Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-5798/2021 13.12.2021 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi, Maraqlı şəxs X6 iştirakı ilə, Ərizəçi (maraqlı şəxslər 5 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat Ofisi, X23, X29, X30, X15 və X16) “mirasın qəbul edilməsi faktının müəyyən edilməsi” tələbinə dair ərizəsi üzrə mülki işə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ : Ərizəçi ərizə ilə məhkəməyə müraciət edərək, X17 məxsus olan, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın onun (Ərizəçi) tərəfindən qəbul edilmə faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizəçi izahat verərək bildirmişdir ki, X4 10.12.1957-ci il tarixində Ermənistan SSR Sisyan rayonunda doğulmuşdur. Bacısı 29.05.2020-ci il tarixində uzun sürən xəstəlikdən sonra serebral aterosklerozdan vəfat etmiş və onu Qaraçuxur qəsəbəsi ərazisində yerləşən qəbiristanılqda dəfn edilmişdir. Bacısının bütün dəfn xərcləri onun tərəfindən çəkilmişdir. Hal-hazırda o, mərhum bacısının yaşadığı evdə yaşayır. Miras əmlak faktiki olaraq onun tərəfindən qəbul edilmiş və evin bütün kommunal xərcləri də onun (Ərizəçi) tərəfindən ödənilir. Azərbaycanda yayılmış (covid 19) koronavirus xəstəliyi səbəbindən vaxtında notariat orqana ərizə verə bilməmiş və bacısına məxsus olmuş ünvan 1 ünvanında yerləşən daşınmaz əmlaka dair vərəsəlik şəhadətnaməsi ala bilməmişdir. Məhz bu səbəbdən miras əmlakın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş 6 (altı) aylıq müddəti ötürmüşdür. Bacısından miras qalmış daşınmaz əmlaka dair vərəsəlik işinin açılması üçün 5 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat Ofisinə müraciət etmiş və müraciət zamanı digər vərəsələr olan yaxın qohumları miras olaraq onlara çatacaq paydan onun (ərizəçinin) xeyrinə imtina etmişlər. Lakin 5 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat Ofisi miras əmlakın qəbulu üçün qanunvericiliklə müəyyən edilmiş altı aylıq müddəti ötürməyini səbəb kimi qeyd edərək, ötürülmüş müddətin bərpası ilə bağlı mərhumun sonuncu yaşayış yeri üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. Belə ki, miras əmlakın qəbul edilməsi ilə bağlı qanunvericiliklə müəyyən edilmiş 6 (altı) aylıq müddət üzrlü səbəbdən ötürülmüşdür. Məhz bu səbəbdən mərhum X4na məxsus olmuş və ünvan 1 ünvanında yerləşən daşınmaz əmlakın qəbulu ilə bağlı ötürülmüş müddət üzrlü sayılmalıdır. Qeyd olunanlara əsasən ərizənin təmin olunmasını xahiş etmişdir. Maraqlı şəxs X15 məhkəmə iclasında izahat verərək bildirmişdir ki, Ərizəçi onun qardaşıdır. X4 ailə qurmamış və 29.05.2020-ci il tarixində uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Ərizəçi mərhum X4 ilə birlikdə ona məxsus evdə yaşayırdı. Belə ki, onların ailəsi ata və anadan, dörd bacı və iki qardaşdan ibarət olmuşdur. Hal-hazırda isə üç bacısı və bir qardaşı sagdır. Onun valideynləri və bir bacısı və bir qardaşı vəfat etmişdir. Hazırda isə mirasın qəbul edilməsi faktının müəyyən edilməsi barədə ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən maraqlı şəxs X29 izahat verərək bildirmişdir ki, X4 ailə qurmamış və 29.05.2020-ci il tarixində uzun sürən xəstəlikdən sonra vəfat etmişdir. Ərizəçi isə onun qardaşıdır. Mərhum X4na məxsus evdə qardaşı Ərizəçi yaşamışdır. Hazırda evin onun adına rəsmiləşdirilməsinə etirazı yoxdur. Maraqlı şəxs X30 əvvəlki məhkəmə iclasında izahat verərək bildirmişdir ki, onun X5dur və o 25.01.2018-ci il tarixdə vəfat etmişdir. Ərizəçi onun əmisidir və onun tərəfindən vərəsəliyin qəbul edilməsinə etirazı yoxdur. Maraqlı şəxs X16 əvvəlki məhkəmə iclasında eyni məzmunlu izahat verərək ərizənin təmin olunmasına etiraz etmədiyini bildirmişdir. Digər maraqlı şəxslərə məhkəmə iclasının vaxtı və yeri barəsində lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəmə iclasına gəlməmiş və nümayəndəsinin iştirakını təmin etməmişlər. Məhkəmə ərizəçinin və maraqlı şəxslərin izahatını dinləyərək, iş materiallarını araşdıraraq hesab edir ki, ərizə təmin olunmalıdır. Belə ki, iş materiallarına əlavə olunmuş Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən verilmiş çıxarışın surətindən müəyyən olunur ki, ünvan 1 ünvanında yerləşən daşınmaz əmlak X8 mülkiyyətindədir. İş materiallarına əlavə olunmuş 5 saylı Bakı “Asan Xidmət” mərkəzində Notariat Ofisi tərəfindən verilmiş məktubdan müəyyən olunur ki, vərəsə vərəsəliyə şağırıldığını bildiyi və ya bilmədiyi gündən üç ay ərzində mirası qəbul edə bilər. Miras açıldığı gündən altı ay keçdikdən sonra mirasın qəbuluna yol verilmir. Mirasın qəbul edilməsi üçün müəyyənləşdirilmiş müddəti məhkəmə, gecikdirmənin səbəbini üzürlü sayarsa, uzada bilər. Vərəsəliyin qəbulu müddəti itirildiyi üçün onun qanun üzrə vərəsəsi kimi vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi mümkün deyildir. Ötürülmüş müddətin bərpası ilə bağlı mərhumun sonuncu yaşayış yeri üzrə məhkəməyə müraciət etməyi tövsiyə etmişdir. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X24 29.05.2020-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri Suraxanı rayon qeydiyyat şöbəsi tərəfindən verilən arayışdan görünür ki, X8 nikahı haqqında akt qeydi aşkar edilməmişdir. İş materiallarına əlavə edilmiş Ermənistan Sisyan rayonu Şəki kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin tərcümə və təsdiq edilmiş surətindən görünür ki, X22 23.08.1966-cı il tarixdə anadan olmuşdur. X1, anası X10r. İş materiallarına əlavə edilmiş Ermənistan Sisyan rayonu Şəki kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin tərcümə və təsdiq edilmiş surətindən görünür ki, X25 06.12.1961-ci il tarixdə anadan olmuşdur. X1, anası X10r. İş materiallarına əlavə edilmiş Ermənistan Sisyan rayonu Şəki kənd soveti tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin tərcümə və təsdiq edilmiş surətindən görünür ki, X19 03.12.1968-ci il tarixdə anadan olmuşdur. X1, anası X10r. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X16 17.06.1997-ci il tarixdə anadan olmuşdur. X5, anası X11r. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X30 16.01.1999-cu il tarixdə anadan olmuşdur. X5, anası X11r. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, X26 01.04.1964-cü il tarixdə anadan olmuşdur. X2, anası X20r. İş materiallarına əlavə edilmiş Suraxanı rayon Qeydiyyat şöbəsi tərəfindən verilmiş doğum haqqında şəhadətnamənin surətindən görünür ki, Ərizəçi xx.xx.1971-ci il tarixdə anadan olmuşdur. X3, anası X13r. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X14 21.01.2001-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X27 25.01.2018-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə olunmuş ölüm haqqında şəhadətnamənin surətindən müəyyən olunur ki, X28 26.01.1982-ci il tarixdə ölmüşdür. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 43 saylı notariat ofisində qeydə alınmış 26.09.2021-ci il tarixli ərizədən müəyyən olunur ki, X23 29.05.2020-ci il tarixdə ölmüş bacısı X7 miras qalmış (yaşayış (ev,mənzil və otaq) qeyri yaşayış və torpaq sahələrindən, habelə digər əmlak hüquqularından ibarət) mirası qəbul etməmiş, etmir və ona çatası hissəsindən imtina etmişdir. İş materiallarına əlavə edilmiş Bakı şəhəri 37 saylı notariat ofisində qeydə alınmış X15, X29, X30 və X16 tərəfindən qeydə alınmış ərizələrdən müəyyən olunur ki, X7 miras qalmış bütün daşınar və daşınmaz əmlaklarla bağlı vərəsəliyi qəbul etmirlər və gələcəkdə mirasın qəbul müddətinin bərpası və qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə ilə bağlı heç bir məhkəmə iddiası qaldırmayacaqlarını qeyd etmişlər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcələsinin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Həmin Məcələsinin 89.1-ci maddəsinə əsasən, yazılı sübutlar-iş üçün əhəmiyyətli hallar barədə məlumat verən notariat qaydasında təsdiq olunmuş sənədlər, aktlar, müqavilələr, arayışlar, işgüzar yazışmalar və sair sənəd və materiallardır. Bu Məcəllənin 217.4-cü maddəsinə əsasən məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.1-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 305.1.7.-ci maddəsinə əsasən vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatının düzgün olmamasının müəyyən edilməsi haqqında işlərə xüsusi icraat qaydasında baxılır. Həmin Məcəllənin 308-ci maddəsinə əsasən, məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsinə dair işlər üzrə məhkəmə təcrübəsinin bəzi məsələləri haqqında Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 12 aprel 2019-cu il tarixli, 03 saylı qərarının 10.-cu bəndində qeyd olunmuşdur ki, məhkəməyə Azərbaycan Respublikası MPM-nin 307.2.9-cu maddəsində mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair ərizə notariat orqanı vərəsəlik şəhadətnaməsi verməkdən imtina etdiyi halda (məsələn: mirasın qəbulu müddətinin ötürülməsinə, mirasın faktiki qəbulunu təsdiq edən sübutların olmamasına görə və sair) verilə bilər. Mirasın qəbul edilməsi faktına əsasən vərəsəlik şəhadətnaməsinin verilməsi üçün şərt vərəsənin faktiki olaraq miras əmlaka sahiblik etməyə və ya əmlakı idarə etməyə başlamasını və bununla da mirası qəbul etməsini şəksiz nümayiş etdirdiyini təsdiq edən sübutların mövcud olmasıdır. Həmin sübutların dairəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2000-ci il 11 sentyabr tarixli, 167 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında notariat hərəkətlərinin aparılması qaydaları haqqında Təlimat”ın 99-cu bəndinin beşinci hissəsində, vərəsəliyin (mirasın) açıldığı yerin müəyyən edilməsinə dair sənədlərin dairəsi isə həmin Təlimatın 102-ci bəndinin 3-cü hissəsində təsbit edilmişdir. Mirasın vərəsə tərəfindən faktiki qəbul olunması birbaşa, mötəbər sübutlarla təsdiq olunursa, lakin notarius vərəsəlik şəhadətnaməsi verməkdən imtina edibsə, belə olan halda şəxs məhkəməyə mirasın qəbulu faktının müəyyən olunması üçün ərizə deyil, notariusun imtina qərarından qanunla müəyyən edilmiş qaydada şikayət verməlidir. 10.1.Mirasın qəbul edilməsi faktının və vərəsəliyin açılma yerinin müəyyən edilməsinə dair işlərə baxarkən məhkəmə hüquqi əhəmiyyət kəsb edən hallara, yəni ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisənin mövcud olub-olmamasına; mirasın qəbul edilməsi üçün müddətin uzadılması imkanının itirilibitirilməməsinə və sair aydınlıq gətirməlidir. 10.2. Nəzərə alınmalıdır ki, mirasın qəbulu faktını müəyyən edən qətnamədə eyni zamanda, ərizəçinin həmin əmlak üzərində mülkiyyət hüququnun tanınması müəyyən edilə bilməz. Belə ki, məhkəmənin mirasın qəbulu faktının müəyyən edilməsi barədə qətnaməsi heç bir halda notariusun verdiyi vərəsəlik şəhadətnaməsini əvəz etmir. Məhkəmə nəzərə almalıdır ki, bir vərəsə barəsində mirasın qəbulu faktının müəyyən edilməsi, hələ digər vərəsələrin bu hüquqdan məhrum olunması demək deyildir. Vərəsələrin miras əmlakdakı payları, nə qədər ki, bununla bağlı məhkəmə mübahisəsi yoxdur, notarius tərəfindən verilən vərəsəlik şəhadətnaməsi ilə müəyyən olunmalıdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq məhkəmə belə qənaətə gəlir ki, hüquqi faktın müəyyən edilməsi şəxsin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsinə, dəyişməsinə və xitam olunmasına səbəb olduğundan ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmədikdə, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmadıqda məhkəmə hüquqi əhəmiyyəti olan faktları müəyyən edə bilər. Məhkəmə hesab edir ki, ərizəçi ilə digər vərəsələr arasında miras əmlaka dair hüquqla bağlı mübahisə mövcud deyildir və ərizəçi faktiki olaraq ünvan 1 ünvanında yaşayır və həmin daşınmaz əmlakı qəbul etdiyini şəksiz nümayış etdirmişdir. Digər vərəsələr ərizəçinin faktiki olaraq həmin evdə mülkiyyətçi ilə birlikdə yaşadığını qəbul etmişlər və bu halı mübahisələndirməmişlər. Bundan başqa X8 vəfat etməsi 29.05.2020-ci il tarixə təsadüf edir və həmin dövrdə Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Koronavirus (COVİD-19) infeksiyasının Azərbaycan Respublikasının ərazisində geniş yayılmasının qarşısının alınmasına dair əlavə tədbirlər haqqında” 02 aprel 2020-ci il tarixli, 124 saylı Qərarı ilə müəyyən edilmiş karantin rejimi mövcud olduğundan ərizəçinin vərəsəlik hüququ haqqında şəhadətnamənin verilməsi üçün müəyyən edilmiş müddəti ötürməsi üzrlü hesab olunmalıdır. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, göstərilən faktın müəyyən edilməsinin hüquqi əhəmiyyəti olduğundan və ərizəçi göstərilən faktı təsdiq edən lazımi sənədi başqa qaydada əldə edə bilmədiyindən X17 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən olunmalıdır. Qeyd olunanlara əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220-ci, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə T E T D İ: Ərizə təmin edilsin. X17 məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinin Ərizəçi tərəfindən miras əmlak kimi qəbul edilməsi faktı müəyyən edilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı şəhərinin Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-5798/2021
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-5798/2021
13.12.2021 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - Mirasın qəbul edilməsi və vərəsəliyin açılma yerinin müəyyən edilməsi faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver