması faktı müəyyən edilməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 216-220, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə təmin edilsin. Ərizəçi ilə X7 arasında Bakı şəhəri, Suraxanı rayonu, Suraxanı qəsəbəsi, A.Rzayev küçəsi, ev 621 ünvanında yerləşən (keçmiş 4-cü Promisel küçəsı 621/1) fərdi yaşayış evinin Ermənistan Masis rayonu, Rəncbər kəndində yerləşən fərdi yaşayış evi ilə dəyişmə müqaviləsinin bağlanması faktı müəyyən edilsin. Qətnamədən məhkəmə qətnaməsi rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə tərəflərə rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Rübabə Qafarova
Məhkəmə qərarları › İş №2(010)-5771/2025
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5771/2025
11.02.2026 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Digər hüquqi hallar
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver