Azərbaycan Respublikası adından QƏTNAMƏ Bakı şəhəri İş № 2(010)-581/2020 16.06.2020 BAKI ŞƏHƏRİ SURAXANI RAYON MƏHKƏMƏSİ Hakim Talıbova Leyla Oruc qızının sədrliyi, Mahmudov Ruslan Elxan oğlunun katibliyi, Ərizəçi iştirakı ilə, Ərizəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və x6 Nazirliyi yanında Dövlət x7 Suraxanı rayon Şöbəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi tələbinə dair” ərizəsi üzrə mülki işə, açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN ETDİ: Ərizəçi Ərizəçi maraqlı şəxs Azərbaycan Respublikası Əmək və x6 Nazirliyi yanında Dövlət x7 Suraxanı rayon Şöbəsinə qarşı “hüquqi faktın müəyyən edilməsi tələbinə dair” ərizə ilə məhkəməyə müraciət edərək, onun 17.07.1987-cı ildən 25.12.1991-ci ilə qədər Abşeron rayon 1 saylı Zeytun sovxozunda işləməsi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında dindirilən Ərizəçiərizəsini müdafiə edərək izahatında göstərdi ki, o, xx.xx.1957-ci ildə Beyləqan rayonunda anadan olmuşdur. O, əmək fəaliyyətinə 02.06.1973-cü ildən başlamışdır. O, yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və x6 Nazirliyi yanında Dövlət x7 Bakı şəhəri Suraxanı rayon Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin Azərbaycan Respublikası Əmək və x6 Nazirliyi yanında DSMF-nin Bakı şəhəri Suraxanı rayon Şöbəsi tərəfindən onun müraciətindən imtina edilmişdir. Belə ki, onun başqa idarələrdə işləməyi barədə sənədləri yerində olsa da, lakin Abşeron rayonu 1 saylı Zeytun sovxozunda 17.08.1987-ci ildə fəhlə kimi işə qəbul edilməyi və 26.02.1988-ci ildə həmin sovxozda mühasib vəzifəsinə keçirilməyi barədə məlumat olsa da, lakin həmin adı gedən sovxozda 25.12.1991-ci ildə işdən çıxmağı barədə məlumat aşkar edilməmişdir. O, həmin məlumatın alınması ilə bağlı Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinə müraciət etmişdir. Lakin Abşeron rayon İcra Hakimiyyətinin Abşeron rayon Dövlət Arxivinin 09.07.2018-ci il tarixli məktubu ilə ona bildirilmişdir ki, onun 25.12.1991-ci ildə Abşeron rayonu 1 saylı Zeytun sovxozunda işdən çıxmağı barədə məlumat yoxdur. Onun 25.12.1991-ci ildə Abşeron rayonu 1 saylı Zeytun sovxozunda işdən çıxmağı barədə sənəd tapılmadığı üçün ona pensiya təyin edilməsindən imtina edilmişdir. Onun 1 saylı Zeytun sovxozunda 17.08.1987-ci ildən 25.12.1991-ci ilə qədər işləməyini təsdiq edən şahidləri var. Qeyd olunanlara əsasən məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Maraqlı şəxs Azərbaycan Respublikası Əmək və x6 Nazirliyi yanında Dövlət x7 Suraxanı rayon Şöbəsinə məhkəmə iclasının yeri və vaxtı haqqında lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmişdir. Məhkəmə işə maraqlı şəxs Azərbaycan Respublikası Əmək və x6 Nazirliyi yanında Dövlət x7 Suraxanı rayon Şöbəsinin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında şahid qismində dindirilən x3 ifadəsində göstərdi ki, o, Ərizəçi qonşusudur həm də, Ərizəçi ilə bir yerdə işləyiblər. O, 1988-ci ildən 1999-cu ilə qədər Abşeron rayonu 1 saylı Zeytun sovxozunda işləmişdir. Ərizəçi 1988-ci ildən 1991-ci ilə qədər Abşeron rayonu 1 saylı Zeytun sovxozunda mühasib vəzifəsində işləmişdir. Əvvəlki məhkəməiclasında şahid qismində dindirilən x8 ifadəsində göstərdi ki, o, Ərizəçi qonşusudur, həm də, Ərizəçi ilə Abşeron rayonu 1 saylı Zeytun sovxozunda bir yerdə işləyiblər. O, Abşeron rayonu 1 saylı Zeytun sovxozunda 1976-cı ildən kassir vəzifəsində işləyib. Daha sonra orada mühasib və baş mühasib vəzifəsində işləmişdir. Əliyeva x4 rayonu 1 saylı Zeytun sovxozunda onun yanında üç il ərzində işləmişdir. Daha sonra 3 MS LTD şirkəti Abşeron rayonu 1 saylı Zeytun sovxozunu icarəyə götürdü və o, 2018-ci ilə kimi orada işləmişdir. Məhkəmə ərizəçi Ərizəçi izahatını və şahidlərin ifadəsini dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, aşağıdakı əsaslara görə ərizə qismən təmin olunmalıdır. Azərbaycan Respublikası MPM-nin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Heç bir sübutun məhkəmə üçün qabaqcadan müəyyən edilmiş qüvvəsi yoxdur. Qeyd edilən Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yanaşı yoxlanılmalı və qiymətləndirilməlidir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Əmək və x6 Nazirliyi yanında Dövlət x7 Suraxanı rayon şöbəsinin 01.10.2018-ci il tarixli Ərizəçi ünvanlanmış məktubundan görünür ki, “Əmək pensiyaları” haqqında Azərbaycan Respublikasının Qanunun 7-ci maddəsinə uyğun olaraq 61 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda yaşa əmək pensiyası hüququ vardır. Ərizəçi tələb olunan sosial sığorta stajı olmadığından yaşa görə pensiya almaq hüququ yoxdur. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Milli x10 rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən verilmiş09.07.2018-ci il tarixli arxiv arayışından görünür ki, Abşeron rayonu 1 saylı Zeytun sovxozu direktorunun 02 iyul 1973cü il tarixli 100 saylı əmri ilə Baxışova Şücaət sovxoza fəhlə qəbul edilmiş, 21.07.1975-cı ıl tarixli 108 saylı əmri ilə işdən azad edilmişdir. 1 saylı Zeytun sovxozu direktorunun 17.08.1987-ci il tarixli 125 saylı əmri ilə fəhlə qəbul edilmiş,26.02.1988-ci il tarixli 38 saylı əmri ilə mühasib keçirilmişdir.Bundan sonrakı illərin əmrlər kitabında işdən çıxması barədə heç bir məlumat yoxdur. Məhkəməyə təqdim olunmuş şahid x1 məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən müəyyən olunur ki, o16.01.1988-ciil tarixindən 03.01.1999-cu ilədək Abşeron rayonu 1 saylı Zeytun sovxozunda fəhlə işləmişdir. Məhkəməyə təqdim olunmuş şahid x5 məxsus əmək kitabçasının təsdiq edilmiş surətindən müəyyən olunur ki,o 26.01.1986-cı ildə Abşeron rayonu 1 saylı Zeytun sovxozuna anbar müdiri təyin olunmuş, 18.04.1987-ci ildə baş mühasib vəzifəsinə keçirilmiş, 11.08.1997-ci il tarixdə işdən azad olunmuşdur. Azərbaycan Respublikasının Milli x10 rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivi tərəfindən Suraxanı rayon Məhkəməsinə ünvanlanmış verilmiş 20.05.2020-ci il tarixli məktubdan görünür ki, Abşeron rayonu 1 saylı Zeytun sovxozu direktorunun 1988- 1992-ci ilin əmək haqqı cədvəllərində x2 adına əmək haqqı hesablanması barədə heç bir məlumat aşkar edilməmişdir. Məhkəmə tələbilə bağlı aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası MPM-nin 307.1-ci maddəsinə əsasən məhkəmə fiziki və hüquqi şəxslərin şəxsi və ya əmlak hüquqlarının əmələ gəlməsi, dəyişməsi, xitam verilməsinin asılı olduğu faktları müəyyən edir. Azərbaycan Respublikası MPM-nin 307.2.11-ci maddəsinə əsasən məhkəmə qanunvericilikdə müəyyən edilməsinin başqa qaydası nəzərdə tutulmamışsa, hüquqi əhəmiyyəti olan digər faktların müəyyən edilməsi barədə işlərədə baxır. Azərbaycan Respublikası MPM-nin 308-ci maddəsinə əsasən məhkəmə hüquqi əhəmiyyəti olan faktları o zaman müəyyən edə bilər ki, ərizəçi həmin faktları təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilməsin, yaxud itirilmiş sənədlərin bərpası mümkün olmasın. Beləliklə məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Ərizəçi xx.xx.1957-ci ildə Beyləqan rayonunda analdan olmuşdur. Əliyeva (Baxışova) x4 rayonu 1 saylı Zeytun sovxozu direktorunun 02 iyul 1973-cü il tarixli 100 saylı əmri ilə sovxoza fəhlə qəbul edilmiş,21.07.1975-cı ıl tarixli 108 saylı əmri ilə işdən azad edilmişdir. O 1 saylı Zeytun sovxozu direktorunun 17.08.1987-ci il tarixli 125 saylı əmri ilə fəhlə qəbul edilmiş,26.02.1988-ci il tarixli 38 saylı əmri ilə mühasib keçirilmişdir.Azərbaycan Respublikasının Milli x10 rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət ArxivindəƏliyeva (Baxışova) Sücayət Talıb qızının sonrakı illərin əmrlər kitabında işdən çıxması və Abşeron rayonu 1 saylı Zeytun sovxozu direktorunun 1988-1992-ci ilin əmək haqqı cədvəllərində Əliyeva (Baxışova) Sücayət Talıb qızının adına əmək haqqı hesablanması barədə heç bir məlumat yoxdur.Ərizəçi17.07.1987-cı ildən 25.12.1991-ci ilə qədər Abşeron rayon 1 saylı Zeytun sovxozunda işləməyi faktını təsdiq edən lazımi sənədləri başqa qaydada ala bilmir və həmin sənədlərin bərpası başqa qaydada mümkün deyildir. Odur ki, ərizəçi məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Hazırda Ərizəçi,onun 17.07.1987-cı ildən 25.12.1991-ci ilə qədər Abşeron rayon 1 saylı Zeytun sovxozunda işləməyi faktının müəyyən edilməsi barədə qətnamə qəbul edilməsini xahiş edir. Məhkəmə ərizəçinin ərizəsi ilə bağlı qeyd edir ki,Ərizəçi 26.02.1988-ci ildə 38 saylı əmrlə mühasib keçirilməsi ilə bağlı olaraq sübut mövcud olduğundan 17.07.1987-cı ildən deyil, 26.02.1988-ci ildən 1991-ci ilə qədər Abşeron rayon 1 saylı Zeytun sovxozunda işləməsi məhkəmə təqdim edilmiş sənədlərdən və ərizəçi ilə bir yerdə vaxtilə çalışmış şəxslərin, yəni məhkəmə iclasında dindirilmiş şahidlərin məhkəmədə verdikləri ifadələri ilə öz təsdiqini tapır, məhz həmin şahidlərin ifadələrini və həmin şahidlərin həqiqətəndə ərizəçi ilə eyni vaxtda Abşeron rayon 1 saylı Zeytun sovxozundaişləmələri onlara məxsus əmək kitabçaları ilədə öz təsdiqini tapdığından, məhkəmə bu halları əsas tutaraq, yəni həmin dindirilmiş şahidlərin ifadələrini və Azərbaycan Respublikasının Milli x10 rayon İcra Hakimiyyəti Abşeron rayon Dövlət Arxivində olan arxiv məlumatlarını əsas sübut kimi qəbul edərək, məhkəmə hesab edir ki, ərizəçinin hazırda ərizəsi qismən təmin edilməlidir. Belə ki, məhkəmə hesab edir ki, ərizəçinin əslində məhz 26.02.1988-ci ildən 1991-ci ilə qədər Abşeron rayon 1 saylı Zeytun sovxozundaişləməsi faktı məhkəmədə müəyyən edilməlidir. Odur ki, məhkəmə iş üzrə araşdırılmış sübutlara məcmu qaydada qiymət verərək hesab edir ki, ərizə qismən təmin edilməlidir. Azərbaycan Respublikası MPM-nin 217.4-cü maddəsinə əsasən, məhkəmə (hakim) öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Mülki Prosessual Məcəllənin 77.1-ci maddəsinin tələbinə görə hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Şərh olunanlara əsasən və Azərbaycan Respublikası MPM-nin 216-220-ci, 227-ci, 233-cü, 360-cı maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: Ərizə qismən təmin edilsin. Ərizəçi 26.02.1988-ci ildən 1991-ci ilə qədər Abşeron rayon 1 saylı Zeytun sovxozunda mühasib işləməsinə dair hüquqi əhəmiyyəti olan fakt müəyyən edilsin. Qətnamədən təqdim olunan (alınan) gündən bir ay müddətində Suraxanı Rayon Məhkəməsi vasitəsi ilə Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Leyla Talıbova
Məhkəmə qərarları › İş №2(010)-581/2020
Bakı Şəhəri Suraxanı Rayon Məhkəməsi Qətnamə — İş №2(010)-581/2020
16.06.2020 · Hüquqi əhəmiyyəti olan faktların müəyyən edilməsi haqqında - İş stajı faktı
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver