Məhkəmə qərarları › İş №2(010)-5773/2025

Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5773/2025

26.12.2025 · Əmək mübahisələri - İşə bərpa - Əmək mübahisələri - Əmək haqqı tələbi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5773/2025 26.12.2025 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Miriyeva Səlimə Miri qızının sədrliyi, X* iclas katibliyi, İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri *96 nömrəli tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və son haqq-hesabın ödənilməsi tələbinə dair ərizəsi üzrə mülki işə məhkəmənin inzibati binasında аçıq məhkəmə iclаsındа bаxаrаq, məhkəmə MÜƏYYƏN ETDİ: İddia tələbi İddiaçı (bundan sonra – iddiaçı) cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri *96 nömrəli tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və son haqq-hesabın ödənilməsi tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, xx.xx.2024-cü il tarixli əmrin ləğv edilməsi, xx.xx.2024-cü il tarixdən məcburi iş buraxma müddəti üçün əmək haqqı ödənilməklə əvvəlki vəzifəyə bərpa edilməsi, son haqq-hesab zamanı ödənilməyən 752 manat pulun ödənilməsi, ödənilmiş 50 manat məbləğində mediasiya xərcinin cavabdehlərdən tutularaq ona ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin əsaslandırıldığı hallar İddiaçı tələbini onunla əsaslandırmışdır ki, 2003-cü il tarixdən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cavabdeh2 dil-ədəbiyyat müəllimi vəzifəsində işləmişdir. Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cavabdeh2 direktoru Nizami Niftiyevin xx.xx.2024-cü il tarixli, 60 nömrəli əmri ilə bağlanmış əmək müqaviləsinə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “ç” bəndinə əsasən xitam verilmişdir. Təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə xx.xx.2024-cü il tarixində keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikat verilmə Qaydası” ilə müəyyən edilmiş keçid balını toplaya bilməyən Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cavabdeh2 Azərbaycan dili və ədəbiyyat müəllimi İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün əmək müqaviləsi ləğv edilmişdir. O, Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, Cavabdeh2 direktoru Nizami Niftiyevin xx.xx.2024-cü il tarixli, 60 nömrəli əmrini qanunsuz hesab edir. Belə ki, onunla bağlanmış əmək müqaviləsi ləğv edilərkən Azərbaycan Respublikası Əmək Məcəlləsinin tələbləri kobud şəkildə pozulmuşdur. Belə ki, xx.xx.2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikat verilmə Qaydası” ilə müəyyən edilmiş keçid balını toplaya bilməməsinin səbəbi kompüterin texniki nasaz olması və cavabların silinməsi olmuşdur. Bununla bağlı nəzarətçiyə dəfələrlə müraciət etmiş, o isə öz növbəsində nöqsanları aradan qaldırmamış və o, nəticədə 30 baldan 28 bal yığmışdır. Daha sonra o, kamera görüntülərində 29 bal olduğunu görmüş və bununla bağlı Azərbaycan Respublikası Prezident Administrasiyasına müraciət etmiş və Fərəh xanımın qəbuluna yazılmışdır. Qəbulda Təhsil Nazirliyinin nümayəndələri də olmuş və onlardan məsələnin araşdırılması xahiş edilmişdir. Fərəh xanımın müraciəti əsasında Əmək Müfəttişliyinə məsələnin araşdırılması tapşırılmış və cavab olaraq imtahan zamanı texniki nasazlığın baş verməsi halının təsdiqini tapdığı məlum olmuşdur. Son haqq-hesab hesablanan zaman *752 manat puldan cəmi *000 manat ödəniş edilmiş, 752 manat isə ödənilməmişdir. O, xx.xx.2025-ci il tairxdə *96 nömrəli tam orta məktəb barədə mediasiyaya müraicət etmiş, sonra isə Bakı *0 saylı mediasiya təşkilatında *8.09.2025-ci il tarixdə keçirilən mediasiya sessiyasında cavabdehlər iştirak etməmişlər. Tərəflərin izahatları Məhkəmə baxış iclasında iştirak edən iddiaçı iddia tələbini müdafiə edərək bildirdi ki, iddia müddətini ötürsə də, bu cür ötürülmə məhz onun digər dövlət orqanlarına müraciətinə görə baş vermişdir. Hesab edir ki, bu hal üzrlü səbəb kimi qəbul edilməli, ötürülmüş müddət bərpa edilərək işə baxılmalıdır. Məhkəmə baxış iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri *96 nömrəli tam orta məktəbinin nümayəndəsi X2 bu barədə yazılı ərizə verməklə, iddia müddəti tətbiq edilməklə iddia tələbinin təmin edilməməsini xahiş etdi. Məhkəmə baxış iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş digər cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, bunun üzrlü səbəbləri barədə məhkəməyə heç bir məlumat verməmişdir. Belə olan halda, məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin *85.5-ci maddəsinə əsasən, işə həmin cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etdi. İş materiallarına əlavə edilən sənədlər onlar əsasında təsdiq edilən faktlar xx.xx.2024-cü il tarixli, 60 nömrəli əmrdən müəyyən olunur ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə xx.xx.2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi təhsil müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssəsilərində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən olunmuş keçid balını toplaya bilməyən Bakı şəhər Cavabdeh2 Azərbaycan dili və ədəbiyyatı müəllimi vəzifəsində (peşəsində) çalışan İddiaçı təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün onunla bağlanmış əmək müqaviləsinin xx.xx.2024-cü il tarixdən ləğv edilməsi əmr edilmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsi tərəfindən iddiaçıya xx.xx.2024-cü il tarixdə ünvanlanmış 3-79-59/2-2995/2024 nömrəli cavab məktubundan müəyyən olunur ki, ərizəçinin (hazırkı iş üzrə iddiaçının) sertifikatlaşdırma müsabiqəsində təkrar iştirak etməyə köməklik göstərilməsi barədə müraciətə baxılmış, ərizəçinin təkrar sertifikatlaşdırma imtahanında qənaətbəxş nəticə əldə etməməsi və bağlanmış əmək müqaviləsinin ləğv edildiyi bildirilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsi tərəfindən iddiaçıya *0.*0.2024-cü il tarixdə ünvanlanmış 3-*7- 5/2-M-7*452/2024 nömrəli cavab məktubundan müəyyən olunur ki, ərizəçinin (hazırkı iş üzrə iddiaçının) *96 nömrəli tam orta məktəbdə əmək hüquqlarının pozulması barədə müraciətinə baxılmış, müraciətlə əlaqədar ətraflı izahat verilməsi və əmək haqqına dair bank hesabından çıxarış təqdim edilməsi məqsədilə ərizəçinin ünvanına xx.xx.2024-cü il tarixli, 3-*7-5/2-Q-48754/2024 nömrəli məktub göndərilmiş, lakin izahat araşdırmaya təqdim edilməmişdir. Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyinə və Bakı şəhəri üzrə Təhsil İdarəsinə məlumat verilməklə, *96 nömrəli tam orta məktəbin rəhbərliyinə (Bakı şəhəri, Suraxanı rayonu, Hövsan qəsəbəsi, İnşaatçılar küçəsi 9) xx.xx.2024-cü il tarixli, 3-*7-5/2-60930/2024 nömrəli məktub göndərilmiş və ərizəçiyə aid olan sənədlərin “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.9-cu maddəsinin tələblərinə müvafiq olaraq təqdim edilməsi tələb olunmuşdur. *96 nömrəli tam orta məktəbin rəhbərliyi tərəfindən təqdim edilmiş məktubdan və sənədlərdən məlum olmuşdur ki, təhsilverənlərin peşəkarlıq səviyyəsinin və peşə yararlılığının yoxlanılması məqsədilə xx.xx.2024-cü il tarixdə keçirilmiş təkrar sertifikatlaşdırmada “Dövlət ümumi müəssisələrində (ümumi təhsil üzrə təhsilverənlərə münasibətdə digər dövlət təhsil müəssisələrində) işləyən təhsilverənlərin sertifikatlaşdırma Qaydası” ilə müəyyən edilmiş keçid balını toplaya bilmədiyindən təkrar sertifikatlaşdırmadan keçməmiş hesab edildiyi üçün ərizəçi ilə bağlanmış əmək müqaviləsinə xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsasən xitam verildiyi və qanunvericiliklə müəyyən edilmiş müvafiq vergilər, sosial sığorta haqları və digər icbari ödəmələr tutulmaqla *757.62 manat son haqq-hesab hesablandığı, lakin sənədlər tam təqdim edilmədiyindən həmin vəsaitin ərizəçiyə ödənilib-ödənilmədiyini müəyyən etmək mümkün olmamışdır. “Portal.edu.az” internet səhifəsi vasitəsilə ərizəçiyə göndərilmiş bildirişə əsasən, texniki məsələ ilə bağlı müraciətin araşdırılması məqsədilə imtahan zalının müvafiq kamera görüntüsünə baxıldığı, proqram tarixçəsi və nəzarətçi qeydlərinin təhlil edildiyi və imtahan zamanı texniki nasazılığın baş verməsi halının təsdiqini tapmadığı məlum olmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Əmək və məşğulluq” altsisteminə baxış zamanı ərizəçi ilə bağlanmış əmək müqaviləsinə dair bildirişin xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndinə əsaslanmaqla qüvvədən salındığı məlum olmuşdur. Odur ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin **-ci maddəsinin “a” və “b” bəndlərinə əsasən, müəyyən edilmiş qaydada işçilərlə əmək müqavilələri bağlamaq, onların şərtlərini dəyişdirmək, eyni zamanda müəyyən edilmiş qaydada əmək müqavilələrini ləğv etmək işəgötürənin əsas hüquqlarına aid edildiyindən yenidən işə qəbul edilməsi məqsədilə işəgötürənə müraciət etməsi ərizəçiyə tövsiyə edilmiş və qeyd edilənlərlə əlaqədar aidiyyəti üzrə məhkəməyə müraciət etmək hüququnun olması izah edilmişdir. Mediasiya Şurasının Bakı *0 saylı Mediasiya Təşkilatı tərəfindən *8.09.2025-ci il tarixdə verilmiş MŞB/*0/2025-00538 nömrəli arayışdan müəyyən olunur ki, iddiaçı *8.09.2025-ci il tarixdə keçirilmiş işə bərpa, vurulmuş maddi və mənəvi zərərə görə kompensasiya ödənilməsi və s. tələbinə dair ilkin mediasiya sessiyasında iştirak etmiş, digər tərəflərə (Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri *96 nömrəli tam orta məktəbinə) ilkin mediasiya sessiyasının vaxtı və yeri barədə lazımı qaydada məlumat verilməsinə baxmayaraq (xx.xx.2025-ci il tarixdə bildiriş göndərilmişdir), onların nümayəndələrinin mediasiya prosesində iştirakını təmin etmək mümkün olmamışdır. İlkin mediasiya xərci (50 manat) və poçt-kargüzarlıq xərci (*0 manat) iddiaçı tərəfindən ödənilmişdir. İşin faktiki halları İddiaçı 2003-cü il tarixdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri *96 nömrəli tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində (peşəsində) çalışmış, onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024-cü il tarixli, 60 nömrəli əmrə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində nəzərdə tutulmuş əsasla ləğv edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri *96 nömrəli tam orta məktəbinin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə verməklə, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Tətbiq edilən hüquq Azərbaycan Respublikasının Mülki Məcəlləsi Maddə 372. İddia müddəti anlayışı. 372.*. Başqa şəxsdən hər hansı hərəkəti yerinə yetirməyi və ya yerinə yetirməkdən çəkinməyi tələb etmək hüququna müddət şamil edilir. 372.2. hüququ pozulmuş şəxsin iddiası ilə hüququn müdafiəsi üçün müddət iddia müddəti sayılır. Maddə 375. İddia müddətinin tətbiqi. 375.*. hüququn müdafiəsi haqqında tələb iddia müddətinin keçməsindən asılı olmayaraq məhkəmə tərəfindən baxılmağa qəbul edilir. 375.2. Məhkəmə tərəfindən iddia müddəti yalnız mübahisə tərəfinin məhkəmə qərarı çıxarılanadək verdiyi ərizə əsasında tətbiq edilir. Mübahisə tərəfinin tətbiq edilməsi barədə ərizə verdiyi iddia müddətinin keçməsi məhkəmənin iddiadan imtina barəsində qərar çıxarması üçün əsasdır. Azərbaycan Respublikasının Əmək Məcəlləsi Maddə 294. Fərdi əmək mübahisələrinə baxan orqanlar. *. Bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Maddə 296. Fərdi əmək mübahisələrinin həllində iddia müddətləri. *. Bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər.

2. Bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər.

3. Hüququnun pozulmasının aşkar edildiyi gün - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gündür.

4. Pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir.

6. Bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Qeyd: Bu maddənin altıncı hissəsində iddiaçının “yaxın qohumu” dedikdə, işçinin atası, anası, babası, nənəsi, əri (arvadı), uşaqları, bacıları, qardaşları, qudaları, ərinin (arvadının) valideynləri, qardaşları, bacıları başa düşülməlidir. İşçinin digər qohumlarının vəfatı ilə əlaqədar iddia müddətinin ötürülməsini hakim üzürlü hal hesab edə bilər.

Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi

Maddə *4. İş üzrə məhkəmə baxışının prinsipləri. *4.2. Məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Maddə 77. Sübut etmə vəzifəsi. 77.*. Hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Maddə 88. Sübutların qiymətləndirilməsi. Məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Maddə 2*7. Qətnamənin qanuniliyi və əsaslılığı. 2*7.3. Qətnamə iş üzrə müəyyən edilmiş hallara və tərəflərin qarşılıqlı münasibətinə uyğun əsaslandırılmalıdır. 2*7.4. Məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

Məhkəmənin mövqeyi

İşin faktiki hallarından görünür ki, iddiaçı 2003-cü il tarixdən Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri *96 nömrəli tam orta məktəbində Azərbaycan dili və ədəbiyyat müəllimi vəzifəsində (peşəsində) çalışmış, onunla bağlanmış əmək müqaviləsi xx.xx.2024cü il tarixli, 60 nömrəli əmrə əsasən, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 70-ci maddəsinin “c” bəndində nəzərdə tutulmuş əsasla ləğv edilmişdir. Cavabdeh Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri *96 nömrəli tam orta məktəbinin nümayəndəsi iddia müddətinin tətbiqi barədə ərizə verməklə, məhkəmədən iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 294-cü maddəsinin *-ci bəndinə əsasən, bu maddənin ikinci hissəsində nəzərdə tutulmuş hallar istisna olmaqla bütün fərdi əmək mübahisələrinə bilavasitə məhkəmələr tərəfindən baxılır. Həmin məcəllənin 296-cı maddəsinin *-ci bəndinə əsasən, bu Məcəllənin 294-cü maddəsinin ikinci hissəsində nəzərdə tutulmuş fərdi əmək mübahisələrinə baxan orqana, işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən 3 təqvim ayı ərzində müraciət edə bilər. Həmin maddənin 2-ci bəndinə əsasən, bu maddənin birinci hissəsində göstərilən haldan başqa qalan bütün hallarda fərdi əmək mübahisəsinin həll edilməsi üçün işçi hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * təqvim ayı ərzində məhkəməyə müraciət edə bilər. Həmin maddənin 4-cü bəndinə əsasən, pul və digər əmlak tələbləri ilə əlaqədar, həmçinin ziyan vurulmaqla bağlı yaranmış əmək mübahisələrinin həlli üçün işçi, hüququnun pozulduğunu aşkar etdiyi gündən etibarən * il ərzində məhkəməyə müraciət edə bilər. İşçilərin həyatına və sağlamlığına vurulmuş zərərin ödənilməsi haqqında tələblərə iddia müddəti şamil edilmir. Göründüyü kimi, əmək qanunvericiliyi fərdi əmək mübahisələrinin həllində iqtisadi baxımdan daha zəif tərəf olan işçinin iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququnu onun bilavasitə hüququnun pozulduğunu aşkar etdiyi gün ilə əlaqələndirmiş və məhdudlaşdırmışdır. Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 3-cü bəndinə əsasən, hüququnun pozulmasının aşkar edildiyi gün dedikdə - işçiyə müvafiq əmrin, (sərəncamın, qərarın), əmək kitabçasının, haqq-hesab sənədlərinin (kitabçasının, vərəqəsinin, çekinin) verildiyi və ya əmrin (sərəncamın, qərarın) işçinin elektron informasiya sistemində yaradılan elektron kabinetinə göndərildiyi və bu barədə işçinin məlumatlandırıldığı (elektron poçt və SMS vasitəsilə), həmçinin əmək müqaviləsinin bu Məcəllədə nəzərdə tutulmuş şərtlərinin işəgötürən tərəfindən müvafiq qaydada sənədləşdirilmədən bilə-bilə qəsdən pozulduğu gün başa düşülür. İş materiallarında xx.xx.2024-cü il tarixli əmək müqaviləsinin ləğvi barədə əmrin iddiaçı tərəfindən əl imzası ilə təsdiq edilməklə təhvil alınması barədə kserosurət mövcud olsa da, həmin əmrin məhz hansı tarixdə əldə edildiyi məhkəməyə məlum deyil. Bununla belə, iş materiallarından o da görünür ki, iddiaçı əmək müqaviləsinin ləğvi barədə əmri əldə etdikdən sonra müvafiq orqanlara (*2.07.2024-cü il tarixdə Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi Bakı şəhəri üzrə Təhsil İdarəsinə, xx.xx.2024-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X4 Xidməti Bakı şəhər İdarəsinə) pozulmuş əmək hüquqlarının bərpası barədə müraciətlər etmiş və həmin müraciətlərə qanunla nəzərdə tutulmuş qaydada və müddətdə baxılmış və aidiyyəti üzrə cavablandırılmışdır. Hazırkı iddia ərizəsi isə 28.*0.2025-ci il tarixdə məhkəmənin icraatına verilmişdir. Nəzərə alınmalıdır ki, işçinin hüququnun pozulmasının aşkar edildiyi gün yalnız əmək müqaviləsinin ləğvi barədə müvafiq əmrin əldə edilməsi ilə deyil, həmçinin digər aidiyyəti sənədlərin (əmək kitabçasının, haqq-hesab sənədlərinin) əldə edilməsi ilə əlaqədardır. Bununla belə, işçinin əmək müqaviləsinin ləğvi barədə əmri əldə etmədən hüquqlarının bərpası məqsədilə müvafiq orqanlara müraciət etməsi ağlabatan mühakimə baxımından məqbul hesab edilmir. Odur ki, qeyd edilənlər onu deməyə əsas verir ki, işçi, yəni hazırkı iş üzrə iddiaçı barəsində mübahisə etdiyi əmək hüquqlarının pozulduğu gündən * ildən artıq müddət keçmişdir. İddiaçının cavabdehə qarşı qaldırdığı müvafiq iddia tələbləri üzrə əmək qanunvericiliyində nəzərdə tutulmuş iddia müddəti ötürülsə də, qanunverici bir sıra hallarda bu müddətin ötürülməsinin üzrlü hesab edildiyi halların dairəsini də dəqiq müəyyən etmişdir. Belə ki, Azərbaycan Respublikası Əmək Məcəlləsinin 296-cı maddəsinin 6-cı bəndinə əsasən, bu maddədə göstərilən müddətlər üzürlü səbəblərdən – iddiaçının xəstələnməsi, ezamiyyətdə, yaşayış yerindən kənarda məzuniyyətdə olması, yaxın qohumunun ölməsi və digər obyektiv hallarla bağlı səbəblərdən ötürülərsə, fərdi əmək mübahisəsinə baxan orqan buraxılmış müddəti bərpa edərək mübahisəyə mahiyyəti üzrə baxa bilər. Bununla belə, iddiaçı tərəfindən iddia müddətinin ötürülməsinin məhz üzrlü səbəblərdən baş vermiş olması barədə mötəbər və təkzibedilməz sübutlar məhkəməyə təqdim edilməmiş, iddiaçı qanunla nəzərdə tutulmuş müddətin ötürülməsini dövlət orqanlarına müraciət etməsi səbəbindən baş verdiyini məhkəmənin diqqətinə çatdırmışdır. Halbuki, iş materiallarına əlavə edilən sənədlərdən görünür ki, iddiaçının aidiyyəti orqanlara müraciətlərinə “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətlər daxilində baxılmış və cavablandırılmışdır. Yəni, iddiaçının hüquqlarının pozulduğunu aşkar etdiyi gündən sonra keçən müddət ərzində məhkəməyə müraciət hüququnu realizə etmək üçün kifayət qədər vaxtı olsa da, bu hüquqdan vaxtında istifadə edilməmiş və müddət ötürülmüşdür. Müddətin ötürülməsinin üzrlü olması barədə sübutların təqdim edilməməsini nəzərə alan məhkəmə hesab edir ki, buraxılmış müddət bərpa edilməməlidir. Məhkəmə son olaraq onu da qeyd etməyi zəruri hesab edir ki, buraxılmış müddət bərpa edilmədiyi üçün mübahisəyə mahiyyəti üzrə baxılmasına, yəni iddia tələbinin əsaslılığına və təqdim edilmiş sübutlara tətbiq edilməli olan hüquq normalarına əlavə olaraq hüquqi qiymət verilməsinə zərurət yoxdur.

Məhkəmənin gəldiyi nəticə

Beləliklə, məhkəmə təqdim edilmiş sübutların hər birini aidlik, mümkünlük və mötəbərlik nöqteyi-nəzərindən, həmin sübutların məcmusunu isə iş üzrə sübut edilməli olan faktların yetərliliyi baxımından qiymətləndirərək hesab edir ki, iddia tələbi təmin edilməməlidir. Şərh olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 2*6-220, 227, 233 və 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə

QƏT ETDİ:

İddiaçı cavabdehlər Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi və Azərbaycan Respublikası Elm və Təhsil Nazirliyi yanında Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyi Bakı şəhəri *96 nömrəli tam orta məktəbinə qarşı əmrin ləğv edilməsi, işə bərpa, məcburi iş buraxma müddəti üçün əmək haqqının və son haqq-hesabın ödənilməsi tələbinə dair iddiası təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən * (bir) ay müddətində “Elektron məhkəmə” informasiya sistemində yaradılan elektron kabinetlə Bakı şəhəri Suraxanı Rayon Məhkəməsi vasitəsilə Bakı Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən * (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar